351
müsəlmanlar birlikdə namaz qılıb, məktəb-maarif məsələlərinə baxacaqlar. Bu
özü də elə bizim əməyimizin zaye olmadığını göstərmirmi?" Seyyid, dini donda
olsa da, bu təşəbbüsə elə sevinirdi ki, uçmağa qanadı yox idi. "Qabıma sığmıram,
görək məscidə kimlər gələcək, necə qarşılanacaq". Məşədi Qulamın qəlbində
daima "Xaqani dəlisi" adlandırdığı Seyyid, özünü böyük sələfınin əvəzi hesab
edərək, Xaqani qüruru ilə yazmışdı:
Olum, ey himmətin qurbanı, bir dərk et bu mənani
Ki, eylər ərz əşar ilə bu Xaqaniyi-sani
Ki, var Rusiyyənin beş-altı milyon can müsəlmani,
Qalıb elmü mənafedən tamamən bisərü bipa.
Açıb Rusiyyə babi-mənfəət cümlə rəayayə,
Dəmadəm şükrlər etmək gərək bu feyzi-üzmayə...
...Namazlar da qılındı, çaylar da gəldi, içildi. Cənab Ünsizadə mənbərin yanına
gəlib dayandı və təmkinlə ziyalıların arzularından danışdı. Xalqın millət
babalarının gələcəyindən bəhs açdı və mətbuatın düşdüyü çətinliklərdən söhbət
elədi. Onu da "müsəlman millətinin balaları" üçün açılacaq məktəb məsələsi ilə
birlikdə qoyurdu. Ünsizadədən sonra Ağaseyidəli ağa sözü Seyid Əzim Şirvaniyə
verdi. Şairin belə mötəbər bir məclisdə çıxış etməsi mürtəcclərin ürəyindən deyil-
disə də, bu gün onlar susmuşdu; quyruqlarını böyürlərinə qısıb oturmuşdutar, dil
aça, danışa bilmir, dişləri bağırsaqlarını kəsə-kəsə dinləyir, arabir söz atır, amma
məclisdəki nüfuzlu şəxslərin qorxusundan və hökumət "əli ilə iş görməyə gələn
qonağın" yanında özlərini hörmətdən, nüfuzdan salmaq istəmirdilər. Seyyid isə
sözünə davamla deyirdi:
- ...belə getsə, ağalar, sizin inandığınız islamiyyətin ancaq namı qalacaq...
alimnümalar, əsa, xirqə, təsbeh, tiftik əbadan başqa heç nə tanımayan, dili virddən,
bir də təzələri təkfirdən başqa heç bir şey bilməyən mollanümalər milləti süquta
aparır və aparacaqlar da. Vaxtdır ki, "ayıl, ey xabə dalmış millət, oyan bu xabi-
xəflətdən" - deyən adamlarımıza qulaq verək. Qiyməti-bəşər ülumladır...
ürəklərində atəşi-hissi-bəşər sönənlərin zərrati-cismini oyatmaq vaxtıdır. Bunun
üçün də iksiri-həyat lazımdır ki, o da elm və maarifdədir; məktəblə, cəridəylə
olar... Başa düşmək vaxtıdır ki, cəlali-elm bizə ərzi-şimaldan nümayan ola bilər...
Məşriq-zəmin oyansa fəqət bu yolla oyana bilər...
352
O neyşə, bu vaxtacan xoruz yoxdu, sabah açılmırdı? Şimal qalsın öz dinində
baqi, biz də öz dinimizdə baqi, islamiyyət...
İslamiyyət... özünüzə də məlumdur ki. Mən islamiyyətin yayıldığı ölkələri
gəzmişəm. Bəli, çox gəzdim, gördüm ki, harda islamiyyət məskən salıbsa, oraları
xərabəbəzara çevirib, həmin ölkələrin, millətlərirı dədə-baba mədəniyyətlərini,
tarixini, dilini, əski adət və ənənələrini məhv edib. Əgər millətimizin təmirini xəyal
və xahiş ediriksə, mütləq nifaqı məhv etməli, cənnət xülyalarından əl çəkməli,
kisveyi-əvhamı soyunmalı, yüz illərlə əvvəl rəyasət eşqilə bir-birini qıran ərəblərə
yas, matəm saxlamağı tərk etməliyik. Əgər özümüzün və məşriqzəminin
ziyalanmasını istəyiriksə, qaranlıq zülmətlərində məhv olan vətən və millətin
istiqbalını düşünürüksə, məktəb və maarifə rövnəq verməliyik, nəinki dinin
rəvacına...
O danışdıqca ziyalılar onun fikirlərini başa düşür, qəlblərində onunla
razılaşsalar da, məsciddə belə bir çıxışın nə ilə nəticələnəcəyindən dəhşətə
gəlirdilər. Hətta Ağaseyidəli ağa da qaragüruhun qarşısını ala bilməz... bunu
ziyalılar yaxşı başa düşürdü. Qaragüruhun əksəriyyəti şairin sözlərindəki dərin əks-
din mənanı dərk etməkdən uzaq idi. sözlərin mənası çoxu bisavad adamlar üçün
anlaşılmaz idi. Onun çıxışındakı dərin küfrü hamıdan əvvəl və daha yaxşı dərk
edən məhz Ağaseyidəli ağa idi ki, o da çıxılmaz vəziyyətdə qalmışdı. Şübhələr
qoca mollanın ürəyini didirdi. "İlahi, özün saxla. İlahi, məsciddə, dost-düşmən
qabağında seyid qanı, şair qanı tökülməsinə razı olma! Ya rəbbim, öz müqəddəs
evinin səhnini qana boyama (Ağaseyidəlinin ürəyinəmi dammışdı? Amma hər
halda, onun tanıdığı pərvərdigar, cəmi bir neeə il sonra baş verən faciənin qarşısını,
böyük bir insana, şairə qalxan qaragüruh əlləri saxlaya bilmədi, dostum,
bacarmadı). Mən gərək ona heç söz verməyəydim. Məni sənin dinində bu qədər
süst olduğunu təsəvvür eləməzdim. Sən neyləyirsən, niyə, neyşə öz qətlinə fərman
verirsən? Yaxşı ki, Molla Qurbanqulu mənim, Mahmud ağanın və digər
nüfuzluların qorxusundan burada sənə bir söz deyə bilməyəcək. Yoxsa Allahın
pənah evini qan ocağına çevirər, bizi də yığılan qonaqların qabağında xarü zəlil
elər, səni də yerlə yeksan elərlər. Yox, şair, yox, cənab Seyyid! Daha bəsdir. Mən
sənin nazınla oynadım! Sən daha millətini irəli aparmaqdan başqa, dayanıb
durmursan, dinin kökünə balta çalmağa başlayırsan, daha buna dözmək olmaz..."
Seyidəli ağa düşündükcə bir neçə gün əvvəl şairlə olan bir söhbətini xatırlayırdı.
Həmin