edincə, işi dayandırdı. Xəstəlik bütün həvəsini
öldürdü. Bədəni hərarətdən od tutub yanmağa başladı.
Hər şeyi üç gün otaqdan bayıra çıxmamasıyla bağladı,
birdən də yadına düşdü ki, ona çay gətirən xidmətçi
qadın zökəm tutmuşdu və burnunda danışır, asqırır-
öskürürdü.
Əvvəlcə limonlu çay sifariş etdi. Ardınca da araq
və istiot, sarımsaq. Bunların hamısından istifadə
etməsinə baxmayaraq, qızdırması səngimək bilmədi.
Temperatur otuz səkkizi keçmişdi. Dili-dodaqları
yanır, quruyurdu. Canında şirin bir gizilti, yorğunluq
vardı. Sonra üşütmə, titrətmə başladı. Pal-paltarını
çıxarmadan yatağa uzandı və üstünü bərk-bərk örtdü,
yumaq kimi yumalandı. Titrətməsi, qızdırması son
həddə çatmışdı. Sibir şaxtasındaymış kimi, qalın-qalın
bürünməsinə baxmayaraq, dişləri, bu yaz günündə
biri-birinə dəyib elə şaqqıldayırdı ki, elə bil no-
valçalardan şırıltıyla yerə su tökülürdü. Gözlərinin
qabağına ölümü gəldi. Sonunun çatdığına inanmağa
başladı. Zorla anasını xatırladı. Anasıyla ilgili çox az
xatirələrinin, xəyallarının dar qapısından anası zorla
içəri girdi. Əllərini uzadıb onun saçlarını qarışdırdı.
Qızdırmalı alnından öpdü. Dodaqlarını balasının
alnında xeyli saxladı. Sanki oğlunun canını
yandırmaqda olan hərarəti büsbütün dodaqlarıyla
sümürüb çıxarmaq, onu xilas etmək istəyirdi. Beləcə
onu yuxu tutdu. Rahatlandı. Anası çıxıb getdi. Sonra
hər şey dəyişdi... Gözəl, şirin bir yuxu görməyə
başladı...
Milena gəlmişdi. Əslində bir az əvvəl Moskvadan
Zəka Vilayətoğlu
48
bura-otelə birgə gəlmişdilər. Yenə sərxoş, kefləri ala
buludda...
Rəsm hazır idi. Milena öz rəsmini gözəl bir
mənzərənin fonunda görüncə, sevincindən şaşırdı.
Heyrətlə, sevinc və minnətdarlıqla qollarını onun boy-
nuna dolayıb, dodaqlarını tumurcuqlayaraq, irəli
uzatdı. Eynar, bilərəkdən ona etinasız yanaşdı, qarşılıq
göstərmədi. Milena yarıincik:
-Öp məni, - ehtirasla pıçıldadı. Yalnız bu zaman
qadını eyni ehtirasla qucaqlayıb, dodaqlarını onun
qaynar dodaqlarına sıxdı. Uzun zaman bu dodaqlar
biri-birinə yapışıb qaldı. Sonra qadının zərif
barmaqları onun köynəyinin düymələrini açmağa
başladı. O isə qadının yubkasının arxasındakı dəmir
bağı düz aşağıyacan çəkdi və sağ əlini onun yumşaq
yançaqlarında aramla gəzdirdi. Qadın onu çarpayıya
tərəf çəkib, arxası üstə sərildi. O, birtəhər əlini uzadıb
divardakı düyməni basdı, otaq qaranlığa qərq oldu...
Milenanın gül bədəninin sehrinə düşən, ətrinə qarışıb
məst olan Eynarın pıçıltıları eşidildi: “Milena, iki
gözüm, bağışla məni!.. Heç nə məndən asılı olmadı?..
Bağışla, bağışla məni! Bu sənsiz, əzablı illərim çox
dözülməz oldu... Səninlə biz xoşbəxt idik, Milena, çox
xoşbəxt idik!.. Şükür Allaha, yenə də xoşbəxtik!..
Milena, səni çox sevirəm!.. Sən mənim dünyamsan,
həyatımsan, Milena! Sənsiz mənə həyat yoxdur!..
Bağışla məni, Milena, bağışla!” Gözlərindən yaş
süzülürdü. Bəlkə sevgidən idi, bəlkə həsrətdən, ehti-
rasdan, yanğıdan və ya bəlkə də adi şərabın təsirindən.
O, ağlaya-ağlaya qadını öpür, qucaqlayır, kişi kimi
Milena
49
boynuna düşən missiyanı sonsuz bir həzzlə, ləzzət və
güclə, enerji ilə yerinə yetirməyə çalışır, qadınsa
ondan aldığı misilsiz həzzlə astaca inildəyir, tez-tez
“aha, aha” səslənir, razılığını ifadə edirdi. Eynarın
söylədiklərinin heç birinin fərqində deyil, sanki bu
sözləri eşitmirdi. Tamam sərxoş idi. Şərabdan aldığı
həzzlə, sevdiyi qadınla intim yaxınlıqdan aldığı həzz
biri-birinə qarışmışdı... Sonra yuxuda səhərin
açıldığını, özünün yuxudan ayıldığını gördü.
Qəribədir-yuxu içində yuxudan ayılmaq!..
Gecə baş verənləri təfərrüatlarıyla xatırlamağa
çalışdı. Tökdüyü göz yaşlarını dumanlı olaraq
xatırladı. Yatağından qalxmadan onun sağ qolu üstünə
baş qoyub hələ də şirin-şirin yatan qadına baxdı.
Təkrar-təkrar baxıb, bu gözəl simanın öz Milenasına
məxsus olub-olmadığını yəqinləşdirməyə çalışdı. Bu
qadın, onun Milenasından özgə bir kimsə deyildi.
Yaxşı, bəs onun Moskvada nə işi vardı?.. Bəs qızı
Kristina?.. Görəsən Kristina hardadır?.. İndi çox
yəqin, yetkin bir qızdır. Bəlkə də ərə gedib, kim bilir!..
Birdən nəsə xatırlayıbmış kimi qadının yatmış
gözlərinə, göz qapaqlarına diqqətlə baxdı. Yalnız bu
zaman bu qadının onun Milenası olmadığına inandı və
həm də çox sevindi. Çünki ola bilməzdi ki, çox
asanlıqla onun yatağına girən bu qadın, başqa kişilərin
də yatağına sərilməsin.
Onun Milenasının sağ göz qapağının üstündə
qapqara, xırda və qəşəng bir xal vardı. Hardansa
oxumuşdu ki, göz qapağında xal olan adamlar ağıllı
adamlar olurlar. Milenayla olduğu illər ərzində o,
Zəka Vilayətoğlu
50
bunun şahidi də olmuşdu və hər dəfə onu əzizləyəndə
“ağıllım” deyir, saçlarını oxşayır, gözlərindən, həmin
xırda xaldan doyasıya öpürdü. İndi inanmağa başladı,
“gözdən öpmək ayrılığa səbəb olur” deyiminə. Bəlkə
doğrudan da bu öpüşlər ayrı saldı onları.
Qadına baxırdı. Onun da yatmış gözləri, ağappaq
çöhrəsi, işıqlı sifəti çox gözəl və məsum görünürdü.
Amma onun sağ göz qapağında xal yox idi...
Qadın qəfil gözlərini açdı. Ona zillənmiş maraq və
məhəbbət dolu gözləri görəndə gülümsədi və gözlərini
bir neçə dəfə yumub açdı. O isə öz növbəsində, bu
qadının tatar olduğunu unudaraq, ona türk dilində
“sabahın xeyir, gözəlim” dedi. Qadın bir şey
anlamayıb rus dilində soruşdu “Çto,çto, ya ne poni-
mayu?” Bu an harda və kiminlə olduğunu xatırlayıb
güldü və bayaqkı sözləri rusca dedi.
Milena tam ayıldıqdan sonra otağa, divarlara göz
gəzdirdi. Atılıb yatağında dikəldi. Qəfil Eynara sarı
çevrilib onun boynunu qucaqladı, hələ də sönməyən
ehtirasla “xaçu tebya” deyib dodaqlarını bir daha ona
sarı uzatdı...
-Burda çox qalacaqsan?
-Təxminən bir həftə.
-Bəs sonra hara?
-Allah bilir...
-Qəribə adamsan!.. Amma səninlə bir yerdə olmaq
zövq verir.
-Sənlə də.
-İnanmıram.
-Niyə?
Milena
51
Dostları ilə paylaş: |