Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə47/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   43   44   45   46   47   48   49   50   ...   153

                                                                                                                                                  

122 


 

Mənə məcuni-meyi-ləli dəvadır, saqi  

ki, qəmi-hicr ilə cismimdə keyim var mənim. 

Can sənin, cism sənin, əmr sənin, fel sənin,  

Cümlə sənsən, bu arada nə şeyim var mənim. 

Məni Seyyid təki çək guşeyi-meyxanələrə,  

Artırır qəm dəxi məsciddə neyim var mənim?! 

O, əlini geyməsinin altından qoltuq cibinə uzatdı, bayazını çıxaran təki elə bil 

sehrkarın  işarəti  ilə  əlinin  altında  Şirazi  qələmdan  hazır oldu.  Şair  məclisə  çəkən 

qəfil  sükutdan  da  bixəbər  idi.  O  gülümsəmiş  dodaqları,  maraq  və  həvəslə  baxan 

gözləri, sükut işarəsilə dodaqlara qoyulan barmaqları, ehtiyatla məclisdən stəkan-

nəlbəki yığışdıran nökərləri görmürdü... 

0  yazırdı...  Yazdıqca  da  gözlərinin  önündə  əziz  cizgiləri  silinməkdə  olsa  da 

doğma, çox doğma bir sima canlanır, mələk kimi başı üzərində qanad çalır, əllərini 

gah onun çiyinlərinə, gah yazıya tərəf enmiş gözlərinin qapaqlarına təmas etdirərək 

deyirdi:  "Bəli,  belə  yaxşıdu-,  şairim,  qoy  sənin  tərəb,  eyş-nuş  həvəsin,  cismani 

tələbdən çox ruhani tələbə çevrilsin, qoy sənin cismani "ümmül-xəbais" arzuların 

Məhz  qəzəllərində  tərənnüm  olunsun!  Nəfsini  isə  qoru!  Xalqın,  millətin,  onların 

xırdaca  balaları,  bədbəxt  həmvətənlərinin  gələcəyi  olan övladi-vətən üçün qoru!.. 

Hərənin alınma bir şey yazıldığı doğrudursa,sənin də alnına bu yazılıb! Qoy adın 

bu  qəzəllər  üçün  nə  yamanlığa  çəkilir-çəkilsin,  təki,  şürb  dilinə  dəyib,  məcazını

korlamasın  və  saf  arzu  -əməllərinə  mane  olmasın...  Şairim,  yaz,  yaz!"  Pərilər 

soltanının incə barmaqları alnına toxunar kimi oldu, xəfıf nəfəsi, sübhün incə mehi, 

nəsimi kimi dodaqlarında, gicgahlarında, yanaqlarında gəzdi... 

Şair son məqtə' bəndini də yazıya keçirən təki, yuxudan ayılanlara məxsus bir 

xumarlıqla gözlərini ətrafına dolandırdı... 

-Hə, mübarəkdir, Ağa, verin, lütfən görək nə yazdınız? Mahmud ağa Rza bəyin 

bu xahişinə qarşı əlini havaya qaldırdı: 

-Yox, yox, bu qəzəldi. Qəzəldimi, Ağa, səhv eləmirəm ki? Artıq özünə gəlmiş

şair təvazökarlıqla gülümsəyərək dilləndi: -Bali... qəzəldi... 

 

 



                                                                                                                                                  

123 


 

-Hə, bu qəzəli, cənab Ağa, bizim şuşalı qonağın, cavan xanəndəmizin səsindən 

ruhlanaraq yazıbdır. Mən belə bilirəm ki, həmin qəzəli birinci dəfə oxumaq şərəfi 

də ona verilməlidir. 

Hamı "doğrudur, doğrudur", deyə təsdiq elədikdə cavan xanəndə həya təri tökə-

tökə yerindən qalxdı, Mahmud ağanın işarə və təhriki ilə Seyyidə yaxınlaşdı. Uzaq 

ellərdə  qəzəllərini  xanəndələrdən  eşidib  əzbərlədiyi,  məftunu  olduğu  şairi  birinci 

dəfə  görürdü,  həm  də  bu  "Seyyidi-ali  nəsəb"  haqqında  o,  vətəninin  şair  və

musiqişünaslarından  –  Asidən,  Nəvvabdan  nələr  eşitməmişdi...  Qəlbindəki 

titrəyişlə sevdiyi şairin qarşısında diz çökdü, əyilib qəzəli ona uzadan əlindən öpdü 

və  qalxıb  yerinə  keçdi.,,  Tarzənə  nə  çalmalı  olduğunu  pıçıldadı...  Musiqi  dəştiyə

keçəndə "Şuşalı balası" şairin ona təqdim elədiyi yeni qəzəli oxumağa başladı. 

...Məclis  dağılmış,  onlar  otaqda  cəmi  bir  neçə  nəfər  qalmışdılar.  Bu  gün  şair 

Hacı Seyid Əzim Şirvani öz dostu və həmsöhbəti Mahmud ağa, əməl yoldaşı Rza 

bəy,  Cavad  və  bir  neçə  başqa  ziyalı  cavanlarla  açmaq  istədiyi  yeni  məktəb 

haqqında  ciddi  söhbət  etməli,  hərənin  bu  yolda  öz  öhdəsinə  nə  götürəcəyini 

bölüşdürməli, nə vaxt, harda işə başlayacağını qərarlaşdırmalı idi... Məclis əhlinə

nəzər saldıqda şairin gözləri dumanlandı, elə bil ki, birinci hadisədən altı-yeddi il 

deyil, illər, qərinələr keçmişdi. Bu, Tərlanla birlikdə Rza bəyin evinə toplandıqları

günü şairin yadına saldı. Bəli, o da elə beləcə bir gün idi. Onlar cavan idilər. Hələ

yaxşı-yaman bilmirdilər. İsti-soyuq görməmişdilər. Hələ başlarına nə gələcəyindən 

bixəbərdilər...  Zəmanənin  atdığı  daşlar  onların  cərgəsini  pərən-pərən  salmışdı, 

Tərlan  cərgələrində  yox  idi,  Rza  bəy  məktəbi  dağılmışdı...  Amma  bununla  belə

onlar  mənən  çox  möhkəmlənmiş,  həyatın  ağrı  və  acıları  onları  bərkitmiş, 

mübarizəyə  daha  da  davamlı  eləmişdi...  Bu  gün  onlar  artıq  bir  Qapaqlının  hədə-

qorxusu iiə pərən-pərən düşən cürə cavanlar dəstəsi deyildi. Onlara indi təkətəkdə

heç bir Qapaqlının gücü çata bilməzdi. Bunu artıq həm qapaqlılar, həm də cavan 

ziyalıların özləri dərk edirdi. İndi onlar qismən olsa da, üzə çrxmış, açıq meydan 

idilər.  Düşmən  isə  öz  işini  qaranlığa,  alt  qatlara  keçirmişdi,  altdan  iş  görməyə

məcbur olmuşdu. Zəmanə qüvvələrin nisbətini dəyişmiş, yerlərini dəyişmişdi. Bu 

düşüncələr  altında  şair,  ürəyinə  soxulan  qəmli  fıkirləri  qovdu,  silkindi  və  ağır 

təmkinli səsilə sözə başladı: 

-Sözüm uşqola barədədi, ağalar... 

 

 




                                                                                                                                                  

124 


 

AND 

Seyid  Əzim  bazara  çıxdı.  İndi  artıq  Şamaxının  küçə  və  meydanları  xeyli 

dəyişmişdi. İnsanların geyimi, dükanların quruluşu, adamların danışığı sanki bu bir 

neçə il ərzində nəzərə çarpacaq dərəcədə təbəddülata uğramışdı. Əvvələn, şəhərdə

dükanların  çoxunun  pəncərə  və  qapıları  böyümüş,  onlara  naxışlı,  aynalı  şüşələr 

salınmış,  bunların  dalısına  satılan  mallardan  nümunələr  qoyulmuşdu,  dükanların 

qarşısında toz-torpaq içinə qoyulmuş, toz basmış malların bir çoxunun kisələrinin 

üstünə  nazik  və  təmiz  tənzif  çəkilmişdi.  Adamların  geyimlərində  də  nə  isə  bir 

yenilik  nəzərə  çarpırdı.  Birinin  papağı,  birinin  donu,  çuxası  dəyişmiş,  kostyum 

geyənin, rus hərbi zabit paltarı tərzində frenç və s. tikdirənlərin sayı artdığı kimi, 

şəhərdə  zabit  və  soldatlar,  ticarətə  gələn,  səyahət  edən,  elmi  iş  üçün  gələnlər  də

çoxalmışdı. Küçədə, bazara enənəcən heç olmasa bir-iki avropalı geyimində olan 

adama rast gəlirdin, əvvəllər isə bunları barmaqla saymaq olardı. 

Şəhərdə rus və erməni qızları ücün açılmış "Müqəddəs Nina" məktəbinin Tiflis 

şöbəsi  fəaliyyət  göstərirdi.  Deyilənə  görə  Şamaxının  bəzi  nücəba  qızlarından  bu 

məktəblərdə oxumaq xəyalına düşənlər olduğu kimi, hətta bu məktəbdə dərs deyən 

müəllimlərin  təsirilə  cənab  Mahmud  ağanın  xüsusi  təhsil  görmüş  bibisi  qızı

Güllübəyim də, yeni qaydalı, xüsusi mollaxana kimi bir şey açmış, bir neçə qızı bu 

məktəbə  cəlb  etmişdi.  Rus  dilinə  maraqnücəba,  tacir  qızları  arasında  elə  dəb 

düşmüşdü  ki,  şəhərə  gələn  erməni  və  rus  müəllimləri  gündüz  çıraqla  axtarılır, 

böyük qiymətə, xüsusi zəhmət və tanışlıqla əldə edilirdi. 

Güllübəyim  mollabacının  məktəbi  haqqında  eşidəndə  Seyid  Əzimin  ürəyi 

telləndi: "Afərin sənə, bacım, sən bizdən qeyrətli çıxdın, bizim oğlanlar üçün eləyə

bilmədiyimizi,  bəlkə  sən  öz  hüquqsuz  bacıların  üçün  əlaltından  eləyə  biləcəksən. 

Ah,  kaş  mən  də  belə  bir  iş  görə  bileydim,  amma  cifayda,  oğlan  məktəbini  molla 

məktəbi  adı  ilə  açmağın  mənası  və  faydası  yoxdur.  Mən  mütləq  şəhərin  nücəba, 

üləma və tüccan ilə əlaqəyə girməli, rəsmi icazə almalıyam... Bütün bunlar isə nə

tələb eləyir, bu, bir Allaha məlumdur"....Aylar, illər bir-birini əvəz edirdi. 

...Seyid  Əzim  öz  məqsədini  yaxın  rəfıqlərinə  açdı.  Daha  sonra  o,  məktəbdə

şəriət  dərslərini  aparmaq  üçün  dostu  molla  Hüseyn  Lətif  oğlu  ilə  məsləhətləşdi, 

məktəbdə məhz şəriət dərsinin deyiləcəyi mollada xoş bir əhval oyatdı vo o, cavan 

dostunun  təklifinə  razılıq  verdi.  Bundan  sonra  Seyid  Əzimin  ən  çətin  işi  rus  dili 

məsələsi idi. O istə 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə