Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə120/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   116   117   118   119   120   121   122   123   ...   153

                                                                                                                                                  

330 


- Özüm, özüm oxuyacağam, şair, sənin ilk oxucun özüm olacam. Bəri ver, ay 

uşaq, qulaq asın. - Bu çağırışa ehtiyac yox idi, hamı onsuz da sükut içində qəzəlin 

oxunmasını  gözləyirdi.  Mahmud  ağa  xüsusi  bir  bəlağətlə  qəzəli  oxudu  və  onun 

möhrə olan mətlə bəndini bir daha cadan təkrar etdi:  

Çağırın Qeys ilə Fərhadı yığılsın başıma,  

Seyyidəm, ərseyi-eşq içrə sipah istəyirəm.  

Məclisdən  afərin  səsi  ucaldı,  quşların  səsinə  qarışdı.  Mahmud  ağa  zünü  şairə

tutub dedi: - Seyyida, cəddinin təsəddüqü olum, gözəl sərkərdəsən. Yaxşı da aləmə

məşhur qoşunun var: Qeys, Fərhad... Yaxşı, bəs möhtərəm eşq sərkərdəsi, məni öz 

qoşununda kimə şəbahət edirsən? 

Seyid Əzim dostunun zarafatına eyni şuxluqla cavab verdi:  

- Sən elə Mahmud ağasan, bundan özgə şöhrət nəyinə gərəkdi?  

Mahmud ağa ucadan, ürəkdən bir qəhqəhə sovurdu:  

- Əhməd ağanın ərvahına and olsun ki, doğru deyirsən, əhsənullah...  



YENƏ DƏ SONA (davamı) 

 Qəziyyə  çəkə  bilənin,  çəkənin  dalınca  gəzir...  Sonadan  xəbərim  var!  Çox  il 

keçib,  Sonam  qocalıb  deməyə  dilim  varmır...  Zəmanə  onun,  pərilər    sultanının 

simasında elə izlər buraxıb ki!.. Amma genə də gözəl-şairin ilham pərisi... Tərlanın 

amanı-gümanı,  əbədi  evlənməyən,  yalnız  Sona  deyib  diyarbədiyar  düşən 

Tərlanın...  

İsinin vəfatından heç bir il keçməmişdi ki, ovdan Əlyar bəyin cənani gətirdilər. 

Atının  əlvan  çulu  üstdən  qara  "gəncə"  saldılar.  Ağı-ağı  dedi,  Şahbikə  bəyimin 

dəfən-dəfən  ürəyi  keçdi...  Arvad  bu  dərddən  sağalmadı!  Heç  kişinin  qırxı

verilməmiş, partdamaya "düşdü" dedilər, əli ürəyində, dilində Əlyar-Əlyar harayı

bu dünyaya göz yumdu. Bu qırx günün içində iri, dağ cəmdəyindən bir quru cənazə

qaldı.  "...Özünü  istəklinə  tez  çatdırdın,  Şahbikə  bəyim!..  Nə  vəfalı  arvadsanmış, 

bəyim, nə vəfalı. Sən Əlyar bəyi necə də çox istəyirsənmiş, Şahbikə bəyim... necə

də  çox  istəyirsənmiş!...Dağ  ürəyin  dərd-qəm  görməmişdi,  birinci  dərdə  dözmədi, 

partladı... Nə kövrəksənmiş, Şahbikə 

 

 




                                                                                                                                                  

331 


Bəyim,  heç  kəs  sənin  o  qat-qat  ət  basmış  buxağına,  topurca  biləklərinə

baxanda,  o  təpə  kimi  qalxmış  köksünün  altında  belə  incə,  belə  sevən,  vəfalı  bir 

qəlb olduğunu bilə bilməzdi. Səni mən də başqaları kimi, əhli-kef bilmişəm, səhv 

etmişəm, Şahbikə bəyim! Ağa demişkən: 

Qübari-məqdəmüvə dün ki, tutiya demişəm,  

Gözüm çıxaydı ki, səhv etmişəm, xəta demişəm.  

Mənim ki, könlümü qan eylədin vəfadəndir,  

Qələtdir ol ki, səni yari-bivəfa demişəm.  

Əsil aşiq sənsənmiş ki, canı canana tez yetirdin.  

Bivəfa olub bivəfa dünyadə qalmadın,  

Şahbikə bəyim! Mənim kimi... 

Canı cananına bəzl etməyən aşiq, məsələn,  

Bənzər ol zahidə kim, olmaya sahib-ixlas. 

Sona  özü  də  duymadan  iş  gördükcə  Ağanın  qəzəllərini  bircə-bircə  zümzümə

edir, elə bil ağı deyirdi. 

...Günlər...  ağır,  məzəsiz  günlər  bir-birini  təqib  etdikcə  Sonanın  vəziyyəti  bu 

evde get-gedə çətinləşirdi. Əlyar bəyin varı-yoxu bircə oğlu var idi ki, onun da gah 

Rusiyada,  gah  Tiflisdə,  gah  hardasa  Firəngistanda  təhsildə  olduğunu  deyirdilər. 

Amma  arabir  Şahbikə  bəyimin  həsrətli  ahlarından,  bəzi  nökər-nayıb  arasındakı

söz-sovdan,  xüsusilə  Bəybala  bəyin  həmyaşı,  uşaqlıq  oyun  yoldaşı  İsinin 

deməsindən  Sona  bilirdi  ki,  cavan  bəy,  Əlyar  bəyin  istədiyi  kimi  çıxmayıb. 

Hardasa  Allah  bilir  on  beş-iyirmi  ildir  ki,  vaxt  ötürür,  pul  sovurur,  özü  də

deyirdilər ki, guya nə bilim "matışqa saxlayır", ya tatar qızı alıb, ya urus qızı, ya 

erməni qızı... heç kəs səhih bir söz bilmirdi. Sona burda olduğu illərdə Bəybala bəy 

cəmi ikicə dəfə doğma kəndlərinə gəlmişdi, bu da yaz macal yer-yurd göyərəndə

olmuşdu. Bəyzadə kənddə cəmi ikicə-üçcə gün qalıb çıxıb getmişdi. Gələn-gedən 

əlindən o günlərdə nökər-qulluqçu əl-ayaqdan düşmüşdü. Şahbikə bəyimin gündə, 

saatbasaat qonşu və ya öz kəndlərinin gözəl qızlarından göz oğurladıb göstərmələri 

də kömək eləməmiş, Bəybala bəy çıxıb getmişdi. Şahbikə bəyimin cah-calallı toy 

arzusu  ürəyində  qalmış,  kamı  gözündə  qanmışdı.  Şahbikə  bəyim  el  adəti  gəlin 

gətirə,  nəvə  görə  bilməmişdi.  İndi  atasının  vəfatı  münasibətilə  telnən  kəndə

çağırtdırılan Bəybala bəy, kişinin ancaq yeddisi veriləndən sonra gəlib çıxmış, bir 

neçə gün sonra anasını da burada dəfh eləməli olmuşdu. Bəybala bəy bu gəlişində

ilişib kənddə qalmışdı... 

 

 



                                                                                                                                                  

332 


...Bəybala  bəy  nökər-qulluqçuya  o  qədər  də  məhəl  qoyan,  onları  ,  sayan  adam 

deyildi. İlk vaxtlarda bibisi Qiyaslı bəyin dul arvadı Mahcamal bəyim gəlib qardaşı

oğlunun  yanında  qaldı  və  bir  növ  təsərrüfata  rəhbərlik  elədi.  Lakin  qardaşı  və

qardaşı  arvadının  ili  veriləndən  sonra  öz  evində  ağalığa  öyrənişmiş  Mahcamal 

bəyim, Bəybala bəyin sözlərinə, nəsihət və məsləhətlərinə qulaq vermədiyini görüb 

çıxıb  getmişdi.  Mahcamal  bəyim  qardaşı  oğlunu  ya  özünün,  ya  da  o  biri  qar-

daşlarının  qızlarından  birinə  evləndirmək  istəyirdi.  Bəybala  bəy  isə  öz  xaricdəki 

arvadını  və  ondan  olan  oğlunu  buraya  gətirtmək  fikrində  idi.  Bibi  qardaş  oğlu 

sözləri çəp gəldi və Mahcamal bəyim küsüb getdi. 

Yalnız bundan sonra Bəybala bəy, göz açıb ətrafına nəzər salmağa başladı. Bir 

neçə dəfə Çəmənin ev-eşik yığdığını görüb "daha bu xarabada səndən başqa üzünə

tüpürüləsi  hec  kim  yoxdu?"  deyib  qovmuşdu.  Çəmən  göz  yaşları  içərisində

mətbəxə  gəlmiş  və  o  gündən  sonra  bir  daha  ağalıq  otağına,  bəyliyə  ayaq 

basmamışdı. 

...Bir neçə  gün  Sona  heç  fərqinə  olmadı,  o  qədər  iş-güc  içində Qaratelin,  bəy 

otağına xörək-çörək apardığını, təkcə ona bəy otağını təmizləmək tapşırıldığını bir 

neçə  gündən  sonra  başa  düşdü...  Qara-tel!..  Bu  adı  ona  Əlyar  bəy  vermişdi. 

Deyirdilər  ki,  (o  günlərdə  Sona  zahılığdan  təzə  durduğundan  bəyin  gözünə

görünmürdü, arada-bərədə çox dura bilmir, utanırdı) hə deyirdilər ki, nəvə həsrətli 

Şahbikə bəyim Çəməndən çağanı alıb içəri otağa aparmış, ərinə göstərib demişmiş: 

-Kişi, sən Allah bir bu çağaya bax... 

-Nəyinə baxım? 

-Yox ey, sən bir Allahm işinə bax! Dıtdağ, dırnaq boyda uşaqda telə bax, saç-

birçəyə bax... 

Heyrət və bu qəribəlikdən doğan bir fərəhlə arvadın üzü elə gülürdü ki... Əlyar 

bəy özünü saxlaya bilməyib baxmışdı: 

-Kimindi Şahbəyim? 

-Bıy,  Sonanındı  da...  0  şamaxılı  qonağuvun  göndərən  kəniz,bizim  Bəybalanın 

nökərcəsi İsiyə alduğ ha... onlarındı dayna... 

-Hə... 


Bu  "hə"də  bir  aləm  var  idi...  Vaxtilə  Sonanın  gəncliyini  Mahmud  ağa 

məclislərindən birindən xatırlayan Əlyar bəy, arvadına bir söz deməsə də, pərilər 

soltanının  rəqs  etdikcə  ətrafinda  ilan  kimi  qıvrılan  saçbağılı  hörüklərini 

xatırlamışdı... 

-Şahbikə, çağaya hələ ad qoymamısan? 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə