Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə121/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   117   118   119   120   121   122   123   124   ...   153

                                                                                                                                                  

333 


-Yox... heç yadıma düşməyib... 

-Bəlkə özləri qoyub? 

-Bıy, ağızları nədi?! Mənə genəşməmiş? 

Əlyar bəy bir az əvvəlki hissin təsirilə çağaya bir də nəzər salıb demişdi: 

-Onda denən adını Qaratel çağırsınlar... 

-Bıy,  ay  öləsən,  nə  yaxşı  ad  tapdı  ağan  sənə!  Ağ  günlü  olasan,  at  belində 

gedəsən  səni...  ay  qız...  nə  qəşəng  yaraşdırdı  ağan  sənə  adını...  –  deyə  çağanı

qapıda gözləyən kənizi çağırmışdı: 

-Çəmən, ay Çəmən... 

-Bəli, nədi bəyim? 

-Gələ, al görüm, get dədəsinə-nənəsinə de ki, ağa adını Qaratel qoydu... 

Əlyar  bəy  cibindən  bir  beşlik  çıxarıb  Şahbikə  bəyimə  vermiş,  o  da  pulu 

körpənin bələyinə sancıb demişdi: 

-Bu da cehizi... 

Hə...  indi  həmin  Qaratel  qız,  on  üç-on  dörd  yaşını  doldurmuş  əsmər  bir  qız 

olmuşdu. Ata çörəyi, ata fərəhi görməsə də, Sonanın kasıb komasında ana qanadı

altında  böyümüşdü.  Şahbikə  xanım  qızı  çox  əzizlərdi.  Həmişə  "lap  Sonanın  öz 

cavanlığıdı  ki,  durubsan.  Bizə  təzə  gələndə  sütül  cavan  idi,  çillə  çıxardırdıq,  bir 

oynadı  ki! Dədən də  elə  onu  onda  aşıqladı.  A  bəxtəvər, adını  da Əlyar  bəy  ağan 

özü  qoyub".  Şahbikə  xanım  Sonanın  kimliyini,  haradan,  neyçün  buralara 

düşdüyünü  bilmirdi.  Sadəcə  Əlyar  bəyin  dostu  göndərən  kənizə  o  birilərdən  bir 

azacıq artıq xətir qoyurdu. Axı bu kəniz özü də hər şeyin yerini bilir, sözü adamın 

ağzından  tez  qapır,  bir  sözü  iki  eləmir,  heç  vaxt  tapşırığı  ona  iki  demək  lazım 

olmurdu,  həm  də,  deyəsən,  hardasa  qara  öyrənib,  hərdən  ağa  başqa  şəhərlərə

gedəndə,  Bəybala  bəyin  yanında  olanda,  Şahbikə  bəyimin  xahişi  ilə  ağanın 

kitablarından bəzisini alıb elə oxuyurdu ki... Şahbikə bəyim bihuş kimi qulaq asır: 

"Ölməyəsən, Sona, vallah, Allah səni şah sarayı üçün yaradıb. Hayıf... Necə olub 

ki, kasıb düşmüsən?" deyə düşünürdü. 

İndi  vəziyyət  tamamilə  dəyişmişdi.  Bəybala  bəy  evdə  ağalıq  eləməyə

başlayandan  bəri,  evə  gəlib-gedənlər  də  tamamilə  başqa  adamlar  idi.  Bunlar 

Bəybala  bəyin  cavan  dostları  idi.  Gecəni  səhərə  kimi  qumar,  içki,  məzə

hazırlamaqdan  qulluqçuların  canında  can  qalmamışdı.  Mey-məzə  daşımaqdan 

nökərlər ayaqdan düşmüşdü. Elə bu cür məc- 

 

 




                                                                                                                                                  

334 


lislərdən  birində  eyvana  çıxan  bəylərdən  biri  heyətdə  Qarateli  görüb 

heyrətləmiş, sonra nəyi isə hesablayıb, Bəybala bəyi kənara çəkmişdi. 

-Bura bax, bu qız kimdi? 

-Sərxoş gözlərlə həyəti çalğılayan Qarateli görüncə dedi: 

- Hə bu mənim kənizimdi... necə ki'? 

-Bilirsən, mən onu bir nəfərə oxşadıram. Bilmirsən o kimin qızıdı? 

-Yox - deyə Bəybala bəy oyundan ayrıldığına görə darıxmış,hövsələsiz  

dilləndi, - əh, bircə elə nökər-qulluqçunun kimliyini öyrənməyim qalıb? 

-Sən  bir işə bax, adam-adama necə də oxşar... 

Qonağın səsindəki dərin heyrət, Bəybala bəyi də maraqlandırdı:  

Kimə oxşadırsan ey, axı? 

-Qulaq  as,  onda  mən  lap  sütül  cavan  idim,  bir  dəfə  böyük  qardaşımnan  bir 

yerdə Şamaxıda Mahmud ağa var ha... eşitmiş olarsan... 

-Eşitmişəm  deyillər yaman hal əhlidi... 

-Hə,  bax,  deyim  ki,  elə  bu  qızı  orda,  onun  evində  oynayan  çəngilərin  içində 

görmüşəm... Belə desəm, onda deməli heç böyüməyib,qocalıb eləməyib, bir on-on 

beş  il,  müsürmanın  sözü  olmasın  bundan  irəlidən  o  qopunub  gəlib  düşüb  sizin 

həyətə... 

-Necə, necə? Yox canım, bunun on üç yaşı gücnən olar ki... - deyə Bəybala bəy 

qəhqəhə çəkdi... 

-Elə  məndə  ona  görə  soruşuram  da...  Amma  necə  oynayırdı  zalım  balası,.. 

Şamaxı  çəngilərinin  gözü  idi,  adı  dillər  əzbəri  idi,  bəlkə  sən  də  eşitmisən... 

Sonaydı! Adı da, özü də... Can alırdı hər baxışı, can alırdı hər yerişi... Eh, sonralar 

eşitdim ki, qaçaqlar onu çəkib dağlara aparıb... İndi birdən fikirləşdim ki, bəlkə bu 

elə onun törəməsidi, yoxsa adam-adama bu qədər oxşamaz!.. 

Bəybala bəy də maraqlanmışdı. Ciddiləşdi, nəyi isə xatırlamağa çalışdı, alnını 

qırışdırıb ovxaladı, amma heç bir şey yadına sala bilmədi: 

-Yox  mən  bilən  bu  qız  həyətdə  doğulub  böyüyüb,  gədələrimizdən  kiminsə

qızıdı... Yəqin ki, oxşadırsan... 

Qonaq  hələ  də  fikir,  xəyal  içində,  ondan  söhbət  getdiyini  duymadan      həyəti 

süpürməkdə olan Qaratelə baxırdı. Düşüncələr içində dedi: 

Olur  da    Allahın  işidi...  hərənin  bu  dünyada  bir  tayı  var  deyirlər...  Bəlkə  də, 

Allah işidi, nə bilmək olar... 

İcəridən yarımsərxoş qəhqəhə və hay-küy yüksəldi:  

-Balam camaatı burda qoyub, hara əkilib görəsən? 

 

 




                                                                                                                                                  

335 


Bəybala bəy əlini qonağın belinə qoydu, kəmərindən qucaqladı, çəkə-çəkə içəri 

apardı: 


-Gəl  bəri,  görüm...  qonaqlar  bizi  çağırır.  -  O  indi  Qaratellə  daha  artıq 

maraqlanmışdı. Qonağın qıza çox da baxmasını istəmir, bu baxışlardan qəlbinə yad 

olan bir hiss, qısqanclıq oyandığını duyurdu. 

Bir  gün  sonra  qonaqlar  dağılışıb  getdilər.  Səhərisi  gün  günorta  naharından 

sonra  Qaratel,  Bəybala  bəyin  otağını  yığışdırırdı.  Birdən  gözləmədiyi  halda  bəy 

oğlu içəri girdi. Bir müddət diqqətlə evi səliqəyə saldıqca əyilib-düzələn qıza baxdı

və  birdən  ona  yanaşıb  belinə  vurduğu  əli  ilə  Qaratelin  çənəsindən  yapışdı,  qızın 

qıpqırmızı kəsilmiş sifətini yuxarı qaldırdı, diqqətlə baxdı, baxdı v soruşdu: 

-Sən kimin qızısan? 

-İsinin. 

-Dədən  nə  iş  görür  burda?  -  O,  həmyaşı,  vaxtilə  oyunlarda  at  kimi  minib 

çapdığı nökərin adını çoxdan unutmuşdu... 

Qızın gözləri doldu: 

-Dedəm bir ildən də çoxdu Allah rəhmətinə gedib. 

-Allah rəhmətinə... bə anan kimdi? 

-Kənizinizdi, bəy... 

-Adı nədi? 

-Sona... 

-Sona? - Bəybala bəyin gözləri parladı. "Aha, deyəsən dostum deyən düz çıxır 

axı..." 


-Çəngi Sona? 

-Nə? O nədi? Anam qulluğunuzda durur bəy, həyət adamı içində... 

-Hardandı əsli, bilmirsən? Buralıdı? 

Qız indi anladı ki, anası haqqında demək olar ki, heç bir şey bilmir. 

-Yox, deyəsən, buralı döyü, heç kimi yoxdu burda... 

Qız  bəy  otağından  çıxandan  sonra  Sona,  Qaratelin  başının  üstünü  aldı;  indi  o 

bir neçə gün idi ki, qızın bəy otağını yır-yığış elədiyini bilir və gözdən qoymurdu! 

-Nə gec qurtardın, bala? 

Qızın qızarmış sifəti ananı ürkütdü: 

-Bəy qoyurdu ki? 

Qara duman kimi bir həyəcan Sonanın qəlbini sardı: 

-Nə deyirdi, nə qayırırdı ki? 

-Heç  nə!  Sorğu-suala  tutmuşdu  məni,  anan  kimdi,  nəçidi,  dədən  nə  dərddən 

ölüb? 


 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə