Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə130/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   126   127   128   129   130   131   132   133   ...   153

                                                                                                                                                  

359 


Baş qoyum dizin üstə,  

İl yatsam incimərəm.  

Cigir-cigir, cigir-cigir.  

Sənə qurban yazıq canım... 

Mahnının incə, eyni zamanda oynaq ahəngi ürəyə yatımlı, kasamasçının səsi də

xoş  idi.  Odur  ki,  bir  neçə  nəfər  dayanıb  kişiyə  tamaşa  edir,  uşaqlar  da  dalınca 

düşüb gedirdilər. 

Ağa xoş avazla oxunan təzə mahnıya bir xeyli qulaq verdi və cavanın ahəngdar 

hərəkətlərini,  rəqqas  yerişini  xeyli  izlədi,  sonra  da  Cin  Cavadın  dəstəsinə

yaxınlaşdı. Dostunun səsini hələ heç onun üzünü görməmişdən əvvəl eşitdi. Cavad 

deyirdi: 

Gəldik cahana ləzzət alaq molla qoymadı,  

İçdi, yedi... yenə də qarnı doymadı... 

-Ha... ha... ha... 

-Ə, yavaş gülün, eşidən olar... 

-Cavadı  qoyasan  elə  mollaya,  dərvişə  sataşa...  Amma  heç  bir  demir  ki, 

onlardakı vardan, dövlətdən bir mənim də olaydı... 

-Yəqin paxıllıqdan sataşır olara, əlinə düşmür, deyir iylənib... 

-Sö-ləsən,  meyitüvü  görüm,  kəlləpaçanın  da  dili-ağzı  var,  Allahın  lal  heyvanı 

da ac qalmaz. Cavadın əlinə keçsə, yeməz?.. 

-Lap lüm-lüm udar... 

-Budu  ha...  Ağa  gəldi...  Seyid  adamdı,  onda  olar,  Ağa,  əlim  aşağıdı,  üç-dörd 

günlüyə mənə bir beş manat əlborcu ver... - deyə Cavad Ağanı qarşıladı. 

Şair,  Cavadın  onu  qəsdən  dilləndirmək  istədiyini  anlayırdı.  Nə  Cavada  pul 

lazım idi, nə də lazım olsaydı da onu Ağadan istəməzdi, varidatına bələd idi. Odur 

ki, Seyid Əzim onu görən kimi zarafatlaşmalarını yarımçıq kəsib cəld, böyük bir 

ədəb  və  hörmətlə  salam  verənlərin  salamını  aldı.  "Cavad  daşının"  bir  tərəfındə

onun üçün hazırlanan yerə keçdi. Cavanlardan birisi nimdaş çuxasını çıxarıb Seyid 

Əzimin altına salmaq istədisə də şair, razılıq vermədi: 

-Yox, sağ ol, oğul, yaza, günə baxma, hava hələm soyuqdu, soyuqlarsan... 

-Sən də soyuq daş üstündə oturub və basir qazanarsan. 

-Canın  sağ  olsun, gedərəm,  əttarın  yanına, deyər get  bir  çimdik  kükürdü  kərə 

yağında ərit, yax göy çadraya, yapışdır yaraya... 

 

 




                                                                                                                                                  

360 


-Ha... ha... ha... dərmanın hazırmış ki... 

-Bəs necə bilirsən, aadə... 

-Sən mənə "aadə" deyə-deyə məni yaman günə qoydun, aadə?!  

- deyən Cavadın gözlərində minlərlə cin oynayırdı. Şair dostuna sataşmaq üçün 

zarafatı qəsdən uzatdı: 

-Aadə, mən haçan sənə "aadə"demişəm, aadə? 

Məhz  şirvanlılara,  şamaxılılara  xas  olan  bu  ifadə  hamıya  tanış  idi;  odur  ki, 

yığılanlar uğunub getdilər. Cavad yenidən dilləndi: 

-Hə, yaxşı, bə mənə əlborcu verməknən necəsən, Ağa, cəddüvə təsəddüq olum, 

cavab vermədin axı... 

Seyid bir an duruxdu və Cavadın cavabını farsca indicə dodaqlarına gələn bir 

qəzəlindəki bu beytlə verdi: 

Mən Hüseyni-əsr həstəm, simu zər abi-Fərat,  

Guiya mən abra dər Kərbəla qəm gərdəəm'. 

Cavad, şairin sözlərini yığılanlara başa salandan sonra yenə də dinc durmadı: 

-Ağa,  dedi,  -  pənah  pərdə  tutana,  nə  olar,  onda  bir  məsləhət  ver,görüm  bu 

başıbəlalı beş manatı hardan tapım? 

Seyid  Əzim  nədənsə  qəlbinə  çökməyə  başlayan  kədəri  udub,  dostunun 

cavabında dilləndi: 

-Nə məsləhət eləyim, Cavad? Bizlərdə deyillər ki, "keçəl çarə  bilsə, öz başına 

elər". 

Hamı güldü, şair isə sözünə davam etdi: 



-Ərəblər də deyərlər ki, "la təşvərü mən leysə fı beyti dəqiqün".Yeni, evində bir 

ilin'un azuqəsi olmayan adamla məsləhətləşmə! 

Bizim dilcən yəni o adam kişi deyil ki, öz ruzusunu tədarük eləməyib,təndürüst 

eləməyib. O day özgəyə nə məsləhət verəcək? Mənim də evimdə ruzi necə deyərlər 

o söz... Ruzi atlı, mən piyada... 

Yenə də gülüşən oldu, amma bir çoxu bu dərdi yaxşı başa düşürdü, çünki özləri 

də eyni vəziyyətdə idilər... Cavad nə düşündüsə birdən dedi: 

-Aga  evdən təzə çıxmısan? 

-Yox çoxdan, necə ki...  

 

 




                                                                                                                                                  

361 


-Heç,  dedim  bir  əvvəl  Əlmuxtarın  pitisindən  adama  bir  bardağ  buyurtduraq, 

sonra sənə bir allahı sözüm də var idi... 

Seyyid  gülümsədi,  başa  düşdü  ki,  Cavad  onunla  tək  qalmaq  istəyir,  amma 

özünü o yerə qoymadı: 

-Dostum Cavad, Nəvayi rəhmətlik buyurub ki, istəyirsən səhhətin olsun, az ye, 

istəyirsən sözünün kəsəri olsun az de. 

-Hə, deyirəm axı. Neyşə bəs bu şirvanlılar xurma xörəkdi? Yeddi adama Nanəli 

budaqda  beş  yumurtanın  soyutmasın  yeyərlər,  özü  də  and  içərlər  ki,  "söləsən, 

meyitüvü görüm nıx deyincən yemişəm". 

Yenə də qəhqəhə qopdu. 

-Sizə  məlumdur  ki,  mən  məşriq-zəminin  bir  çox  tanınmış  şəxsiyyətləri  ilə 

dostluq  eləyirəm,  onlarla  yazışıram.  Onların  içərisində  elələri  var  ki,  heç  üzünü 

görməmişəm. Qiyabi yazışıram. Məktublaşıram. 

Belə  qiyabi  dostlarımdan  birisi  də  Mərənddə  yaşayan  mərsiyə  şairi  Molla 

Süleyman  idi.  Yaxşı  yadımdadır;  bir  dəfə  İran  səyahətlərimdən  birində  yolum 

Mərəndə  düşdü.  Burada  bir  neçə  gün  dincəlmək,  nəhayət  ki,  Molla  Süleyman 

dostum ilə görüşüb danışmaq istəyirdim. 

Şəhərə gecə yandan ötəndə varid olduq. Kişini axtarıb tapmağı səhərə qoydum. 

Heç kəsi narahat etmək istəmirdim. Karvansaraya düşdüm.Gecə yorğun-arğın idim 

deyə  çox  şirin  yatmışdım.  Səhər  yuxudan  oyananda  gördüm  ki,  "lat-lüt,  ya  qərib 

imam Riza" qalmışam. Bütün şeylərim oğurlanıb. Yəni əslində nəyim də var ki, bir 

üst geyimdən başqa. 

Alt  paltarımda  necə  vardımsa,  eləcə  də  hücrədən  çayxanaya  endim.Çayxananın 

yarımqaranlıq  bir  guşəsində  oturub  vəziyyətimi  düşünürdüm.  Öz-özümü  həm 

danlayırdım, həm də görkəmimə gülürdüm. Gözləyirdim görüm işin içindən necə

çıxacam. Molla Süleymanı tapıb ondan,ya başqasından necə yardım istəyəcəm. 

Elə  bir  o  qədər  keçməmişdi  ki,  çayxana  dolmağa  başladı.  Məhərrəm  ayının 

əvvəli idi. Birdən içəri bir molla girdi. Çayçı şagirdi mollanı görən kimi, hörmətlə

ona taxt üstündə yer göstərdi, döşəkçə saldı. Molla çayxana sahibi və müştərilərlə

salamlaşıb  əyləşdi.  Görünür  buralarda  nüfuzlu  adammış.  Bir  azacıq  keçməmiş, 

müştərilərdən biri dedi: 

-Molla,  gəlsənə  bir  mərsiyə  deyəsən...  savabdı.  Elə  boş-bekar  oturmuşuq. 

Allaha da xoş gedər, bəndəyə də... 

Molla  etiraz  eləmədi.  Boğazını  arıtlayıb  mərsiyəyə  başladı.  Babət  də  səsi  var 

idi.  Mərsiyəni  eşidən  kimi  bildim  ki,  bu  elə  mənim  üzünü  görmədiyim  dostum 

Molla Süleymanın mərsiyəsidir. Hələ bəlkə oxu 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə