Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə32/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

102
yad söz işlətməmək, hətta cığataycadan istifadə etməmək bir ideal
olmuş və bu idealını gerçəkləşdirməyə çalışmışdır
136
.
Əbülqazinin türk tarixşünaslığı sahəsindəki müşahidələrinə
görə, türk tarixini yazanlar türk dilinə ərəb və fars sözləri qatırlar ki,
bu
da
türk
haqqında
türkə
lazım
olan
etnokosmik
tarixi
informasiyanın, şərti olaraq desək
«Türknamə»nin qavranmasını
çətinləşdirir.
Beləliklə, Əbülqazinin «tarix metodologiyasında» ünsiyyətin ən
mühüm amili olan dil başlıca prinsip kimi götürülür. Bu prinsip
semantik strukturuna görə mifoloji-kosmoqonik xassəlidir. Mif
«birinci işarələr sistemi olan» dilin
137
əsasında təşəkkül tapıb, xüsusi
tipli struktur kəsb etmiş «ikinci işarələr sistemi» kimi dil invariantının
paradiqmasıdır. K.Levi-Stros yazır: «Mif
dildir. Ancaq bu dil elə bir
yüksək səviyyədə işləyir ki, həmin səviyyədə məna... onun təşəkkül
tapdığı dil əsasından ayrıla bilir»
138
. Əvvəlki tədqiqatlarımızdan
birində
göstərildiyi kimi,  «...mifin strukturu dilin strukturunu
proyeksiyalandırır. Bunlar eyni bir strukturu fərqli səviyyələrdən əks
etdirir. Dil bu halda mifin invariantı, mif isə öz növbəsində onun
paradiqmAsıdır»
139
. Demək, Əbülqazinin oğuz-türkmən cəmiyyətinin
struktur harmoniyasını bərpa etmək məqsədilə yazdığı əsərdə tətbiq
etdiyi
«tarix
metodologiyası»
ən
ümumi
planda
«Dil-Tarix»
münasibətlər modelinin etnokosmik harmoniyasına söykənir.
«Dil-Tarix» münasibətlər modeli
diaxron-arxetipik və eyni
zamanda sinxron-arxitektonik strukturuna görə
136
Inan  A.  Ebülqazi  Bahadır  Han  ve  Türkçesi  //  Abdulkadir  Inan.
Makaleler  ve  Incelemeler.  2  Baskı,  II  cilt,  Ankara:  Türk  Tarih  Kurumu
Basımevi, 1998, s.108
137
Труды по знаковым системам. Вып. 2, Тарту: 1965, с. 6
138
Леви-Строс  К.  Структурная  антропология.  Москва:  Глав.  Ред.
Вост. Лит., 1985, с. 187
139
Rzаsоy S. Оğuz mifinin pаrаdiqmаlаrı. Bаkı: Sədа, 2004, s. 121


103
«Dil-Epos» və «Dil-Mif» münasibətlərinin paradiqmatik sütununu
nəzərdə tutur:
Dil – Mif
Dil – Epos
Dil – Tarix
Göründüyü kimi, Əbülqazinin «Şəcəreyi-tərakimə»də tətbiq etdiyi
«tarix metodologiyası» arxitektonik strukturu baxımdan dil-tarix
münasibətlərinin etnokosmik harmoniyasını nəzərdə tutmaqla «Dil –
Mif – Epos
Tarix» struktur törəməsinə (zəncirinə) söykənir. Bu
halda dilin mifə münasibəti öz struktur əsaslarını dilin eposa və tarixə
münasibətlərində qoruyur. Dil mifin strukturunu təşkil etməklə onun
arxitektonik yaddaşına çevrilir. Mif də epos üçün eyni ilə belə bir
struktur əsasını və arxitektonik yaddaşı təşkil edir. Əbülqazi çağının
«Tarix»i etnokosmik informasiya strukturu baxımından məhz «Mif-
Epos» informasiyasından təşkil olunur. Bu halda Əbülqazinin türklər
haqqında tarixi əsərlərin məhz türk dilində yazılması haqqındakı
«tarixi-metodoloji»  «tezisi» həm də öz arxitektonik strukturu
baxımından oğuz-türkmənlərin etnokosmik yaddaşının «Dil-Mif»
arxetipini özündə əks etdirir.
Əbülqazinin bir tarixçi kimi,  «Şəcəreyi-tərakimə»də istifadə
etdiyi etnokosmik informasiyanın tarixilik «əyarına» münasibətdə
onun şəcərə bilgilərini necə əldə etməsi haqqındakı qeydləri
səciyyəvidir:
«Türkmənlərdən,
ömürlərini
döyüşlərdə
keçirmiş
məşhur
adamlar və keçmiş günlərin «baxşiləri» bunları söyləyirlər»
140
.
«Türkmənlərin tarix bilən bütün müdrik qocaları Oğuz xanın on
iki çadırlarda (ürqə) oturan iyirmi dörd nəvəsinin
140
Əbülqаzi Bаhаdır xаn. Şəcərei-Tərаkimə (Türkmənlərin sоy kitаbı).
Rus  dilindən tərcümə  edən,  ön  söz  və  göstəricilərin  müəllifi  və
bibliоqrаfiyаnın  tərtibçisi  I.M.Оsmаnlı.  Bаkı:  «Аzərbаycаn  Milli
Ensiklоpediyаsı» N-PB, 2002, s. 69


104
adlarının anlamı haqqında, onların damğaları necədir və onların
onqonları olmuş quşların adları haqqında belə söyləyirlər»
141
.
Bu qeydlər əsatiri-epik informasiyanın daşınma və yaşama
durumu (praqmatik durum) haqqında bilgilər verir. Onlara diqqət
edək:
Əbülqazi üçün etnokosmik informasiyanın şifahi qaynaqlarını
aşağıdakı söyləyici (informator) tipləri təşkil etmişdir:
1. (Ömürlərini döyüşlərdə keçirmiş) m ə ş h u r a d a m l a r.
2. (Keçmiş günlərin) b a x ş i l ə r i.
3. (Tarix bilən bütün) m ü d r i k q o c a l a r.
Əbülqazinin söyləyiciləri oğuz-türkmən toplumunda hafi-
zələrində yaşatdıqları (qoruduqları) informasiyanın «mötəbərliyinə»
(düzlüyü və doğruluğuna) heç bir şübhə edilməyən şəxslərdir.
Söyləyicilərin
titulları, sosial
ranq

mövqeləri, toplumun
strukturunda oynadıqları rol, eləcə də mənəvi-əxlaqi, dini-mərasimi
status və funksiyaları onların etnokosmik dəyərlərin konsentrasiya
olunduğu, etnosun struktur dəyərlərinin daşındığı
subyektlər
olduğunu göstərir.
Əbülqazinin söycəyicilərdən əldə etdiyi məlumatlar bütün
hallarda toplumun struktur əsaslarına aiddir və ən başlıcası, həmin
bilgilər etnokosmik dəyər kimi arxetipik müqəddəsliyini qoruyub
saxlayır. Həmin məlumatları tam təsnif etməsək də, onlar, əsasən,
aşağıdakıları əhatə edir:
1.  İslami genealogiyaya müncər (həm də kontaminasiya)
olunmuş «Oğuz xan» şəcərə informasiyası;
2. Oğuz toplumunun sosial strukturu, onun əsasında duran dünya
modeli və onun elementləri;
3.
Etnokosmik
strukturun
ritual-mifoloji
təsnifat
sistemi:
etnososial struktur elementlərinin adları, adların mövcud dünya
modelinin funksional qatı səviyyəsində mənaları;
141
Əbülqаzi Bаhаdır xаn. Göst. əsəri, s. 70


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə