Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə40/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   36   37   38   39   40   41   42   43   ...   153

                                                                                                                                                  

104 


 

-Yaxşı,  bəs  onda  neynəmək  istəyirsən?  -  şair  təşvişlə  dostunun  dolub-boşalan 

gözlərinə baxdı, yastığın kənarları artıq islanmışdı, şair cibindən yaylığını çıxardıb 

Tərlanın gözlərini, yanaqlarını sildi: 

-Di  bəsdi,  Tərlan,  səni  mabeynimizdəki  dostluğa  and  verirəm,  dəxi  ağlama, 

ürəyimi dağlayırsan... 

-Allah eləməsin, elə səni xəbərdarlığa çağırtdırmışam, mən indi bir az babatam, 

bir-iki  günəcən  güman  eləyirəm  ki,  ayağım  da  yer  tutsun.  Anama  açıb  deyə

bilməzdim.  Dərdindən  dəli  olar,  sirrimi  də  açar.  Nə  eləsəm,  ondan  gizli 

eləməliyəm.  Səndən  isə  heç  nə  gizlədə,  səni  görməmiş,  salamatlaşmamış  gedə

bilməzdim... 

-Hara, qardaş? 

Tərlan ümidsizliklə çiyinlərini çəkdi: 

-"Ayağım  hara,  başım  da  ora.  Evdən  Məşhəd  ziyarəti  adıynan  çıxacam, 

doğrudan da bir neçə gündü ki, yuxumda kimdisə məni çağırır, mənə belə gəlir ki, 

məni  Ağa  özü  çağırır...  Onlar  mənim  Ağanı  ziyarətə  getməyimə  mane  ola 

bilməzlər... Sənə də dedim ki, qoy dostlar, tay-tuş rəncidəxatir olmasın.  Xüsusilə

İrza bəy... Onunla elə arzularımız vardı ki... Təki ona nəsib olsun... 

Bu sözdə şair, dostunun əlindən tutub bir ümidlə dilləndi: 

-Tərlan, əzizim, axı səninlə bizim özün deyən kimi gözəl-gözəl arzularımız var 

idi, biz səninlə birlikdə bədbəxt millətimizin tərəqqisi üçün çalışacaqdıq. Axı sən 

cənab İrza bəyə də söz vermişdin... 

-Yox, mənim bütün əməllərim puç oldu, məndə daha o taqət qalmadı, görünür 

ki,  mən  o  igidlərdən  deyiləm,  mən  tənə  oxlarına  davam  gətirə  bilmədim,  gücsüz 

çıxdım, bifər oldum... 

-Elə neyşə deyirsən, indi ki, gedirsən, onda gəl bir yerdə oxumağa gedək, təhsil 

alaq. 

-O  tüllabları  ki,  mən  tanıyıram,  mən  onların  oxuduğunu  oxuyub  gəlib  Molla 



Qurbanqulu ola bilməyəcəm. Ayrı cür oxumağa da atam nə yol verər, nə müavinət 

elər... 


Gənc  şairin  gözləri  doldu:  Tərlandakı  bü  təbəddülat  onun  nazik  qəlbini  həm 

təəssüf, həm də acı bir kədər hissilə doldurmuşdu: "Bir bax gör nə itiririk... Yazıq 

millət... Zəmanə təzə-təzə cülus etmək istəyən balalarından birini də əlindən aldı. 

Rza  bəyə  "urus  İrza"  adı  qoyub,  məktəbini  haram  elan  eləyənlər  sevinsin,  çətin 

davam  eləyə.  Tərlan  isə  hələ  heç  bir  şeyə  iqdam  etməmiş,  millətinin  cibindən 

gedir". 


 

 



                                                                                                                                                  

105 


 

Tərlan dostunun nələr düşündüyünü və nələr düşünə biləcəyini fikirləşdikcə az 

qalırdı  ki,  dəli  olsun.  O  indi  özünü  meydandan  qaçan  bir  fərari  kimi  hiss  edirdi. 

Odur  ki,  ağır  olsa  da,  söhbətə  xitam  verməye  tələsdi;  qan  sağılmış  gözlərinin 

küskün baxışlarını Ağanın çiynindən o yana, divara dikib dedi: 

-Səndən bir təvəqqəm var, Ağa! 

-Buyur, Tərlan... 

-Bu pulu - o, əlini döşəyinin altına uzadıb balaca bir düyünçə çıxartdı və Seyid 

Əzimə uzatdı. - Bu pulu Cavada ver, qoy mənə bir dəst qalın paltar alsın, qalanını

tapşırsın Mahmud ağa karvansarasındakı dalandara. Gərəyim olanda özüm ondan 

alıb götürərəm... 

Seyid Əzim təəssüflə başını buladı, son vasitəyə əl atdı: 

-Mənə  belə  g’lir  ki,  yaxşı  iş  görmürsən  anan  barədə,  yazığı  gözü  yaşlı 

qoyacaqsan... Bir tərəfdən də, neynək gedib gəzərsən, səyahət elərsən, dərd-qəmin 

dağılar.  Kişi  də  fikrindən  dönər,  sonra  qayıdıb  gələrsən,  inşallah  istəklinə  də

qovuşarsan... 

Şair özü də bilmədən gəncin ağrıyan yerinə toxundu... 

-Onu  bilmək  olmaz,  nə  o,  sözündən dönəndi, nə  mən... görüş qiyamətə  qaldı. 

Ağa, bu ayrılıq axirət ölüm-dirim ayrılığıdı... 

"Mən  Sonanı  uçurulan  bu  gölə  bir  də  qayıtmaram,  dostum,  mən  elə  namərd 

ovçu deyiləm". 

Şairin  ürəyi  əzildi,  bu  vida,  faciəli  vida  onu  kövrəltdi,  gözlərini  yaşartdı,  bir 

daha Tərlana ürək-dirək vermək üçün dedi: 

-Elə  demə,  mən  də  gedirəm,  kim  bilir,  dağ  dağa  qovuşmaz,  adam  adama 

qovuşar, bu Vətəndi, torpaq çəkib gətirər. 

Tərlan təəccüblə soruşdu: 

-Sən hara gedirsən ki, Ağa! 

-Nəcəfə,  təhsilə  getmək  istəyirəm,  elə  mənim  üçün  də  çətindi...  "Sənin  ki, 

Sonanı uçmayıb..." 

-Səfərin uğurlu olsun, Ağa! 

Onlar bir daha öpüşdülər, vidalaşdılar, şair durub otağı tərk etdi. Bircəxanım bir 

fıncan çaya belə qonaq edə bilmədiyi seyid-peyğembər övladının bu gəlişindən çox 

ümidlər  gözləyir,  oğlunun  Ağanın  səfayi-batinindən  sağalacağını,  qədəminin 

düşərgəli  olacağını  düşünüb  qətbi  rahatlanırdı.  Başı  üzərində  necə  qorxunc 

ildırımların  çaxmağa  hazırlaşdığından  bixəbər  ana,  şairi  qapıdan  ötürəndə  əyilib 

əlindən öpdü. 

...Qarşıda  yol  görünürdü...  Şirvandan  çıxan  karvan  yolu.  O,  dostlarımızdan 

ikisini aparacaqdı; bu yolların biri müəyyən idi, gələcəyə, 

 

 



                                                                                                                                                  

106 


 

ümidlərə doğru, təhsilə aparırdı. Bəs o biri yol qolu-qanadı qırılmış Tərlanı hara 

aparıb çıxaracaqdı? 

Yollar Sonanı, onun dalınca da Tərlanı apardı, elə bil Şirvan torpağında nə incə 

rəqsləri ilə insanları heyran qoyan Sona, nə də onun eşqilə yanan tərlan var imiş... 

Sonanı  bu  yollarla  getməyə  məcbur  etdilər,  onu,  Vətən  torpağından  incə  bir 

gülü  zorla  qıran  kimi  qırdılar.  Tərlan  isə...  Tərlan  dostunun  səsinə  səs  verib,  öz 

əməllərinə  sadiq  qalmadı,  o  təhsilə  getmədi,  dərvişlik  yolunu  seçdi,  biyabanlara 

düşdü... bu yollar Sona və Tərlanı zəmanənin təlatümlü, keşməkeşli ümmanından 

hansı bir sahilə aparıb çıxaracaq....İndilik isə hər bir şey öz adi qaydasında davam 

edir, elə bil heç kəs bu yoxluğu hiss etmirdi. Amma Bircəxanımın gözlərinin yaşı

qurumur, cavan şairin öz nakam dostundan ötrü qəlbi aram tutmurdu. Doğrudur, o, 

dostuna  bu  yaxınlarda  Şirvanı  tərk  edəcəyini,  Nəcəfə  təhsilə  gedəcəyini  dedi, 

amma onun arzuları düşündüyü qədər də tez baş tutmadı. Bunun iki səbəbi var idi: 

birinci  pul!  Cavan,  on  doqquz-iyirmi  yaşlı  gənc  Seyid  Əzim  uzaq  ellərdə  hansı

pulla  yaşayıb  təhsil  alacağını  hələ  müəyyənləşdirməmişdi.  Tavana  sahiblərindən 

onun təhsilini kim qiymətləndirəcək, kim ona himayə əlini uzadacaqdı - bilmirdi. 

Kərbəla, Nəcəf tüllablarının həyatı haqqında ziyarətdən qayıdanlar da elə sözlər 

danışırdılar ki, biri deyirdi: yarıac-yarıtox Allahın kəlamını oxumaqdan canlarında 

can  qalmayıb.  Göndərilən  ianə  pullarından  onların  qismətinə  çox  az  şey  düşür. 

Arxasınca canı yanan, əl uzadanı yoxdursa, sailə dönür, dilənçi həyatı keçirir. Bir 

başqası xəbər gətirirdi ki, göndərilən paralar hədər gedir, tüllablar' tiryəkə, ləvhü-

ləəbə qurşanıb, dərs, Quran yaddan çıxıb. Tüllablardan gələn məktublar da həmişə

şikayət, pul tələbi, kömək yalvarışları ilə dolu olurdu. Bütün bunlar Seyid  Əzimi 

hələ  qəti  qərar  verməkdən  sağındırırdı.  İkinci  səbəb  Kiçginə  xanım  -  Minasoltan 

idi. 


Tərlan əhvalatından sonra arvadın qərarı kəsilmişdi. Başı kəsilmiş toyuq kimi 

özünü  ora-bura  çırpır,  qohum-qonşuda  qız  gəzir,  balasının  ayağını  evə  möhkəm 

bəndləmək istəyirdi. Bəlkə, Allah kərimdi, ya heç oxumağa getmədi, ya da getsə, 

iraq-iraq  başqa  tüllablar  kimi  o  yerlərdə  küllənib  qalmadı.  Tez  də  qayıdıb  gəldi 

deyə  düşünürdü.  Ana  işi  elə  qurmuşdu  ki,  bu  günlərdə  Seyid  Əzim  hara  getsə, 

hansı qohumuna, dostuna rast gəlsə, sohbət axırdan-axıra gəlib evlənmək məsələsi 

üstünə çıxırdı. Seyid Əzim əbədi evlənməmək əhdi eləməmişdi. 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə