Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə55/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   51   52   53   54   55   56   57   58   ...   153

                                                                                                                                                  

143 


 

Seyid Əzim gülə-gülə Məşədi Qulamın əlindən tutub təmənləşdi: 

-Boğazını ağrıtma, bəradər, indicə Rəziyə rast gəldim və sənin adından sifariş 

elədim çayı. 

-Ay əcəb eləmisən, bax, çox əcəb eləmisən... buyur əyləş, Ağa! 

Məşədi  Qulam  dükanın  yerinə  salınmş  nimdərlərdən  birini  Seyyidin  qarşısına 

çəkdi. Şair çuxasının ətəklərini səliqə ilə yığışdırıb diz üstə oturdu: 

-Hə, qardaş, təzə nə var, nə yox... İşlər necədi, təzə bir şeyin var? 

Məşədi adətən tapdığını dərhal deməz, şairi hələ bir az gözlətmək istəyər, bundan 

xüsusi zövq duyardı: 

-Niyə, olanda olur, olmayanda oturub baxırıq yollara. 

-Genə də olsun?.. 

-Əşi, ay Ağa, qoy Rəzi bir çaydan çay getsin, bir az içək, Allahdan-bəndədən 

söhbət  eləyək.  Sonra,  nə  var,  baxarsan,  qaçmır  ki...  -deyə  Məşədi  Qulam  balaca 

süfrəni hazırlamağa başladı. 

-Nə  olar,  belə  dözmüşük,  bir  az  da  dözərik.  Yaxşı,  ay  məşədi,  nə  əcəb 

meydanda  yox  idin?  Yaxşı  dərviş  oxuyurdu,  bütün  bazar  dostlarında  hamısı

ordaydı... 

-Bilirsən, Ağa, mənim elə özüm dərviş kimi bir şeyəm. Deyir: 

Aməd ərəbi ki, mən rəsuləm  

Qoftəm to bero ke mən xod ayəm'. 

Seyid Əzim qəh-qəh çəkib güldü, Məşədi Qulam isə deyirdi: 

-Maşallah,  namxuda,  öyrətmək  olmasın,  sən  özün  ki,  belə-belə  şeylərdə 

pərgarsan... 

Şair  cibindən  balaca  cüngünü  çıxartdı,  o  eşitdiyi  hər  bir  gözəl  kəlamı  buraya 

qeyd edərdi, Qırmızı Qulamın mücrü üstündəki qələm-davatını alıb dedi: 

-Peyğəmbər  haqqı  bunu  eşitməmişəm,  məşədi,  sən  aləmsən,  açılmamış  kitab 

elə sən özünsən! Hər bu dükənə gələnə səndən bir qədi açılmamış beyt eşitməsəm - 

qulaqlarım uzanar... 

-İrağ cəddindən... 

Məşədi  Qulam  bir  qədər  qızardı,  utandı,  amma  Ağanın  tərifindən  xoşhallandı 

da. Bununla belə sevincini büruzə vermıdən beyti bir də təkrarlayıb dedi: 

___________ 

1

  Yəni:  bir  ərəb  gəlib  dedi  ki,  göndərilmişəm  (yəni  Allah  tərəfindən)  dedim, 



yeri  get,  elə  mən  özüm  də  gəlmişəm  (bunu  bitişik"xodayəm"  cinas  kimi  oxuyub, 

"yeri get, Allah elə mən özüməm" şəklində də düşünmək olar). 

 

 



                                                                                                                                                  

144 


 

-  Bircə fərqimiz var ki, mən özgələrinin şah beytlərinin qədini açıram, sən isə özün 

həmin  qədi  açılmamış  beytləri  yaradırsan.  -  Bu  sözlərdə  dostu,  həmvətəni  şair 

sarıdan  elə  bir  fəxr  və  özünün  yaza  bilməməsinə  elə  bir  təəssüf  hissi  var  idi  ki, 

Seyid  Əzim  özünü  bir  cürə  hiss  elədi.  Elə  bil  Qulam  kişinin  istedadi-şeri 

olmamasında o günahkar idi, çəkingənliklə soruşdu; 

-Neynəmək olar? Yaxşı, məşədi, bu beytin sahibi kimdir? 

-La  ədri'dir,  qadan  alım...  Özünə  zəhmət  ver  lap,  yoxsa  hər  şeyi  məşədidən 

öyrənib gedib deyəsən və yazasan ki, bunu elə özüm bilirdim?.. 

Gülüşdülər. Rəzi çaydan və piyalə gətirib qoydu və dərhal da qayıtdı. 

Məşədi  Qulam  bir  fincan  çaydan  sonra,  əlini  mücrüyə  atıb  orada  məxsusi 

xiridar üçün saxladığı əl yazmalarını çıxardı və bir-bir şairə nişan verməyə başladı: 

-Bax, bu "Xəmsəyi-Nizami"di - cildi Buxara işidi, xəttinə bir dürüst fıkir ver, 

hələ haşiyələrinə bir bax! Bunu göndərən buxaralı rəfıqim yazıb ki, bu bəzəkdə, bu 

naxışda,  bu  xətdə  "Xəmsə"  bəlkə  dünyada  bir  dənədi,  heç  şah  sarayında  da 

yoxdu!..  Tamam  qızıl  suyuna  tutulub,  xalis  qızıl  suyu  ilə  yazılıbdı...  Bu  sənin 

nəüzənbillah birinci imamın Xaqaninin - "Xərabəhayi-Mədayin" idi, xətti yaxşıdı, 

amma təzə işdi, şikəstəynən, naxışsız-zadsız... Bunu Təbrizdən almışam.... 

Bax, bu Quranı görürsən?.. Bilirəm səni şeir maraqlandırır, amma bir gözəlliyinə

bax, zalım oğlu xəttat və bəzəkçi buna on misqal qızıl ərintisiynən naxış vurub... 

Nadir şeydi... 

O,  vərəqləri  arasına  cığara  kağız  verilmiş,  naxışlı,  ornamentli  gözəl 

əlyazmalarını  şairə  elə  bir  fəxrlə  göstərirdi  ki,  elə  bil  bütün  bunları  o  özü  yazıb-

yaratmışdı.  O  bilirdi  ki,  şair  bütün  bunları  ala  bilməz,  (bəlkə  bircə  Xaqanidən 

keçmədi,  Xaqani  "dəlisidi")  bu  qiymətdar  əlyazmalarına  vermək  üçün  onun  pulu 

yoxdur.  Amma  bununla  belə  Qırmızı  Qulam  bu  əlyazmalarını  şairə  xüsusi  bir 

həvəslə göstərirdi, çünki onu əsil qiymət verən, həqiqi gözəlliyi anlayan bir insan 

kimi tanıyırdı. Bəzən, hətta bu və ya digər nadir əlyazmanın məhz onun əlinə keç-

məyib, başqasına satılmasına təəssüflənirdi də. 

...Başları  gözəllik  aləminə  elə  qarışmışdı  ki,  dünyadan  bixəbərdilər.  Birdən 

qəfil Rəzi içəri girib dedi: 

-Deyirlər arvadlar hamamda satıldöydü eləyiblər, yazıq mollabacı Güllübəyimi 

bərk əzişdiriblər. 

-Nə danışırsan, gedə? 

 

 



                                                                                                                                                  

145 


 

-Vallah,  elə  dedilər...  qonşuları  baş-gözün  bağlayıb  aparırdılar  evinə.  Özüm 

görmədim, qapaqlının şeyirdi dedi... Evlərinə neyçünsə gedibmiş, yolda görüb. 

Bayırda çayçı Əlmuxtar bir kəndli ilə çənə döyürdü. Tərəkəmə deyirdi: 

-Qardaş,  demə  tərəkəmədi,  annamır,  deyəsən,  çayın  dəm  almayıb,  heç  dadı-

tamı yoxdu. 

Əlmuxtar isə and-aman eləyirdi: 

-Bıy,  dadaş,  səni-məni  yaradana  and  olsun  ki,  düz  qırx  gündü  dəmdədi!  Mən 

sənə  dəmsiz  çay  verrəm?  -  sonra  da  şəyirdini  səslədi:  (eşidənlər  Əlmuxtarın 

yalandan  and  içmədiyini,  tərəkəməyə  doğrudan  da  köhnədəm  çay  verdiyini  başa 

düşüb gülüşürdülər.) 

-Aadə, Rəzi... hara cəhənnəm olmusan? 

-Gəlirəm, ağa, gəlirəm, məşədigildən çaydan aparıram. 

O çay dəstgahım siniyə yığıb cəld çölə qaçdı. 

Məşədi Qulam fikrə qərq olub oturmuş şairə dedi: 

-Olar  da...  peyğəmbər  haqqı,  o  Molla  Qurbanqulunun  qızından  nə  desən 

çıxar,beş vaxt namazdan başqa... 

Şair sual dolu gözlərini dostuna dikdi: 

-Onun bura nə dəxli var? 

Məşədi dedi: 

-Necə nə dəxli var? Axı Güllübəyim mollabacı uşaqlardan haqq alınır, uşaqları 

döyüb  incitmir,  əməllicə  iş-güc  də  öyrədir,  qız  uşaqlarıdı,  bir-birinə  danışırlar, 

analarının  baş-beynin  aparırlar,  onlar  da  götürüb  qızı  Umselmə  mollabacıdan, 

Güllübəyim mollabacıya verirlər. Molla Qurbanqulu külfətinin də qazancı, nökər-

nayibi çıxır  əlindən... 

-Yaxşı, sən bəs bunları hardan belə yaxşı bilirsən, bunlar ki, şeir deyil dəftərdən 

oxuyasan? 

-Nədən biləcəyəm? Bizim də bir kənizimiz var, mollabacı Güllübəyimin yanına 

gedir, ondan bilirəm... 

-Belə de... 

-Amma  axır  vaxtlar  qulaqlarıma  bir  para  sözlər  deyir,  deyirəm  bəlkə 

Qurbanqulu  külfətinin  quraması  olar,  çox  da  inanmıram...  Odu  ki,  əri  israfıl 

gedəndən sonra da mən uşağı onun yanından götürtmədim. 

-Nə  isə  keçənə  güzəşt...  amma  bizim  bu  "Xərabə  Şirvanda"  bir  əməlli  iş

axıracan baş tutmur....Mən Güllübəyim mollabacının çox basa-vad zənən olduğunu 

bilirəm. Dərsi axı o cənab Molla Babadan alıb. O kişinin də ki, ərəbi, farsı və türki 

savadının üstü yox idi. Yaxşı da öyrədən 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə