Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə131/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   127   128   129   130   131   132   133   134   ...   153

                                                                                                                                                  

362 


yan  da  onun  özüdür.  Qərəz,  nə  başınızı  ağrıdım;  kişi  mərsiyəni  əzbərdən 

deyirdi. Birdən "Sal bir nəzər bu ərseyi-meydana, ya Əli!" -deyib, duruxdu. Dalını

gətirə  bilmədi.  Görünür  ki,  yadından  çıxmışdı.  Bir  neçə  kərəm  "Sal  bir  nəzər  bu 

ərseyi-meydana,  ya  Əli!"  deyib  təkrarladı.  Dilim  dinc  durmadı.  Oturduğum 

küncdən səs verdim: "Eşşək satan mərəndli Süleymana, ya Əli!" deyib səsləndim. 

Hamı başını çevirib mənə tərəf baxdı, qəzəblənmişdilər. Bircə Molla Süleymanın 

özündən başqa! Birdən kişinin üzü güldü, elə bil çiçəyi çırtladı. Boylandı, küncdə

məni görən kimi yerindən qalxdı. Adamları basa-basa üstümə cumdu. Gələ-gələ də

deyirdi: 

-Vallah,  sim  vallah,  sən  cənab  Hacı  Seyid  Əzim  Şirvanisən.  Bunu  ancaq  və

ancaq  Seyyid  deyə  bilər...  Bu  cavabı  təkcə  o  verə  bilər.  Bir  zihəyat,  bədahətən, 

misranın dalını Seyiddən başqa heç kim belə tondürüst deyə bilməzdi. 

Öpüşüb görüşdük. Çəkib apardı məni evinə. Neçə gün qonaq saxladı. Çayçının 

vasitəsilə  şey-şüyümü  əxz  eləyəni  də  tapdırıb  aldı  və  gətirib  özümə  qaytardı. 

Dedim: 

-Molla qardaş, nə kələk işlətdin ki, oğru şeyləri qaytardı? Dedi: 



-Seyyida,  gümanım  gələn  oğruya  xəbər  çatdırdım  ki,  sən  öləsən  bu  gələn  və 

malı  oğurlanan  qərib,  məşhur  şair  Hacı  Seyid  Əzim  Şirvanidi.  Əgəmləri  malını

tapıb  özünə  qaytarmasaq,  bir  elə  həcv  yazar  ki,  Mərəndi  ilələbəd  biyabır  eləyər. 

Sən  demə  o  da  yaman  Mərəndpərəst,  vətənpərəst  oğru  imiş.  Vətəninin  biabır 

olmağına,  həcvə  düşməyinə  qayil  olmayıb.  Gətirib  çayçıya  verib  deyib:  "Sən, 

qardaş,  qaytar,  mənim  adım  olmasın.  Mollaya  da  de  ki,  bir  qələtdi  eləmişəm, 

bağışlasın məni". 

Hamı  gülüşdü.  Gənclərdən  bəzisinin  simasında  nə  isə  bir  qürur  duyulurdu. 

"Bax,  bizim  Ağa  belədir".  Cin  Cavad  birdən  nə  isə  xatırlayıb  Seyid  Əzimə

müraciətlə ciddi tərzdə dedi: 

-Ağa,  doğrudan  sizə  qonaq  getdi...  Əvvəli  bu,  ikincisi  Məşədi  səni  axtarırdı. 

Dedi ki, Kərbəlayı Vəli gəlib, səni görmək istəyir...  

-İndi ki, evə qonaq gedib, onda gərək əvvəl evə dəyəm...  

-Yox, elə mən də dedim: deyəsən, qonaqları var, bəlkə evdədi. yox, qonaq da 

Kərbəlayı  Vəliynəndi.  Odu  ki,  əvvəl  elə  Qırmızı  Qulamın  qulluğuna  buyursan 

məsləhətdi... 

Şair,  Sarvan Kərbəlayı  Vəlinin  onu  axtarmasına  təəccüb  eləmədi,  çünki Bakı, 

Gəncə,  Təbriz,  Ərdəbil  dostları  Ağa  üçün  bəzi  tapılmayan  bir  əlyazması,  ya 

Xorasan kürkü, ya bir Misri əba, Şirazi qələm- 

 

 




                                                                                                                                                  

363 


dan,  Səmərqənd  kağızı  və  ya  başqa  bir  matahı  məhz  Kərbəlayı  Vəlinin 

vasitəsilə ona göndərərdilər. 

Bəzən düşəndə, səfəri avand, qazancı qaydasında olanda, Kərbəlayı Vəli özü də

Seyid Əzim üçün uzaq-uzaq gəzdiyi, Şirvan həsrətilə dolaşdığı ellərdən bir hədiyyə

alıb  gətirər,  sonra  da  beş  günə  gedib  çıxdığı  Tarkovdan,  səkkiz  günə  getdiyi 

Ərdəbildən,  səkkiz  həftəyə  güclə  haxladığı  uzaq  Hindistandan,  səfərlərində

gördüyü, eşitdiyi hadisələrdən, əhvalatlardan söhbət etmək üçün Məşədi Qulamın 

dükanına yığışar, çayçı Əlmuxtarın pürrəng çayından nuş edər, piti bardaqlarındakı

ətirli,  quyruqlu,  zəfəranlı,  kəhrəba  albuxaralı  pitisindən  yeyə-yeyə  danışar,  nəql 

edərdi. Qayıdanda da Seyyidin çox sevdiyi əşarından bir neçəsini alıb uzaq ellərə - 

şeir-qəzəl həvəskarlarına aparardı. 

Sarvan Kərbəlayı Vəli şeir, musiqi aşiqi, gözəllik pərəstişkarı idi, həm də bunu 

təkcə özü üçün istəməz, harda bir yaxşı şey görsə, onun haqqında bütün aləmə car 

çəkmək, göstərmək istərdi; oxumaq, xəbər vermək arzulardı. Deyərdi: "Qoy hamı

bilsin ki, dünyanın bu nöqtəsində belə qiyamət bir şey, bir şeir, bir qəzəl, bir incə

tikmə, bir lətif əsər yaranıb... Ay el, ay camaat..." Radionu, qəzeti əvəz edirdi kişi... 

Odur ki, Seyid Əzim birbaşa Qırmızı Qulamın kitab-füruş mağazasına yollandı. 

O  qapıdan  içəri  girəndə  Qırmızı  Qulam  təzə  bir  nüsxəni  Kərbəlayı  Vəliyə  diktə

eləyib yazdırırdı, deyirdi: 

-Kərbəlayı,  əşhədənbillah,  təcrübədən  çıxmış  nüsxədi,  yol-iriz  adamısan,  həm 

canun qızışar, həm də qüvvətə gələrsən. Yaz: qoz ləpəsi,4 misqal istiot, 4 misqal 

zəncəfıl, 4 misqal darçın, 4 misqal da quluncan; bunları 4 misqal kərə inək yağına 

qat, döy, qarışdır bir yumurtanın sarısıynan, böl üç yerə, hər gün ac qarına istemal 

elə. Ya da həmin əczanı yumurta sarısı əvəzinə qatginən bala, elə hərəsi bir noxud 

boyda həbb. Sonra da hər gün səhər ac qarına birini diyirlət getsin bala xəndəyə. 

Bayaqdan bəri dinmədən qapının ağzında durub dostların söhbətinə qulaq verən 

Seyid Əzimi görüncə, Qırmızı Qulamın üzünə elə bil ki, nur qondu: 

-Bay, əleykəssalam! Ağa, xoş gəlmisən, səfa gətirmisən, qədim əziz eləmisən. 

Ağa,  sən  gələn  yollara  qurban  olum.  Buyur  içəri!  Elə  bayaqdan  bəri  bəradərim 

Kərbəlayı  Vəli  də  səni  axtartdırıb  okidən  var.  Elə  mən  özüm  də  daluycan 

getmişdim... 

Seyid Əzim nazik dodaqlarındakı xəfif təbəssümlə Qırmızı Qulamı dinləyir və

eyni zamanda həm Kərbəlayı Vəli, həm də dükan 

 

 




                                                                                                                                                  

364 


sahibi ilə görüşürdü. Dükançı isə sözünə ara vermədən qonaqları üçün yerdəki 

nimdərləri sahmana, səliqəyə salıb, dükanın qabağına çıxdı: 

-Aadə, Rəzi-ii-i, bir çaydan çay, üç dənə də əla piti... 

-Baş üstə can üstə, Məşədi! – Səs Əlmuxtarın idi. 

Dostlar  dükanın  içərisində  yerə  salınmış  nimdərlərin  üstündə  oturdular,  daha 

başqa dükandakılar kimi yazdır, deyə, çöldə əyləşmədilər. Məşədi Qulam təxmini 

də  olsa  bilirdi  ki,  söhbət  məhrəmanədir,  yad  qulaqlar  üçün  deyil,  məhz  Seyyid 

üçündür.  Əks-təqdirdə  Kərbəlayı  Vəli,  şairi  xüsusi  səylə  axtartdırmaz,  gətirdiyi 

şeyi Qırmızı Qulama tapşırıb, qoyub çıxıb gedərdi. 

Kərbəlayı Vəlinin tövründən şair də başa düşdü ki, söhbət töhfə, hədiyyə və ya 

məktubdan  getməyəcək,  çünki  sarvan  çox  qayğılı  idi.  Elə  bil  sözlü  adamlar  kimi 

sözü nədən, hardan başlayacağını bilmirdi. Seyyidin canı evdə, kimliyini bilmədiyi 

qonaqların  yanında  qaldığından  tələsirdi,  gərək  Baqqalbazara  çıxaydı,  sallaqlara 

dəyəydi, qəssab Ağa Mərdana ət sifariş edəydi, sonra da Baqqalbazardan düyü, yağ

və digər mayehtac alıb evə göndərə idi. Bütü bunların qayğısı Seyyidi çox məşğul 

etdiyindən, yerində qurcuxdu və Kərbəlayı Vəli sarvanın köməyinə gəldi: 

-Kərbəlayı  Vəli  qardaş,  nigarançılıq  bir  yaman  şeydi,  hərçənd  sizinlə  burada 

oturub söhbət eləmək özü dünya malına dəyər. Amma indi Cavad mənə ərz elədi 

ki,  evimizə  tanımadığı  qonaq  gəlib.  Elə  bir  hazırlığımız  da  evdə  yoxdu.  Odu  ki, 

dedim əvvəlcə səniylə bir söhbət eləyim, çün eşitdim ki, məni axtartdırmısız... 

Kərbəlayı  Vəli  xəfifcə  gülümsədi,  yerində  narahat  oturan  şairin  çiynindən 

basdı: 


-Ağa,  cəddinə  sədəqə  gedim,  narahat  olma!  Həmin  qonaq  mənəm.  Bundan 

əlavə mənimlə sizə iki zənən xaylağı gəlib ki, elə onların qəziyyəsini qulluğuva ərz 

eləməkdən ötəri səni görmək istəyirdim. 

-Hə,  bu  başqa  məsələ...  -  Seyid  Əzim  bir  qədər  rahatlanıb  bardaş  qurdu.  Piti 

bardaqlarını alıb süfrəyə düzən Qulam kişinin arxasında, qapı ağzında durmuş Rəzi 

ilə salamlaşdı: 

-Necəsən, Rəzi bala, ağa Əlmuxtar nə təhərdi? 

Razinin gözlərində sevinc parladı. Ağa onun xatirini soruşurdu: 

-Yaxşıdı, Ağa, canuva dua eləyir... 

"Bəli,  Əlmuxtarın  duası!.."  Kərbəlayı  Vəli  və  Seyid  Əzimin  üzündən  incə  bir 

təbəssüm keçdi. Məşədi Qulam süfrəni səliqə ilə döşədi, 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə