368
Şirvanın yolu həşəm,
Ağlamaq olub peşəm,
Hardadı mənim yarım,
Bir aydı görməmişəm.
Həmişə də yollarda olardı, bu şikəstəni ondan eşidəndə soruşdum ki,Ay Udulu
hey, evlisən, köçün-külfətin var?" Gülümsədi, dedi: neyşə yoxdu, yer ayrılıb
yerdən çıxmamışam ki! Bir nökərçən də var elə təzə dil açıb, ayaq açıb, nənəsi də
öyrədib, o irəli gələn kimi cumub üstümə ki, "qar yağır pillə-pillə, dədə, mənə
qaqqa, billə". İndi bu səfər ona gərək saçaqlı qəndəf alam, billə ona deyir..."
Qərəz ki, gözüm Udulu dəvəçidə qalıb, uşaqlar bu yankıların üstünü açıblar.
Bir də nə gördüm, uşaqlar qışqırışır məni səsləyir. Sarı kürkün arasında iki zənən
xeylağı, biri lap uşaqdı, on iki-on üç yaşında ola-olmaya. O biri bir az ahıl, amma
elə də qoca-zad deyil, özü də elə cansızdı ki, bilmirsən dünən ölüb, israğa gün
ölüb... Bu çöllü bəri-biyabanda arvad nə gəzir, ay Allah?! Birdən o bayaqkı
nökərlər yadıma düşdü. Dedim, yazıqlar yəqin bu dəvəçiyə pənah gətiriblərmiş, ya
da elə buna qoşulub qaçıblarmış. Qərəz üst-başlarından da görünürdü ki, fuğara-
dılar. Dəvəci öz kürkün bunlara verib, qalıb yalınqat paltarda, bucuğazlar da
ölməyiblərsə də, kürk arasında elə yarıcan donan kimidilər. Mən qananı, Udulu
dəvəçi soyuğa can verən adam deyildi. Görünür nəsə başına ayrı qəziyyə gəlmişdi,
neyçün ki, belə yerdə cənazənin uzanışı alahı cür idi. Donsaydı, dəvənin böyrünə,
ya bir yerə qısılıb, büzüşüb qalardı. Busa əl-qolunu atmışdı, elə bil boğulmuşdu,
gözləri də bərələ qalmışdı. Bir yasin oxuya-oxuya yazığın gözlərini örtdüm. Şəhid
kimi elə ordaca ala-tələsik qəbir qazdırdıq. Suya, kəfənə tuta bilmədik. Təyəmmüm
verib dəfn elətdirdim. Bunu da deyim ki, uşaqlar qəbir qazıncan mən zənənlərnən
məşğul oldum. Qız uşağının qolunda tikili dördkünc bir şey var idi, bazubəndə
oxşayırdı. Dua-pitiyə oxşamırdı. Keçə parçasıynan onların əl-ayaqlarını ovxalayıb
isindirdik. Arvad hələm-hələm özünə gəlmədi. Qız isə tez gözlərini açıb, tanı-
madığı adamları görəncən "ay ana" deyib yarımcan arvada sovxaşdı. Özü onun əl-
ayağın, sinəsin-başın ovmağa başladı. Onda bizimkilər kənara çəkildilər. Sirr-
sifətləri qara-quraya bulaşıq olsa da, oxşarları var idi, o saat bilinirdi ki, ana-
baladılar. Mənim nədənsə əlim dinc
369
solmuş qızılgül çıxdı. Kağızda, Ağa, sənin iki qəzəlinin əlyazması, özü də öz
dəsti-xəttinlə, bilirsən ki, sənin xəttini yüz xətt içində tanıyıram. Tutiya kimi
gözlərimə sürtdüm, öpdüm, biri "gül" rədifli, digəri "istər" rədifli qəzəllər idi.
Şair diksindi, bu hal Kərbəlayı Vəlinin nəzərindən qaçmadı, bundan sonra nə
etmişdisə, "yersiz etməmişəmmiş, deməli, dürüst başa düşmüşəmmiş..." - deyə
düşündü.
Qırmızı Qulam Seyid Əzimin vəziyyətindən xəbər tutcaq, başqa bir şey
duyacaq halda deyildi. Çünki sarvanın danışdığı hekayəti bütün varlığını qaplayan
qəribə bir maraq və həvəslə dinləyir, acıdığı yerdə gözləri dolur, baməzə söz
eşidəndə gülümsəyirdi. Kərbəlayı Vəli sözünə davam etdi:
-Bəli! Sənin iki qəzəlini bu bədbəxt arvad hardan tapmışdı, bilmədim,
indiyəcən də bilmirəm və olsun ki, heç vaxt bilməyim; amma o, iki qəzəli tutiya-
təbərrik, molla yazan dua-ovsun kimi, müqəddəs bir şey kimi parçaya tikib, qızının
qoluna bağlamışdı. Çox şükür eləyirəm Yaradana ki, sənin həmin qəzəllərin mənə
düz yolu, sirati-müstəqimi göstərdi. Tez parçanı olduğu qaydada bağlayıb qızın
büründüyü sigəciyə atdım, qoy bilməsinlər ki, sirlərinə aşinayam. Arvad da bir-
təhər özünə gəldi. Amma çox üzgün, bitab idi. Hər ikisini arddaş-min-dəş dəvəyə
mindirdik. Ərəbi qaydada palankindən, gecavədən heç nəyimiz yox idi. Gədələr
birtəhər onları sarıyıb sarmaladılar. Yola düşdük. Çovğun güclənirdi. Udulu
dəvəçinin şeylərini də xurcuna yığıb dəvəsinin üstündən aşırtdıq. Heyvanı,
karvanın cərgəsinə qatıb yol aldıq, amma bu günü Pirəsənniyə çatmaq dayı
mümkün olan şey deyildi, odur ki, gecəni qarammədli aşnam Azay bəyin evinə
düşdük. Xeyli vaxt itirmişdik. Gecəni orda qaldıq. Azay bəyin külfəti Gülcamal
bəyim tez azarlıya qaynar süd verdirdi. Dedim qorxub; onda daş yağı içirtdilər,
qorxu daşını suya salıb suyun dadızdırdılar, nə bilim cəftə suyu, saç ucu suyu, daha
nəynənsə qorxuluğun götürdülər. Udulu dəvəçinin dəvəsini və şeylərini burda
qoydum ki, qayıdan baş gəlib Uduluya gedərəm, külfətinə çatdırram. Zənənləri də
özümlə Şəkiyə aparmalı deyildim, həm də azarlı, yorğun və donmuş idilər. Odu ki,
onları da Azay bəyin külfəti Gülcamal bəyimə tapşırdım, dedim:
-Gülcamal bacı, bu mənim bacımnan bacım qızıdı, azarlıdı, Şamaxıya
Mirzəmmədin yanına aparacağam. İş elə gətirdi ki, Şəkiyə dönməli oldum, bir neçə
gün, mən Şəkidən qayıdanacan sizdə qalsınlar.
370
Gülcamal da, Azay bəy də arif adamdılar: başa düşürdülər ki, burda , üzə
vurmadılar, ya özlərini elə göstərdilər ki, guya inandılar, ya da doğrudan da
inandılar. Axı mənə nə düşüb onlara düzünü deməyəm. Qərəz ki, azarrılar orda
qaldı, getdim Şəkiyə, yükümü yerbəyer elədim. Karvan adamı almalısını aldı,
satmalısını satdı, qayıtdıq... Havalar hələ də soyuq idi, amma dayı yazın nəfəsi
gəlirdi, Novruz bayramına ikicə gün qalmış, qayıdıb gördüm ki, azarrının bərk
qızdırması var, bu soyuqda heç yana gedə bilməz, amma qız yaxşılaşıb, üz-gözünü
yuyub, bir mazarat qız olub ki, gəl görəsən... Bəli, azarrını tərpətmək olmazdı.
Gülcamal da, Azay bəy də and-aman elədilər ki:
-Sən get işində ol, havalar babatlaşanda gəl apar, bizim kənddə çox hadığ bir
arvad var, mamaçadı, həkimlikdən başı çıxır, Allah kərimdi...
...Mən də dəvəçinin qəziyyəsini Azay bəyə danışmışdım, karvanı burda dincə
qoyub, bir dəvə bir atnan addadım Uduluya, vaxtdan üç gün də keçdi, bayramın
üçüncü günü gəlib qara xəbərini verdim külfətinə. Eh... Dünyada qara xəbər
aparmaqdan pis iş yoxdur, amma nə çarə, kim isə biri deməlidi axı bu qara xəbəri
də...
...Karvan üçün Qarammədliyə qayıdanda azarlının bir az eyni açılmışdı, yanına
getdim.
-Bacı. dedim, kimsən, nəçisən, bilmirəm, soruşmuram da. Sarvan babayam,
Allah bilir ki, ürəyimdəki bir şəxsin xatirinə sənin bütün istədiklərinə əməl elərəm.
De göriim, səfərin haradı? Yüz min zərəlim olsa da, qorxma, yolumdan qalaram,
aparram səni haqq yerinə çatdırram.
Gözləri doldu:
-Haqq yerə Allah aparır, qardaş. O da neyşə gecikdirir bilmirəm,- dedi, - əgər
sənə zəhmət olsa da, bağışla məni. Bilirəm ki, əziyyətim çox dəyib, çox da yəqin
dəyəcək. Bacara bilsən, bir ulaq tut, məni Şamaxıya, şair Hacı Seyid Əzim Ağanın
qulluğuna, evinə göndər.
İndi özün mülahizə elə, mən nə hala düşdüm, elə yazığım gəldi ki! Amma
özümü saxlaya bilməyib soruşdum:
-Sən onun nəyisən, bacı, qohumlarındansan?
Susdu, gözləri axırdı, qızara-qızara:
-Bacısıyam, - dedi... Ağlamaq tutduğundan üzünü örtdü. Ürəyimdə "yəqin
mənim kimi, səni burada mənə bacı bilirlər, deməli, Seyyidlə mən də qardaşam", -
dedim. Bəli, cavabında bir söz demədimsə də, getmək sarıdan onu
arxayınlaşdırmaq istədim:
-Bacı, - dedim, - arın-arxayın ol! Sənin mənə heç bir zəhmətin düşmür, çünki
yolum onsuz da elə oraya idi, amma Allah başıma döyə-
Dostları ilə paylaş: |