Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə26/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

83
modelləşdirən «Oğuznamə
türk xalqının həyatını, mübarizəsini,
mənəviyyatını əks etdirən ədəbi-tarixi qaynaqdır. Oğuznamə
oğuz
eposudur.
Oğuznamə
oğuz
tarixidir.
Oğuznamə
oğuz
mədəniyyətinin
nəsildən-nəslə
keçə-keçə
yaşayan
həyat
kitabıdır»
103
təsnifatını «oğuznamə» anlayışına münasibətdə son
dərəcə
ümumi
kontekst
sayan

bununla
da,
fikrimizcə,
«oğuznamə»
anlayışının
K.V.Nərimanoğlunun
yanaşmasında
metaelementlər
(maksimum
universalilər)
səviyyəsində
modelləşdirildiyini
əsasa
almayan
R.Qafarlı
«oğuznamə»
semanteminin konseptual problemlərini belə müəyyənləşdirmişdir:
«Oğuznamə – bədii yaradıcılıq məhsuludur, yoxsa tarixi xronikadır?
Oğuznamə – folklora, yoxsa yazılı ədəbiyyata aiddir? Oğuznamə
xüsusi janrdır, yoxsa epik növün dastan, epos, yaxud nağıl janrının
bir formasıdır?»
104
.
F.Bayatın
«Oğuznamə»nin
həmin
dastanın
tarixi
inkişaf
mərhələlərində
mühüm
bir
qol
olması
haqqında
söylədiyi
«Oğuznamə»nin «Oğuz yabqu dövlətində dastan kimi yenidən
qurulur» fikrinə
105
münasibət bildirən R.Qafarlı bunu «oğuz-
namələrin ümumtürk dastançılıq ənənəsinin mühüm qolu və tarixi
mərhələsi kimi götürülməsi ideyasının real zəminə söykənməsi»
hesab etsə də, tam razılaşmır:  «Lakin burada bir cəhət nəzərdən
qaçırılır. Elmi-nəzəri fikirdə hər bir dastan, nağıl tarixə yol
yoldaşıdır. Təbii ki, oğuznamələr də tarixi hadisələrə güzgü
tutmuşdur...»;  «Belə bir qənaət vardır ki, türkün dastançılıq
ənənəsində tarixi hadisələrə spesifik yanaşma metodu nəzərə çarpır.
Doğrudan da, oğuznamələrin
103
Oğuznamələr.  Işləyib  çapa  hazırlayanlar:  K.V.Nərimanoğlu  və
F.Uğurlu. Bаkı: Bakı Universiteti Nəşriyyatı, 1993, s. 3
104
Qаfаrlı  R.  Mif, əfsаnə,  nаğıl  və  epоs  (şifаhi  epik ənənədə
jаnrlаrаrаsı əlаqə). Bаkı: АDPU, 2002, s. 570
105
Bаyаt F. Оğuz epik ənənəsi və «Оğuz kаğаn» dаstаnı. Bаkı: Sаbаh,
1993,  s. 5


84
bədiilik qazanında qaynadılan materiallarında xalqın dünəni və
bugünü eyni prizmadan keçirilir, tamamilə təzə və orijinal yozumda
təqdim edilir»
106
.
R.Qafarlı «oğuznamə» semantemini epik janrın göstəricilər
müstəvisinə salaraq yazır ki,  «oğuznamələrin özünün eposdan
fərqlənən ayrıca janr ölçüləri yoxdur, məzmun daşıyıcıları isə fərqli
və rəngarəngdir»
107
.
Yenə də F.Bayatın oğuznamələrin
özəlliklərinin müəyyənləş-
dirməsində götürdüyü iki prinsipə – a) oğuznamə motivli «sal-
namələrin özündə mifik səciyyəli Oğuz şəcərəsini əritməsinə; b)
türklərin «fütuhatçılıq ideyası»nın əsas götürülməsinə münasibət
bildirən R.Qafarlı yazır ki, bizcə,  «fütuhatçılıq» məsələnin bir
tərəfidir, lakin əsas, vacib şərt deyil... Əgər «salnamələrin mifik
səciyyəli Oğuz şəcərəsini özündə əritməsi» türk dastan ənənəsinin
tarixi xronikalara keçməsini şərtləndirirsə, bu, epik yaradıcılıqda
ortaya qoyulanların «tarixləşməsi» kimi qiymətləndirilə və «eyni
informasiyanın müxtəlif yönlərdən təqdiminə çevrilə» bilməz
108
.
R.Qafarlı «oğuznamə» semantemi haqqında fikirlərini ümu-
miləşdirərək belə bir qənaətə gəlmişdir: «Oğuznamə türk xalqlarının
oğuz qrupunun şifahi epik ənənəsinin nəzm və nəsrlə yaranan
eposlarına orta çağların əvvəllərində yazıya alınarkən verilən addır.
Hər bir xalqa aid epos yaradıcılığının spesifik cəhətləri olduğu kimi,
oğuzların
da
dastanlarında
başqalarından
seçilən
əlamətlər
mövcuddur. Başlıcası ondan ibarətdir ki, xalq arasında yaşadığı
çağlarda ötənlərə nəzər salıb nəticə çıxarmaq, tarixi hadisələrdən ibrət
götürmək ön plana çəkilmiş, bu səbəbdən də mifoloji qatlardan gələn
motivlərə də
106
Qаfаrlı  R.  Mif, əfsаnə,  nаğıl  və  epоs  (şifаhi  epik ənənədə
jаnrlаrаrаsı əlаqə). Bаkı: АDPU, 2002, s. 573
107
Qаfаrlı R. Göst. əsəri, s. 574
108
Qаfаrlı R. Göst. əsəri, s. 574


85
gerçəklik donu geydirilmişdir.  «Oğuznamə» deyəndə hər şeydən
əvvəl folklorla yazılı ədəbiyyatın bir nöqtədə birləşdiyi məqam yada
düşməlidir. Ulu bir elin böyük zaman çərçivəsində düzüb-qoşduğu
epik söyləmələr bir qələm sahibinin təxəyyülündən keçərək həmişəlik
yazı yaddaşına köçürülür. Uzun əsrlər boyu on minlərin yaddaşından
süzülə-süzülə gəlib qəlibləşən, daha doğrusu, xüsusi poetik formalara
salınıb dastanlaşan mifoloji və tarixi əhvalat, əfsanə, rəvayətlər şifahi
yaşama dövrünü başa çatdırır, bir fərdin istedadı, yaradıcılıq
imkanları vasitəsi ilə kitablaşdırılmaqla əbədi yaşama imkanı əldə
edir. Faktlar göstərir ki, türkün təkcə eposları deyil, başqa folklor
əsərlərindən ibarət əlyazma mətnləri də Azərbaycanda XVII-XVIII
yüzilliklərdə «oğuznamə» adlandırılırdı»
109
.
«Oğuznamə» eposunun yazı kodu ilə təkamül dinamikAsının
problemlərini araşdırmış A.Xəlil müəyyənləşdirmişdir ki, bu epos
üç yazı mərhələsindən keçmişdir:
1.  «Bitik»...
Türk Tanrıçılığı dövrünə aid qədim türk kitabı.
M.F.Köprülü mənbələrə isnad edərək «Ulu xan Ata Bitikçi»dən
bəhs etmişdir... Birincisi, ehtimal etmək olar ki, «bitik» Tanrıcılığın
müqəddəs kitabı idi. Ulu xan, yaxud Qorqud həmin dinin
peyğəmbəri idi.  İkincisi,  «bitik» Şaman magik mətnlərindən ibarət
idi.  «Irk bitik» elə bu profilə uyğundur. Üçüncüsü,  «bitik» folklor
mətnlərindən, ilk növbədə, atalar sözü, məsəl, pişrov, kəlam, alqış,
qarğış, and və başqa paremioloji vahidlərdən təşkil olunmuşdu.
Oğuz «bitiy»i bizə gəlib çatmamışdır. Ancaq buna baxmayaraq
onun haqqında səhih məlumat vardır.
2.  «Namə». Orta əsrlər türk kitabı. Oğuz variantı
Oğuzna-
mədir. Bizə Rəşidəddindən («Cəmi ət-təvarix») tutmuş Əbülqazi
xan Xivəliyə («Şəcəreyi-tərakimə» və «Şəcəreyi-
109
Qаfаrlı R. Göst. əsəri, s. 577


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə