Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə35/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

111
reseptləri əsasında klassik sehrli nağılın V.V.Propp üzrə olan
morfoloji sxemlərinin və hindu nağıllarının (yenə də – S.R.)
A.Dandes tərəfindən yerinə yetirilmiş müqayisəsi təkcə bu iki
folklor-poetik sistemi («rus», yaxud «Avropa» və «amerikan-
hindu») ciddi şəkildə tutuşdurmağa yox, həm də nağılların tarixi
morfologiyası planında bir sıra hipotezlər təklif etməyə imkan verir:
sehrli nağılın daha inkişaf etmiş, «klassik» forması məlum struktur
məhdudiyyətlərinin müəyyən tarixi mərhələdə meydana çıxmasının
nəticəsidir»
145
.
V.M.Jirmunski «müqayisə»ni metodologiya yox, metodik üsul
hesab edərək göstərir ki, müqayisə istənilən tarixi tədqiqatın mütləq
elementidir və o, tədqiqatın elə metodik üsuludur ki, məxtəlif
metodlar çərçivəsində müxtəlif məqsədlərlə tətbiq oluna bilər
146
.
«Müqayisə» bu baxımdan oğuz mifinin struktur-semiotik metodla
öyrənilməsinin də «mütləq elementi» olaraq qalır.
B.N.Putilov «müqayisə»ni həm üsul, həm də metod kimi
götürərək, yuxarıdakı fikri belə şərh edir:  «V.M.Jirmunski, haqlı
olaraq, elmi müqayisənin tədqiqatın problematikasından asılılığını
vurğulayır. Mən ancaq onu əlavə edərdim ki, bu asılılığın özü bizim
bir metodologiyanın hüdudları daxilində fərqli problematikalarla,
yaxud
fərqli
metodoloji
yanaşmalarla
qarşılaşmağımızla
şərtlənir»
147
.
Göründüyü
kimi,
B.N.Putilov
məsələni
daha
mürəkkəb
münasibətlər zəminində təsəvvür edir. Jirmunski «müqayisənin»
145
Мелетинский Е.М. К вопросу о применении структурно-семио-
тического  метода в  фольклористике  /  Семиотика  и  художественное
творчество (сб.). Москва: Наука, 1977, с. 162
146
Жирмунский  В.М.  Народный  героический  эпос.  Сравнитьель-
но-исторические очерки. Москва-Ленинград: Наука, 1962, с. 75-76
147
Путилов Б.Н. Методология сравнительно-исторического изуче-
ния фольклора. Ленинград: Наука, 1976, с. 7


112
xarakter müəyyənliyini təkcə problematikaya müncər edirsə,
Putilov şərtləri genişləndirir: buraya müxtəlif metodologiyaları
əlavə edir. Bu mənada,  «müqayisə» məhz həmin «genişləndirilmiş
şərtlər»
daxilində
struktur-semiotik
yanaşma
zəminində
özünəməxsus səciyyə kəsb edir.
Təkcə «müqayisə» anlayışı yox, eləcə də müqayisəli-tarixi təhlil
metodunun bir sıra mühüm və xarakterik anlayışları struktur-semiotik
yanaşma müstəvisində müəyyən hallarda əlavə, müəyyən hallarda isə
tamamilə fərqli məzmun kəsb edir.
Məsələn, müqayisəli-tarixi yanaşmada «tipologiya» anlayışı
mühüm yer tutur.  «Tipologiya» adı altında geniş mənada, görünür
ki, özünü təbiət və cəmiyyətin əşya və hadisələrində, xassə və
münasibətlərində,
element

strukturlarında,
proses

vəziyyətlərində təzahür etdirən qanunauyğun, bir sıra obyektiv
faktorlarla şərtlənən təkrarlanmanı başa düşmək lazımdır»
148
.
Yerindəcə
qeyd
edək
ki,
həmin
təkrarlanma
K.Levi-Stros
yanaşmasında mifin strukturunun aşkarlanmasının başlıca metodik
«üsullarındandır».
O
yazır: 
«Eyni
ardıcıllığın
mifdə

ümumiyyətlə, şifahi ədəbiyyatda ikiləşməsi, üçləşməsi və ya
dördləşməsi ilə rastlaşılması çox vaxt sual doğurur... Təkrarlanma
xüsusi funksiya daşıyır və məhz mifin strukturunu aşkarlayır»
149
.
«Beləliklə, hər hansı bir mif qatbaqat struktura malikdir və o
struktur üzdə, belə demək mümkünsə, təkrarlanma üsulunda və
onun sayəsində aşkarlanır»
150
.
Göründüyü kimi, müqayisəli-tarixi metodda «tipologiyanın»
anlayışının mahiyyətini («canını») təşkil edən «təkrarlanma»
K.Levi-Strosun struktur yanaşmasında «üsul» hesab olunur.
148
Putilоv B.N. Göst. əsəri, s. 9
149
Леви-Строс  К.  Структурная  антропология.  Москва:  Глав.  Ред
Вост. Лит., 1985, с. 206
150
Levi-Strоs K. Göst. əsəri, s. 206


113
Qeyd edək ki, prof. K.V.Nərimanoğlu təkrarlanmanı türk
poetikasının (linqvofolkloristikasının – linqvopoetikasının) iki əsas
qanunundan biri kimi şərh etmişdir. Alim yazır:  «Biz bu qanunları
iki hesab edirik:
1. Təkrar sistemi və ya təkrarlanma qanunu;
2. Sıralanma, düzüm sistemi və sıralanma qanunu»
151
.
K.V.Nərimanoğluna görə bu qanunlar, əslində, varlıq aləminin
ilahi-kosmoqonik strukturu ilə bağlı harmoniyanı inikas edir:
«Təkrar və sıralanma dilin bütün səviyyələrini əhatə edir.
Fonemlərin, morfemlərin, sözlərin, cümlələrin, kiçik (mikro)
mətnlərin böyük mətn içərisində sıralanması, təkrarı fəzadakı
planetlərin,
göy
cisimlərinin
(bildiyimiz

bilmədiyimiz)
sıralanmasına və dövrəvi təkrarına bənzəyir»
152
.
B.N.Putilov yazır:  «Tipoloji münasibətlər eyniyyət, analogiya,
paralellik,
açıq
oxşarlıq
səciyyəsi
daşıya
bilər.
Lakin
bu
münasibətlər uyğunluğun müxtəlif dərəcələrinin tipoloji varisliyin
təzahürləri olaraq qarşılıqlı şəkildə əlaqələnməsi zamanı daha
mürəkkəb formalarda olur»
153
.  «İstənilən oxşarlığın işarələn-
məsindən ötrü...  «bənzəyiş»  (likeness) terminindən istifadə etmək
təklif olunur. Buna uyğun olaraq «bənzəyiş» üç növdə ola bilər:
tipoloji mənada – «oxşarlıq», areal mənasında – «korrelyasiya»,
genetik mənada – «uyğunluq».  «Bənzəyişdən» başqa yenə də üç
növdə olan «münasibət» anlayışı da əlavə olunur:  «izomorfizm»,
«bənzəyiş»,  «yaxınlıq». Folklorşünaslıqda «bənzəyiş» və «münasi-
bət»i bildirməkdən ötrü (dəqiq mənası olan terminlərdən fərqli
olaraq – S.R.) konkret mənada işlənməyən «analogiya»,  «para-
151
Nərimаnоğlu  K.V.  Özümüz,  sözümüz.  Bаkı:  Çinаr-Çаp,  2005,  s.
577-578
152
Nərimаnоğlu K.V. Cöst. əsəri, s. 578
153
Путилов Б.Н. Методология сравнительно-исторического изуче-
ния фольклора. Ленинград: Наука, 1976, с. 9-10


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə