Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə124/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   120   121   122   123   124   125   126   127   ...   153

                                                                                                                                                  

342 


Boş başlar üzərinə qoyulmuş əldəyinnanının daşı boyda əmmamələrin qalmağı

papaqların altındakı qırxıq başlarda nə qədər fisqi-fücurlara fikirlər var? Bu həna 

və rəng ilə təravətlənmiş saqqal və nə qədər mənfur simaları bəzəyir ki, eybi üzə

çıxmasın?   

Bu şal çuxaların, tirmə qurşaqların arxasındakı ürəklərdən nə keçir, mədənlərdə

hansı yetimin, bivo övrətin malı həzmi-rabədən keçir? 

Camaat  namaza  durdu.  Pişnamaz  mehrab  önündə  yerini  tutdu.  Mükəbbir 

ucadan  hamıya  görünsün  deyə,  mənbərin  ikinci  pilləsinə  Mominlər  axundun 

arxasında  səf  çəkdilər.  Səccadələr  açıldı.  Minədən  müəzzin  əzanı  bitirincə  əllər 

qulaqların ardına qoyuldu. Ürəklərdə pişnamaza iqtida bağlandı və namaz başlandı. 

namaz bu gün Ağaseyidəli ağa özü idi. O öz zəif, mülayim səsilə dualarını, əlhəm-

qulhuvallahı  dedikcə,  minbərdə  duran  mükəbbir  ucadan  təkrarlayır  və  böyük 

məscidi dolduran, pişnamaza iqtida an möminlər şərti işarələrlə əyilib-düzəlir, daha 

özlüklərində surələri oxumurdular. Ona görə də əksəri bisavad olan adamların cər-

gəsində  qarmaqarışıqlıq  yaranmasın  deyə  seyid  Cəfər  aralıqda  gəzir  və  həkətini 

yanılanlara  işarə  eləyir,  kimisini  boynunun  şəkərəyindən  itələyib  əyir,  kimisini 

dürtmələyib  qaldırırdı.  Heç  bir  şeydən  başı    çıxmayan  avam  bir  tərəkəmə  də  dal 

cərgədə  durmuş,  döyükmüş  gözlərlə  məscidə  seyr  edir  və  qalxmaq  lazım  olan 

yerdə  əyilir,  rükuə  getməli  olan  yerdə  əzən-iqaməyə  qalxırdı.  Buna  görə  seyid 

Cəfərdən bir  ürtmə  də  yemişdi.  Odur  ki,  indi  sərvaxt  olub,  başa düşmüşdü ki,  ki 

hərəkətləri  təkrarlamasa,  zərbə  alacaq,  qonşusu  da  həmçinin.Odur  ki  özü  kimi 

gecikən,  qonşuya  arabir  pıçıldayıb  xəbərdarlıq  edirdi:  “ayə  əyil,  seyid  gəlir  sö-

ləsən". Pıçıltı elə aydın idi ki, cərgədə hamı, hətta bir neçə sıra qabaqda duran Ağa 

da eşidib qəlbində gülümsədi.  

Mükəbbirin  ucadan  "Allahü  əkbər"  deyə  namazın  bitməsini  bildirən  səsi 

eşidilincəyədək, Ağanın fikri fağır tərəkəmənin yanında idi.İndi  bazara çatanacan 

"tüllablar,  tülüngülər"  onun  dalınca  düşəcək,  “Seyid  gəlir  sö-ləsən"  deyib  ələ

salacaq,  güləcəklər.  Yazıq  tərəkəmə  birtəhər  eləyib  kəndə  qayıdan  yoldaşlarına 

qoşulanacan  bu  səs  leyəcək,  hələ  bəlkə  gələn  səfərlərdə  bazara  çıxanda  onu 

tanıyanlar dərhal bu sözü yada salacaqlar.  

Namaz qurtardı... 

…Ağaseyidəli  ağanın  yaxın  adamlarından  biri  olan  silsiləcuman  Mir  Kərim, 

Seyid Əzimə yanaşdı, qarşısında diz çöküb qulağına pıçıl- 

 

 




                                                                                                                                                  

343 


dadı ki "istifta" qurtaranacan ayaq saxlasın, axund onu gönnəyə mayildir. Şairi 

məsciddə  saxlayan  da  bu  oldu.  Yoxsa  çoxdan  çıxıb  gedərdi.  O  bu  istifta 

məclislərinə  uşaqlıqdan  bələd  idi.  Hələ  babasının  otağında  neçə-neçə  belə

məclislərin  şahidi  olmuş,  babasının  bu  sadə,  bəzən  hətta  gülünc  sorğulara  böyük 

bir  ciddiyyət  və  ürək  ağrısı  ilə  verdiyi  cavabları  eşitmişdi.  İndi  o  qəlbində

Ağaseyidəli  ağa  ilə  babası  arasında  bir  müqayisə  yapırdı.  "Axı  Ağaseyidəli  də

bilikli,  dünya  görmüş  alim  və  həqiqi  din  xadimidir.  Bəs  nə  üçün  mən  onun 

qəlbindəkilərin  simasında  əksini  görə,  duya  bilmirəm?  Axı  o  heç  də  fırıldaqçı, 

riyakar adam deyil, dini öz şəxsi mənfəəti üçün mənbəyə çevirməyib. Axı o, dini 

ayinlərdən  gələn  qazancı,  fttrəni,  təsəddüqü,  zəkatı  məhz  füqəraya  paylayar,  bəs 

nədir    bu  təzadın  səbəbi?  Mən  bunu  dərk  etməliyəm,  yoxsa  quru  yerdə  molla-

axund  haqqında  həcv  yazmaq  namərdlik  olar..."  ...Növbəti  sual  verən  baqqal 

Məşədi Məhərrəm idi: 

-Axund  ağa,  cəddüvə  qurban  olum,  qonşumuz  Əhməd  bəyin  nəvəsi  Tiflisdə

urus uçqolunda oxuyur; bu yaxında dərsləri ara verib, on günə gəlib. Nökərçənizlə

həmsinndi;  uşaqlar  bir  məhəllədə  böyüyüb.Görüşüb-öpüşüblər,  ona  şirniyyat  pay 

veribdi.  O  da  yeyib,  indi  nənəsi  uşağın  ağzını  suya  çəkdirib,  amma  genə  ürəyi 

durmur, deyir gör bir cəddinə qurban olduğum nə deyir? Uşaqdı, gözdən oğurlanıb 

gedib onuynan görüşüb-oynasa... 

Axund sözün uzandığını görüb nazik əlini qaldırdı: 

-Kifayətdir,  məşədi,  məlum  oldu  məsələn...  uşağın  nənəsi  haqlıdı;  cənab 

Əhməd  bəyin nəvəsi  urus  məktəbində oxuyur, urus xörək-çörəyi  yeyir və  onlarla 

mülaqatdadı.  Xaçpərəstlər  ilə  mülaqat  haramdı.  Cənab  Əhməd  bəyin  nəvəsi  də

tamam-kamal  murdarlanıb,  o  da  bir  növ  uruslaşıb.  Görüşməsi  fəsada  bais  olar, 

uşağın  əqidəsinə  sədəmə  toxundurar.  Nəüzən-billah,  onun  cavan  ürəyinə  dini-

mübinə zərər gətirən toxum səpər, uşağı döndərər, bir də görərsən gəlib dedi: dədə, 

məni də urus məktəbinə göndər... 

-Allah sən saxla... 

Məşədi  Məhərrəmin  domba  gözləri  az  qaldı  hədəqəsindən  çıxsın.  O  açıq 

şabalıdı rəngə çalan əllərini hənadan allaşmış qırmızı saqqalına çəkdi: 

-Allah  sən  saxla!  -  kişinin  nəfəsi  darıxdı,  boğulurdu  –  pərvərdigara,  özün 

mühafızət elə! Mən o it küçüyünü yaxşı tənbeh elərəm. 

 

 



                                                                                                                                                  

344 


Aparıb hamamda qüsl elətdirrəm, sonra bir də o urus uşağının, o babi kafirlərin   

qapısı tərəfə baxsa, iki gözünü bir deşikdən çıxardaram... 

Məşədı Rəhim bu gün heç məsələ üçün gəlməmişdi. Rus mülaqatı haqqında bu 

fəqərəni eşitcək kişi yerində qurcalandı, elə bil kişinin bədəninə çuxanın altından 

birə daraşmışdı, dizin-dizin irəli sürünüb dil-dodağı ləpiyə-təpiyə dilləndi: 

-Aga cəddüvə qurban olum, mənim də məsələm var.  

Sadəlöhv  etiqadı  ilə  axunda  çoxdan  tanış  olan  Məşədi  Rəhimin  vahimə  dolu 

səsini  eşidincə,  vəziyyətin  ciddiliyinə  baxmayaraq,  Ağa-seyidəli  ağanın  üzünə 

xəfif, olduqca xəfif təbəssümü xatırladan bir mülayimlik gəldi: 

Buyur , məşədi, buyur... deyəsən, axırıncı məsələ sənindi... 

Məşədi Rəhim təpimiş dodaqlarını dilinin ucu ilə yalamaq istədi, bığ-saqqalının 

pırpız,  qırmızı,  cod  tükləri  tikan  kimi  dilinə  sancıldı.  Kişi  barmaqları  ilə

dodaqlarının  kənarında  dikələn  tüklərə  təh  verməyə  çalışdı,  bundan  bir  şey 

çıxmayacağını görüncə, əlini ağzından çəkib sözə başladı: 

-Ağa, qadovu alım, həyətimə su cənab Mahmud ağanın bağından keçir. Orda da 

cənab  Mahmud  ağa  urus  badımcanı  əkdirib  (Şirvanda  təzə  görünməyə  başlayan 

pomidoru o zaman belə adlandırırdılar), su o urus badımcanlarının dibindən ötüb, 

mənim  bağıma  axır,  indi  bilmək  istəyirəm  görüm  mənim  götürdüyüm  yer-yemiş

haramdı, ya halaldı?.. 

...Aralı  oturmuşdular.  Seyid  Əzimlə  Ağaseyidəli  ağa  arasında  xeyli  məsafə

vardı,  amma  nədənsə,  kişinin  son  sualında  hər  iki  seyidin  baxışı  ani  olaraq  bir-

birinə  sancıldı.  Dərhal  Ağaseyidəlinin  ağ  kirpikləri  aşağı  enib  nəzərlərindəki 

ifadəni  şairdən  gizlətdi.  Seyidin  qəlbindən  dərin  bir  ağrı  keçdi,  təəssüf  hissilə

Məşədi Rəhimə baxdı, xeyli düşünüb fikrə getdi. Daxilində, dərununda iki hiss bir-

birilə  çarpışırdı:  birinci  deyirdi:  "De  ki,  ay  rəhmətlik  oğlu,  torpaq  Allahın,  su 

Allahın,  toxum  Allahın,  onu  göyərdən  ab-atoş,  xak-bad  da  Allahındı;  göyərən 

tərəvəzə "urus badımcanı" adını sənin təkilər qoyub, ağla, gəl, kişi, əlbəttə halaldan 

halaldı". Digər hiss birinciyə qalib gəlib bağırırdı: "Yox, yox, - demə, haramdır - 

de". 

Agaseyidəli birdən düşüncələrdən ayılıbmış kimi gözlərini qarşı cərgədə oturan 



şairə qaldırdı, onun əzici baxışlarına davam gətirə, nə fikrindəki iblisin diktə etdiyi 

sözləri, nə də dərunundan gələnləri deyə bilmədi. yarı fikirli, dodaqaltı dilləndi: 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə