Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə34/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

108
IV FƏSİL
OĞUZ MİFİNİN METODOLOJİ TƏHLİL MODELİ
Oğuz mifinin strukturunun oğuz mətnlərindən bərpası me-
todoloji təhlil modelinin qurulmasını zərurətə çevirir. Çünki
«struktur»un öyrənilməsi həmin anlayışın ifadə etdiyi konstruk-
siyanın sxemini özündə əks etdirən təhlil modeli (annalitik aparat)
olmadan uyğun şəkildə həyata keçirilə bilməz. Bizim perspektiv
təhlilimizdə oğuz mifinin «strukturunun» mental arxetiplərlə
müəyyənləşən arxisemlər bütöVÜnün (sisteminin) bərpası nəzərdə
tutulduğu üçün indi təhlilin metodoloji modelini qurmadan ötüşmək
mümkün deyildir.
1. Mif və müqayisəli-tarixi təhlil metodu.
Azərbaycan mifologiyasının metodoloji təcrübə tarixi öz əsas
kütləsində müqayisəli-tarixi metodun tətbiqi ilə əlamətdardır. Zaman-
zaman
ən
müxtəlif
səviyyələri
gerçəkləşdirilmiş
bu
metod
M.Seyidov, A.Nəbiyev, K.Abdulla, A.Hacılı, C.Bəydili, R.Əliyev,
F.Bayat,
R.Qafarlı,
R.Kamal,
M.Məmmədov

başqalarının
yaradıcılığının simasında uğurlu və bəzən fundamental nəticələr
vermişdir. Bu da öz növbəsində Azərbaycan folklorşünaslığında
mifin (bütövlükdə: folklorun) tarixi-müqayisəli metodla tədqiqinin
zəngin nəzəri bazasını yaratmışdır. Məhz həmin baza bu gün bizə
metodoloji təhlil modelinin daha mürəkkəb sintezini qurmağa imkan
verir.
Oğuz mifinin arxetipik strukturunun öyrənilməsi problemə
yanaşmanın ümummetodoloji müstəvisində struktur-semiotik təhlil
metodunu nəzərdə tutur. Lakin «struktur-semiotik» yanaşma elmin
indiki inkişaf səviyyəsində
bütün yanaşma metodlarında, o
cümlədən müqayisəli-tarixi metodda olduğu kimi geniş, əhatəli
məzmun kəsb etmişdir. Aparılmış çoxsaylı təcrübələr hər bir
metodun müxtəlif modifikasiyalarını


109
yaratdığı kimi,  «struktur-semiotik metod» da, əslində, müxtəlif
təcrübələrin kombinasiyası kimi genişlənmiş, zəngin daxili struktur
əlvanlığına
malik,
kəmiyyət
strukturunda
çoxsaylı
metodik
modifikasiyalardan
təşkil
olunmuş
sistemə
çevrilmişdir.
Tədqiqatçıya bütün hallarda zəngin seçim və kombinasiya imkanları
verən belə geniş tutumlu metodun oğuz mifinə tətbiqi də bunun
konseptual əsaslarının yaradılmasını və konkret təhlil modelinin
qurulmasını tələb edir.
Digər tərəfdən, bunu iki amil xüsusilə aktuallaşdırır:
Birincisi, oğuz mifinin struktur-semiotik metodla öyrənilməsinin
hər hansı təcrübəsinin olmaması faktoru;
İkincisi, metodu oğuz mifi üzərində reallaşdıracaq müəllifin
nəzəri-təcrübi bazasının keyfiyyət müəyyənliyinin göstəricilər
faktoru.
Bu iki faktor bütövlükdə oğuz mifinin semiotik strukturunun
bərpasına tətbiq olunacaq konkret təhlil üsulunun müəllifin
konstruksiyasında
qurulmuş
modelinin
özünəməxsusluğunu
şərtləndirir.
K.Levi-Stros yazır:  «Həqiqi elmi təhlil faktlara uyğun gəlməli,
sadəlik ölçüsünə cavab verməli və izahedici gücə malik olmalıdır»
143
.
Qeyd edək ki, müqayisəli-tarixi metod özünə məxsus olan tətbiq
planında bu ölçülərə cavab versə də, məhz oğuz mifinin semiotik
strukturunun modelləşdirilməsi üçün uyğun bazanı vermir. Başqa
sözlə, bu metod mifoloji şüurun təkamülünün diaxron mənzərəsini
bərpa etməyə imkan versə də, mifin strukturunun mental arxetiplərlə
müəyyənləşən
morfologiyasının,
sintaqmatik
funksionallığının,
xüsusən mental arxitektonikanın təsəvvürlər modelində yaratdığı
sinxron-paradiqmatik cərgələrin semantikasının öyrənilməsi üçün
uyğun
143
Леви-Строс  К.  Структурная  антропология.  Москва:  Глав.  Ред.
Вост. Лит., 1985, с. 37


110
təhlil modeli rolunu oynamır. Belə ki, oğuz mifinin semiotik
strukturunun
bərpasına
münasibətdə
müqayisəli-tarixi
metod
semiotik fakturaya «uyğun gəlmir», bu üzdən mücərrədləşərək
«sadəlik ölçüsündən» və «izahedici gücündən» məhrum olur.
Folklorun müqayisəli-tarixi öyrənilməsinin metodologiyasına
ayrıca monoqrafiya həsr etmiş B.N.Putilov yazır ki, folklorun
müqayisəli-tarixi tədqiqi xalq poeziyasının müxtəlif məktəb və
cərəyanlar tərəfindən öyrənilməsinin ayrılmaz tərkib hissəsini təşkil
edərək mürəkkəb və uzun yol keçmişdir
144
. Oğuz mifinə
münasibətdə məsələnin bu cəhəti öz-özlüyündə mükəmməl təhlil
metodu olan müqayisəli-tarixi yanaşmanın imkanlarının struktur-
semiotik yanaşma metodunun imkanları ilə sintezləşdirməyi tələb
edir. Çünki oğuz mifinin bərpasına istənilən metodoloji müstəvidə
yanaşma «tarixi» kontekstdə «müqayisəli» yanaşmanı mütləq
şəkildə nəzərdə tutur. Belə bir «sintezləşdirmənin» mümkünlüyü və
zəruriliyi haqqında Y.M.Meletinskinin fikri səciyyəvidir. O,  «folk-
lorşünaslıqda struktur-semiotik metodun tətbiqi məsələsi» ilə bağlı
bir çox fikirləri təhlil edərək yazır:  «Folklorun və mifologiyanın
öyrənilməsi sahəsindən... gətirilmiş nümunələr elmi obyektin
müxtəlif aspektlərinin təhlili üçün müqayisəli-tarixi və struktur-
semiotik metodikaların birləşməsinin mümkünlüyünü və zəruriliyini
təsdiq edir. Struktur-semiotik yanaşma zaman baxımından nisbətən
dayanıqlı həddə olan mifoloji və poetik strukturlarda kara gəlir.
Qeyd etmək lazımdır ki, buna baxmayaraq, xüsusi mərhələ
kəsiklərinin struktur-semiotik təhlilinin nəticələri poetik sistemlərin
metodik baxımdan ardıcıl şəkildə tutuşdurulması yolu ilə qismən
tarixi poetikanın maraqları naminə də istifadə oluna bilər. Belə ki,
V.V.Proppun
144
Путилов Б.Н. Методология сравнительно-исторического изуче-
ния фольклора. Ленинград: Наука, 1976, с. 8


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə