114
-Yox...
-Onda başla, vallah, elə acam ki, nəinki bu plovu, sənin özünü də diri, bütün
yesəm doymaram...
Üç gün keçdi, bu üç gündə gənc şair evlilik səadətinin ilk şərbətini içib məst
olmuş kimi Ceyrandan başqa heç nə düşünə bilmədi. Üçüncü gün gəlin üçün
"paytaxt" oldu, təzə gəlinlər gəlib onu üzə çıxartdılar, şənlik edib dağılışdılar.
Qohum və dostların evinə "ayaqaçdı" məclisləri başlandı. Evləndiyindən bir ay
keçənəcən günlər onun üçün bir günlük, uzunca bir qonaqlıq kimi keçdi. Sona da,
Tərlan da, Mahmud ağa məclisləri də, şeir-qəzel dəftərləri də yadından tamamilə
çıxdı. Bir ayın tamamında babası Yaqsaya qayıdacağı günü bildirdi və nəvəsi ilə
təkbətək görüşmək niyyətində olduğunu söylədi.
Onlar anasının otağında görüşdülər. Seyid Əzim təzə bəy olduğundan hələ də
babası ilə üz-üzə oturub əməlli-başlı danışmağa utanırdı. Bir müddət sükut etdilər.
Sükutu axund özü pozdu:
-Övladım, bu - şərən qanuni, bütün zihəyatın və mövcudatın zərurəti olan bir
əməldir. Şəri işdə həya saqitdir və lakin ədəbin, həyat məni məmnun edir. Şükr bir
olan xaliqə ki, ananın rizasını rədd etməmisən. Toyun mübarək olsun, ağbəxt ol,
oğlum. Lakin bir qərəzim var.
Mənim bu dünyada karvanımı çəkmək zamanım yavuqlaşır, sənin əlini bir işdə
görmədən dünyadan göz çəkə bilmərəm, nigaran gedərəm.
Atan behiştməsnədin qulluğunda xəcalət ollam. Mən ona verdiyim əhdi və
boynuma götürdüyüm vəzifəni tamam yerinə yetirməmisəm.
Hələ əhdimin biri durur. O da sənin təhsilini Nəcəfül-Əşrəfdə, Ətabati-alidə
ikmal etdirməkdir. Cənab Əli əleyhüssəlam buyurub: "Ütlübül-elmə vəlo bissini".
Elm nə qədər uzaqda olsa da, onu əldə etməkdən heç vaxt çəkinmə, bərəks ona
çatmağa tələs.
Gənc şairin ürəyi vurdu, yanaqlarına bir qızartı çökdü. Axund baba ondakı
təbəddülatı duydu və özü düşündüyü kimi yozdu:
-Əlbəttə, bu tezlikdə səni külfətindən ayırmaq fikrində deyiləm...
Seyid Əzim etiraz etmək, nə isə demək istədi; lakin baba onun sözünü kəsdi:
-Qulaq as, mən bilirəm ki, anan səni evləndirməkdə tələsib, -səni evə bağlamaq
xəyalilə. Bu bütün anaların arzu və təşvişinin nəticəsidir. Lakin sən indiki halında
yarım təhsillə qalsan, gələcəkdə ailəni
115
çox üsrətlə keçindirəcəksən. Nə sən xüms toplayan seyid, nə də mən mali-yetim
həzmdən keçirən molla olmadığım üçün, elə bir mal-mənal toplamamışam ki, sizin
hamınızın gələcəyinizi təmin edə bilsin. Amma sənin təhsilini ikmal etmək üçün
imkanım var və sən mütləqa oxumalısan. Sən təhsilini tamam edib axund adı ilə
qayıdarsan və Allah əcəldən aman versə, sən qayıdanacan ömrüm mənə yar olsa,
səni münasib bir məscidə və ya məhəlləyə molla, qazi, nə isə bir yerə təyin etdirib,
haqqında bütün vəzifələrimi icra etdikdən sonra, arxayın dünyaya vida deyə
bilərəm. Bəhər hal, niyyətim sənə əyan oldu... İndi mürəxxəssən, bir ilin
tamamında, inşallah, hazırlaşıb yola düşərsən, mən də o vaxtacan lazımi
binagüzarlıq elərəm, ananı da razı sallam.
Onun ayrı məqsədi yox idi. Babasının niyyəti onun da təhsilini ikmal etmək
arzularına uyğun gəlirdi, təkcə mollalıq məsələsindən başqa. Bu da sonranın işi
idi... Gənc əyildi, minnətdarlıq hissilə, uğrunda zəhmətlər çəkmiş babası və ilk
müəllimi olan qocanın əlindən öpdü:
- Təşəkkür edirəm, baba...
...Hadisədən il deyil, ilyarım keçdi, Seyid Əzim, Şirvanı tərk edib Nəcəfə yola
düşərkən, artıq təkcə Ceyranın baş yoldaşı deyil, həm də ata babası Mir Cəfərin adı
qoyulmuş xırdaca bir oğulun atası idi. Qəlbində təzə, yenicə daddığı atalıq
duyğusunun şirinliyindən hələ lazımınca ləzzət almamış körpəsindən, varlığına
hakim kəsilməyə başlayan şirin məhəbbətli Ceyrandan, yer üzündə ikinci Allahı
kimi sevdiyi anasından; uzaq Yaqsayda ömrünün son illərini yaşayan ata əvəzi
babasından ayrılarkən, birümidlə yola çıxırdı: oxumaq, təhsilini davam edib
Vətənə qayıtmaq, balaca vətəndaşlarına Rza bəy kimi kiçik bir məktəb açıb dərs
demək, xeyir vermək...
...Qarşıda yenə də yol görünür... Şirvandan gedən yol. Bu yol sarvan Kərbəlayi
Vəlinin himayəsinə tapşırılmış Seyid Əzimi Kərbəlaya, Nəcəfə aparırdı. Bu
yollarda onu nə gözləyirdi? Bu ayrılıq uzunmu çəkəcək? Qayıdanda dost və
tanışlar, sevdiyi adamlar sağbasağ yerindəmi olacaq? Təşviş-təşvişlər... O,
Vətəndən bu əziz məhəbbətdən başqa, bir də boş bir bayaz aparırdı... hər
düşərgədə, hər mənzildə, hər dayanacaqda o, bir guşəyə çəkiləcək, qəlbini qələyana
gətirən hissləri qələmə alacaq... yazacaqdı... "Yollar, şairimi məndən almayın, onu
mənə sağ-salamat qaytarın..." Ananın ardınca atdığı suyun səsilə birlikdə
qulaqlarında səslənən bu cümləni kim dedi? Ayrılıq, hicran ələmilə irəlicədən
solmağa başlayan Ceyranmı? Qəlbinin dərinliklərinə çəkilib gizlənən ilham pərisi,
pərilər soltanımı?..
116
YENƏ ŞAMAXIDA
Yollar götürüb aparanda ayrılmışdıq şairimizdən. İl keçdi, ay dolandı, onu yenə
yollar qaytarıb gətirdi. Vətən torpağında bir-iki il dost-aşna, qohum-əqrəba və
istəkli balası ilə birlikdə nəfəs almamış, yollar onu yerindən alıb apardı:
"Ərəbistan, İran, Türkiyə səyahətləri, qəribə-qəribə ölkələr, maraqlı insanlar...
Seyyid o qədər maraqlı təəssüratla qayıtdı ki, sanki bu bir-iki il ərzində bir-iki yaş
deyil, on-on beş il böyüdü; on-on beş illik təhsil aldı. Qayıdanda Seyyidi görənlər
ondakı təmkinə, ondakı siqlətə heyran idi, təəccüblə baxır, bir insanın bir-iki il
ərzində bu qədər təbəddülata uğrayıb, dərinləşməsinə qibtəe qarışıq bir heyrət və
maraqla baxırdılar. Seyyidin oturuş və duruşunda təmkin əmələ gəldiyi kimi,
danışığı, səsi də yumşalmış, onlarda gəncliyə xas olan coşqunluq, müdrik bir
insanın həlimliyi ilə əvəz olunmuşdu. İndi onun müsahibələrini curları, yaşıdları
hörmət qarışıq xəfif bir qorxu ilə, özündən böyüklər isə diqqət dolu bir maraq və
ehtiramla dinləyirdilər. Söhbətlərin məzmunu, məğzi dəyişməsə də söhbət eləyənin
özünə inamı artmış, gətirdiyi sübut və dəlillər etiraza yer buraxmır, şübhəyə yer
qoymurdu.
Seyid Əzim Mahmud ağagilə yaxınlaşanda onu qarşılayan musiqi səsi oldu. Bu
rəng idi, yəqin ki, muğam arası rənglərdən birində kim isə rəqs eləyir; çünki
içəridən şırıqqa səsi gəlirdi... Bu səslər, bu nidalar onun ətrafındakı dağıntılı aləmlə
o qədər də tutuşmurdu. Zəlzələnin nəticələri hələ göz qabağında idi... Hələ evlər o
qədər də ucalmamış, adamlar müvəqqəti tikililərdən çıxıb təzə evlərə, əsaslı
binalara köçməmişdi. 1859-cu ilin amansız zəlzələsi, qubernatoru təşvişə salıb
qubemiya idarəsini Şamaxıdan Bakıya köçürən zəlzəle... nə qədər günahsız qanlara
bais olan zəlzələ... amma şəhərdə canlanma artmış, üzlərdən qorxunun zəfəran
rəngini götürmüşdü. Dodaqlara təbəssüm qonmağa, bağlardan, seyrəngahlardan
nəğmə və musiqi səsləri ucalmağa başlayırdı... Ölənlərin ili çıxmış, il qarası
əyinlərdən çıxarılmış, şəhərdə əlvan libas geyənlərin sayı çoxalmışdı...
İndi Seyid, Mahmud ağanın evinə yaxınlaşdıqca bütün bunları fıkirləşirdi. O,
rahatlıq gətirən bir şəkildə köksünü ötürüb düşünməyə başladı: insan doğulur,
insan ölür... həyat isə baqi və daimidir, qoy molla Qurbanqulular fəna haqqında nə
çərənləyir çərənləsinlər... Həyat əbədidir... orada mən yoxam, sən yoxsan... nə
olarki, ataları oğullar, oğulları nəvələr əvəz edir... Torpaq daimi, yer, su, hava... ab-
atəş-xak-bad-dan yaranan nə varsa, o daimidir... cismi, canı olan nə varsa o
daimidir...
Dostları ilə paylaş: |