Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə123/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   119   120   121   122   123   124   125   126   ...   153

                                                                                                                                                  

339 


-Başuva dolanım, Çəmən, sən qaç İsrafıl qardaşa de ki, Şamaxıya hacı Ağanın 

yanına getmək istəyirəm. Məni də, balamı da başına çevirib, bir əncam çəksin... 

Çəmən  ondan  ayrıldı  və  sonralar  hər  dəfə  bu  hadisəni  yadına  salanda 

təəssüflənər, deyərdi: "Kaş ayrılmayaydım. Ayağım heç getmirdi, amma tələsdim 

ki, bədbaxta bir kömək eləyə billəm görəsən?" 

...Sona, Bəybala bəyin otağına Qaratellə birlikdə gəlib çıxdı. Hadisədən o qədər 

də  halı  olmayan  Qaratel,  anasının  dabanbasma  dalıyca  gəlməsini  heç  başa 

düşmürdü. Neçə gündən bəri, nökərlərdən İsrafıl, Səlim və qulluqçu Çəmənin onu 

necə  qoruduqlarından,  demək  olar  ki,  bixəbər  idi.  İndi  anasının  da  onun  kimi  nə

üçünsə  bir  işdən  ötəri  çağırıklığını  zənn  edib,  həmişə  o  qədər  də  bir  həvəslə

girmədiyi otağa cəsarətlə daxil oldu. 

Bəybala  bəy  taxtın  üstünə  yayxanmışdı,  yarı  çılpaq  idi,  dumanlı  gözləri 

Qaratellə birlikdə otağa soxulan Sonaya ilişəndə, tanımadı, mırıldandı: 

-Sən itil, aaz! Neçə kərəm a-dama de-yəllər buralara gəlmə! 

Sona  nə  etdiyini,  nə  dediyini  bilmədən,  nifrət  oyatsa  da  Bəybala  bəyin 

ayaqlarına yıxıldı: 

-Bəy, məni başına çevir, balamı bədbəxt eləmə... 

Əziz dost, icazə ver, səni də, özümü də pərilər soltanının namərd ayağı altında 

sürünməsini  təsvir  etməkdən  xilas  edim.  Ürək  oyan  bu  mənzərəni  özün  təsəvvür 

edə bilərsən... Sona indi gözəllər gözəli Sona deyildi, canlar alan ilham pərisi deyil, 

təkcə ana idi; balasına ley cummuş göyərçin idi, yaxınlaşanın gözlərini oyacaq idi, 

didəcək, parçalayacaq, ya da öləcək idi... 

...Bəybala bəyin otağından çıxanda səsə tökülüşmüş nökər-qulluqçu qanqaysan 

olmuş Sona və Qaratelin əhvalına zar-zar ağlayırdı, qadını güclə ayaq üstə sürüyüb 

apardılar. Gözləmədiyi hücumdan və qamçıya doladığı ana-balanın müqavimətsiz 

yalvarışlarından  Bəybala  bəyin  kefı  tamamilə  pozulmuş,  içdiyi  şərabın  dumanı

dağılmış,  ayılmışdı.  "Yaxşı,  köpəyin  qızı,  neynək,  qoy  dursun!  Xoşnan  olmadın, 

gücnən  razı  olarsan".  Bu  "xoşnanın"  içərisində  isə  Sonanın  yalvarışlarını  eşidir, 

sözlər  qulaqlarını  dəlir,  dərinliklərə,  daxilinə  nüfuz  edirdi:  "Vur,  öldür,  bəy,  təki 

binamus eləmə!..." "Gədə-güdə də namus çəkən olub..." Bəyin beyni çaflayırdı... 

...Karvanqıran göy üzündə dan ulduzu kimi par-par yananda kəndin qırağından 

dörd kölgə ayrıldı. Bunlardan biri Sona, biri Qaratel, biri 

 

 



                                                                                                                                                  

340 


Kəndlərdə  duz  və  qara  neft  satan  dəvəçi  və  biri  də  qoşa  hürgüclü  qara  nərin 

kölgəsi  idi.  Sona  arabir  başını  qaldırıb  asimanın  zülmət  qaranlığını  məşəl  kimi 

yaran  karvanqıran  ulduzuna  baxır,  ümidlə  bu  "dan  ulduzundan"  kömək  diləyir, 

"Niyazımı,  nəzrimi,  dualarımı  o  dibsiz  göylərə,  məni  məndən  soruşmadan, 

razılığımı almadan yaradan və sonra da bu qədər əzab-əziyyətə salmaqla imtahana 

çəkən  pərvərdigara  yetir"  deyirdi.  Sonanın  qulaqlarında  Çəmənlə  İsrafılin  son 

sözləri bir yaddaş kimi səslənirdi: "Çox gözə-zada görünməyin, elə daldada olun. 

Qaratel əl-üzünü yumasın, elə sən özün də". Sonra Çəmən əlini sacın altına aparıb 

qızın üzünü hislə, sac qarasıyla elə şəklə salmışdı ki, alahı vaxt olsaydı, özü qıza 

baxıb  uğunub  gedərdi.  Sonra  da  İsrafıl  Sonanın  hələ  də  incə  təravətini  itirməmiş

gözəl üzünə baxıb demişdi: "Sona bacı, əlacım olsaydı səni dünyada buraxmazdım. 

Amma bu aralarda hansı obada gizlənsəz, bəy gec-tez xəbər tutasıdı. Nə yaxşı göz-

dən  uzaq  olasız,  kişi  olan  şəxs  dünyada  nə  ki,  zənən  ha,  heç  oğlan  uşağını  bu 

yiyəsizliyə buraxmaz. Ala, bu sigəzini də üstən salın başuza, həm soyuqdan saxlar, 

həm  də  görkəminizi  xarablar".  O  demək  istədiklərinin  birini  də  deməsə  Sona 

anlayırdı:  "Bu  biyabana,  boş  yollara  təkcə  kışi  çıxar,  təkcə  karvan  gedər,  o  da 

bələdinən. Arvadın-qızın bu yollarda neyşi var? Get bacı, Allah amanında olasan, 

bu  dəvəçini  tanıyıram,  qorxub-eləmə.  Uduludandı.  Həmişə  Həlib  bəyliyə  nöyüt, 

duz  gətirir  Bəkidən.  Çox  etibarlı  adamdı.  Lap  arın-arxayın,  sizi  daldalarnan 

ağzında dili kimi aparacaq. Doğma bacısı gözündə görəcək sizi, yoxsa heç ona da 

qoşmazdım, əlac nədi". Sonra köksünü ötürüb demişdi: "Fağır İsinin yəqin bu gecə

qəbri  çatladı".  İsrafil  dolmuş  gözlərini  silmiş  və  yenidən  aralıda  duran  dəvəçiyə

yanaşıb nəsə tapşırmağa başlamışdı. 

ZİDDİYYƏTLƏR İÇİNDƏ 

O  məscidə  girəndə  hələ  namaz  başlamamışdısa  da,  mənbərin  dibində

möminlərdən xeyli adam vardı. Ağaseyidəli ağa mehrabın altındakı daimi yerində

əyləşmişdi.  Ondan  solda  Hacı  Əsəd,  Məşədi  Alış,  Məşədi  Məhərrəm,  sağında 

Molla Qurbanqulu, Sarı Hacağa, darayı füruş Kərbəlayı Abdulla, Məşədi Rəhim və

başqaları  oturmuşdu.  Onlardan  xeyli  aşağı  Dardarı  Cəfər,  Məşədi  Qənbər,  Cüvə

Cabbar, həllac uşağı, Cırtdan Bahadır, Zol Hüseyn, Ayıbasan Məhərrəm və o 

 

 




                                                                                                                                                  

341 


çırpıda olan aşağı təbəqə adamları - kasıb-kusub əyləşmişdi. Şair içəri girəndə

öz  ağ  geyimi  və  nurani  siması  ilə  Hacı  Əsəd  və  Molla  Qurbanqulu  arasında  bir 

parça  nur  kimi  işıq  saçan,  ağ  pambıq  yumağına  bənzəyən  Ağaseyidəli  ağa  əlini 

dizinə  dayaq  verib  "La  ilahə  illəllah"  deyə  ayağa  qalxdı.  Böyük  axund  yerindən 

duran zaman heç kəs oturub qala bilməzdi. Hacı Əsəd, Molla Qurbanqulu və Alış

nifrətlərini gizləyə bilmədikləri halda, istəməyə-istəməyə şairin ayağına qalxmağa 

məcbur oldular. Hörmətli ruhaninin bu payansız ehtiramından sıxılan şair, axundun 

qənşərindəki divar dibində xeyli aralı əyləşdi. 

-Əssəlamu əleykum. 

-Və əleyküməs-salam... 

-Allah əcri-xeyir versin, əmoğlu. 

-Allah əcr versin... 

Hamı  salamlaşıb  yerində  sərbirah  olandan  sonra,  Hacı  Əsəd  özünü  saxlaya 

bilməyib, axunda tərəfə əyildi və alçaq səslə soruşdu: 

-Ağa, sənin şənin, hörmətin yanımızda dünyacandı, ona neyşə bu qədər hörmət 

eləyirsən? 

Ağaseyidəli ağa nazik əlini ağ ipək saqqalına çəkdi, aram, yumşaq səslə cavab 

verdi: 


-Layiqdi... 

-Neynən? Elə bir o biməna şeir qoşmağıynan? 

-Əvvəla həqpərəstdi, - sözün düzünü deyir, xudavəndi-aləm də həqpərəsti dust 

tutur  və  illa  şeir  Allahın  insana  əta  buyurduğu  ən  böyük  nemətdi,  dini-mübinin 

banisi  Məhəmməd  sələvatullah  (məclisdən  salavat  səsi  ucaldı)  özü  də  Qurani-

məcidi şeirlə yazıb. Yaxşı, bəs sən özün niyə durdun, cənab hacı? 

-Ağaseyidəli ağa qalxanda mən necə otura billəm? 

Seyid  Əzim  sözləri  aydın  eşitməsə  də  söhbətin  ondan  getdiyini  anlayırdı.  Bu 

gün  namaza  gəlməkdən  xüsusi  məqsədi  vardı.  Ağaseyidəli  ilə  məktəbə  yardım 

barəsində danışıb məsləhətləşmək istəyirdi. Lakin onu elə adamlar əhatə etmişdi ki, 

deyəsən söhbət baş tutmayacaqdı. O vaxt itirib bura gəldiyinə təəssüfləndi, "bura 

sənin  kimilərin  yeri  deyil,  aadə...  bir  gör  onu  kimlər  əhatə  edib...  Molla 

Qurbanqulu, onun əziz kürəkəni Alış... daha sonra hamısının başçısı Qapaqlı... yox, 

bura  sənin  yerin  deyil  "könül,  ta  var  əlində  cami-mey  səbhə  şümar  olma"  -  bu 

təsbeh  çevirib  dodaqları  vird  edən  cənabların  qəlbində,  qəlbinin  ayinəsi  olan 

gözlərində, bir bax, nə qədər küdurət var... Bu 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə