Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə127/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   123   124   125   126   127   128   129   130   ...   153

                                                                                                                                                  

351 


müsəlmanlar birlikdə namaz qılıb, məktəb-maarif məsələlərinə baxacaqlar. Bu 

özü  də  elə  bizim  əməyimizin  zaye  olmadığını  göstərmirmi?"  Seyyid,  dini  donda 

olsa da, bu təşəbbüsə elə sevinirdi ki, uçmağa qanadı yox idi. "Qabıma sığmıram, 

görək  məscidə  kimlər  gələcək,  necə  qarşılanacaq".  Məşədi  Qulamın  qəlbində

daima  "Xaqani  dəlisi"  adlandırdığı  Seyyid,  özünü  böyük  sələfınin  əvəzi  hesab 

edərək, Xaqani qüruru ilə yazmışdı: 

Olum, ey himmətin qurbanı, bir dərk et bu mənani  

Ki, eylər ərz əşar ilə bu Xaqaniyi-sani  

Ki, var Rusiyyənin beş-altı milyon can müsəlmani,  

Qalıb elmü mənafedən tamamən bisərü bipa. 

Açıb Rusiyyə babi-mənfəət cümlə rəayayə,  

Dəmadəm şükrlər etmək gərək bu feyzi-üzmayə... 

...Namazlar da qılındı, çaylar da gəldi, içildi. Cənab Ünsizadə mənbərin yanına 

gəlib  dayandı  və  təmkinlə  ziyalıların  arzularından  danışdı.  Xalqın  millət 

babalarının  gələcəyindən  bəhs  açdı  və  mətbuatın  düşdüyü  çətinliklərdən  söhbət 

elədi.  Onu  da  "müsəlman  millətinin  balaları"  üçün  açılacaq  məktəb  məsələsi  ilə

birlikdə qoyurdu. Ünsizadədən sonra Ağaseyidəli ağa sözü Seyid Əzim Şirvaniyə

verdi. Şairin belə mötəbər bir məclisdə çıxış etməsi mürtəcclərin ürəyindən deyil-

disə  də,  bu  gün  onlar  susmuşdu;  quyruqlarını  böyürlərinə  qısıb  oturmuşdutar,  dil 

aça,  danışa bilmir,  dişləri  bağırsaqlarını  kəsə-kəsə  dinləyir,  arabir  söz  atır,  amma 

məclisdəki  nüfuzlu  şəxslərin  qorxusundan  və  hökumət  "əli  ilə  iş  görməyə  gələn 

qonağın"  yanında  özlərini  hörmətdən,  nüfuzdan  salmaq  istəmirdilər.  Seyyid  isə

sözünə davamla deyirdi: 

-  ...belə  getsə,  ağalar,  sizin  inandığınız  islamiyyətin  ancaq  namı  qalacaq... 

alimnümalar, əsa, xirqə, təsbeh, tiftik əbadan başqa heç nə tanımayan, dili virddən, 

bir  də  təzələri  təkfirdən  başqa  heç  bir  şey  bilməyən  mollanümalər  milləti  süquta 

aparır  və  aparacaqlar  da.  Vaxtdır  ki,  "ayıl,  ey  xabə  dalmış  millət,  oyan  bu  xabi-

xəflətdən"  -  deyən  adamlarımıza  qulaq  verək.  Qiyməti-bəşər  ülumladır... 

ürəklərində  atəşi-hissi-bəşər  sönənlərin  zərrati-cismini  oyatmaq  vaxtıdır.  Bunun 

üçün  də  iksiri-həyat  lazımdır  ki,  o  da  elm  və  maarifdədir;  məktəblə,  cəridəylə

olar... Başa düşmək vaxtıdır ki, cəlali-elm bizə ərzi-şimaldan nümayan ola bilər... 

Məşriq-zəmin oyansa fəqət bu yolla oyana bilər... 

 

 



                                                                                                                                                  

352 


O  neyşə,  bu  vaxtacan  xoruz  yoxdu,  sabah  açılmırdı?  Şimal  qalsın  öz  dinində

baqi, biz də öz dinimizdə baqi, islamiyyət... 

İslamiyyət...  özünüzə  də  məlumdur  ki.  Mən  islamiyyətin  yayıldığı  ölkələri 

gəzmişəm. Bəli, çox gəzdim, gördüm ki, harda islamiyyət məskən salıbsa, oraları

xərabəbəzara  çevirib,  həmin  ölkələrin,  millətlərirı  dədə-baba  mədəniyyətlərini, 

tarixini, dilini, əski adət və ənənələrini məhv edib. Əgər millətimizin təmirini xəyal 

və  xahiş  ediriksə,  mütləq  nifaqı  məhv  etməli,  cənnət  xülyalarından  əl  çəkməli, 

kisveyi-əvhamı soyunmalı, yüz illərlə əvvəl rəyasət eşqilə bir-birini qıran ərəblərə

yas,  matəm  saxlamağı  tərk  etməliyik.  Əgər  özümüzün  və  məşriqzəminin 

ziyalanmasını  istəyiriksə,  qaranlıq  zülmətlərində  məhv  olan  vətən  və  millətin 

istiqbalını  düşünürüksə,  məktəb  və  maarifə  rövnəq  verməliyik,  nəinki  dinin 

rəvacına... 

O  danışdıqca  ziyalılar  onun  fikirlərini  başa  düşür,  qəlblərində  onunla 

razılaşsalar  da,  məsciddə  belə  bir  çıxışın  nə  ilə  nəticələnəcəyindən  dəhşətə

gəlirdilər.  Hətta  Ağaseyidəli  ağa  da  qaragüruhun  qarşısını  ala  bilməz...  bunu 

ziyalılar yaxşı başa düşürdü. Qaragüruhun əksəriyyəti şairin sözlərindəki dərin əks-

din  mənanı  dərk  etməkdən  uzaq  idi.  sözlərin  mənası  çoxu  bisavad  adamlar  üçün 

anlaşılmaz  idi.  Onun  çıxışındakı  dərin  küfrü  hamıdan  əvvəl  və  daha  yaxşı  dərk 

edən  məhz  Ağaseyidəli  ağa  idi  ki,  o  da  çıxılmaz  vəziyyətdə  qalmışdı.  Şübhələr 

qoca  mollanın  ürəyini  didirdi.  "İlahi,  özün  saxla.  İlahi,  məsciddə,  dost-düşmən 

qabağında  seyid  qanı,  şair  qanı  tökülməsinə  razı  olma!  Ya  rəbbim,  öz  müqəddəs 

evinin  səhnini  qana  boyama  (Ağaseyidəlinin  ürəyinəmi  dammışdı?  Amma  hər 

halda, onun tanıdığı pərvərdigar, cəmi bir neeə il sonra baş verən faciənin qarşısını, 

böyük  bir  insana,  şairə  qalxan  qaragüruh  əlləri  saxlaya  bilmədi,  dostum, 

bacarmadı).  Mən  gərək  ona  heç  söz  verməyəydim.  Məni  sənin  dinində  bu  qədər 

süst olduğunu təsəvvür eləməzdim. Sən neyləyirsən, niyə, neyşə öz qətlinə fərman 

verirsən?  Yaxşı  ki,  Molla  Qurbanqulu  mənim,  Mahmud  ağanın  və  digər 

nüfuzluların  qorxusundan  burada  sənə  bir  söz  deyə  bilməyəcək.  Yoxsa  Allahın 

pənah  evini  qan  ocağına  çevirər,  bizi  də  yığılan  qonaqların  qabağında  xarü  zəlil 

elər, səni də yerlə yeksan elərlər. Yox, şair, yox, cənab Seyyid! Daha bəsdir. Mən 

sənin  nazınla  oynadım!  Sən  daha  millətini  irəli  aparmaqdan  başqa,  dayanıb 

durmursan,  dinin kökünə balta  çalmağa  başlayırsan,  daha  buna  dözmək  olmaz..." 

Seyidəli  ağa  düşündükcə bir neçə  gün  əvvəl  şairlə  olan  bir  söhbətini xatırlayırdı. 

Həmin 


 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə