Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə137/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   133   134   135   136   137   138   139   140   ...   153

                                                                                                                                                  

379 


Seyid Əzim cibindən çıxardığı bir neçə saçaqlı konfeti qapıya çıxmış Qaratellə

uşaqların  arasında  bölüb  əylənirdi.  Ceyranı  görüncə  uşaqlardan  ayrılıb  otağın 

qapısına yaxınlaşdı: 

-Salam... 

Seyid Əzim Ceyranın saralmış, arıqlamış üzünə baxdıqca ürəyi əzilirdi: "Yenə 

də orucdur, ilahi, mən bu etiqadı onun ürəyindən necə çıxarım?" Lakin hələ bir söz 

demədən anasını soruşdu: 

-Məməm hanı? 

Ceyran xəfifcə gülümsədi, bir neçə uşaq anası olsa da, hələ də ərindən utanır, 

dik gözlərinin içinə baxa, arzularını açıq deyə bilmirdi: 

-Məşədi Qənbərgilə orucaçdıya çağırılıb... 

-Hə... deyirəm axı, əzana azca qalıb, amma,  məməm həyətdə dəstəmaz  almır, 

bu  heç  olan  şeydi?  Deməli  şamı  təklikdə  eləyirik?  -  O  da  gülümsədi,  lakin 

arvadının  vəziyyətindən  daxili  bir  əzab  duyaraq,  Ceyranın  çənəsindən  yapışdı  və

başını yuxarı qaldırdı. Dərinə düşmüş, aclıq və yorğunluq tökülən gözlərinə baxdı, 

Ceyran Ağanın onu yenə də danlayacağını başa düşdüsə də aldırmadı, üzün yana 

çevirdi: 

-Hə... Minasoltan dedi ki, gec gələcəm, məni gözləməyin, iftarınızı eləyin. 

İçəri girdilər. Vaxt elə uzanırdı ki, Seyid Əzim qapıdan döndü, bir də nigaran 

gözlərlə üfüqə baxdı. Əgər iqtidarı olsaydı, günəşi, aləməfruz afıtabı bir az da tez 

qüruba  endirər,  iftar  vaxtını  yaxınlaşdırardı,  təki  Ceyran  orucunu  tez  açsın,  ac 

qalmasın... 

Birdən Ceyran taxçaya yanaşdı, oradan bir zərf çıxarıb şairə uzatdı. 

-Ağa, Şirin gətirib... 

Şair  zərfı  açdı,  Tərlandandı,  dərhal  duydu,  barmaqlarını  xəfıf  hərəkəti  ilə 

Ceyranın  çənəsini  sığalladı,  yorğun  gözlərinə  baxdı,  baxdı,  heç  bir  söz  deyə

bilmədi. Dərindən köks ötürüb məktubu oxumağa başladı: 

Nuri-çeşmim, əziz şairim! 

Əvvəla  mətləb  sənin  səlamətliyindir  və  əgər  zəhmət  qəbul  edib  buraların  da 

əhvalından xəbərdar olmaq istəsən, yaman-yaxşı dolanırıq. 

Bəradəri-mehribanım,  sənə  yazmağa  qəribə  bir  xəbər  var  məndə.  Amma  heç 

bilmirəm  sevinim  bu  işə,  ya  qəmgin  olum.  Deyəsən  mən,  indi  başıma  gələn 

bəlaların əsil iştirakçılarından biri ilə rastlaşmışam. Qərəz, cənabını yormayım, bil 

və agah ol ki, bizim həmvətənlərdən biri, Ağa Səməd buralarda peyda olub. Mən 

onu  çoxdan  bəri  bazarda-dükanda  görürdüm.  Hal-əhvallaşır,  salamlaşırdım. 

Amma o qədər də 

 

 




                                                                                                                                                  

380 


qürbətimiz,  yaxınlığımız  yox  idi.  Cənab  Ağa  Səməd  burada  dükan  açan  Şirvan 

tacirlərindən  biridi;  özü  də  mənimlə  həmyaş  olmağına  görə,  mənə  çox  meyil 

eləyirdi. Əvvəl illərdə mən bu yovuqluğa o qədər də maraq göstərmirdim. Səbəbi 

də  bildiyin  idi,  yəni  heç  insanlara  qaynayıb-qarışmağa  özümdə  qüvvət  tapa 

bilmirdim, nəhayət ki, mən də qaradan çıxmazlığı tərk elədim. Bir-birimizə gedib-

gəlişimiz  artdı.  Söz-söhbət  çəkib  bizi  bir-birimizə  bağladı.  Qəriblik,  tənhalıq  bizi 

iki  qardaşa  çevirdi.  Bu  vaxtacan  onun  barəsində  sənə  yazacaq  elə  bir  maraqlı

xəbər  yox  idi,  odur  ki,  yazmırdım.  Bu  günlərdə  bir  vəsilə  oldu  ki,  o  öz  keçmiş

macəra və xatirələrindən mənə danışdı. Doğrusu, onun ürəyində nə isə bir dərdi, 

qüssəsi  olduğunu  anlayırdım.  Başa  düşürdüm  ki,  onu  təkcə  zəlzələ  diyarbədiyar 

salmayıb.  Əziz  qardaşım!  Ağa  Səməd macəralarım  mənə  danışanda  öyrəndim  ki, 

bədbəxt Sonamı ölümdən xilas eyləyən oymuş. Sən demə Alışın dəstəsində bir vaxt 

qaçaqçılıq  eləyən  cavanların  ən  igidlərindən,  özü  demişkən  canavarlarından  biri 

imiş. 

Mənim  xahişimlə  Mütrüf  Ədilin  öldüruldüyü  gecə  baş  verən  hadisələri  mənə

bircə-bircə  yerli-yataqlı  danışdı.  İndi  lap  səhih  bildim  ki,  başıma  gələn 

qəziyyələrin ən əsas səbəbkarı, başçısı öz doğma atam olub. Mən elə əvvəldən də

onun bu işdə barmağı olmağını duyurdum. Özüm də ondan təkcə məni döyüb xar-

zəlil eləməyinə görə üz döndərməmişdim. Amma lap belə də bilmirdim ki, mənim 

atam kiminsə ölümünə razılıq, fərman verə bilər. 

Ozünü  onlardan:  o  Molla  Qurbanquludan,  Alışdan  və  bir  də  ata  adını

gəzdirməyə layiq olmayan atamdan qoru, qardaş! Kərim Allah özü səni bəlalardan 

hifz  eləsin!  Əlbəttə,  biz, mən  və  Ağa Səməd  Şirvanda  olsaydıq,  xatircəm  olardıq. 

Onlardan  sənə  heç  bir  sədəmə  toxuna  bilməzdi;  amma  indi  hərçənd  dövrən  əsil 

dostsuz  deyil...  Yenə  də  nigaran  olacağıq...  Bu  axır  əhvalat  bizim  ürəyimizi  Ağa 

Səmədlə  bir-birinə  elə  bağlayıb  ki,  lap  əkizə  bənzəyirik...  O  çox  dəyişilib.  İndi 

savadını artırır, buradakı müəllimlərdən urus dilini də kamil öyrənib. Gözəl-gözəl 

kitablar  oxuyur,  deyirəm  vaxtında  oxuyub  lazımi  savad  alsaydı,  bədbəxt 

millətimizin xidmətində durardı. Neçə-neçə gözəl işlər görərdi... Elə qabiliyyətlidir 

ki...  Tez-tez  sənin  yazılarından  əlimizə  keçənləri  birlikdə  oxuyub,  müsahibələr 

eləyirik.  Buranın  ziyalıları  ilə  əlaqəmiz  möhkəmdir.  İranlıların  məktəbinə,  burda 

açılan öz məktəbimizə, əlimizdən gələn köməyi eləyirik. Gələn illərdə ianə məsələsi 

qoyulanda, cənab Ağa Səmədi də nəzərdə tutmağım xahiş edirəm. Eh

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə