Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə126/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   122   123   124   125   126   127   128   129   ...   153

                                                                                                                                                  

348 


cək  sillərin  lənətindən  qorxun,  lərzəyə  gəlin!  Onlar  bir  zaman  göz  açıb 

anlayacaq və sizləri arizu etdiyiniz rəhmətlə deyil, lənətlə yad edəcəklər. 

Şair, Seyid Əlinin bu dəhşətli inamı qarşısında söz tapa bilmirdi. Sükuta dalmış

qoca  ilə  yanaşı  irəliləyirdi:  "Görəsən,  bu  peyğəmbərliyində  haqlıdımı?  Görəsən, 

cənab Həsən bəy, cənab Vəkili-millət, cənab Əhsənül-qəvaid yanılırmı? Bəs onda 

Həsən Qaralar, kapitan Soltanovlar, molla Qurbanqulular, qapaqlı və Alışlar haqdı? 

Heç belə də şey olar? Bu ki, kor-kor, gör-gördü? Bəs cənab Axunddakı bu təzad 

nədən  irəli  gəlir?"  Axund  getdikcə  elə  təngnəfəs  olmuşdu  ki,  evlərinin  qabağına 

çatanda  artıq  az  qala  boğulurdu,  hər  nəfəsdə  çiyinləri  qalxır,  sinəsi  çökür, 

boğazından  xırıltılı  öskürək  çıxırdı.  Getdikcə  daha  çox  Seyid  Əzimə  söykənirdi, 

şair yumaq kimi yumşalmış qocanı az qala qucağında aparırdı: "Ah... Kaş ki, sənin 

o böyük milli məhəbbətinə bir qədər də dünyəvi tərəqqi işığı qarışaydı", deyə xəstə

qocaya  qəlb  ağrısı  ilə  acıyaraq  düşünürdü.  Qapıda  dayandılar.  Axund  onu  içəri 

dəvət  etdi.  Seyid  Əzim  üzrxahlıq  elədisə  də  qocanı  həyətdən  keçirib  kallayıdakı

otağına gətirdi. Bir neçə könüllü nökərə çevrilmiş müridin köməyilə qocanın əba, 

qəba  və  iri  əmmaməsini  çıxardılar,  yüngül  ərəbi  donda  yenidən  ağ  bir  yumağa 

çevrilən  seyidin  sükunəti  özünə  qayıtdı,  təngənəfəsliyi  azaldı.Yerini  rahatlayıb 

nazbalış  və  mütəkkələrə  dayandı.  Seyid  Əzim  getmək  üçün  icazə  istədikdə

qoymadı, nökərlərə çıxmaq işarəsi verib dedi: 

-Ayaq saxla, əmoğlu, o qədər səninlə lazımsız (lazımsızmı?) mübahisə etdik ki, 

dəvətdən məqsədimi deməyə macal tapmadım. 

Seyid  Əzim,  qocanın  böyründə  salınmış  döşəkçənin  üstünə  diz  çökdü. 

Ağaseyidəli sözünə davam etdi: 

-Sənə iki sözüm var idi, övladım: biri xoş, biri qismən naxoş.Qoy elə əvvəlcə

naxoşdan başlayım ki, məndən incik ayrılmayasan. - 

Seyid  Əzim  nə  isə  demək  istəyirdi,  axund  əlini  qaldırdı  -  sözümə  qulaq  ver, 

bilirəm  məndən  inciyən  deyilsən;  öz  xalqının  kamil  övladlarına  dəruni-qəlbdən 

səadət arzulayan xeyirxah qocadan kim inciyər deyəcəksən. Lakin əfsus... nə isə... 

Bilirəm ki, səninlə son müsahibəmizdən neçə illər keçir və bəndəyə verdiyin sözə

əməl  edib  içkiyə  əl  vurmursan,  xüsusilə  məktəb  işin  yoluna  düşəndən  o  bədbəxt 

cavanın hadisəsindən sonra... Amma, bununla belə, yenə də qulağıma bəzi naxoş

sözlər gəlib çatır. 

 

 



                                                                                                                                                  

349 


Şərabdan,  bihudə,  boş  və  biməna  həzliyyatdan  mənə  tövbə  ilə  söz  verdikdən 

sonra  əl  çəkdiyini  bilirəm,  amma  zəmanənin  mütəşşəxxis  adamlarına,  bəylərə, 

ruhanilərə,  ağalara  həcv  yazmaqdan  hələ  də  əl  götürməmisən.  Onların  arasında 

zülmkar,  bədtinət  adamlar  çoxdur,  bilirəm;  fəqət  övladını  ilk  dəfə,  adətlərimizə

rəğmən, xarici məktəbə göndərən, maarif yolunda ianə verən, füqəraya əl tutan da 

həmin təvana içindən çıxan adamlardır. Elə ilk maarifpərvər ziyalılar da çulu cırıq 

çoban-çoluq içindən çıxmayıb, xan-bəy övladı olub. Bilirəm, deyəcəksən ki, mən 

pisə  bəd,  yaxşıya  yaxşı  deyirəm;  amma  bəhər  hal,  məndən  sənə  nəsihət,  özünü 

qoru,  namərbut  adamlardan  özünü  gözlə!  Pişnamaz  da  namazda  yanıla  bilər,  sən 

yox!  Sənin  buna  ixtiyarın  yoxdu!  Onsuz  da  gəncliyindəki  xətaların  bəzi  kölgəsi 

ömrün boyu səni rahat buraxmır. İstər öz qəlbində, istər el arasında. Vəssalam! 

Şair, qocanın nəfəs dərməsindən imkan əldə edib dilləndi: 

-Bədbəxt vətənin adı itmiş şairlərindən biri gözəl deyib: 

- Əğyar cövrü, el sitəmi, yar tənəsi  

Bəh-bəh nə yaxşı əppəyimiz batdı bala ha... 

doğrudan da, əppəyimiz bala batıb. 

Qocanın dodaqları təbəssümdən qımıldandı: 

-İkinci sözüm şad bir xəbərdir, övladım! Sənə bəşarət olsun ki,cənab Səid Ünsi 

əfəndi  Şirvana  gəlir.  Təzə,  dünyəvi  elm  təlim  edən  məktəblər  açmaq,  qəzetlərə

abunə  yazılmaq,  qəraətxano,  kitabxanə  açmaq  haqqında  danışacaq,  iane  toplanışı

başlayacaq. Bu barədo cənab Səid Ünsi mənə, cənab Hacı Məcid əfəndiyə məktub 

yazıb, kömək xahiş eləyir. Mən də cavab məktubu yazdım və əlimdən gələn bütün 

müavinətdə  olacağımı,  heç  nə  əsirgəməyəcəyimi  bildirdim.  Sənin  və  məktəbin 

barəsində  ayrıca  məlumat  verdim.  İndi  qabaqcadan  işini  bil  və  həmfıkirlərinizlə

Səid Ünsizadə cənablarının gəlişi üçün hazırlanın. Cənab Hacı Məcid əfəndi ilə bu 

qənaetdəyik  ki,  Səid  cənablarının  gəlişi  münasibətilə  bizim  otaqda  sünnü  və

şiəməzhəb əşxasdan mürəkkəb bir yığıncaq tərtib edərik. Cənab Ünsizadə orada öz 

məqsədləri barədə nitq irad edəcək və Şirvan ziyalıları namindən sən də bir necə 

kəlmə danışarsan. 

...Şair  vidalaşıb  çıxdı.  Bir-birinin  kölgəsini  qılınclayan  sünnü-şiə  məzhəbləri 

nümayəndələrinin  bu  birgə  iclası  onun  nəzərində  gələcək  birliyin  bünövrəsi, 

tərəqqi mücəssəməsi kimi canlanır və burada söy- 

 

 



                                                                                                                                                  

350 


ləyəcəyi  sözlər  incitəki  ipək  sapa  düzülür,  gələcək  şerin  misralarına  çevrilir 

axırda  


 Düşüb ol fıkrə kim, Şirvanı bir darülfünun etsin,  

Qiraətxanə açsın, nəşr qılsın elmi-ədyani...  

Zəbani-rusi bilmək, ya danışmaq qeyri dillərdə  

Şəriətdə bizə nəhy olmayıb, yox rəddi-bürhani...  

...Xüsusən kim, bu əhlə rusi bilmək çox münasibdi...  

...Əfəndi ya axund rusi danışsa bir günah olmaz... 

..Seyyid məscidə qonaqlardan xeyli əvvəl gəlmişdi. İş elə gətirmişdi ki, dünən o 

Şamaxı  ziyalılarından  birinin  evində  Səid  Ünsi-zadə  ilə  görüşmüş,  onun 

"Əkinçi"də  çoxdan  bəri  qızışan  elmi-əbdan,  elm  -odyan  ətrafındakı  söhbətlərini 

dinləmiş,  yeni  qaydalı  məktəblər  açmaq,  kitabxana,  qiraətxana  təşkil  etmək, 

Ünsizadə qardaşlarının nəşrə başladıqları qəzetlər üçün abunə yazdırmaq və başqa 

bu  kimi  maariflə  əlaqədar  söhbətlərini  dinləmiş  və  gecəni  yatmayıb  Ünsizadə

haqqında  bir  şeir  inşad  eləmişdi.  O  bu  gün  məsciddə  həmin  şeri  oxumaq  niyyə-

tində  idi.  Bəlkə  danışanlarla  birlikdə  onun  bu  şeri  də  yığılan  camaata  təsirini 

göstərdi və əhali arasında yeniliklərin daha tez və yaxşı yayılmasına səbəb oldu. 

...Məsciddə  elə  indidən  qələbəlik  idi.  Cümə  məscidinin  xidmətkarları

namazgahı,  səhni  silib-süpürmüş,  başmaqçıxarılan  yerdə  qoca  başmaqçı  Ağarəfı

yumurlana-yumurlana  yerə  şirə  çəkib  qurtarmış,  gələnlərin  başmaqlarını  yığmaq 

üçün səliqə-sahman yaratmışdı. Xidmətcilər məscidin divarları dibinə yuxarı başda 

oturmalı olan ağalar üçün döşəkçələr, nimdərlər salırdılar. Məscidin ortasında şiə

müsəlmanlardan  ötəri  canamazlar  açılmış,  üzərlərinə  sarıtorpaq  məscidindən 

möhürlər  qoyulmuşdu.  Sünnü  müsəlmanlar  üçün  açılan  səccadələrin  üstündə

möhür  yox  idi.  Bu  gün  Şirvan  tarixində  bəlkə  də  birinci  dəfə  olaraq  sünnü-şiə

məzhəbli  müsəlmanlar  bir  məsciddə,  Cümə  məscidində,  eyni  vaxtda  namaz 

qılacaqdılar. Cənab Hacı Məcid əfəndinin xahişi üzrə pişnamaz da Ağaseyidəli ağa 

olacaq  idi.  Yalnız  cümə  namazından  sonra  məktəb-maarif  haqqında  cənab  Səid 

Ünsinin söhbəti dinləniləcək idi. 

"Buna  da  şükür,  bu  özü  də  böyük  bir  aşuba  səbəb  olardı  vaxtiynən.  Məni  

bədbəxt  bəradərim  Tərlanın,  Səfanın  vaxtında  kimin  ağlına  belə  bir  məsələ  gələ

bilərdi ki, bir zaman Cümə məsciddə sünni-şiə 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə