Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə122/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   118   119   120   121   122   123   124   125   ...   153

                                                                                                                                                  

336 


- Hə, sənin adını eşitcək deyir o çəngi Sonanın? Mən də bilmədim nə deyim, 

dedim yox, sənin kənizindi anam. 

Sonanın  çoxdan bəri üstü köz bağlamış yarasının qaysağı qopdu, ona elə gəldi 

ki, bu saat sirri açılacaq, bürün kəndə yayılacaq. Bu vaxtacan bacı deyənlər ondan 

üz  çevirəcək,  "çəngi  köpəyin  qızı"  deyib  söyəcək,  döyüb  qovlayacaq,  üzünə  də

baxmayacaqlar. Yenə də kişi məclisləri (o unudurdu ki, indi artıq çox gecdir və bu 

mümkün  deyil,  qocalıb),  bu  məclislərdə  bayağı,  bayğın  baxışlar,  şorgöz  gözlər... 

İlahi...  Elə  anlar  olacaq  ki,  o  insan  olduğuna,  istəksiz,  təqazasız  bu  dünyaya 

gətirildiyi günə lənətlər sovuracaq... Ürəyi uçundu, səntirlədi, Qaratel olmasaydı az 

qala yerə dəyəcəkdi... 

...Sona elə bilirdi ki, ölüm yatağına yıxılıb... Bir də buradan dura, balasına bir 

əncam çəkə bilməyəcək. İndi Sona artıq dərk edirdi ki, onun üçün namus qorxusu 

keçib; indi qorxu balasının başı üzərində hərlənir, indi yalnız o bir ana kimi narahat 

idi, indi o bir qırt toyuq kimi balasını qanadı altına almalı, yaxına gələnin gözünü 

dimdikləməli, balasından qovmalı idi, indi o bir çalağan idi ki, körpəsinin yuvasına 

yaxınlaşanı  dimdikləyib  gözünü  tökməli  idi...  Sona  qızdırmalı  idi,  yatağa 

düşmüşdü...  Zarımırdı,  quruyub  yanan  dodaqlarını  dililə  yaladıqca  içərisindən 

odlu,  alovlu  bir  rüstü  çıxırdı...  Anasının niyə  xəstələndiyini  bilməyən  qız,  tez-tez 

gördüyü işləri yarımçıq qoyub, yanına qoşur, pərzanadan-zaddan verir, üstün-başın 

təmizləyirdi.  Arabir  başqa  nökər-qulluqçularla  birlikdə  Çəmən  də  bura  gəlir, 

rəfıqəsini  yoluxur,  qaynağında  dadlı  bir  tikə  gətirir,  onu  mütləq  azarlıya 

dadızdırmasa  getmirdi.  Ağa  üzünə  baxmayandan,  içəri  evdən  qovandan  sonra 

Çəmən  bu  dünyada,  həyət-baca  ilə  məhdudlaşmışdı,  heç  bir  yeri  yox  idi.  İndi  ən 

qara  işləri  o  görürdü.  Bir  gün  də  gəldi,  çox  qayğılı  idi.  Sonanın  babatlaşdığını

görüncə  bir  neçə  vaxtdan  bəri  ürəyini  deşən  dərdi  ona  açdı,  əvvəlcə  eyhamla, 

yavaş-yavaş, ehmallıqla başladı: 

-Sona, Qaratelin üstə gözün olsun...  

Sanıınn dərinə çökmüş gözləri alacalandı:  

-Necə? 

-Necə-mecəsi yoxdu, indi babatsan, deyə billəm...  



-Nəyi? 

-Dayı nə nəyi? Ağanın onu qaralamağından alınmışam. 

-Sən də? 

 

 




                                                                                                                                                  

337 


-Bir mənəm ki, bütün həyət uşaqlı-boyüklü üstündə gözdü... O qədər də narahat 

olma. Amma əlac eləməlisən. 

-Nə əlac, necə əlac? 

-Vallah, heçcə özüm də bilmirəm, sənə nə məsləhət eləyim... Biz dədə-babadan 

bu xarabada böyümüşük, hamıcacıqları da burda qırılıb gedib... Bir yanda kimimiz-

kimsənəmiz yoxdu, bəlkə sənin bir yerin olar... Yer ayrılıb yerdən çıxmamısan ki... 

-Yer ayrılıb yerdən çıxmışam... Tutacağım yoxdu sizdən başqa, Çəmən... mənə

əlac, balam əldən gedər... - Azarlının gözləri doldu, solmuş yanaqları birdən-birdən 

al-al çaldı... Çəmən xəstənin əlindən yapışdı: 

-Dedim ki, qabaqcadan əl-ayağa düşmə, hələm ki, bir şey yoxdu. Gədələrə də, 

qızlara  da  tapşırmışam.  Sən  yatandan  bəri,  heç  oları  bir  tək  qoymurlar.  Elə  ki, 

Qaratel  iç  otağa  keçir,  Bəybala  bəyin  otağın  yığmağa,  tez  gədələrdən,  ya  da 

qızlardan biri bir bəhanəynən cumur dalısıycan... Yaxınlıqdan qaraltı verillər.. 

-Deməli iş bu çilləyə çıxıb?.. - Sona inlədi. 

-Hə, sən bir az ye-iç, cana gəl. Tez cana gəl, görək neynirik... 

Sona  bu  saatdan  sonra  Qaratelin  və  başqa  kənizlərin  onun  üçün  gətirdikləri 

bütün bişmişləri acgözlüklə, dadına-tamına baxmadan yeyirdi. Arabir qızın üzünə

baxıb  içini  çəkirdi.  İndi  o  pərilər  soltanı  Sona  deyil,  ana  idi,  ana!  "...ilahi,  ana 

balasının  gözəlliyinə  sevinər,  amma  mən...  istərdim  ki,  o  çirkin  olsun,  eybəcər 

olsun.  Təki  bu  murdar  zəmanənin  oxlarından  pak,  səlamət  baş  çıxarıb  sağ  gora 

getsin".  O,  ana  idi,  ana!!!  O,  indi  qızının  gözəlliyi  ilə  fəxr  eləyə  bilmirdi.  Bu 

qənirsiz  gözəllik  çiçəkləndikcə  bahar kimi  ətir  saçdıqca  ana, dırnaqlarını  bu qızıl 

gül  ləçəkləri  təki  zərif,  nərmin  yanaqlara  batırmaq,  onları  eybəcərləşdirmək 

istəyirdi.  O  bu  dolğun,  körpə  nəfəsli,  reyhan  qoxulu  dodaqları  dırnaqları  ilə

şırımlamaq  istəyirdi.  Təkcə  bu  şəhla  gözlərdəki  dərinliklərə,  fəttanlığa  toxuna 

bilməzdi,  ana  ürəyi...  "İlahi,  nolaydı  mənə  oğul  verəydin,  nolardı  qız  verəndə  də

eləsini verəydin ki, üzünə baxan olmaya idi? İlahi, oğul versəydin, qolumdan tutar, 

ana-bacı namusu qoruyardı... İlahi, no olardı, atasını at vurub öldürməyə idi. İndi 

bəd  ayaqda  çarə  qılardı,  ər-ata  qoltuğuna  sığınıb  diyarbədiyar  gedərdik... 

namusumuz  əllərdə  qalmazdı...  Allah,  hara  baş  götürüm,  gedim?  Kimə  pənah 

aparım?.." 

 

 




                                                                                                                                                  

338 


Fikrinə  indi  ömründə  tək  bircə  gün  evində  ana  nəfəsi  duyduğu,  ana  nəvazişi 

gördüyü Minasoltan gəldi... "Bu günümdə o mənə əl tutar,məni də, qızı da bir əmin 

qapıya  işə  düzəldər.  Qulluqçu  hər  yerdə  qulluqçudur.  İndi  mən  heç  yerdə  Sona, 

çəngi gözəli Sona deyiləm... Doğrudu, burada da tanıdılar məni... Amma neynək, 

gedərəm, əl-aya-ğına düşüb yalvarram. Qızı yerbəyer elər. Sonra da, vallah gedib 

özümü çaya ataram, gicoya ataram. Qoy sonra yazıq uşağın üstündən çəngi ananın 

adı götürülsün... Məni də oralarda dayı nə görən olar, nə də tanıyan... Nə də balama 

baş  qaxıncı  eləyən...  Yox,  Ağagil,  Minasoltan  məni  qapıdan  qaytarmaz,  əncam 

çəkərlər  balama.  Mən  ki,  bir  şey  istəmirəm.  Onlar  saleh  adamdılar,  pis  yola 

düşməyə qoymazlar balamı... Düzdü... özlərinin də bir elə vardatları yoxdu, amma 

bir dünyacan ürəkləri var... Sonra da qızı onlara tapşıran kimi gedib özümü gicoya 

ataram".  -  Bu  qərara  gələndən  sonra  Sonanın  vəziyyəti  nisbətən  babatlaşdı.  İndi 

artıq  evin  içində,  durub  işdən-gücdən  görə  bilir,  ağalığın  nəhrəsindən-zaddan 

çalxayır. Bəybala bəy axı qışdağdan dəridə, sərnicdə gələn yağı-qaymağı xoşlamır, 

onlardan  motal  iyi  gəlir  deyir,  burda  təzəsini  hazırlatdırırdı.  Sonanın  imkanı

olsaydı,  bütün  kin  və  qəzəbini,  bu  gen  dünya  altında  əvvəl  özünə,  indi  də  bircə

balasına yer tapa bilmədiyinin ağrı və acılarını zəhərə döndərib, bəyliyə göndərdiyi 

bu ayran daman kərəyə qatardı... 

Öynə  qurtaran  kimi  Çəmən  gədələrin  süfrəsini  yığışdırdı  və  özünü  Sonanın 

yanına çatdırdı:  

-Bu  gecədən  sərvaxt  ol,  Sona!  Bəy  o  ki,  var  doldurub  tuluğunu.  xudaya,  elə

axıllı  kişidən,  irəhmidil  ağadan  belə  bala!..  Kərəminə  Allah,  nə  deyim?..  Bə

deyillər "ot kökü üstündə bitər", bu hansı üstündə bitib?..  

Sona  çırpındı.  Bayaqdan  bəri  həyətdə  güyümlərlə  əlləşən  Qarateli  gözləri  ilə

axtardı...  

…Qəfıl  qara  xəbər  kimi  Sona  ölənəcən  də  bilmədi  ki,  nökərlərdən  hansıydı, 

içəri girib, rəfiqələrin sözünü yarımçıq qoydu:  

-Bəy qızı çağırır... Qarateli. Hanı qız?  

Və qızı axtarmaq üçün həyətə cumdu.  

-Bu qara yazını mən yazmamışam, Çəmən, alnıma yazılıb bu qara yazı!.. 

Çəmənin  tükləri  ürpərdi.  Hər  ikisi  yerlərindən  hövlnak qalxıb,  ağanın  otagına  

sarı yeridilər. Qabaqda gedən Sona yavaşca Çəmənə pıçıldaya bildi: 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə