Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə128/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   124   125   126   127   128   129   130   131   ...   153

                                                                                                                                                  

353 


gün  mübahisə  İmamlı  məscidində  başlamışdı.  Bu  çox  qəribə  bir  mübahisə, 

mükalimə  idi.  O  gün  Məşədi  Alış  şairin  "Desinlər"  rədifli  qəzəlindən  bir  neçə

misranı məsciddə oxuyub belə demişdi: 

-Cənab Ağa, bir görün axı bu nə deməkdi? Bəlkə elə biz qanmırıq, bizi də bir 

başa salan tapılar ya yox: 

Görsə bu səfa ilə səni Kəbədə hüccac,  

Qorxum budu kim, Kəbəni bütxanə desinlər. 

Bu küfrnüma şeriivü, Seyyid, görüb aləm  

Kafər deməsinlər sənə, aya nə desinlər? 

Cənab axund bəs bunu da ki, biz ona yalandan quramırıq. Özü-öz küfrünə fitva 

verib... 

...İndi artıq şairin çıxışından sonra məscid ikiyə bölünmüşdü. Sual və cavablar, 

inkar, təsdiq və nidalar hərəsi bir tərəfdən səslənir, Şirvan dağlarının zirvələrində

çaxnaşan buludlar kimi bir-birinə toqquşur, ildırımlar çaxır, qəzəblər coşur, məscid 

gah  arı  pətəyi  kimi  uğuldayır,  gah  da  göylər  kimi  guruldayırdı.  Bu  sual  və

cavabları  oturan  şəxsiyyətlərdən  kim  verirdi?  Sürətdən  bilinmirdi.  Tək-tək 

şəxsiyyətlər deyil, məzmununa görə cəbhələr aydın bilirdi. 

Şair deyirdi: 

-Cənab Əli "Mən əlləməni hərfən" buyurub. Siz müctəhidlər isə... 

Ağaseyidəli ağa öz təmkinini unudub ucadan demişdi: 

Mən  heç  vaxt  elm  öyrənmək  əleyhinə  çıxmamışam.  Şirvanda  açılan 



məktəblərin  çoxun,  öz  əlimlə  dualamışam;  bu  bir;  sənin  az  qala  bütə  çevirdiyin 

"Vəkili-millətin"  kimdir?  Axund  Hacı  Ələsgərin  dəstpərvərdəsi  deyilmi? 

Tanıdığım  neçə  ruhani  öz  övladını  əvvəl  qədəmdə  urus  vilayətinə  göndərib 

oxudub. Əvvəlcən qız oxudan kim olub? Genə də ruhani. Amma sən deyirsən: 

Hanı millət üçün sərəncamın?  

Yerə girsin o müctəhid namın! 

Sən  belə  deyəndə,  hamını  bərabərləşdirəndə  baş  götürüb  el  içinə  çıxa 

bilməyək? 

-Axı neyşə həqiqəti eldən, camaatdan gizləyirsiniz? 

 

 




                                                                                                                                                  

354 


Seyidin gözləri qəzəblə parladı:  

-Axı  özünə  də  məlumdur  ki,  heç  vaxt  dürüst  olmayan  söz  mənim  dilimə  

gəlməyib. Mən hansı həqiqəti əhalidən gizləmişəm? Quranı! Onu kim başa düşür? 

Qoy savadlansınlar...  

-Sonra da hamı durub getsin Nəcəfə, ərəbcən öyrənsin, buna kimin  gücü yetər? 

-Bəs çarə? 

-Bir  baxın,  ingilislər,  fırənglər,  hətta  ruslar  belə  Quranı  öz  dillərincümə  edib, 

əsil mənasını bilirlor. Bizdən başqa...  

-Bunu sən hardan bilirsən?  

Hardan bilməyimin mənası yoxdur. Məsələ bundadır ki, bilirəm. bizim camaat 

da  Quranın  mənasını  dərk  eləsə,  anlasa,  əvvəla  ki,  ordakı  qanunlar  ölülər  üçün 

deyil,  məhz  dirilər  üçündü.  Və  tərəfdən  mollalar  onu  qazanc  mənbəyi  eləyib  hər 

ölü yiyəsindən ilan qədər qoparda bilməz, bir də əsas budur ki, camaat tərəkə, və b. 

məsələlərdə aldanmaz. Qanunu bilər, fırıldaqçılara yem :... Sonra da özü bilər, ya 

bəyənər islam dininə, pərvərdigara ya da lap  elə yezidilər kimi iblisin özünə ibadət 

elər, bu onun öz işidir.  

-İlahi, özün məni pənahında saxla, məni şübhələr bürüyüb... onun  gözlərində

nə qədər böyük həqiqət var.  

Ağaseyidəli  ağa  düşündükcə  xəyalında  canlanan  səhnələr  daha  da  güclənir, 

indiyə,  buraya,  məscidə  keçir  və  elə  bil  ki,  həmin  mübahisənin  davamı  olaraq 

bütün mütərəqqi ziyalıların və füqəranın hörmətlə "Ağa" ucaltdığı şair Hacı Seyid 

Şirvani çıxışına davamla deyirdi:  

-..Tarixi-bəşər qanlardan, əzilən baş, bədən və gəmiklərdən yoğrulub , Həzrəti-

Adəm  əleyhüssəlam  qəbirindən  ricət  edib  gəlsə,  məşriq  övladını  görüb  dəhşətə

gələr, bir zərrə tərəqqisiz, elə necə  gedib, elə də qalmışıq. Şirvan tarixini yazmaq 

üçün  tarix  kitab-,  müraciət  elədim.  Ataların  rəyasət  üstündə  oğulları  kor  etdiyini, 

ogulların    atalara,  qardaşların  qardaşlara  xəyanət  etdiyini,  bir-birini  didib 

parçaladığını  gördüm.  Bəşərin  matəmli  keçməyən  günü  olmayıb.  Bəs  nə  vaxt  

insanın  üzü  güləcək?  Bəs  nə  vaxt  biz  də  gözümüzü  xabi-qəflətdən    açıb,  qeyri 

millətlər  kimi  qardaş  dərdi  çəkəcəyik,  övladlarımızın  həqiqi  dünyəvi  elmlər 

öyrənməsinə, tərəqqi tapmasına çalışacayıq?..  

-Sən ölməyəsən kafir oğlunun cəddindən uzaq yerdə bir danışıgına bax ha… 

 

 



                                                                                                                                                  

355 


-Dilim kəlməyə gəlməsin əgəm o babi deyilsə... 

Məşədi Alış xüsusilə yerində dinc farağat otura bilmirdi. O məsciddəki nüfuzlu 

sünnü cavanlarının eşidə biləcəyi bir sövtlə "pıçıldayırdı:" 

-Aadə,  babi  nədi,  sünnüdü,  o  moltanı!  Getdiyim  qəriblər  ağasına  and  olsun 

əgəm yalan deyirəmsə... uşaqların anası o gün gör mənə nə deyir ki, "Ağa sünnü-

şiəliyi aradan götürmək istəyir..." Oğlu olub bu təzəlikdə, adını nə qoysa yaxşıdı: 

Seyid  Osman,  Ömər  oğlu  Ömər  Aşanı,  Öməri  yığmışdı  başına,  bu  da  Osman... 

cəddinə qurban olduğum seyidlərin adını murdarlayıb... 

-Pay atonnan... əşi bir ağzına vuran da yoxdu... 

-Bizdə qeyrət hardadı?... 

-Neyşə yoxdu?.. Dalında duranların bazburuduna bir bax... biri o Mahmud ağa, 

Kərim bəy... 

-Hələ Ağaseyidəli ağanı demirsən?... 

-Əşi onun da payını verib!.. 

-Neynəyib ki? 

-Heç nə, deyib: 

Tövbə sındırmağıma şeyx məlul olsa əgər,  

Piri-meyxanə bu işdən təki dilşad olsun. 

-Bundan sonra çətin dura dalında... 

-Mən də elə-belə qanıram... 

-Amma  Məşədi,  səndə  də  yaddaş  var  ha!..  Maşalla,  namxuda,  göz  dəyməsin, 

harda bir nəzm eşitdin yadında qalır... 

-Hə, Alışınkı yaddaş deyil, Allah vergisidir... 

Məscidin  silsiləcumanı  bu  tərəflərə  keçib  "ağalar,  cənablar,  xahiş  eləyirəm.... 

Ağaseyidəli ağa bura baxır, sükut... rəncidəxatir olar", -deyə pıçıldadı. 

Xosunlaşanlar arasına sükut çökdü. 

-Qardaş düş deyir. Səs eləməyin, görürsüz ki, ürednik də, dilmanc da bizə tərəf 

baxıb işarə eləyir... 

-Neynək, qalsın qırmızı qulluğunda, o kafir, biz müsəlman!.. 

-Haqqına çatar!.. 

-İndilik  dilinizi  qatdayın  qoyun  dişinizin  dalına,  o  durub,  biz  durmuşuq,  ağa 

durub, ağacan durub. 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə