Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə12/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

edincə,  işi  dayandırdı.  Xəstəlik  bütün  həvəsini
öldürdü. Bədəni hərarətdən od tutub yanmağa başladı.
Hər şeyi üç gün otaqdan bayıra çıxmamasıyla bağladı,
birdən də yadına düşdü ki, ona çay gətirən xidmətçi
qadın zökəm tutmuşdu və burnunda danışır, asqırır-
öskürürdü.
Əvvəlcə limonlu çay sifariş etdi. Ardınca da araq
və  istiot,  sarımsaq.  Bunların  hamısından  istifadə
etməsinə baxmayaraq, qızdırması səngimək bilmədi.
Temperatur  otuz  səkkizi  keçmişdi.  Dili-dodaqları
yanır, quruyurdu. Canında şirin bir gizilti, yorğunluq
vardı.  Sonra  üşütmə,  titrətmə  başladı.  Pal-paltarını
çıxarmadan yatağa uzandı və üstünü bərk-bərk örtdü,
yumaq  kimi  yumalandı.  Titrətməsi,  qızdırması  son
həddə çatmışdı. Sibir şaxtasındaymış kimi, qalın-qalın
bürünməsinə  baxmayaraq,  dişləri,  bu  yaz  günündə
biri-birinə  dəyib  elə  şaqqıldayırdı  ki,  elə  bil  no-
valçalardan  şırıltıyla  yerə  su  tökülürdü.  Gözlərinin
qabağına ölümü gəldi. Sonunun çatdığına inanmağa
başladı. Zorla anasını xatırladı. Anasıyla ilgili çox az
xatirələrinin, xəyallarının dar qapısından anası zorla
içəri girdi. Əllərini uzadıb onun saçlarını qarışdırdı.
Qızdırmalı  alnından  öpdü.  Dodaqlarını  balasının
alnında  xeyli  saxladı.  Sanki  oğlunun  canını
yandırmaqda  olan  hərarəti  büsbütün  dodaqlarıyla
sümürüb çıxarmaq, onu xilas etmək istəyirdi. Beləcə
onu yuxu tutdu. Rahatlandı. Anası çıxıb getdi. Sonra
hər  şey  dəyişdi...  Gözəl,  şirin  bir  yuxu  görməyə
başladı...
Milena gəlmişdi. Əslində bir az əvvəl Moskvadan
Zəka Vilayətoğlu
48


bura-otelə birgə gəlmişdilər. Yenə sərxoş, kefləri ala
buludda...
Rəsm  hazır  idi.  Milena  öz  rəsmini  gözəl  bir
mənzərənin  fonunda  görüncə,  sevincindən  şaşırdı.
Heyrətlə, sevinc və minnətdarlıqla qollarını onun boy-
nuna  dolayıb,  dodaqlarını  tumurcuqlayaraq,  irəli
uzatdı. Eynar, bilərəkdən ona etinasız yanaşdı, qarşılıq
göstərmədi. Milena yarıincik:
-Öp məni, - ehtirasla pıçıldadı. Yalnız bu zaman
qadını  eyni  ehtirasla  qucaqlayıb,  dodaqlarını  onun
qaynar dodaqlarına sıxdı. Uzun zaman bu dodaqlar
biri-birinə  yapışıb  qaldı.  Sonra  qadının  zərif
barmaqları  onun  köynəyinin  düymələrini  açmağa
başladı. O isə qadının yubkasının arxasındakı dəmir
bağı düz aşağıyacan çəkdi və sağ əlini onun yumşaq
yançaqlarında aramla gəzdirdi. Qadın onu çarpayıya
tərəf çəkib, arxası üstə sərildi. O, birtəhər əlini uzadıb
divardakı düyməni basdı, otaq qaranlığa qərq oldu...
Milenanın gül bədəninin sehrinə düşən, ətrinə qarışıb
məst  olan  Eynarın  pıçıltıları  eşidildi:  “Milena,  iki
gözüm, bağışla məni!.. Heç nə məndən asılı olmadı?..
Bağışla, bağışla məni! Bu sənsiz, əzablı illərim çox
dözülməz oldu... Səninlə biz xoşbəxt idik, Milena, çox
xoşbəxt  idik!..  Şükür  Allaha,  yenə  də  xoşbəxtik!..
Milena, səni çox sevirəm!.. Sən mənim dünyamsan,
həyatımsan,  Milena!  Sənsiz  mənə  həyat  yoxdur!..
Bağışla  məni,  Milena,  bağışla!”  Gözlərindən  yaş
süzülürdü. Bəlkə sevgidən idi, bəlkə həsrətdən, ehti-
rasdan, yanğıdan və ya bəlkə də adi şərabın təsirindən.
O, ağlaya-ağlaya qadını öpür, qucaqlayır, kişi kimi
Milena
49


boynuna düşən missiyanı sonsuz bir həzzlə, ləzzət və
güclə,  enerji  ilə  yerinə  yetirməyə  çalışır,  qadınsa
ondan aldığı misilsiz həzzlə astaca inildəyir, tez-tez
“aha,  aha”  səslənir,  razılığını  ifadə  edirdi.  Eynarın
söylədiklərinin heç birinin fərqində deyil, sanki bu
sözləri eşitmirdi. Tamam sərxoş idi. Şərabdan aldığı
həzzlə, sevdiyi qadınla intim yaxınlıqdan aldığı həzz
biri-birinə  qarışmışdı...  Sonra  yuxuda  səhərin
açıldığını,  özünün  yuxudan  ayıldığını  gördü.
Qəribədir-yuxu içində yuxudan ayılmaq!..
Gecə  baş  verənləri  təfərrüatlarıyla  xatırlamağa
çalışdı.  Tökdüyü  göz  yaşlarını  dumanlı  olaraq
xatırladı. Yatağından qalxmadan onun sağ qolu üstünə
baş  qoyub  hələ  də  şirin-şirin  yatan  qadına  baxdı.
Təkrar-təkrar baxıb, bu gözəl simanın öz Milenasına
məxsus olub-olmadığını yəqinləşdirməyə çalışdı. Bu
qadın,  onun  Milenasından  özgə  bir  kimsə  deyildi.
Yaxşı,  bəs  onun  Moskvada  nə  işi  vardı?..  Bəs  qızı
Kristina?..  Görəsən  Kristina  hardadır?..  İndi  çox
yəqin, yetkin bir qızdır. Bəlkə də ərə gedib, kim bilir!.. 
Birdən  nəsə  xatırlayıbmış  kimi  qadının  yatmış
gözlərinə, göz qapaqlarına diqqətlə baxdı. Yalnız bu
zaman bu qadının onun Milenası olmadığına inandı və
həm  də  çox  sevindi.  Çünki  ola  bilməzdi  ki,  çox
asanlıqla onun yatağına girən bu qadın, başqa kişilərin
də yatağına sərilməsin. 
Onun  Milenasının  sağ  göz  qapağının  üstündə
qapqara,  xırda  və  qəşəng  bir  xal  vardı.  Hardansa
oxumuşdu ki, göz qapağında xal olan adamlar ağıllı
adamlar  olurlar.  Milenayla  olduğu  illər  ərzində  o,
Zəka Vilayətoğlu
50


bunun şahidi də olmuşdu və hər dəfə onu əzizləyəndə
“ağıllım” deyir, saçlarını oxşayır, gözlərindən, həmin
xırda xaldan doyasıya öpürdü. İndi inanmağa başladı,
“gözdən öpmək ayrılığa səbəb olur” deyiminə. Bəlkə
doğrudan da bu öpüşlər ayrı saldı onları.
Qadına baxırdı. Onun da yatmış gözləri, ağappaq
çöhrəsi, işıqlı sifəti çox gözəl və məsum görünürdü.
Amma onun sağ göz qapağında xal yox idi...
Qadın qəfil gözlərini açdı. Ona zillənmiş maraq və
məhəbbət dolu gözləri görəndə gülümsədi və gözlərini
bir neçə dəfə yumub açdı. O isə öz növbəsində, bu
qadının  tatar  olduğunu  unudaraq,  ona  türk  dilində
“sabahın  xeyir,  gözəlim”  dedi.  Qadın  bir  şey
anlamayıb rus dilində soruşdu “Çto,çto, ya ne poni-
mayu?” Bu an harda və kiminlə olduğunu xatırlayıb
güldü və bayaqkı sözləri rusca dedi. 
Milena tam ayıldıqdan sonra otağa, divarlara göz
gəzdirdi.  Atılıb yatağında dikəldi. Qəfil Eynara sarı
çevrilib onun boynunu qucaqladı, hələ də sönməyən
ehtirasla “xaçu tebya” deyib dodaqlarını bir daha ona
sarı uzatdı...
-Burda çox qalacaqsan?
-Təxminən bir həftə.
-Bəs sonra hara?
-Allah bilir... 
-Qəribə adamsan!.. Amma səninlə bir yerdə olmaq
zövq verir.
-Sənlə də.
-İnanmıram.
-Niyə?
Milena
51


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə