359
Baş qoyum dizin üstə,
İl yatsam incimərəm.
Cigir-cigir, cigir-cigir.
Sənə qurban yazıq canım...
Mahnının incə, eyni zamanda oynaq ahəngi ürəyə yatımlı, kasamasçının səsi də
xoş idi. Odur ki, bir neçə nəfər dayanıb kişiyə tamaşa edir, uşaqlar da dalınca
düşüb gedirdilər.
Ağa xoş avazla oxunan təzə mahnıya bir xeyli qulaq verdi və cavanın ahəngdar
hərəkətlərini, rəqqas yerişini xeyli izlədi, sonra da Cin Cavadın dəstəsinə
yaxınlaşdı. Dostunun səsini hələ heç onun üzünü görməmişdən əvvəl eşitdi. Cavad
deyirdi:
Gəldik cahana ləzzət alaq molla qoymadı,
İçdi, yedi... yenə də qarnı doymadı...
-Ha... ha... ha...
-Ə, yavaş gülün, eşidən olar...
-Cavadı qoyasan elə mollaya, dərvişə sataşa... Amma heç bir demir ki,
onlardakı vardan, dövlətdən bir mənim də olaydı...
-Yəqin paxıllıqdan sataşır olara, əlinə düşmür, deyir iylənib...
-Sö-ləsən, meyitüvü görüm, kəlləpaçanın da dili-ağzı var, Allahın lal heyvanı
da ac qalmaz. Cavadın əlinə keçsə, yeməz?..
-Lap lüm-lüm udar...
-Budu ha... Ağa gəldi... Seyid adamdı, onda olar, Ağa, əlim aşağıdı, üç-dörd
günlüyə mənə bir beş manat əlborcu ver... - deyə Cavad Ağanı qarşıladı.
Şair, Cavadın onu qəsdən dilləndirmək istədiyini anlayırdı. Nə Cavada pul
lazım idi, nə də lazım olsaydı da onu Ağadan istəməzdi, varidatına bələd idi. Odur
ki, Seyid Əzim onu görən kimi zarafatlaşmalarını yarımçıq kəsib cəld, böyük bir
ədəb və hörmətlə salam verənlərin salamını aldı. "Cavad daşının" bir tərəfındə
onun üçün hazırlanan yerə keçdi. Cavanlardan birisi nimdaş çuxasını çıxarıb Seyid
Əzimin altına salmaq istədisə də şair, razılıq vermədi:
-Yox, sağ ol, oğul, yaza, günə baxma, hava hələm soyuqdu, soyuqlarsan...
-Sən də soyuq daş üstündə oturub və basir qazanarsan.
-Canın sağ olsun, gedərəm, əttarın yanına, deyər get bir çimdik kükürdü kərə
yağında ərit, yax göy çadraya, yapışdır yaraya...
360
-Ha... ha... ha... dərmanın hazırmış ki...
-Bəs necə bilirsən, aadə...
-Sən mənə "aadə" deyə-deyə məni yaman günə qoydun, aadə?!
- deyən Cavadın gözlərində minlərlə cin oynayırdı. Şair dostuna sataşmaq üçün
zarafatı qəsdən uzatdı:
-Aadə, mən haçan sənə "aadə"demişəm, aadə?
Məhz şirvanlılara, şamaxılılara xas olan bu ifadə hamıya tanış idi; odur ki,
yığılanlar uğunub getdilər. Cavad yenidən dilləndi:
-Hə, yaxşı, bə mənə əlborcu verməknən necəsən, Ağa, cəddüvə təsəddüq olum,
cavab vermədin axı...
Seyid bir an duruxdu və Cavadın cavabını farsca indicə dodaqlarına gələn bir
qəzəlindəki bu beytlə verdi:
Mən Hüseyni-əsr həstəm, simu zər abi-Fərat,
Guiya mən abra dər Kərbəla qəm gərdəəm'.
Cavad, şairin sözlərini yığılanlara başa salandan sonra yenə də dinc durmadı:
-Ağa, dedi, - pənah pərdə tutana, nə olar, onda bir məsləhət ver,görüm bu
başıbəlalı beş manatı hardan tapım?
Seyid Əzim nədənsə qəlbinə çökməyə başlayan kədəri udub, dostunun
cavabında dilləndi:
-Nə məsləhət eləyim, Cavad? Bizlərdə deyillər ki, "keçəl çarə bilsə, öz başına
elər".
Hamı güldü, şair isə sözünə davam etdi:
-Ərəblər də deyərlər ki, "la təşvərü mən leysə fı beyti dəqiqün".Yeni, evində bir
ilin'un azuqəsi olmayan adamla məsləhətləşmə!
Bizim dilcən yəni o adam kişi deyil ki, öz ruzusunu tədarük eləməyib,təndürüst
eləməyib. O day özgəyə nə məsləhət verəcək? Mənim də evimdə ruzi necə deyərlər
o söz... Ruzi atlı, mən piyada...
Yenə də gülüşən oldu, amma bir çoxu bu dərdi yaxşı başa düşürdü, çünki özləri
də eyni vəziyyətdə idilər... Cavad nə düşündüsə birdən dedi:
-Aga evdən təzə çıxmısan?
-Yox çoxdan, necə ki...
361
-Heç, dedim bir əvvəl Əlmuxtarın pitisindən adama bir bardağ buyurtduraq,
sonra sənə bir allahı sözüm də var idi...
Seyyid gülümsədi, başa düşdü ki, Cavad onunla tək qalmaq istəyir, amma
özünü o yerə qoymadı:
-Dostum Cavad, Nəvayi rəhmətlik buyurub ki, istəyirsən səhhətin olsun, az ye,
istəyirsən sözünün kəsəri olsun az de.
-Hə, deyirəm axı. Neyşə bəs bu şirvanlılar xurma xörəkdi? Yeddi adama Nanəli
budaqda beş yumurtanın soyutmasın yeyərlər, özü də and içərlər ki, "söləsən,
meyitüvü görüm nıx deyincən yemişəm".
Yenə də qəhqəhə qopdu.
-Sizə məlumdur ki, mən məşriq-zəminin bir çox tanınmış şəxsiyyətləri ilə
dostluq eləyirəm, onlarla yazışıram. Onların içərisində elələri var ki, heç üzünü
görməmişəm. Qiyabi yazışıram. Məktublaşıram.
Belə qiyabi dostlarımdan birisi də Mərənddə yaşayan mərsiyə şairi Molla
Süleyman idi. Yaxşı yadımdadır; bir dəfə İran səyahətlərimdən birində yolum
Mərəndə düşdü. Burada bir neçə gün dincəlmək, nəhayət ki, Molla Süleyman
dostum ilə görüşüb danışmaq istəyirdim.
Şəhərə gecə yandan ötəndə varid olduq. Kişini axtarıb tapmağı səhərə qoydum.
Heç kəsi narahat etmək istəmirdim. Karvansaraya düşdüm.Gecə yorğun-arğın idim
deyə çox şirin yatmışdım. Səhər yuxudan oyananda gördüm ki, "lat-lüt, ya qərib
imam Riza" qalmışam. Bütün şeylərim oğurlanıb. Yəni əslində nəyim də var ki, bir
üst geyimdən başqa.
Alt paltarımda necə vardımsa, eləcə də hücrədən çayxanaya endim.Çayxananın
yarımqaranlıq bir guşəsində oturub vəziyyətimi düşünürdüm. Öz-özümü həm
danlayırdım, həm də görkəmimə gülürdüm. Gözləyirdim görüm işin içindən necə
çıxacam. Molla Süleymanı tapıb ondan,ya başqasından necə yardım istəyəcəm.
Elə bir o qədər keçməmişdi ki, çayxana dolmağa başladı. Məhərrəm ayının
əvvəli idi. Birdən içəri bir molla girdi. Çayçı şagirdi mollanı görən kimi, hörmətlə
ona taxt üstündə yer göstərdi, döşəkçə saldı. Molla çayxana sahibi və müştərilərlə
salamlaşıb əyləşdi. Görünür buralarda nüfuzlu adammış. Bir azacıq keçməmiş,
müştərilərdən biri dedi:
-Molla, gəlsənə bir mərsiyə deyəsən... savabdı. Elə boş-bekar oturmuşuq.
Allaha da xoş gedər, bəndəyə də...
Molla etiraz eləmədi. Boğazını arıtlayıb mərsiyəyə başladı. Babət də səsi var
idi. Mərsiyəni eşidən kimi bildim ki, bu elə mənim üzünü görmədiyim dostum
Molla Süleymanın mərsiyəsidir. Hələ bəlkə oxu
Dostları ilə paylaş: |