Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə134/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   130   131   132   133   134   135   136   137   ...   153

                                                                                                                                                  

371 


döyə  çəkib  məni  yoldan  qırağa  –  Hacıqədirri  səfərinə  gətirmişdi  ki,  gəlib  o 

bədbəxtin də ölüm xəbərini külfətinə aparım. Hıçqırdı: 

-Xudavənda,  onun  əvəzinə  məni  aparsaydın  nə  olardı?  Ciyərim  parçalandı, 

qardaş! 


-İndən belə sən mənim axirət dünya bacımsan, - dedim, - sən ki, Ağanın adını

çəkdin, ona mənim malım da, canım da qurbandı. 

Bəli, nə baş ağrısı, mənzilimizin bir olmağını bilən kimi səhərə səfər tədarükü 

gördürdüm. Ordan da çıxıb birbaşa bura gəldim, azarlım da, qızını da dəvədə irah 

yer hazırlayıb özümlə gətirdim. Gülcamalbəyim qızı elə xoşlamışdı ki, "qoy bir az 

bizdə  qonaq  qalsın"  bacıqızını  deyirdi:  yaman  işlək  qızdı,  Allah  bəd  nəzərdən 

saxlasın, alt öydə arvadlar iməcilik eləyiblər, xalçam var onu kəsdirmək istəyirdim. 

Qaratel qız o qədər əlləşdi, hamıdan çox. Kirgid vurmaqdan, beş gündə qız kirgidə

döndü,  o  qədər  arıqladı,  hananın  qırağından  durmurdu,  axırı  gücnən  ayırdım, 

dedim: "Bala, dayun gələr məni qınar ki, beş gün bacım qızını evində qoydum, onu 

da  işlətdin"  -  deyirdi,  razı  olmadım.  Gördüm  ki,  anasının  da  heç  tayı  yoxdu.  Bu 

gün  səhər  sizin  darvazanın  qənşərinə  gətirdim.  Yalvarıb  yaxardı  ki,  qoy  özümüz 

gedək qapını döyək. Bəlkə "bacı" demək yalanının açılmağından qorxurdu, ya da 

bəlkə  qapıdan  qovulacağından  ehtiyat  eləyirdi,  bilmirəm,  Ağa.  Amma  elə  yazıq, 

elə  məzlum  görkəmi  var  idi  ki,  xahişini  yerinə  yetirməyə  bilmədim.  Sənin 

külfətinin elə iş tutmayacağını bilsəm də genə uzaqdan qara verdim. Gördüm, yox, 

qapı  açıldı,  onları  içəri  buraxdılar,  sonra  da  qoyub  getdim.  Əgər,  incimə,  Ağa, 

çöldə  qalsaydılar,  sənin  o  iki  qəzəlini  saxlamağı  xatirinə,  mən  onları  elə  ordan 

götürüb aparacaqdım öz evimə və necə demişdim elə də axirət dünya bacım olacaq 

idi.  Amma  gördüm  ki,  yox,  qapıdan  geri  qayıtmadı.  Mən  də  çıxdım  qoydum 

gəldim. Malları Ağa Rəsula təhvil verəndən sonra, özümü həmişəki kimi, verdim 

dostumuz  Məşədi  Qulamın  dükəninə,  dedim:  ən  yaxşı  yer  buradı  ki,  qəziyyədən 

səni burda hali eləyim. 

Hekayətin  sonuna  doğru  bir  neçə  yerdə  Seyid  Əzimin  gözləri  dolmuşdu. 

Kərbəlayı Vəli söhbətinə xitam verəndə şair, geyməsinin cibindən yaylığını çıxarıb 

gözlərini sildi və dedi: 

-Çox sağ ol, qardaş! Yolumda böyük zəhmət çəkmisən. O zənən mənim doğma 

bacım deyilsə də, bacımdan da artıq bir yovuq adamımızdı. İnşallah xəcalətindən 

çıxaram... 

 

 




                                                                                                                                                  

372 


-Pah  atonnan,  -  deyə  Məşədi  Qulam  nəhayət  ki,  hadisənin  sonunda  cazib 

vəziyyətdən qurtarmış kimi  dilləndi və durub çay sifariş etməyə . Kərbəlayı Vəli 

şairin cavabında dedi:  

-Heç bir xəcalət və zəhməti-zadı yoxdu. Sizdən bir xahişim var, əvvələn, həmin 

qəzəllər  ki,  mən  onları  bircə  dəfə  oxumuşam,  ğayətdə  xoşuma  gəlib,  onların 

surətini öz dəsti-xəttinlə köçürüb mənə verəcəksən, bu olacaq mənim müzdüm, o 

ki qaldı mükafata, o da nə yazsan, canımdan da artıq bir minnətlə qəbul eləcəm. 

Dayan, ay dost, bir bəri bax, axı deyirlər ki, tarix təkrarlanmır...  

Onda bəs bu nədir? Məgər Ağa Seyid Əzim ağanın darvazasını döyən Sona deyil? 

Bu erkəndən? Elə ondakı kimi bir gündür. Elə ondakı kimi də bir vaxt... Odur ey, 

qocalsa  da,  təravətdən,  rəngü  hənadan  düşməmiş  Meşədi  Qənbər  Qalabazar 

hamamına  doğru  irəliləyir.  Ağır  gedir,  əsaya  sövkənir,  amma  hər  halda  genə  də

gedir...  Qonşu  qapısının  belə  erkən  döyüldüyünü  ömründə  ikinci  dəfə  görür, 

əvvəlinci  yadından  çıxıb,  birinci  arvadının  adı  kimi!  Çoxdanın  söhbətidir...  "Pah 

atonnan - deyir, bu payyığan köpək uşağı lap dayı ağın çıxardıb..." o, açıq-aşkar bu 

sözləri  qapıdakı  ana-balaya  eşitdirir:  "Xudaya,  kərəminə  şükür,  kənd-kəsək  də

axışıb doluşub  şəhərə, bir  şəhərin  əhli beylə  sayılı  necə  dolandırsın  axı?.. Hələ o 

yanındakı  qıza  bax..."  Meşədinin  ağzı  sulanır,  artıq  bunları  ürəyində  düşünə-

düşünə  uzaqlaşır.  "Sən  öləsən  cavan  vaxtım  olaydı,  alaydım  əlindən,  deyəydim: 

balam, uşağuva çörək istəmirsən, qoy verək də!.." 

...Doğrudan  da  bəs  uşaq  kimdir?  Bu  kəndsayağı  geyinmiş,  yıpranmış  libasda, 

köhnə  cunalı  arvad  əgər  Sonadırsa,  onda  qız  kimdir?  Sona  deyəndə  ki,  Sonadan 

bircə cüt göz qalıb... Onlar da dərin quyuya düşmüş su kimi ölgün-ölgün işıldayır. 

Hardasınız,  ay  aşiqlər!  Bir  vaxt  dönəm-dönəm  öpmək  istədiyiniz  əllər  qaralıb 

yanıb,  damarları  qoç  buynuzları  kimi  dikəlib,  qoşalaşıb!..  Bəs  o  dərdə  dərman 

ayaqlara  niyə  baxmırsız,  nə  qədər  canlar  bu  ayaqlara  sadağa  gedərdi,  altından 

öpməyi səadət bilərdi!.. İndi kim inanar ki, bu ayaqlar bir zaman incə, zərif şətəllər 

içində xırda-xırda, narın-narın rəqs edib, bu ölgün gözlər süzüb-axıb, canlar alıb? 

Dingənin altından partlayıb çıxmış bu saçlar bir zaman şümşad bədənin ətrafındakı

iki qoşa ilan kimi qıvrılanda, tamaşa eləyənlərin ağlını alıb... 

Qapını yenə də Minasoltan açdı. Əvvəl əldə Sonanı tanımadı, tanıyanda ürəyi 

töküldü... 

 

 



                                                                                                                                                  

373 


-Bıy, başıma xeyir, ay bala (ay bala!!! Çəngiyə deyilir ha!..) 

...Gəl-gəl içəri, hardan belə? Bu qız kimdi? 

Sona  əlindən  tutduğu  qızla  darvazadan  içəri  girəndə,  artırmanın  önündə  bir 

gəlin  çöməltmə  oturmuşdu,  qarşısındakı  palçıq  kürədə  kömür  qızardırdı,  yanında 

köhnə  təknəyə  xəkə-güllələr  yığılmışdı.  Qapının  döyüldüyünü  eşidəndə  durmaq 

istədi, həyəti süpürməklə məşğul olan Minasoltan səsləndi: 

-Durma, durma, Ceyran, mən açaram... 

İndi  gəlin  başını  darvazaya  tərəf  çevirib,  maraqla  qayınanasının  içəri  dəvət 

elədiyi ana-balaya baxırdı. 

-Keç, keç, Sona, keç, bala!.. 

Ceyran ər qohumlarının hamısını tanıyırdı. Bu kim ola bilərdi? Birdən yadına 

düşdü!  Tək  qaldıqları  gecələrin  birində  qayınanası  ona  nağıl  qarışıq  bir  əhvalat 

danışmışdı...  Sona?  "Heç  kəsə  bir  söz  demə  ha,  bala,  irağ-irağ  Ağaya  sədəməsi 

toxunar!  Mənim  də  ki,  (arvadam,  arvadlığımda  da  qalacağam)  dilim  durmadı. 

İsgəndərin  buynuzu  var  quyuya  deyən  dəllək  kimi,  bu  neçə  ildə  özümü 

saxlamışdım, indi sənə danışdım... Bir də ki, kimə nə zərəli olacaq? Ağa deyirdi o 

irəli ki, Sona ərə gedib, bir uşağı da var... Allah eləyə irasta sala, xoşbəxt ola barı... 

Ağa  Səməd  də,  deyir,  o  irəliki  zəlzələdən  sora,  çıxıb  gedib  Alış  batmışın  əli 

çatmayan bir yerə, bilmirəm vallah Aşqabada, ya Meşədə..." 

Hə, arvadın onunla görüşməsindən də, "Sona" deməsindən də, bu elə odu... 

...Sona  da  gəlini  görmüşdü.  Dili  Minasoltanla  danışır,  dodaqları  onun  ana 

əllərindən  öpür,  gözləri  Ceyranı  seyr  edir,  ürəyi  isə  deyirdi:  "Yəqin  Ağanın 

gəlinidi.  Gözəldi!  Şair  arvadı  belə  də  ola  gərək!..  İncədi...  Dünyanın  ən  xoşbəxt 

adamısan, gəlin! Doğrudur, sənin qabağında Şah-bikəbəyim kimi nökərlər, dəstə-

dəstə  qulluqçular  yoxdur.  Sən  kürəni  özün  qalayırsan.  Palaz-paltarını  da  özün 

yuyursan.  Biş-düşünü də  özün  eləyirsən...  Amma  yenə  də  sən  Şahbikə bəyimdən 

xoşbəxtsən. Ağa kimi bir adamın, arvadı demirəm, lap kənizi olmaq da umulmayan 

səadətdir. Sən onun qəzəllərini oxuyursanmı? Eşidir, başa düşürmüsən, ay bəxtəvər 

gəlin!..  Ağaynan  qazmada,  komada,  şit  fətir  yemək,  başqasının  alşan  imarətində

külçə bükdələməkdən yaxşıdı, min dəfə..." 

-Qızındı, Sona? Bıy, olsun-olsun! Allah saxlasın! Ağa demişdi axı ki, ay ana, 

babat dolanır, balası da olub... 

Amma ana görürdü ki, Sona güclə ayaq sürüyür, ağır-ağır nəfəs alır. 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə