Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə39/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   35   36   37   38   39   40   41   42   ...   153

                                                                                                                                                  

101 


 

-  Tərlan  deyir  ki,  Ağa  narahat  olmasın,  gedələr  dəyirmanda  olacaq,  axşam 

azanından sonra zəhmət çəkib gəlsin. Evdə səndən, məndən, bir də bədbəxtimdən 

başqa heç kim olmayacaq... 

Bu "oğurluq" görüş şairin qüruruna toxunurdusa da başqa çarəsi yox idi, dostu 

Tərlan ağır xəstə yatır, onu görmək istəyir, məgər getməmək olarmı? 

...Qadın  heç  kəsin  naümid  qayıtmadığı  qapıdan  ürəyi  ümidlə  dolu  çıxdı.  O, 

Tərlana  süd  verdiyi  döşlərinin  arasına  bir  də  bir  canamaz  sıxmışdı.  Yazıq  ana, 

oğluna bu köhnə, tarixi bəlkə də yüz ilə keçmiş, nəsil canamazından daha çox ümid 

gözləyir, oğlunun sağalıb ayağa durması üçün nəziri nəzir dalınca deyirdi... 

...Qalabazar  məscidinin  minarəsində  Kəblə  Mürvət  "Lailahə  İlləllah"  deməyə

başlayanda  şair,  evlərindən  çıxdı,  ona  elə  gəldi  ki,  indicə  darvazadan  on  qədəm 

aralıda  əli  qələmkar  boğçalı  Məşədi  Qənbəri  görəcək.  Kədərli  olsa  da bu  təsadüf 

ehtimalı  onu  gülümsətdirdi,  lakin  bu  gün  nədənsə  Məşədi  Qənbərə  rast  gəlmədi, 

görünür  kişi  ya  tez  qayıdıb,  ya  da  qüslünü  gecikdirib.  O  gedir  və  düşünürdü: 

"Qəribə aləmdi bu aləm, burada arvadlarını o dünyaya yolladıqca, təzə cavan arvad 

alıb "səvaba nail olan", səhər-axşam qüsl, namaz və orucla, ibadət, zikrlə məşğul 

olan  Məşədi  Qənbər  "müqəddəsdi";  az  qala  bigünah  oğul  qatili  Qapaqlı  hörmətə

minir; yüz baş kəsəndən sonra tövbə əstəğfar edən Alış izzət sahibidi... Bu aləmdə

Tərlanların, Rzaların, Əzimlərin nəsibi niftin, nifrət, söyüş qarğışdı... Görəsən, bu 

nə vaxtacan belə olacaq? Yox, Mahmud ağa da, Ağaseyidəli də, dostlarım da haq-

lıdır.  Mən  əgər  bu  el-camaata  xidmət  eləmək  istəyirəmsə,  getməliyəm,  təhsilimi 

artırıb  qayıtmalıyam.  Elə  başnan  qayıtmalıyam  ki,  avam,  yazıq  olmuş  millətimin 

başını  piyləyənlərin,  gözünü  bağlayanların  qabağında  duruş  gətirə  bilim.  Yoxsa 

cənab  Rza  bəy  kimi  mənim  də  məktəbimə  heç  kəs  uşaq  verməz,  mən  mütləq 

Tərlanı da dilə tutmalıyam; o da oxusun, təhsilini artırsın və biz, cənab Rza bəyin 

yarımçıq qalmış işini davam etdirək, özü də elə bir təhsil və savadnan ki, heç kəs 

döşümüzə durmasın. Təkcə arzudan bir şey çıxmaz, bu arzunu yerinə yetirmək, işə

çevirmək üçün bitikbaş lazımdır..." O bir aydan bəri Nəcəfuləşrəfə təhsilə getmək 

haqqında düşünməyə başlamışdı. 

Fikir  dəryasına  qərq  olduğu  halda,  Tərlangilin  mənzilinə  çatdı.  Qapaqlının 

darvazası bağlı idi. Şair tərəddüd içərisində qapının önündə dayandı. Ehtiyatla əlini 

öküz  başı  şəklində  qayrılmış  bürünc  caxçaxa  uzatdı.  Çalmaq  istəyirdi  ki,  qapı

içəridən  açıldı...  İlk  azan  səsindən  bəri  ana  onun  yolunun  intizarında,  örtülü 

darvaza dalında durub gözləyirdi... 

 

 




                                                                                                                                                  

102 


 

-Axşamınız xeyir, Bircə xala, Tərlan hardadı? 

-Xeyir günlər görəsən, Ağa, içəri otaqda, buyur... 

Onlar ala-qaranlıq həyətdən keçib Tərlanın yanına gəldilər. Qapıdan içəri girən 

kimi, şair yataqda uzanmış dostunu gördü və heyrətdən donub qaldı. Görmədiyi bir 

ay  ərzində  Tərlan  necə  də  dəyişmişdi,  arıqlamışdı,  dəyirmi  sifəti  uzanmış, 

alagözləri çuxura düşmüş, çatma qaşları quyu dibindəki su kimi ölgün işıq saçan 

bu  gözlərə  kölgə  salmış,  yanaqları  çökmüş,  gənclik  təravətini  itirmiş,  üzünü  tük 

basmışdı... Alnındakı yara sağalmışdısa da, qaraşın dərisində yara yeri ağ bir çapıq 

əmələ  gətirmiş,  üzünün  gözəlliyini  xeyli  korlamışdı.  Əynindəki  ağ  köynək 

solğunluğu bir az da artırmışdı. Xəstə yerində qurcalandı, qalxmağa təşəbbüs etdisə

də  bacarmadı.  Şair  cəld  özünü  yetirib  yatağın  yanına  salınmış  nimdərin  üstündə

oturdu və xəstəni qalxmağa qoymadı, çiyinlərindən basdı, sonra da əyilib alnından, 

çapığın üstündən öpdü: 

-Durma, durma... 

-Görürsən də, Ağa... 

-Görürəm... 

Ana onları tək qoyub, oğlunun əziz qonağı üçün çay dəmləməyə getdi. 

ikilikdə qaldılar. Əvvəl sözü nədən başlayacaqlarını heç bilmirdilər. Sükut xeyli 

sürdü. Sonra qırıq-qırıq əhval-pürsan başladı. 

-Mahmud ağa necədi? 

-Yaxşıdı, sənə salamı var, hey soruşur, aradan-bərədən xəbər tutur... 

-Bilirəm, sağ olsun... 

-Hamımızın canı yanındadı... Xəstənin solğun üzü azacıq işıqlandı: 

-Bilirəm... sağ olun, İrza bəyin işi nə yerdə qaldı? 

-Birtəhər, tövlə otaqlarının birini məktəb üçün ayırıb, düzəltdirir, bir miqdar pul  

da hasil olub, cənab Mahmud ağadan, Kərim bəydən... ustul-mustul aldırır... 

-Allah köməyi olsun... 

Şair dostuna ürək-dirək vermək üçün dedi: 

-Hərə bacardığını eləyir, inşallah sən də durarsan köməkləşərik. 

Tərlanın  üzündəki  ələm  buludu  sıxlaşdı,  dodaqlarını  istehzalı  bir  təbəssüm 

əydi: 


-Xeyr, Ağa, daha mən heç, mən cərgədən çıxdım... 

-Elə niyə? 

 

 



                                                                                                                                                  

103 


 

-Özün yaxşı bilirsən, Ağa, mənə dəyən elə dəyib ki, mən bir də

dost-aşna, tay-tuş içinə çıxa bilmərəm... 

Dostundakı  bu  ruh  düşkünlüyü  şairi  dəhşətə  gətirmişdi.  "Xarab  olasan 

zəmanə, nə canları məhv eləyirsən... nə əməlləri puça çıxardırsan... Cavan 

bir  insan,  hələ  həyata  əməlli-başlı  qədəm  qoymamış,  sütül,  amma  məğrur 

bır  insanın  mənəviyyatıni  belə  qıran  adət,  ənənə  məhv  olsun;  ata  da  olsa, 

oğlunu  tay-tuş  içində  xar-zəlil  eləyən  qapaqlılar,  molla  Qurbanqulular, 

Alışlar  dünyası...  səni  məhv  etmək  vacibdir.  Bunun  üçün  isə  dostum 

Tərlan, ruhdan düşmək, ayaq yeri qoymaq yox, əlləşib-vuruşmaq lazımdır". 

O, kədərlə dostunun yaşlı gözlərinə baxdı: 

-Dost-aşnanı elə kəmfursət bilmə, Tərlan... 

-Allah  eləməsin...  amma  sən  şirvanlılara,  Şamaxı  bazarına  bələdsən. 

Mən bir də bu üzlə hara çıxa bilərəm? Görən kimi ağzıgöyçəklər adıma bir 

çapıq ləqəbi qoşacaqlar. Bir də Tərlan sözü dillərinə gəlməyəcək. Heç bir 

çarəm qalmayıb. 

O, çox şey demək istəyirdi. O demək istəyirdi ki, "Sonadan sonra mən 

bu  diyarda  qala  bilmərəm.  Mənim  bütün  xoş  arzularım,  istəklərim, 

məhəbbətim  boğulub,  məhv  olub,  səraba  dönüb!..  İndi  mən  nəyəm  ki, 

atasının  təhqir  elədiyi,  xar-zəlil  elədiyi  bədbəxt  bir  cavan...  Sevdiyimi 

əlimdən aldılar, özümü bu kökə saldılar... Heç bir iş tuta bilmərəm, əlimə

nə  alsam  əlimdən  düşər...  El  içində  biabır  olmuşam.  İndi  də  atam  təzə

pəstəha açıb..." O elə bu cümlədən də başladı: 

-Ağa,  indi  də  atam  təzə  bir  pəstəha  açıb.  Məni  evləndirmək  istəyir. 

Hamısını bilməsən  də, bəzi-para  şeylərdən  xəbərdarsan.  Mən istəmədiyim 

adamla evlənə bilmərəm... İstədiyimi də əlimdən aldılar... 

Şair  gözlərindən  yaş  süzülən  dostuna  qəmli-qəmli  baxır  və  düşünürdü: 

"Görəsən, kimdi istəklin ki, atan onu da əlindən alır? Bir zaman Sona səni 

məndən  soruşmuşdu...  Yoxsa...  odu?  A  bədbəxt  dostum,  deyimmi?  Səni 

sakitləşdirimmi ki, Sona ölməyib, camaat arasına yayılan təki qaçaqlar onu 

dağlara çəkib aparmayıb, gizləndiyi yeri bilirəm... Yox, bu ola bilməz... bu 

mənim sirrim deyil! Həm də Tərlan onunla evlənməyi ağlına da gətirməz. 

Atasını tanımırdımı ki, elə boş xəyallara düşsün? Yəqin başqa kasıb-kusub, 

yctim-yesirin  biridi.  Qapaqlı  da  razı  olmur.  İndi  ki,  özün  demirsən,  dəxi 

mən neynəyim, sənə nə kömək eləyim, a yazıq?" 

Tərlan  isə  düşünürdü:  "Deyimmi,  deyimmi  ki,  mütrüfün  öldürülməyi, 

Sonanın  aparılmağından  sonra  bu  kökə  düşmüşəm...  Deyimmi  ki,  Sonam 

məni bu dərdə salıb?" 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə