Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə125/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   121   122   123   124   125   126   127   128   ...   153

                                                                                                                                                  

345 


-Məkrufdu, meşədi, meylüvə bax... 

O  da,  məsələni  dinləyənlərin  hamısı  da  bilirdi  ki,  Ağaseyidəli  qəti  fitva 

verməyəndən sonra, Meşədi Rəhimi "dovşan əti kimi məkruf' saydığı su ilə artıq öz 

həyətini suvarmayacaq, ya yüklə suçudan su alacaq, ya da ayrı bulaqdan həyətinə

arx çəkdirməli olacaqdı... 

...Müridləri  Ağaseyidəli  ağanı  məscid  darvazasından  xeyli  uzaqlaşanacan 

müşayiət  etdilər.  Hər  ikisi  təklikdə  qalıb  söhbət  etməyə  mayil  idi,  lakin  müridlər 

Ağaseyidəlidən əl götürmürdülər. Nəhayət, axund vəziyyətdən çıxmaq üçün çıxış

yolu  axtara-axtara  ayaq  saxladı.  Nəzəri  müridlərin  ardınca  gələn  şairə  sancılınca, 

qəti qərar verməsi üçün bu baxışı kifayət elədi: 

-Ağalar,  deyə,  nazik  ağ  əllərini  gicgahlarının  bərabərinə  qaldırdı,əzən-iqamə

deyərcəsinə, dua üçün dərgaha əl götürdü: - bəndəni əfv buyurun, sizdən ayrılmalı

olacağam.  -  Şairi  göstərib  mehribanlıqla  müridlərinə  gülümsədi.  -  Mən 

əmuzadəmlə', söhbət etməliyəm, məzuram, mürəxxəssiniz, xudahafiz... 

-Xudahafız... 

-Mürəxxəs olaq. 

-Xudahafiz... 

İkilikdə  qaldılar,  dərhal  Ağaseyidəlinin  dodaqlarındakı  mehriban,  nəvazişkar 

təbəssüm söndü, ciddi sima taqındı. O daxili bir əzab keçirirdi. Həmişə düzlüyünü, 

mərdanəliyini,  böyük  təbini  qiymətləndirdiyi  şairin  qarşısında,  o  bu  gün  günah 

işlətmiş,  istifza  zamanı  lazımi  sözləri  deməmişdi.  İndi  ona  söhbəti  başlamaq 

nəsihət  vermək,  bu  ağıllı,  nüfuzedici  baxışlar  qarşısında  başqa  bir  həqiqətdən 

danışmaq çətin idi. 

-Ağa, neyşə Meşəli Rəhim kişiyə elə namüəyyən cavab verdiniz? 

Axund  üzüyuxarı  qalxmaqda  olan  yolu  çıxdıqca  töyşüməyə  başlamışdı. 

Təngnəfəs  idi.  Bir  anlıq  ayaq  saxladı,  diqqətlə,  kədərli  baxışlarını  şairin  üzünə

zillədi.. Bu gözlərdə dərin bir dərd, sonsuz bir etiqaddan, imandan doğan ağır bir 

ələm var idi. Bu baxışlar şairin ürəyinə nüfuz edirdi: "Qəlbin nədən ağlayır belə, ey 

fazili-dövran? Məgər sən öz böyük ağlın və kamalınla sevdiyin camaatın, millətin 

tərəqqisinin nədə olduğunu görmürsənmi, neyşə mane olursan?" 

-Sən mənim yerimdə olsaydın bəs nə cavab verərdin? İxtiyar səndə olsaydı nə

deyərdin? 

 

 



                                                                                                                                                  

346 


Sualda təsdiqedici bir ifadə vardı. Şair bunu duydu, lakin özünü bilməməzliyə

vurdu, gülümsədi:  

-  İxtiyar  bəxtiyarın  əlindədir,  cənab  ağa!  Mənim  sözümə  kimdi  ardan  qulaq 

verən?  


- Necə də olsun, nə deyərdin? Şair ehtiramla qocanın dirsəyindən yapışıb onu 

üzüyuxarı, Minaxora tərəf qaldırmağa başladı:  

- Deyərdim ki, ay rəhmətlik oğlu, yer Allahın, torpaq Allahın, su Allahın: 

Əbro bado məho xorşido fələk dər karənd,  

Ta to nane bekəf ari və be qəflət nə xori.  

Allahın  yetirdiyi  nobata  "urus"  adını  nadanlar  qoyub  deyərdim...  ya  da  o 

Məşədi  Məhərrəm  bədbəxtin  nəvəsi...  Məni  əfv  buyurun,  ağa!  Biçarə,  bigünah 

tiflin döyülməsinə, nahaqdan incidilməsinə səbəb oldunuz demirəm, hələ necə rəva 

gördünüz? Axı siz özünüz də bilirsiniz bütün zihəyatı yaradan Allah özü də urusu 

yaradıb, istəməsə, kafərər üzünü murdarlamasını rəva bilməsə, öz cənab Əzrailini 

göndərər  hamısının  da  canını  alar,  ya  bir  taun,  zəlzələ,  vəba  yollar,  əbabil  quşun 

dimdiyinə  bir  qətrə,  cəhənnəmin  odlu  daşından  verər,  hərəsinin  başına  bir  darı

boyda salar, qurtarar gedər. Dayı nə üçün bu xalqı bilə-bilə tərəqqidən, maarifdən 

uzaqlaşdırırsınız,  gözünü  açıb  dünyanı  görməyə  qoymursuz?  Axı,  siz  ki,  milləti 

sevirsiz.  

Axund söz axınına düşmüş çöp kimi daxilində çapalayırdı:  

-  Siz  elə  bilirsiz  ki,  mən  millətin  inkişafını,  balaların  oxuyub  adam  asını 

istəmirəm? Ağaseyidəli ağa əslində xalqın uşaqlarının oxuması və həmvətənlərinin 

tərəqqi  tapması,  inkişaf  yoluna  düşməsi  əleyhinə  deyildi.  O,  həmvətənlərinin 

dinayrı  qardaşları  kimi,  qonşu  ermənilər,  malağanlar  təki  oxuyub,  irəli  getməsini 

də istəyirdi. İnsanları nadanlıqdan çıxarmaq onun da arzusu idi. 0, dinlər arasındakı

fərqi  öz  daxili  aləmindəki  bir  tələblə,  bir  imanla  qəbul  edirdi:  Allah  birdi,  onun 

əqidəsincə  Tövrat  da,  İncil  də,  Quran  da  Allah  tərəfindən  göndərilən  müqəddəs 

kəlamlar idı. Musa da, İsa da, Məhəmməd də yer üzünü yaradan böyük xudavənd -

aləmin rəsulları, elçiləri idi. Bütün bu dinlər onun əqidəsincə adam ən yaxşı yola, 

Allah yoluna dəvət edirdi... İndiki təzələr də insan- 

 

 



                                                                                                                                                  

347 


ları doğru yola, həqiqətə dəvət edirdilər. Bu məsələdə Ağaseyidəli ağa təzələrin 

əleyhinə deyildi... 

Nə olar, qoy mədrəsə əvəzinə məktəb açsınlar, qoy uşaqları oxutsunlar, onlara 

lap  dünya  elmləri  də  təlim  etsinlər.  Lakin  onu  qorxudan,  imanını  narahat  edən 

başqa şey idi... O qorxurdu ki, cavanlar bu təzə yola düşəndə dindən uzaqlaşa bilər, 

Allahın buyurduğu qanunlara riayət etməzlər. 

-Bəs onda neyşə mane olursuz? 

-Əgər  bu  tərəqqi  kafərsiz  olsaydı,  ona  əl-əl  üstən  qol  qoyardım?  Seyid  Əzim 

təəccüblə qaşlarını qaldırdı. 

-Elə niyə, cənab ağa? Axı tərəqqi məhz onların vasitəsilə əlimizin daxilinə axıb 

gəlir. Keçmiş xanlıq-bəylik əsri camaat nə gündəydi?Harda bir məktəb, bir maarif 

ocağı  vardı?  Bütün  qonşu  millətlər  irəli  gedib,  zamanın  dünyəvi  elmlərinə

yiyələnib, bizimkilər isə elə təğlid edə-edə və təharət elmlərin öyrənə-öyrənə dalda 

qalıb, bir-birinə yağı kəsilib... 

Ağaseyidəlinin ağ qaşları altında qaralan gözlərində bir qəzəb qığılcımı parladı: 

-Xanların,  bəylərin,  ağaların  bir-biri  ilə  yola  getməməklərinə,  zülmkarlığına 

görə Allah kafıri onlara cəza, bizə bəla göndərib. Bir dövrənə yaxşı bax, oğul və

dərin  düşün.  Camaatın  gözü  açılır,  yeni  törəmə  ziyalılar  cavanlar  mədəniyyətə, 

dünyəvi  elmlərə  can  atır,  bu  kimə  xeyirdisə  də  dinimizə  ziyandır.  Bir  də  gözünü 

açıb  görəcəksən  ki,  o  xarici  məktəbində  oxuyan  cavanlar  əqidəsini  də  dəyişəcək, 

dinindən də dönıcək. 

-Millətləri  bir-birinə  qarşı  qoyanda  tərəqqi  hardan  ola  bilər?  Biz  inkişaf 

ülgüsünü  məhz  urusdan  alırıq,  onlar  Avropa  mədəniyyəti  ilə  bizim  aramızda 

körpüdülər... 

-Bilirəm, yaxşı bilirəm... 

-Ata  öz  övladının  əlindən  tutub  məktəbə  aparmayınca,  bu  məktəbi  övladının 

gələcək  taleyinin  başlanğıcı  hesab  etməyincən  tərəqqi  yoxdur.  Xalq  tərəqqiyə  üz 

qoymaq  istəyəndə,  siz  ruhani  atalar  onların  qarşısında  milli  ayrı-seçkilik  səddi 

qoyursunuz. Siz belə deyəndə molla qurbanqulular nə deyər... 

-Bilirəm, yaxşı bilirəm... Amma onu da bilirəm ki, hələ nə bir malağanın, nə bir 

erməninin,  nə  bir  moltanının  malı-canı  haqqında  nəhs  fıtva  verməmişəm.  Bu  isə

ayrı məsələdir, övladım, özünü gözlə. Gələ- 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə