110
yaraşıqlı, gülərüzlü bir qadın idi. O, "Əgər, "anasına bax qızını al" məsəli
doğrudursa, onda mən börkümü göyə ataram" deyə düşündü. Daha başqa çarə yox
idi. "Dədəm də, babam da, bütün el-obam da belə evlənib. Mənim kimi sortalar
eşqinə düşüb, görüb-aşıqlayıb evlənən bəxtəvər bu diyarda yoxdu. Gec-tez bu
olasıdı. Yaxşısı budu, nə anamı rəncidə eləyim, nə də Bəyim xala kimi tərbiyəli bir
arvadın əlində böyümüş baş yoldaşım rədd eləyim. Sonra Allah bilir kimə ürcah
ollam. Bunlar heç olmasa doğrudan da nəcib, hamısı da az-çox əhli-qələm tayfadı".
Oğlunun xatirindən nə keçdiyini bilməyən ana, gəncin dərin xəyala
dalmasından darıxdı:
-Nə fikrə getdin, oğul, yoxsa döşünə yatmır? Vallah, ceyranın quzusudu, həm
gözəl, həm kamallı, həm də özün deyəndi, babasından Quran oxumaq, yazmaq da
öyrənib sənin kimi... Day nə istəyirsən?
Seyid Əzim artıq qərar vermişdi. Onsuz da bir gün-beş gün çək-çevirdən,
minnətdən-sünnətdən sonra razılığım xoş-güc alacaqdılar. Nəvazişlə əlini anasına
uzadıb yenə də sözü zarafata saldı:
-Onda lap yağ-bal oldu ki... - Sonra ciddiləşdi. - Ana, mən bilirəm ki, sən mənə
pis şey calamazsan. İndi ki, belə ürəyinə yatıb, gəlinnən evdə sən dolanacaqsan.
Allah sənə ürəyincən gəlin qismət eləsin...
Sevincindən Minasoltanın çiçəyi çırtdadı...
-Allah ağzından eşitsin, bala, ağzın fal olsun. Səni görüm, dünyada heç neynim-
necəliyim deməyəsən! Südüm sənə halal olsun, mənə yox demədin, ağbaxt olasan!
Ana alqışları gəncin ürəyində əks-səda verdisə də, təşvişi azalmadı... Qəlbinin
döyüntülərini qulaqları ile eşidirdi.
...Qızının məktubunu alan Axund Hüseyn Yaqsaydan dərhal özünü Şamaxıya
yetirdi. On bir il tərbiyə verib əmrazəyə yetirdiyi, Kiçginədən başqa övladı
olmadığından, özünə oğul qəbul etdiyi nəvəsi Seyid Əzimin xeyir işi qocanı çox
sevindirmişdi. Yaqsay qazisini şəhər ruhani və əşrafı xüsusi hörmət və izzətlə
qəbul etdilər. Onun oğul toyu eləməsi şəhərdə böyiik razılıq və şənliklə qarşılandı.
Ağsaqqalların məsləhətindən sonra toy günü xoşladılar, xəlfə Cin Cavad çağırıldı,
əlinə toya çağırılanların siyahısı verildi. Cavad məhəllə-məhəllə, Qara-bazar,
Santorpaq, İmamlı, Minaxor, Yuxarı Qala, Şıxminaslı evlərini gəzdi, toy gününü
xəber verdi. Həyətdə xalı, gəbə, cicim və əlvan palazlardan toyxana quruldu.
Şəhərin məşhur xanəndəsi Nəcəfqulu öz dəstəsi ilə çağırıldı. Seyid Əbdül Əzimin
şair dostlarından "Rağib" təxəl-
111
lüslü Qafar, evli olduğundan sağdış, hələ subay olan Bixud soldış ayrıldı.
Qoyunlar kəsildi, qazanlar asıldı. Bəy, zurna-balaban sədalarının müşayiətilə
hamamdan çıxıb gəldi. Kiçginə xanım və qohum-qonşular pul kimi qızarmış bəyin
boynuna al-əlvan xələtlər, məşhur Şirvan, Basqal, Gəncə kəlağayıları, qanovuz,
darayı zolaqları doladılar. Xonçalar tutuldu. Toyxanada rəqs başladı. Əlindəki
ağacı tovlayıb ortada fırlanan Cavadın ayağı yerə dəymirdi. Qalabazarın məşhur
adamlarından sayılan Ağa Səməd bəy, xan seçildi, sonra Nəcəfquluya növbə çatdı,
iki saat yarımlıq sükut içində Nəcəfqulu muğamatın ən incə pərdələrində gəzib
dinləyicilərini heyran qoydu, o gah Hafız, gah Sədi, gah Füzulini dilləndirdi, arada
bir Seyidin öz qəzəllərindən də oxudu. Sonra Xan, bəyi toya dəvət elədi, Nəcəfqulu
bəyi təriflədi:
Görüm ay bəy toyun mübarək olsun
Sağdışın, soldışın, elin var olsun...
Cərgələrdən qonaqların səsi ucaldı: "Bəy oynasın, ucuzluq olar, bəy oynasın".
Mirzəyi havası çalındı. Cin Cavad gözlərində parıldayan cinlərlə birlikdə dostuna
yanaşdı, çiynindən öpdü; yavaşca pıçıldadı: "Toyun mübarək, Ağa, yaxşı yaxan
əlimə keçib, bir həcv ya qəzəl səndə, o baş-bu baş get-gəl, yerinə mən şıdırğı
vurram" - deyə-deyə təzə bəyi ortaya çəkdi. Bəylik libasında xeyli gözəlləşmiş
qədd-qamətli cavan ortaya çıxanda qohumlar fərəhlə tamaşa eləyib alnına pul
yapışdırdılar, arvadlar ocağa duz-üzərlik atdı. O, sağdış və soldışı Rağib və Bixud
ilə bir dəfə məclisi o baş-bu başa getdi.
Az sonra məclis dağıldı. Ürək döyüntüsündən başqa heç bir şey duymayan
şairi, Bixud və Rağib gətirib içəri otaqlara keçən qapının ağzında yengə
Əzizbikəyə tapşırdılar. Şairin daxilində qəribə bir boşluq var idi. Heç nə düşünə
bilmirdi.
Bu gün səhərdən o, demək olar ki, bir kəlmə də danışmamışdı. Bir neçə gün
əvvəl onun razılığı alınmışdı, dünən kəbini kəsilmiş, əqdnamə oxunmuşdu; sağdış,
soldışı məlumdu, qonaqlar, kəsilən qoyunlar, çalan aşıq sazəndə, nəvazəndə - hər
şey, hətta, toyun xanı da, yengesi də məlum idi. O bunların hər birisini tanıyırdı, ya
uşaqlıqdan, ya da sonradan görüb tanıdığı adamlar idi. Bircə gəlindən başqa... O,
gəlini tanımırdı, görməmişdi. Sabah gərdəyinə girəcəyi bu qız nece idi, gözəlmi,
çirkinmi, ağıllımı, sərəkmiydi, bilmirdi... Qəribədir, bəzən o öz şair xəyalı ilə
"Bikəxanımın qızını" gözü önündə canlandırmağa çalışır və bu təşəbbüsünə
qəlbində gülümsəyirdi də... Son subaylıq