Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə129/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   125   126   127   128   129   130   131   132   ...   153

                                                                                                                                                  

356 


Məscidin  aşağı  tərəfındə  Seyid  Əzimin  şagirdləri  və  pərəstişkarlarından  bir 

neçə cavan oturmuş, bu xısın-xısın danışıqları da eşidirdi; həmin cərgədə cavan bir 

şair  də  diz üstündə  çökmüşdü.  Bu  acı  mənzərəni gördükcə  onun qəlbində bir  səs 

ucalırdı. Bu səs şairin bütün etirazını, qəzəb və nifrətini özündə cəmləmişdi, gur bir 

atılğan kimi fəvvarə vurur, pərran olur, fışqırtı ilə aşıb-daşırdı:  

Kafir olub, vurun, vurun,  

Rişteyi-ülfətin qırın,  

Yazdığı şerini cırın,  

Dinə sataşdı, qoymayın!  

Küfrə bulaşdı, qoymayın!  

İlahi,  bu  necə  şeydir?  Bu  necə  nəzmdir!  Axı  mən  əbədən  belə  şeir 

görməmişəm.  Heç  bir  qanuni-şerə  sığmır".  (O  nə  bileydi  ki,  bir  on-on  beş  il 

keçəcək,  Seyyidin  şagirdi,  "Molla  Nəsrəddin"  səhifələrində  həmin  qəbildən  olan 

şeirləri  ilə  aləmə  səs  salacaq,  ustadının  da  adını  göylərə  ucaldacaq,  onun 

mübarizəsini daha böyük bir əzmlə davam etdirəcək! Hələlik o, qəlbində doğan bu 

kimi  misraları  dilinə  gətirməkdən,  onları  nəzm,  şeir  adlandırmaqdan  da  ehtiyat 

edirdi.  Nə  olar,  o  durur,  biz  dururuq,  dostum,  irəli  niyə  qaçırıq  ki,  zaman  gələr, 

oxuyarıq...) O gün hələ qara fikirlilərin boğaza döyməsi elə bir şey eləyə bilmədi, 

qarşıları  tez  alınmışdı.  Bir  yandan  Şirvanlılıq  təəssübü,  qonaq  yanında  başaşağı

eləməmək arzusu, Ağanın çıxışı, cənab Ünsizadənin xitabları nəticəsiz qalmamış, 

məsciddə  məktəb  üçün  bir  xeyli  ianə  toplanmış;  bəylərdən,  ziyalılardan,  qismən 

tərəqqiyə  qol  qoyduğunu  söyləyən,  divan-dərə,  vəzifə  qorxusu  istəyi  ilə

ruhanilərdən və  xüsusilə  gözuaçıq  tacirlərdən xeylisi  Ünsizadənin qəzetinə  abunə

yazılmışdı. 



ANA DUASI 

Şair bağda gəzdikcə, ağaclara, kollara tamaşa etdikcə ürəyi fərəhdən əsirdi... 

Ağac  budaqlarına  elə  bil  ki,  narın  qar  ələnmişdi,  ağ  çiçəklər  hələ  yarpaqsız 

budaqlan sım-sıq örtmüş, onlara Şamaxıda dəb olan ağ qaymağı xaradan gəlinlik 

paltarı geyindirmişdi... 

 

 




                                                                                                                                                  

357 


Yerdəki ot qurşağa dəyirdi. Qızılgül kollarının üstündə lap açıq çəhrayı güllər 

topa-topa  açılmışdı.  Elə  bil  hər  budağın  üstündə  bir  çıraq,  yox  bir  günəş  yanır, 

bahar öz töhfələrini tabaq-tabaq təqdim edir... elə bir lütf ilə, elə bir nəvazişlə ki... 

Şair  gözlərini  göylərə  çevirdi.  Səma  çox  uzaq,  çox  dərindi.  Firuzəyi  qübbədə

bir dənə də bulud, bircə parça ləkə, kölgə yox idi... Göylər uzaq-uzaq, xəfif-xəfif, 

mehriban-mehriban gülümsəyir, göylərin bu nəvazişkar təbəssümündən yerlərə elə

bil  bahar  səadəti  səpələnirdi.  Şairin  ürəyi  telləndi:  "İlahi!  Hardasan,  kimsən, 

nəçisən -bilmirəm... Qoy səni ərəb - Allah, erməni - Astvats, urus - Boq, türk 

-Tanrı  adlandırsın...  Kimliyini,  bu  əngin,  füsunkar  fəzanın  hansı  yerindədirsə, 

mövqeyini bilmirəm. Amma bu mütəbəssüm aləmi yaradan ulu qüvvət- sənə səcdə

eləyirəm, sənə inanıram... Mənim də mənliyim hürufilər demişkən eynən sənin öz 

təşbehində xəlq olunub",- deyə özü də öz xəyallarına gülümsədi. "Qəribə aləmdir, 

bir tərəfdən sənə, yaratdığın bu böyük, gözəl və möhtəşəm dünyamız, nemətlərimiz 

üçün təşəkkür edirəm, ahunun nəfəsində ətri, arının yuvasındakı lətif balı, qurdun 

qarnındakı  zərif  ipək  tellərini  sən  xəlq  eyləmisən,amma  Molla  Qurbanqulunu  da, 

əqrəbi  də,  naməşdi  Alışı  da,  birəni  də  sən  yaratmışsan...  Necə  olub  ki,  bir  insan, 

mənim  kimi  ətdən,  qandan  gəmikdən  yaranan  bir  insan  yer  üzərində  Allahın,  bu 

böyük  intəhasız  göyləri,ərzü  səmavatı,  ayı,  ulduzları,  aləmməfruz  günəşi  yaradan 

böyük xaliqin vəsisi olsun? Ona peyğəmbərlik, buna imamlıq, o birinə də seyidlik, 

molla və dərvişlik verilsin (Seyid ha!!! Unutdunmu, şairim, məgər sən özün də o 

silkə  mənsub  edilmirsən?).  Axı  bu  adamlar  da  mənim  kimi,Cavad  kimi,  Şirin 

Abdulla  təki,  Qırmızı  Məşədi  Qulam  kimi  adicə  adamlardır.  Ətdən,  damardan, 

sümük  və  dəridən  ibarətdilər.  Onları  da  xəncərlə  öldürmək,  bıçaqla  yaralamaq 

mümkündür.  O  da  mənim  kimi  dərdlərə,  bəlalara  mübtəladır.  Özünü  düşmən 

öldürür,  balalarını  da  əsir  aparır.  Onun  nəyi  məndən  artıqdır.  Böyük  Yaradan, 

məgər  özünə  daha  başqa  qüdrətli,  sitayiş  və  hörmətə  layiq  ayrı  bir  vəsi  yarada 

bilmirdi? 

Dünən qapımızı birisi kəsdirib: 

-Ya  Cədda!!!  -  bəli,  məlum  olur  ki,  bu,  yer  üzünün  xaliqi  olan  Allahın 

rəsulunun nəslindəndir və biz qara camaat da gərək həmişə, ömrümüz uzunu bunun 

qarnını doyuraq. Deyirəm: 

-Qardaş,  sən  seyidlik  naminə  necə  dilənə  bilərsən,  axı?  Axı  sən  şahzadəsən, 

peyğəmbər adına sual etmək, dilənmək olmaz... Peyğəmbər övladı, Hüseyn övladı

şah nəsli sayılır... 

 

 



                                                                                                                                                  

358 


Yandan kimsə qayıtdı ki:  

-Aadə, bu sənin öz əmin oğlu, seyiddi... 

-Bə sən neynən dolanırsan, xalqdan dolanmırsan bəyəm? 

-Mən  heç  olmasa,  cəddim  naminə  heç  kəsi  allatmıram.  Elə-belə  yeri  düşəndə 

həmvətəninizəm,  şairinizəm,  balalarınız  üçün  yuxusuz  gecələrimin  məhsulu  olan 

kitablar,  əşar  təlif  eləyirəm,  külfətim  möhtacdır  deyirəm;  mən  aldatmıram,  açıq 

dilənirəm... (Seyyidin bu düşüncələrində elə bir acı kədər, dərin iztirab var idi ki, 

indi  üzündə  əks  olunduğu  kimi,  o  zaman  da  əks  olunmuş  və  müsahibini  belə

dəhşətə  gətirmişdi,  indi  onda  olduğu  kimi  bu  böyük  kədərə,  dərin  yaraya 

toxunduğu üçün yenidən ağrındı). 

...Ağa  bu  düşüncələrin  ağır  yükünü  yüngülləşdirmək  üçün  təpədən  endi.  "Eh, 

lənət şeytana, bir enim Bəzzazbazara, görüm Cavad nə fənddədi?" - deyə düşündü. 

...Bazara enən yolu indi artıq ot basmışdı, il yağıntılı keçdiyindən çayır o qədər 

çox  idi  ki,  səhərdən  axşamacan  təpik  döyən  yollar  belə göyərmişdi.  Şair düşünə-

düşünə  irəliləyir,  bazara  tərəf  enirdi.  O,  bazara  çatanda  uzaqdan  Yetim  Hüseyn 

avazla oxuya-oxuya tabaq gəzdirirdi: 

Halva dadlı, təmlidi,  

Satan da məlhəmlidi. 

Tut ağacının altı qələbəlik idi. Cin Cavad yenə də öz məşhur yerində, - "Cavad 

daşının"  üstündə  oturmuşdu.  Başına  da  xeyli  adam  yığılmışdı.  Ağanı  hələ  ki, 

görmürdülər. Üzü Cavada durub onu dediyi hansı bir lətifəni və ya şeri isə maraqla 

dinləyirdilər.  Aralıda  Şirvanda  təzəcə  çıxmış  cigir-cigir  havasında  oxuya-oxuya 

gedən bir kasamasçı gözünə sataşdı. Kişi bir-birindən kiçik qatıq dolu üç cürdeyi 

üst-üstə qoyub başında gəzdirir və qatıq satırdı. Əlində abgərdən var idi. İstəyənə

qatığı  bu  abgərdənlə  cürdəklərin  birindən  götürüb  verirdi.  Yeridikcə  çigir-çigirin 

ahənginə uyğun olaraq, elə məvazinət saxlayır və dingildəyirdi  ki,elə  bil cürdəklər 

onun başına yapışqanla yapışdırılmışdı:  

Tiflisin bürcü mənəm,  

Dil bilməz gürcü mənəm, 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə