Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə138/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   134   135   136   137   138   139   140   141   ...   153

                                                                                                                                                  

381 


qardaş,  bədbəxt  Sonanın  son  dəqiqələrdə,  ölüm  ayağında  özünü  necə  mərdanə

aparmasından elə şeylər danışdı ki, gözlərim dönəm-dönəın yaşardı... İnşallah vaxt 

olar,  görüş  qismət  olsa,  nağıl  elərəm  sənə. İanə  sarıdan  yazdığın  yanıqlı  məktub 

mənə bu kağızı başlayandan sonra, bu səhər vüsul oldu. Neyləmək olar, qardaşım! 

Dövrün  təqazası  budur.  İndilik  himmət  sahiblərinin  cibinə  göz  tikməkdən  savay 

ayrı çarəmiz yoxdur. 

Məniın  burada  birsürgün  dostum  var.  Ursetin  lap  orta  göbəyindən. 

Filtilbörkdən  gəlib  çıxıb  buralara...  O  elə  qəribə  şeylər  danışır  kil  Adam  ümid 

eləyir,  inanır  ki,  bir  zaman  gələcək,  məktəb  və  maarifın  sədəqəyə  ehtiyacı

olmayacaq... Kim bilir... 

Minasoltana, gəlinimizə və bacılara məndən salam yetir. 

Baqi ehtiram: qardaşın Tərlan. 

Hə, əzizim Ağa, bura bir bad xəbər gəlib çıxdı, deyirlər İsmayıl öz kiçik qardaşı

Məhəmmədi öldürüb. Bir də dedilər ki, yox, onu dəllək Hüseyn al diliynən evdən 

çağırıb öldürüb, səhih xəbərdimi? Amma mən heç inana bilmədim. Çünki İsmayılı

uşaqlıqdan tanıyırdım. Qardaşı əməlli yadıma gəlmir, amma özufağırın biri idi, o 

necə  belə  şey  elər?  Qərəz,  salamat  qal,  Allah  iqbalını  daimi,  bizi  də  xoş

xəbərlərinlə şad eləsin. 

Tərlan.  

Eşqabad, 12 zil-qəda, sənə filan  

Hə,  qəribədir  ki,  Ağa  Səməd  deyir:  Alışlar  meşədi  olub  hörmətə  minən  şəhər 

əlbattə,  dağüacaq.  Amma  əvvəl  mənə  Sonanı  otağın  içində  necə  izlədiyini 

danışanda az qaldım boğam onu. Sonra başa düşəndə ki, bu elə o doğmaca atamla 

Molla  Qurbanqulunun  qurmasıdır,  lənət  şeytana  dedim.  Oğlan  əvvəllər  tutduğu 

əməllərdən elə peşman olub ki, day nə deyim... deyir... "utandığımdan indi göz açıb 

abırlı adamların üzünə baxa bilmirəm, ancaq onda utanmaq nədi bilməzdim ". 

Ağa  indi  səndən  bir  təvəqqəm  var,  əminəm  ki,  məni  başa  düşəcəksən  və

Minasoltanın  yanında  vasitəçi  olacaqsan.  Sən  bilirsən  ki,  mən  ömrümün 

axırınacan evlənməyəcəm. Sonanın yadigarı mənə düşür. Bu dünyada buna ən çox 

haqqı  olan  adam  varsa,  o  da  mənəm,  mən  biləni.  Səndən  xahiş  edirəm  ki,  hansı

yollarla olursa olsun, qızı mənə Çatdır. Xorasana gedənlərləmi, alış-verişə gələn 

etibarlı  tacirlərdən  birinin  vasitəsiləmi,  necə  eləyirsən  elə.  Özün  zəhmətin  çəkib 

gətir Bakıda mindir gəmiyə. Mən Aşqabaddan gəlib Təzəşəhərdə qabaqlayaram. 

 

 


                                                                                                                                                  

382 


Mən  istəyirəm  ki,  Sonanın  balasını  özüm  istədiyim  kimi  xoşbəxt  elə  özüın  və

zəmanənin təqazası və tələbiylə. İndi dövran dəyişir. Buralarda .xüsusi dərs deyən 

müəllimlər peyda olur, urusuycan əlbəttə. Mən də  qızı oxudaram, nə bilmək olar. 

Bəlkə  anasının  taleyi  onda  baş  verməsin.  Bıı  da  mənim  Vətən  bacılarına  bir 

hədiyyəm olar ki, ilk qız muəllimini onlardan ötəri mən hazırladım. 

Bu  xahişimə  əməl  etsən  və  yerinə  yetirsən  onda  ömrüm  uzunu  sənə  borclu  

olacam. 

Sənin  tövsiyənlə  "Əkinçi"  qəzetini  alıram.  Bakılı    tacir  dostlarımdan  Ağabba 

cənabları bura göndərir. Gözlərimiz aydın olsun ki, sənin də ordakı nəzmini böyük 

bir maraqla oxuduq. Hamımız binihəyat sevinmişik. Allah qələminə qüvvət, gözünə

isıq versin. Sən millətin dərdini çəkənlərə indi dayaqsan, rəhnümasan, qardaşım! 

Tərlan 

Seyid Əzim  məktubu oxuyub qurtaranacan hər şey hazır idi, amma hələ hava 

kifayət qədər qaralmadığından Ceyran ayaq üstə can gəzdirir, süfrəyə yaxın düşüb 

orucunu sındırmır, əzam gözləyirdi. Bu, Ağanın qəlbini elə sıxdı ki: "...Ah, Ceyran, 

Ceyran", - deyə düşündü.  

Qalxıb  pəncərəyə tərəf boylandı:  

-

 

Deyəsən, vaxtı axı?.. Ceyran onun məqsədini anlayırdı, mədəsindəki küt ağrı 



bütün varlığını qırırdısa da, kandarda durub havaya baxdı: 

-Yox, - dedi, - heç əzan da başlamayıb... Məktub kimdəndi?  

Seyid Əzim, Ceyranın sözü orucdan dəyişmək istədiyini başa düşüb nəvazişlə 

gülümsədi: 

-Aga Tərlandandı! Ceyran, Qaratel səni incitmir kı?  

Ceyran mehriban üzündə xəfif bir təbəssüm bəlirdi: 

-Yox,  amma  yazıq  yaman  xiffət  eləyir.  Anasız...  Hey  ovundururam,  elə    hey 

ağlayır... 

Seyid Əzim nə fıkirləşdisə birdən-birə dedi: 

-Ceyran,  onun  Eşqabadda  dayısı  varmış,  Sonanın  ölməyini  eşidib,  mənə    o 

kağız  yazıb,  xahiş  eləyir  ki,  onu  ora  göndərim.  Sən  məməmi  də,  qızı    da  yavaş-

yavaş başa sal, hazırlıq gör, görüm mən Eşqabada gedən tap   billəmmi? 

- Hayıf, yaxşı qız idi... Qalardı bizdə... 

- Yox, Ceyran, hər quşun öz yuvası! İndi ki, dayısı istəyir, saxlamaga haqqımız 

yoxdu. Bir də, orda özünü qohumu yanında biləcək, o qədər də sıxılmayacaq... 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə