Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə39/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

123
V.A.Beylis hesab edir ki, «burada konsepsiya vardır, lakin bu həm də
antikonsepsiyadır. Kim ki, strukturalizmin inkişafını diqqətlə izləyib,
burada Ternerin adını çəkmədən müraciət etdiyi opponenti tapmağa
gecikməz: bu, Klod Levi-Stros və daha geniş halda fransız etnologiya
məktəbidir»
178
.
«Britaniya (sosial – S.R.) antropologiyası (fransız struk-
turalizmindən fərqli olaraq – S.R.) ilk növbədə mahiyyət etibarilə
istənilən
sosial
birliyin
əsasında
duran
ziddiyyətli
struktur
prinsiplərinin
qarşı-qarşıya gəldiyi konflikt situasiyalarda daha
parlaq şəkildə təzahür edən sosial nəticələrlə maraqlanır. Ona görə
də Terner tədqiqatda ideal halı harmonik ölçüdə təsvir edən
mətndən yox, ritual vəziyyətindən, daha doğrusu, cəmiyyətin elə bir
halından çıxış etməyi düzgün sayır ki, burada konflikt sosial
strukturun parçalanma halına yaxınlaşdığı, ya bərpasının yalnız
ritualla mümkün olacağı, ya da parçalanmanı qanuniləşdirib dinclik
əldə edəcəyi dərəcəyə çatmışdır»
179
.
Göründüyü kimi,  «struktur» anlayışı Britaniya sosial an-
tropologiyasında, öz sadə anlamında canlı sosial proses, onun
struktur modeli, modelin elementləri, yerləşmə qanunları və
münasibətləri kimi başa düşülür.  «Struktur» anlayışı fransız
strukturalizmində
isə
ağlın
qeyri-şüuri
strukturunun
mətndə
işarələnmiş modelidir. Strukturalizm bir metodologiya və metod
kimi bütün hallarda həmin strukturun bərpasına istinad edir. Bu
struktur
mental
arxetiplərlə
birbaşa
əlaqədədir.
Bu
cəhət
V.A.Beylisin V.Ternerlə həmfikirlik edib Levi-Strosa (tənqidi
tərəfləri məhz burada bizim üçün aktual olmayan) tənqidi
yanaşmasında daha aydın ifadə olunub:  «Levi-Strosu doğrudan da,
o mənada qınamaq olar ki, o, mifologiyaya
178
Beylis V.А. Göst. əsəri, s. 10
179
Beylis V.А. Göst. əsəri, s. 12


124
müraciət edərək, elə bil ki, onun özünə yox, onun içindən baxır və
bununla da mifoloji strukturları deyil, mental strukturları axtarır.
Bunun nəticəsində mifologiyanın özəlliyi ya təfəkkürün özəlliyi ilə
qarışır, ya da ümumiyyətlə itir, əriyir, şəffaf olur»
180
.
Beləliklə, V.A.Beylisin bu yanaşmasında K.Levi-Stros mi-
fologiya ilə təfəkkürü qarışdırmaqda tənqid olunur. Və bu tənqid,
əslində, Levi-Stros strukturalizminin mahiyyətini ifadə edir. Belə ki,
K.Levi-Stros
mifologiyaya
onun
mənsub
olduğu,
daşındığı
təfəkkürdən ayrı hadisə kimi baxmır. V.A.Beylis V.Ternerin
simasında
Britaniya
sosial
antropologiyasının
«struktur
nəzəriyyəsini» yaxşı mənimsəyərək nəzərə almır ki, Levi-Strosun
mifologiyadan
(mifoloji
mətnlərdən)
bərpa
etdiyi
mifoloji
strukturlar elə mental strukturlardır. Onun məqsədi məhz mental
strukturları aşkarlamaqdır və həmin strukturlar eyni zamanda
mifoloji strukturlardır. Məsələnin mahiyyəti Levi-Strosun heç də
mifoloji strukturlara biganəlik göstərib, mental strukturları bərpa
etməsi
ilə
yox,
mifoloji
strukturlarla
mental
strukturların
ortaqlaşdığı, eyniləşdiyi səviyyə ilə bağlıdır. Yaxud başqa cür
desək, onun aşkarladığı strukturlar eyni zamanda düşüncənin
tarixi tipinə münasibətdə mifoloji strukturlar, psixoloji tipinə
münasibətdə mental strukturlardır.
Kosmoloji çağ insanının təfəkkürü tarixi tipinə görə mifolojidir,
bütövlükdə mifologiyadır. Bu halda həmin insanın mentalitet
sistemi bütövlükdə mifoloji dəyərlərdən təşkil olunur. Başqa sözlə,
öz çağında mifologiya və mentalitet biri-birindən ayrılmaz, biri-
birinə daxil olan, biri o birini şərtləndirən və müəyyənləşdirən,
vahid sistemi təşkil edən sistemlərdir.
180
Beylis V.А. Göst. əsəri, s. 11.


125
Mifoloq C.Bəydili yazır ki,  «mifoloji düşüncə etnik-mədəni
həyatın bütün qatlarına təsir göstərir. Etnoqrafik gerçəkliklərin,
dini-mənəvi dəyərlərin həqiqi elmi yozumu mifologiyadan qıraqda
mümkün deyil. Etnik-mədəni ənənə isə onun folklor kimi arxaik
mərhələdə ictimai və dini qurumlarla, inanışlar və mərasimlərlə sıx
bağlılığı olan sinkretik təbiətli hər bir hadisənin kompleks şəklində
araşdırılmasını tələb edir»
181
.  «Milli mentalitetin mahiyyətini ifadə
etməklə qalmayıb, həmçinin onu formalaşdıran da məhz milli
mifologiya və əsasında dayanan dünya modelidir»
182
.
Mifoloji və mental strukturların ortaq nöqtəsi mifologiyanın bir
sistem kimi sinkretizmi, universalizmi, Y.M.Meletinskinin təbirincə
desək, «total modelləşdirici işarələr sistemi» olaraq özündə mifoloji
təfəkkür sistemini inikas etməsi ilə müəyyənləşir. Mərhum mifoloq
alim A.Şükürovun yazdığı kimi,  «miflər bəşəriyyətin mənəvi
mədəniyyətinin ən qədim forması olub, özündə ilk bilik ünsürlərini,
dini etiqadları, siyasi baxışları, incəsənətin müxtəlif növlərini və
fəlsəfəni birləşdirir. Yalnız sonralar bu ünsürlər müstəqil inkişaf
edib, həyata vəsiqə almışlar. Deməli, mif şüurun vahid, bölünməz
(sinkretik) universal formasıdır. O, yarandığı dövrün nəyi varsa,
hamısını özündə əks etdirmişdir»
183
.
Tədqiqatçı İ.Ağazadə Azərbaycan milli mentalitet sisteminin
arxaik-mifoloji düşüncə ilə bağlılığına həsr olunmuş tədqiqatında bu
mövzu ilə bağlı bir çox fikirləri, o cümlədən C.Bəydili (Məmmədov)
və A.Şükürovun yuxarıda verdiyimiz fikirlərini ümumiləşdirərək
yazır: «Milli mentalitetin də, folklorun da ana qaynağı mifologiyadır.
Mifologiya hər bir etnosun milli
181
Bəydili (Məmmədоv) C. Türk mifоlоji оbrаzlаr  sistemi:  stuktur  və
funksiyа. Bаkı: Mütərcim, 2007, s. 19
182
Bəydili (Məmmədоv) C. Göst. əsəri, s. 20
183
Şükürоv А. Fəlsəfə. Bаkı: Аdilоğlu, 2002, s. 34


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə