Microsoft Wördün əsas anlayışları



Yüklə 402,89 Kb.
səhifə10/13
tarix23.12.2023
ölçüsü402,89 Kb.
#157160
1   ...   5   6   7   8   9   10   11   12   13
Microsoft W rd n sas anlay lar

2.Mətnə əlavələr etmək

Uzun mətnlərdə fəsillərin, bölmələrin yeni səhifənin əvvəlindən bir neçə sütunlu mətnlərdə isə mətnin müəyyən hissəsinin yeni sütunda başlaması üçün bəzən Enter düyməsini bir neçə dəfə sıxmaqla əlavə boş sətrlər yerləşdirilir. Bununlada sürüşdürmə nəticəsində fəsil, bölmə başlıqları və ya sütunlar uyğun olaraq yeni səhifəyə və sütuna keçir. Ancaq əvvəlki fəsillərdə və bölmələrdə dəyişiklik edilməsi zamanı sürüşmə nəticəsində növbəti fəslə, bölməyə və sütuna daxil olan mətnlərdə sürüşəcəkdir ki, bu da mətnin nizamının pozulmasına səbəb olacaq. Bu cür halların qarşısını almaq üçün aşağıdakı əməlyyatları yerinə yetiririk.


Kursorun yerləşdiyi yerdən etibarən mətnin yeni səhifədən və ya sütundan başlaması üçün Вставка menyusunun Страницы bölməsindən Разрыв страницы əmrini seçirik.
Sənədləri hazırlayarkən mətnə kompüteri cari saatını və tarixini əlavə etmək üçün Вставка menyusunun Текст bölməsindən Дата и время əmrini seçirik. Ekrana eyni adlı dialoq pəncərə çıxır. Pəncərədəki format siyahısından mövcud formatlardan birini seçib Ok düyməsini sıxırıq.

Müxtəlif formalı mətnlər hazırlayarkən klaviatura düymələri üzərində olmayan işarə və simvolları mətnə əlavə etmək üçün kursoru lazım olan yerdə yerləşdirib Вставка menyusundan Символ əmrini seçirik. Ekrana Символ pəncərəsi açılır




Pəncərənin simvol sahəsindəki Шрифт siyahısından müxtəlif yazı tiplərini seçərək aşağıdakı pəncərədə həmin yazı tipindən olan simvolları görə bilərsiniz.Lazım olan simvolları seçib Вставить və Закрыть düymələrini sıxırıq.


Sənədlərdə mətn ardıcıllığını pozmamaq üçün lazım olan əlavə izahatlar çox zaman bir nömrə və ya xüsusi işarə verilərək səhifənin altında və ya sənədin sonunda göstərilirki bunlarada haşiyə deyilir.
Word bu cür əməliyyatları avtomatik yerinə yetirir.Bunun üçün Ссылки menyusunun – Сноски bölməsindəki əmrlərdən istifadə edilir.
Mətndəki bütün başlıqlardan ibarət mündəricat hazırlamaq üçün Ссылки menyusunun Оглавление bğlməsindəki əmrlərdən istifadə edilir.
Mətndəki bir sətri başlıq kimi təyin etmək üçün kursoru sətrdə yerləşdirib Главная menyusunun Стили bölməsindəki əmrlərdən istifadə edilir.
Səhifələrə səhifə başlığı vermək üçün Вставка menyusunun Колонтитулы bölməsindəki Верхний Колонтитулы əmrini seçirik.Ekrana Верхний Колонтитулы pəncərəsi açılır.


Açılan pəncərədən lazım olan sütuna mətni daxil edirik. Əgər mətndə


dəyişiklik etmək istəsək, Изменить верхний колонтитул əmrini seçirik.


Ekrana açılan dialoq pəncərədən lazım olan parametrləri tənzimləyirik.


Başlıq sahəsinə kompüterin cari tarixini və ya saatını daxil etmək üçün
Дата и время əmrini seçirik.Bu zaman ekrana eyni adlı pəncərə açılır.



Lazım olan formatı seçib OK düyməsini sıxırıq.
Əgər başlıq sahəsinə şəkil yerləşdirmək istəsək,onda Рисунок əmrini seçirik. Ekrana Вставка рисунка pəncərəsi açılır. Həmin pəncərədən lazım olan şəkli seçib,Вставить düyməsini sıxırıq.

Səhifələrə səhifə altlığı vermək üçün Вставка menyusunun Колонтитулы bölməsindəki Нижний колонтитуль əmrini seçirik. Ekrana Нижний колонтитуль pəncərəsi açılır.




Açılan pəncərədən lazım olan sütuna mətni daxil edirik.


Изменить верхний колонтитул səhifəsində olduğu kimi buradada lazım olan əməliyyatları aparmaq mümkündür.


Başlıq və ya altlıq sahəsində səhifə nömrəsi yerləşdirmək üçün Колонтитулы bölməsindəki Номера страниц əmrini seçirik. Və açılan dialoq pəncərədən uyğun parametri seçirik.




İşçi sahənin görünüşünü böyüdüb və ya kiçiltmək üçün Вид menyusunun Масштаб bölməsindəki əmrlərdən istifadə edilir.Ekrana Масштаб dialoq pəncərəsi açılır.


Pəncərənin Масштаб qutusuna 100% qiymətini daxil etsək


səhifəni normal ölçüdə görə bilərik. Eyni vaxtda bir neçə səhifə görmək istəyiriksə Несколько страниц parametrini işarələyib altdakı düymə üzərində mişqanın sol düyməsini sıxıb saxlayaraq aşağı və ya sağa doğru sürükləyirik. Digər miqyasları Произвольный qutusuna daxil etməklə təyin edə bilərik.

Разметка страницы parametri- Word sənədini kağız üzərində olduğu kimi göstərir. Səhifənin kənar boşluqlarını, başladığı və bitdiyi yerləri ekranda tam olaraq görmək mümkündür. Səhifələrin sayı çox olduğu zaman normal rejimdə işləmək məqsədə uyğundur.


Структура - əmri çox sərlövhəli böyük həcimli sənədin ierarxiq strukturunu əks etdirməklə sənədin ayrı-ayrı sərlövhələrinə, uyğun hissələrə avtomatik keçidi təmin edir. Sənədin strukturu sərlövhəyə görə yaradılır. Структура alətlər paneli üzərindəki düymələrdən istifadə edərək sənədi asanlıqla nizamlaya bilərik.

Режим чтения – uzun sənədi kompüter ekranından oxumağın ən asan yolu bu rejimdən istifadə etməkdir. Sənəddəki başlıqlar sol pəncərədə, bu başlıqlar altındakı məlumatlar isə sağ tərəfdəki pəncərədə uyğun formada göstəriləcəkdir. Bu rejimə keçmək üçün Вид menyusunun Режимы просмотра документа bölməsindəki Режим чтения əmrini seçirik.


Схема документа əmri yerinə yetirildikdə sənəd pəncərəsi üfiqi istiqamətdə iki hissəyə bölünür. Sol pəncərədə sənədin strukturu, sağ pəncərədə sənədin özü verilir. Sol pəncərədə hər bir sərlövhənin qarşısında “+” və “-” işarələri qoyulmuşdur. Bu düymələri sıxmaqlahəmin sərlövhənin daxilində olan alt sərlövhənin siyahısını açmaq və bağlamaq olar.
Səhifələri nömrələmək – üçün Вставка menyusunun Колонтитулы bölməsindəki Номера страниц əmrini seçirik. Bu zaman ekrana Номера страниц dialoq pəncərəsi açılır. Pəncərədən aşağıdakı parametrləri təyin edə bilərik.

Səhifə nömrəsi səhifənin yuxarısında olacaqsa Вверху страницы, aşağısında olacaqsa Внизу страницу parametrini seçirik.


İlk səhifənin nömrəsinində görünməsini isəyiriksə onda Номер на первой странице parametrini işarələyitik. Bu zaman Формат номера страниц pəncərəsi açılacaqdır.

Формат номера siyahısında rəqəm və ya hərflərlə ifadə olunmuş nömrə formatlarından birini seçirik. Növbəti bölmənin əvvəlki səhifələrin davamı kimi nömrələmək istəyiriksə Продолжить parametrini işarələyirik. İlk səhifənin nömrəsinin birdən fərqli olmasını istəyiriksə Начать с qutusuna istədiyimiz nömrəni daxil edib OK düyməsini sıxırıq.





Yüklə 402,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə