133
-Baş üstə...
Rəzi iri siniyə çaydan və fincanları qoyub çıxanda, mollanın məsləhəti ilə
Qapaqlı, Əliyə emr elədi:
-Əli, get karvansaraya, gör kərbəlayi Vəlidən bir xəbər-ətər varmı?
Əli çıxanda Hacı Qədir dəvə kimi uzun boynunu əyib içəri girdi,lök dodaqlarını
marçıldadaraq salamlaşdı və məhz dəvə kimi də diz çöküb taxtın bir küncündə
əyləşdi.
Oturanların hamısı intizar içində gözlərini Molla Qurbanqulunun üzünə dikib
durmuşdular. Molla Qurbanqulu adəti üzrə hər bir cümlənin son sözünü təkrarlaya-
təkrarlaya sözə başladı:
-Hacı, Məşədi Alış da, özüm də eşitmişəm ki, bu təzələrin bir-birinin dalınca
bağlanan təzə uşqolları elə yağışdan sonrakı göbələk kimi genə də bir-birinin
dalıncan yerdən dombalıb çıxır... bəli, bəli, çıxır.
Güllübəyim-kəsmiş elə getdi, İrza bəyinki belə getdi... indi də deyirlər ki, o
naseyid Əzim təzə qaydada bir məktəb acmaq üçün dost-aşnaynan xosunlaşır, bəli,
bəli, xosunlaşır... lap səhih xəbərdi...
-Nə danışırsan, canım? Onda pul hardeydi uşqol aça? Uşqolun bir aləm xərci,
dərdi-azarı var.
-Əh, özü günorta durur yuxudan ki, qarnım acar, sən də, ay axund, görəsən
hansı yuxu görənə inanmısan?
-Nə danışırsan? Əşədənbillah, peyğəmbər haqqı doğru sözdü, Hacı! Mən
bəyəm yoxlamamış, bir işə iqdam elərəm, cənabını narahat elərəm? Sən baxma
lütün biridi, amma o Kərim bəy var ha, deyirlər o da elə əvvəl əldən 120 manat
ianə verib... süftəsinə, verib...
Hacıların gözləri kəlləsinə çıxdı, hər ikisi əllərini dizlərine çırpdı:
-Pah atonnan, bu babi uşağı babi, pul qoymağa yer tapmırlar da...
-Bəli, elədi ki, var... Mahmud ağa da, Əlyar bəy də, siyahı eləyiblər, hərə karına
göre 20-dən, 30-dan, 100-dən söz verib... Sonra da naseyid Əzim gedib
Ağaseyidəli ağanın qulluğuna, ondan izin alıb... rüsxət istəyib... bəli, bəli, istəyib...
-Hə, o nə deyib? İçkiçi, qumarbaz, çəngibaza izin verib? Elə şey olar?
-Ele iş də ondadı ki, Ağaseyidəli ağa ona inanır, niyəsini bilmirəm, amma
inanır. Deyirlər ki, Qurana əl basdırıb, tövbə elətdirib ki, bir də dilinə içki
vurmayacaq... bəli, vurmayacaq...
Bu xəbəri Qapaqlı ilə Hacı Qədir hərəsi bir növ qarşıladı. Hacı Əsəd dərhal
səsləndi:
-Ay tövbə elədi ha... yalansa tövbə ona qənim olsun...
134
Hacı Qədir dilləndi:
-Tövbə eləyibsə, Ağaseyidəli ağaya söz veribsə dayı nə söz?
Hacı Əsəd səylə nəyi isə yadına salırdı. Birdən od götürmüş kimi coşdu:
-A kişilər, nə tövbə? Nə söz? Hələ dünən Cinin başına yığılan gədə-güdə
bazarda hırıldaşa-hırıldaşa onun təzə qəzəlini oxuyurdu,yadımda ilişib qalan da bu
beyt oldu:
Hər işindən eləyə tövbə, yəqindir, Seyyid
Çəkməz əl badədən, etməz bu xətadan tövbə!
Bu da sənə onun tövbəsi! Təpəsinə dəysin...
Məşədi Alış söhbətə qarışdı:
-A kişilər, siz də ona inanırsız? Getdiyim qəriblər ağasına and olsun ki, dünən
öz gözümnən onu Gürcübazardan Aleksan bəynən qol-boyun çıxan görmüşəm...
-Pay atonnan seyid yiyəsi, ay sənin cəddin özünə qənim olsun...
-Bu ola bilməz, əgər söz veribsə... - yenə də şübhə Hacı Qədiri dilləndirdi.
Bu pir və ocaq dəlisi omründə Ağaseyidəli ağaya inanan kimi heç Allaha da
inanmırdı.
-Olar, olar, deyirlər ki, hələm onun uşqolunda urus dilindən də bir erməni
dığası dərs verəcək; belə qayda qoyub...
-Əh... ay cəddi onun üzünə tüpürsün, onda hansı imansız ona uşaq usburt olar?
-Heç kim, heccə kim... O da gedər inşallah urus İrza bəyin məktəbinin
dalısıycan...
-Bu babi köpək uşaqlarından bundan artıq nə gözləmək olar? İçkixana,
həcvxana onlara azlıq eləyir?
-Əl çəkmirlər... Din eldən gedir...
Molla məsləhətə xitam verdi:
-Hacılar, bax borcumuz avamı başa salmaqdı, baxmasınlar ki,seyiddi, nə bilim
ağadan izin alıb, çoxunun gözünü bu məsəfələr örtə bilər... odu ki, bizim borcumuz
camaatı başa salmaqdı, bəli, salmaqdı!Qoy öz fərzəndələrini öz əlləri ilə odun içinə
atmasınlar! Onlardan babi qayırmasınlar, urus-erməniyə tay eləməsinlər,
eləməsinlər!
Hacı Qədiri isə fikir götürmüşdü. Şübhə onun inadkar və etiqad sahibi qəlbinə
yol tapmışdı. Əvvələn, Seyid Məhəmmədli böyük və nəcib ocaqdı, onlar hələ heç
kimin bir həbbəsinə kəc baxmayıblar...
135
Haram yeməyiblər.,. O biri tərəfdən də Ağaseyidəli ağa kimi bir müctəhid bu
işi nehy eləməyib, urusxat veribdi... deməli, burda nəsə var... üçüncü tərəfdən Hacı
Qədir axı bu təzə "məşədi"Alışı yaxşı tanıyır. 0 hardan belə camaat gözləyən çıxdı,
Allahdan qorxan oldu? Hələ o Molla Qurbanqulu!.. El bilir, aləm bilir ki, hər təzə
açılan mollaxana, məktəbxana onun cibinə ziyandı... Uşaqları on-on beş il oxudur,
bir çərəkəden başqa heç nə öyrədib bir yana çıxartmır, bir ucdan da gətir
hagətirdi....Hər bayramda, hər surə qurtaranda, çərəkə çıxanda, Quranın fılan
yerinə çatanda, hələ də gətir ha!.. Uşaqların əllərini, ayaqlarını falaqqaya
salmaqdan canlarını üzüb... Özlərini də gah meşəyə oduna, gah bulağa suya
göndərməkdən çiyinlərini ulağ beli kimi yağır eləyib... Yox, bu adamların heç
birinə inanmaq olmaz... Qaldı mənim bu əziz qonşum Hacı Qapaqlı... O da ki,
Tərlan əhvalatından sonra Ağaya düşməndi... ona heç inanmaq olmaz!.. öz
aramızdı, əgəm Ağaseyidəli nəhy eləməsə və əgəm deyilənlər düz olsa, uşqolda
uşaqlara hesabdan, çötkədə öyrətsələr, lap elə o kafir urusun dilini də öyrətsələr, nə
zərəli var mənə? Həm dükanda gərəyim olar, həm divanda-dərədə əlimdən tutar,..
Vallah əgəm deyilənlər düz olsa, gedib Ağaseyidəli ağaya istixare elədəcəm, saat
xoşduyub Ramazanı aparıb verəcəm Ağaya. Qoy onun dərsin alsın! Alışın,
mollanın və Hacı aşnamın acığına,.. öz oğlu əlindən çıxıb, indi başqalarının
uşaqlarına "yaxşılıq" istəyir, qoca tülkü?
MƏKTUBLAŞMA
Baradəri-mehribanım, əziz şairim!
Əhvalımı xəbər alsan babətəm, cismən sağlamam, cismimdə heç bir cərahət
yoxdur. Qaldı bir zəmanə əhlinin heç yerində qoyduğu ruh məsələsi, o da mən
yazmamışdan cənabına məlum olsun gərək. Əziz Vətəndən, istəkli dost və
yaranından uzaq, kimsəsiz qəribin ruhu necə ola bilər? Mən cismən yaşayıram,
cismən varam... qalanı sənə məlumdur, istəkli dostum, nuri-çeşmim mənim!
Qəzəllərinin və digər əsərlərinin sorağı buralara gəlib çatır, gözəl
həmvətənlərimizə qoşduğun nəzmlərinin qidası ilə yaşayıram desəm, inan. Qırmızı
Qulam sağ olsun, əşarının hər ələ keçənini bu diyara yolu düşənlərin vasitəsilə
mənə göndərir. Mənim salam və minnətdarlığımı ona yetirməyini xahiş eləyirəm.
Səndən bir ricam var, baği-Gülüstan seyrlərində, Mahmud ağa məclislərində
nəvalara qulaq asanda, Zoğalavayın kənarındakı ağac