365
açıq qələmkardan tikilmiş süfrədə pitiyə münasib istiot, sumağ, fal-fal doğranıb
sirkəyə qoyulmuş baş soğan (hansın meyliniz çəksə dedi), yumşaq səngəg və təzə
təndir çörəyi var idi. Rəzi boş, lahıc sinisini qoltuğuna vurub getdi. Məşədi Qulam
Kərbəlayı Vəliyə müraciətlə sözə başladı:
-Buyurun, qardaşlar, bir tikə kəsin, sonra ağa durub, ağacan durub,söhbət də
elərsiz, lap gərək olsa qiybət də... Bismillah...
Hər iki müsafır qonaq uzun söhbəti sonraya qoyub, bismillah etdilər Qulam kişi
piti bardaqlarının ağzını açan kimi zəfəranın bihuşedic: ətri ətrafa yayıldı:
-İştahanız artıq olsun, - dedi.
Seyyid səngəgdən xırda-xırda doğrayıb pitinin suyuna tökdükcə deyirdi:
-Kərbəlayı Vəli qardaş, mən hər dəfə bu dükana qədəm basanda məşədiyə
deyirəm ki, gərək sən məni yox, mən səni pitiyə qonaq eləyəm, çünki hər gəlişimdə
məşədidən təzə bir şey öyrənirəm. Necə ki, vaxtilə ərəb şairləri şerin dilini
yoxlamaqçın bədəvilərin arasına gedərdilər, mən də bu məşədi qardaşımızın yanına
onuyçun gəlirəm. O da hər dəfə məni xəcalət eləyir.
-Əh, xəcalət düşməniniz olsun! Mən də deyirəm görəsən nə olub? Nədi bu
pitinin maliyyəti, dost yanında? Sənin mənim yanımda qədrin elədi ki, kaş bir
dövləti-qarun olaydı məndə, oturdaydım səni, Ağa, bir xəlvət otaqda, qabağuva
düzeydim gözəl təamlardan, "quş iliyi, can dərmanı', nə istəsən və deyəydim: Ağa,
sənə fəda olum, azadsan bütün dünya qayğılarından, yaz nə qədər yazırsan o gözəl
əşarından ki, el-camaat da, biz də oxuyub feyz alaq...
Kərbəlayı Vəli güldü:
-Olmaz ki, Allahdan istixarə eləyəydin ki, elə o dövləti-qarunu Ağanın özünə
kəramət eləyə idi, dayı başqasının, lap elə sən də olsan,əppəyinə möhtac
olmayaydı?
Məşədi bir qədər güldüsə də pərtləşən kimi oldu, doğrudan da o xeyir işi niyə
özünə arzulamışdı. Ağaya yox, birdən rəhmət qapısı açıq olar, Allah eşidər
razıniyazımızı?..
-Pərt olma, məşədi, rəhmət qapısı bu ay açıq deyil, baxəbərəm...
-Niyə ki?
-Özümdən bilirəm...
Dəstərxan yığıldı. Əl suyu verildi. Kərbəlayı Vəli Məşədi Qulamın
doldurtdurub gətirdiyi qəlyana bir qullab vurub sözə başladı:
366
-Aga, səbrüvü möhkəm elə, sözüm bir az uzaqdan olacaq, bəlkə səni yordum
da... Amma çarəm yoxdu, necə var, gərək qulluğuva elə də ərz eləyim.
-Buyuracaqsan...
Məşədi Qulam dəstərxanı daldaya (qurd-quş yeyər savabdı) çırpıb qayıtdı, hər
ikı qonağından aşağı nimdərin üstündə oturub, taxta qəfəsənin alt mərtəbəsinə
dirsəkləndi, həmişə Kərbəlayı Vəlinin uzaq ölkələr haqqında əfsanə, nağıl,
"Rüstəmnamə", "Hüseyni-kürd" əhvalatı kimi maraqlı hekayələrini necə
dinləmişdisə, indi də elə, söhbətə qulaq verməyə başladı.
Kərbəlayı Vəli sarvan öz hekayətini belə başladı:
Ərdəbildən təzələrdə qayıtmışdım Bəkiyə. Yadıma düşdü ki, Küdrü binələrində
Hacıqədirridə böyük bir alacağım var. Qabaqda da Şəki yolu. Qərəz, nə başınızı
ağrıdım, baxmadım ki, qışdı, yolu Küdrüdən saldım. Yay olsaydı buna elə sən
deyən cürət eləməzdim. Yayda Küdrüdə ilan mələyir. Adama-zada irast olmursan,
qərəzi ki, qumu yoxdursa da əsil elə səhrayi-kəbirdi. Binələr bom-boş, qurd-quş
yox, adamlar köçüb yaylağa, heyvanat yox, xali... qar oldu hər yanı ağappağ kəfən
bürüyür, qar olmadı, boz-qara düzənlik. Bu başında yumurta qoysan o biri başında
görünər. Elə də uzundu ki, zəhrimar getdikcə qurtarmaq bilmir, göz qaralır. Qış idi
deyin binələr doluydu, qar girvə çox deyildi. Amma buna gərək yol adamı
allanmasın, işin möhkəm tutsun. Neyçün ki, kiçik çillənin axırıydı. Kiçik çillə də
ki, axırında lap tufan elər. Necə ki, deyiblər: Kiçik çillə böyügə deyib ki, əgər sənin
ömrün məndə olsaydı, sən gələndə mən gəlsəydim, uşaqları bələkdə dondurardım,
arvadların əlini un çuvalında. Bir də deyib, sənin yerinə mən olsaydım, həmli
arvadlara uşaq ziyan elətdirərdim, hayıf ki, ömrüm az, dalım yaz... Qərəz, gəlib
Hacıqədirridə işimi aşırdım. Yaxşı qazancnan, kefı kök, damağı çağ gedirdim.
Çəltikçidən ötdük, dayanmadıq, qərəzimiz Pirəsənniydi, orda duracaqdıq.
Arabqiyasdıya çatanda dalımızcan bir-iki atlı özünü çatdırdı:
- Ay qardaşlar, - dedilər, - bu tərəflərdə iki zənən xaylağı görməmisiniz? Biri
qoca, biri cavan...
Dedik: yox, bu yiyəsizlikdə zənən xaylağı nə gəzir?
Qərəz. soruşub öyrəndik, bunlar Çəltikçi bəyinin nökərləriymiş, qulluqçuları
qaçıb, ya götürüb qaçıblar. Nə olubsa, yoxa çıxıb, indi axtarırlarmış.,. Biz də
doğrudan da görməmişdik. Zənən nə gəzirdi bu
367
yerdə? Göz işlədikcən təzə, elə bu gecə yağan qar hər yeri örtmüşdü, hər yan
ağappaq idi. Uzaqdan qar üstündə bir qarğa da olsa, görünərdi. Sözün qısası,
gədələr arxayınlaşıb qayıtdılar geri...
Kərbəlayı Vəli sözünə ara verdi, qəlyanın qəmişini nədənsə çevirdi, diqqətlə
baxmağa başladı. Çəltikçi, qulluqçu sözlərini eşidincə Seyid Əzimin ürəyi uçundu,
amma unamadı, çünki qaçan adamı iki dedilər. Bunlar kim ola və mənə nə dəxli
var ki, Kərbəlayı Vəli bu uzunluqda söhbəti bu əcələliklə mənə danışmağa
başlayıb?
- Qərəz nökərlərin bizə çatdığı yerdən xeyli aralandıq. Qaram-mədə bir-iki
ağaclıq yol qalmışdı ki, irəlidə, qar içində, xıxmış bir dəvə, yanında da qaraltılar
gördük. Mən nədənsə narahat oldum, bayaqkı söhbəti unudurdum; amma bəs bu
nədi qabağımıza çıxır? Yaxına çatdıqcan qəlib parçası, dolu çuval və xeyli yır-
yığıntı, balaca təpə kimi qaralırdı.
Axırı ki, binəyə çatdıq. Dəvə heyvan necə vardı heyləcə axşamdan xıxırdıldığı
yerdəcə oturub göyşək vururdu. Dəvənin tayları axşamdan açılıbmış, yaxında ocaq
da qalanıbmış. Dəvədən aralı navala tabağı düşmüşdü. Görünür sahibi gecə
heyvana navala veribmiş. Dəvənin sağ böyründə, dalda yerdə, qəlib salınmışdı;
qəlibin üstündə sarı kürkə bürünmüş adamlar uzanmışdı; ya yatırdılar, ya da donub
ölmüşdülər. Lap qorxulusu isə dəvənin o biri qatında idi, mən heç əvvəl əldə onu
görməmişdim də. Gədələrdən kim isə qolumu dümsüklədi; baxdım, ətim ürpəşdi;
bu fağır dəvəçi idi; arxası üstünə düşmüş, ey... haçandan ölmüşdü. Amma iri
gözləri hadağasından çıxıb açıq qalmışdı, dübbədüz göyə zillənmişdi. Şeylər, dəvə;
kürkün altındakılar da qalmışdı allahçuna....Mən dəvəçini tanıdım. Bu adama bir
neçə dəfə karvan yollarında irast olmuşdum. Əsli Uduludan idi, tez-tez Bəkiyə
gedərdi; bircə dəvəsi vardı, hərdən karvana qoşular, çox vaxt da tək dolanardı.
Bəkidən nöyütlükdən qara nöyüt, Masazırdan duz gətirərdi. Aparıb kəndbəkənd
gəzib satardı. Hey çığırıb malını təriflər, alıcı çağırardı: "Ay nöyüt alan, ay nöyüt
alan... Duz alan, ay duz alan..." Bir dəfə elə düşmüşdü ki, gecəni onunla birlikdə
bir binədə dayanmalı olmuşduq. Bəkidən Ağdaşa gedirdik, o da bizə qoşulmuşdu.
Axşam düşdü, ocaq qaladıq, çörək-xörək bişirdik. Dəvələri ota buraxdıq. O da
dəstərxanın açıb yarımquru cad fətirini pendirnən yedi. Lap dəvəsi kimi göyşə-
yirdi... Amma sonra ocağın qırağında oturub patavalarını qurudanda,
karvandakılara elə gözəl nağıllar danışdı, tapmacalar dedi, bayatı çəkdi, bir yanıqlı
Şirvan şikəstəsi oxudu ki, səsi indi də qulağımdan getmir:
Dostları ilə paylaş: |