Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə36/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   28   29   30   31   32   33   34   35   36

var.  Bezmişəm.  Komandirlər,  bizdən  yaşlı  əsgərlər
bizi çox incidirlər. Kimin ki, imkanı var rüşvət verib
oğullarını hərbidən ömürlük azad etdirib. Belə getsə,
biz orda çürüməli olacağıq.
-Darıxma, Armancan, altı ay birtəhər dözmüsən,
bundan sonrasını da Allah özü xeyirli eləsin! Onsuz
da  dözməkdən  başqa  çarəmiz  yoxdur!-Dinora  oğlu
üçün çay-çörək hazırlaya-hazırlaya dilləndi. 
-Atamdan nə xəbər?-Arman soruşdu.
-Bu  gün  zəng  etmişdi.  İki-üç  günə  gəlməlidir.
Rusiyada da qazanc yoxdur deyir. Var ee, amma deyir,
pul tikintidədir, o da çox ağırdır. Gərək çiynində əlli
kiloluq sement kisəsini dördüncü, beşinci mərtəbəyə
qaldırasan.  Çarəmiz  nədir,  deyir,  qaldırırıq,  ondan
sonra  da  gecə  səhərəcən  bədənimizin  hər  yeri
gizildəyir... Yoxdur dəəə, Allah bu yeri xaraba qoyub,
xeyir-bərəkət çəkilib göyə. Burda dolanışığımız yaxşı
olsaydı, atanın Rusiyada nə işi vardı... O gün atamla
danışdım.  Deyir:  Tiflisdə  də  dolanışıq  yaxşı  deyil.
Adamlar  yoxsulluqdan  əziyyət  çəkirlər.  Noolsun,
deyir, düzlük, demokratiya, qanun-qayda var, amma
pul yoxdur. Bir də deyir, gürcü qonşumuz bir neçə gün
öncə Bakıya getmişdi. Qayıdanda heyrətdən gözləri
bərəlmişdi.  Deyirmiş,  guya  Bakı  gözəllikdə  Pariji
ötüb. Hər yanda gözəl binalar tikilib, küçələr, parklar
salınıb. Şəhər, gecələr çil-çırağa qərq olur, baxanda
heyrətdən  adamın  ağzı  açıla  qalır,  hələ  musiqili
fəvvarələr!..  Adamlar  da,  deyir  keflə  yaşayırlar.
Hərənin də altında bir xarici maşın. Şəhərdə, deyir,
gözünə  nadir  hallarda  sovet-rus  maşını  dəyər.
Azərbaycan, deyir elə sürətlə inkişaf edir ki, heç elə
bil Ermənistanla müharibə aparan ölkə bu deyil. Allah
istəyir də türkləri. İstəməsəydi o boyda təbii sərvətləri
Zəka Vilayətoğlu
146


verməzdi ki, Azərbaycana... Kül bizimkilərin ağlına,
anlamaq  istəmirlər  ki, Allahın  istədiyi,  sevdiyi  bir
kəsə, bir ölkəyə pislik etmək, göyə daş atmaq kimi bir
şeydir... Kaş biz də türk doğulaydıq. Azərbaycan kimi
vətənimiz  olaydı!  -  Dinora  köks  ötürdü.  Türklər
dostluğa çox sadiqdirlər. Atamın, bilirsən nə qədər
türk dostları vardı?!.. Gürcüstanda türklər də çoxdur.
İndinin özündə atamla əlaqələri var. Görüşürlər, yeyib-
içirlər.  Əslində  onlar  atamı  bir  gürcü  zənn  edirlər.
Erməniliyini  bilsələr  belə,  inanmıram  ki,  dostluğa
dönük çıxsınlar.
Anası danışır, Arman acgözlüklə, iştaha ilə onun
süfrəyə düzdüyü yeməklərdən yeyir, özünə gəlirdi. Bu
altı  ay  ərzində  hansı  çətinliklərə,  aclığa-susuzluğa
tabladığını  yaxşı  bilirdi.  Çox  şeyləri  anasına  açıb
deməyi kişiliyinə sığışdırmırdı. Yaxın keçmişdə baş
verən dəhşətli hadisə onu lap sarsıtmışdı. Hərbidə baş
verən  dedovşina  gənc  əsgərləri  cana  doyurmuşdu.
Cana doyan bir əsgər iki əsgər yoldaşını güllələyib
öldürmüş,  sonra  bıçağını  çıxararaq,  öldürdüyü
əsgərlərin  cinsiyyət  orqanlarını  dibindən  üzərək,
onların qapanmış çənələrini, elə həmin bıçaqla ayırıb
öz ağızlarına soxmuşdu. Sonradan məlum olmuşdu ki,
həmin öldürülmüş əsgərlər, onları öldürən bu əsgəri
xəlvətdə zorlayıb alçaldıblarmış...
Arman  da  cana  doymuşdu.  Onu  bu  cür  alçalt-
masalar da, tez-tez təhqir edir, döyür, incidir, bəzən
yeməyini  də  əlindən  alıb  yeyirdilər.  Çoxdan  əsir
götürülmüş  və  illərdir  ki,  işgəncələr  içərisində
yaşatdıqları türk əsgərinin başına gətirilən müsibətlər
Armanın  göz  yaddaşında,  şüurunda  dərin  yaralar
açmışdı.  Özlüyündə  qət  etmişdi  ki,  onun  mənsub
olduğu erməni xalqı vəhşidən də vəhşidir.
Milena
147


Türk əsgərini o ki var döyür, incidirdilər. Halsız,
taqətsiz düşüb bayılaraq, yerə sərilmiş zavallının üz-
gözünü  murdarlayır,  sonda  buz  kimi  soyuq  suyu
sifətinə  çırpıb  ayıldır,  yenidən  əzab  verirdilər.  So-
nuncu  dəfə  əzablara  tablamayıb  bayılan  əsiri  daha
ayıltmaq mümkün olmamışdı. O, ölmüşdü... Bu cür
acı  bir  aqibəti  özünün  də  yaşaya  biləcəyi  ehtimalı
gecələr Armanın yuxusunu qaçırırdı. Hey bu haqda
düşünürdü, görəsən, bir gün əsir düşəsi olsa, türklər
də onun başına bu cür alçaq oyunları açardılarmı?..
Hərdən dəlicəsinə bir istək keçirdi könlündən-dağları,
dərələri  aşıb  könüllü  halda  türklərə  təslim  olmaq,
birdəfəlik ermənilərdən və ermənilikdən yaxa qurtar-
maq  istəyi.  Amma  qorxurdu.  Türklərə  də  inana
bilmirdi. Birdən türklər, onun güman etdiyi kimi hu-
manist,  rəhmli  olmadılar,  onda  necə  olsun?..  Qəfil
bıçağı siyirib, qoyun başı kimi onun başını bədənindən
üzsələr?!.. Bunları düşündükcə dəhşətə gəlirdi.
... Bir həftə sonra anası Dinora Armanın çantasına
suda soyutma bişirilmiş bütöv bir hünduşka, bir neçə
tərtəzə kürə çörəyi, pendir, donuz salası, bir neçə kilo
kartof,  bir  litr  meyvə  arağı  (əri  həmişə  cürbəcür
meyvələrdən  özləri  və  istəkli  qonaları  üçün  araq
hazırlayırdı)bir neçə qutu da siqaret qoydu. 
Arman  özü  çəkən  olmasa  da,  siqareti  əsgər
yoldaşlarına, arağı da komandirə verəcəkdi.
Çörəkləri Dinora öz kürələrində təzəcə bişirmişdi.
Təzə çörəyin xoş ətri adamı lap uzaqdan vurur, məst
edirdi. 
Oğlunu göz yaşları içərisində yola saldı Dinora.
Arman  anasının  yaşlı  gözlərinə  baxa-baxa  özü  də
kövrəldi  və  yola  düzəldi.  Gözdən  itənəcən  tez-tez
dönüb  arxaya  baxdı.  Kənddən  çıxıb  aramla  hərbi
Zəka Vilayətoğlu
148


hissələrinin  yerləşdiyi  uca  dağlara  doğru  səmt
götürdü. Az keçmiş, dərələrdən qalxan qas-qatı duman
hər yanı bürüdü. Bir addım irəlini görmək mümkün
deyildi. Get-gedə irəliləmək çətinləşirdi. Çiynindəki
ağır  çanta  da  anbaan  ağırlaşır, Armanın  arıq,  cılız
bədənini heydən salırdı.
Çox çətinliklə bir kilometrə yaxın yol getdi. Du-
manda  hara,  hansı  səmtə  getdiyinin,  artıq  fərqində
deyildi.  Gedirdi.  Hara  gedib  çıxacaqdı,  bir  Allah
bilirdi. Onu aparan öz qismətiydi: xoşbəxtliyəmi, acı
bir ölümün görüşünəmi, düşmən üstünəmi-bilmirdi.
Bir  bildiyi  o  idi  ki,  zirvəyə-dağların  başına  doğru
qalxır. Qatı dumanın çəkilməsini, seyrəlməsini arzu-
lasa da bu arzusu gerçəkləşənə oxşamırdı. Getdikcə
xoflanırdı. İçini bu qatı duman kimi bürüyən qara-
qorxunun, şübhələrin təsirindən ayaqları keyləşirdi.
Qorxulu düşüncələr biri-birini əvəzləyirdi: “Birdən
yolu  azıb  türklərin  postuna  gedib  çıxsa,..  görəsən,
aqibəti necə olacaq o zaman?..”
Allaha  ümidlə  irəliləyirdi.  Qəfildən  yad  dildə
“Tərpənmə!” sözünü eşitdi. Qorxu, vahimə içərisində
səs gələn tərəfə baxdı. Kimsəni görmədi. Səs bir də
eşidildi. O, dayandığı yerə mıxlanıb qaldı. Dumanı
yarıb çıxan avtomat lüləsini görüncə, qorxudan əsib-
titrəməyə başladı. Az sonra iki türk əsgəri onunla üz-
üzə  dayandı.  Biri  o  birinə  “İt  oğlu  dumanda  azana
oxşayır” - dedi. O biri əsgərsə: “Bilmək olmaz. Bunlar
yalquzaq  kimi  dumanda,  çəndə  hücuma  keçirlər!”-
dedi. 
Arman  bir  şey  anlamadı  və  əllərini  qaldırıb
yalvardı, aman dilədi. Nə demək istədiyini anlamayan
türk əsgərləri onun, sadəcə yalvardığını hiss etdilər və
yenə də onlardan biri “Yeri, orda anlaşarıq!”-deyərək,
Milena
149


avtomatın lüləsini Armanın kürəyinə dayadı. Arman
titrəyə-titrəyə  göstərilən  istiqamətdə  irəlilədi.  Bir
qədər sonra Azərbaycan hərbi qüvvələrinin yerləşdiyi
hissəyə gəlib çıxdılar. 
Armanı komandirin hüzuruna gətirdilər. Sorğu-sual
başlandı. Tərcüməçi komandirin sorularını Armana
anlatdı: “Bizim tərəflərə gəlməkdə məqsədin nədir?..
Hardan, kimlər tərəfindən göndərilmisən?.. Düzünü
desən, səni incitməyəcəyik!..”.
Əsgərlərdən bir neçəsi Armana qanlı-qanlı baxırdı.
Bunu Arman özü də görürdü. Amma mərhəmət hissi,
yaranışdan  üzlərinin  ən  gözəl  ifadəsi  olanlar  da  az
deyildi və elə komandirin özü də bu adamlardan idi.
Arman birtəhər özünü ələ alıb, qəfil ağlına gələnləri
komandirə  söylədi:  “Məni  bura-sizin  yanınıza  ko-
mandirimiz  Ovanes  Marqaryan  göndərdi...  Bu
çantadakı  ərzaq  şeylərini  də  onun  əmri  ilə  sizə
gətirmişəm. Bu gün komandirimizin ad günüdür...” 
Tərcüməçi deyilənləri türk komandirinə anladınca
komandir, Armana çantasını açmaq üçün icazə verdi.
Arman  həyəcanla,  yenə  də  əlləri,  barmaqları
titrəyə-titrəyə çantasını açıb, içərisindən əvvəlcə, hələ
tam soyumamış təzə, ətrili kürə çörəklərini, qəşəng
bişmiş  bütöv  hinduşkanı,  bir  litr  meyvə  arağını  və
digər    şeyləri  bir-bir  çıxarıb  komandirin  qarşısına
qoydu.
Komandir maraqla, təəccüblə Armana və çantadan
çıxardıqlarına baxıb istehzayla gülümsədi və soruşdu: 
-Tutaq ki, söylədiklərin doğrudur,.. yaxşı, inandıq.
Komandiriniz bununla nə demək istəyir?
-O söylədi ki, biz dostluğun tərəfdarıyıq. Heç ol-
masa bircə günlük düşmənliyimizi unudaq, birlikdə
olmasa da, dağın o üzündə biz, bu üzündə də siz, bu
Zəka Vilayətoğlu
150


dostluğun  şərəfinə  yeyib-içək!-Armanın  sürətlə
işləyən ağlı onu yenə də məəttəl qoymadı.
Komandir, zəhərli olub-olmayacağından öncə təzə
bişirilmiş  və  hələ  də  gözəl  ətri,  qoxusu  üstündən
getməmiş  çörəyə,  müqəddəs  nemətə  baxdı.  Bu
müqəddəs  nemətin  müqəddəsliyi  qarşısında  əriyib
mum tək yumşaldı. “Çörək Qurandan irəlidir” deyi-
mini xatırladı. Sanki qarşısındakı təkcə çörək deyil,
anası  idi,  vətəni,  torpağı,  eli-obası  idi.  Bu  boyda
müqəddəslikdən sonra neyləyəcəyini, nə deyəcəyini
əvvəl-əvvəl kəsdirə bilmədi. Sonra arıq, cələfsiz, üz-
gözündən heç də əzazil, qaniçən bir erməni faşistinə,
erməni  daşnağına  bənzəməyən  Armana  baxdı.
Nəhayət,  əsgərlərdən  bir  neçəsini  yanına  çağırıb,
Armanı gətirdikləri kimi də aparıb öz ermənilərinə
tərəf ötürmələrini, insanlıq, ədalət, mərhəmət hissləri
naminə  barmaqlarının  ucuyla  olsun  belə  ona
toxunmamalarını tapşırdı.
Erməni  hərbi  qüvvələrinin  yerləşdiyi  hissəyə  az
qalmış türk əsgərləri Armanı sərbəst buraxıb geriyə
qayıtdılar.
Arman  bir  qayanın  başında  oturub,  sevincdən,
həyəcandan sinəsində duruş gətirməyən ürəyinin üstə
qoydu əlini. Sanki, ağlayan bir körpəni ovudurmuş
kimi  ürəyini  tumarlayıb,  ovutmaq,  sakitləşdirmək
istəyirdi. Ürəyi sinəsinə sığmırdı. Arman ağlayırdı.
Hıçqırıqlar,  hönkürtülər  də  sakitləşdirmirdi  onu.
Ürəyindəki sevinc yüz dərəcə istidə poqqurhapoqqur
qaynayan  su,  çaydanın  qapağını  atıb-tutduğu  kimi,
onun ürəyini, bütün bədənini atıb-tuturdu.
Arman, 
Türkün 
böyüklüyünə, 
rəhminə,
mərhəmətinə  səcdə  qılmaq,  bu  böyüklük,  əzəmət
qarşısında  dönə-dönə  əyilmək,  təzədən  geriyə
Milena
151


qayıdaraq, onlara təslim olmaq, “mən də sizlərdənəm,
məni  də  türklüyə  qəbul  edin,  mən  nifrət  edirəm
ermənilərə də, erməniliyə də!..” söyləmək istəyirdi.
Birdən  anladı  ki,  ona  verilən  azadlıq,  istirahət
müddətinin başa çatmasından dörd saat vaxt keçib. Bu
geçikmə  heç  şübhəsiz  onunçün  yaxşı  nəticələn -
məyəcəkdi. Amma qorxusu çox çəkmədi. Uzaqbaşı bir
neçə günlük həbslə cəzalandıracaqdılar. Xoşbəxtlik
onda  idi  ki,  ağlı  vaxtında  işləmiş,  onun  köməyinə
gəlmiş və o, türk əsirliyindən, ağlı, fərasəti, bir də
türkün mərhəməti hesabına qurtulmuşdu.
Ürəyi hələ də rahatlanmaq bilmirdi. İçində tüğyan
edən sevinci onu haldan-hala salır, get-gedə qorxunc
bir şeyə çevrilirdi...
...Çox  çətinliklə  də  olsa  özünü  hərbi  hissələrinə
çatdırdı  və  komandirin  sorğularına  cavab  vermək,
başına gələnləri anlatmaq istərkən içində bir partlayış
hiss  etdi.  Bu  partlayışın  səsini  yalnız  özü  eşitdi.
Həmən anda da tirtap yerə sərildi...    
Sevincindən ürəyi partlamışdı...
Zəka Vilayətoğlu
152


İşıqlı yazılar
O illəri tutqun halda xatırlayıram, mənə elə gəlir
bunun əsas səbəbi aradan bunca illər keçməsində yox,
o  illərin,  günlərin  özünün  tutqun  və  dumanlı
olmasındadır.  Bakıda  bir  məyusluq  ab-havası
dolaşırdı, təkcə adamlar yox, ədəbiyyatı yaradanlar da
ədəbiyyatdan üz çevirmişdilər. Amma hər halda bu
tutqun günlərlə bağlı da işıqlı xatirələim var. «Ulduz»
jurnalı o tutqun günlərlə uyuşmayacaq tərzdə işıqlı
çıxırdı, rəsmləri, yeni müəllifləri və yeni yazıları ilə.
O cümlədən Ələkbər Salahzadə məni də çap eləyirdi
və  ilk  dəfə  də  Zəka  Vilayətoğlunun  adını  ondan
eşitdim.
Yazılarını  da  oxudum,  işıqlı,  səmimi  yazılardı,
bəzən bu yazılardakı işıq hətta məni heyrətləndirirdi
də.  Müəllif  kənddən  gətirdiyi  saflığı,  təmizliyi
qoruyub saxlaya bilmişdi və bu onun yazılarında da
özünü biruzə verirdi. Mövzu bol idi, yazılarda güclü,
hələ yazıçının özünə ram edə bilmədiyi enerji aşıb
daşırdı və hardasa bu yazılar mənə doğma idi, vaxtı
ilə ilk gənclik illərimdə birnəfəsə yazdığım, üzərində
baş sındırmadığım, mənasına, üslubuna fikir vermə -
diyim yazıları mənə xatırladırdı.
Sonra özü ilə də tanış oldum. Yazılar müəlliflərinə
oxşayırlar.  Mənim  qənaətim  belədir.  Yazıları  kimi
səmimi,  saf,  işıqlı  idi.  Maraqlı  həmsöhbət  idi,  Bir
yerdə  qərar  tuta  bilməsəm  də,  az  qala  hər  yerdə
darıxsam da, onunla darıxmırdım. Yazıları qədər  özü
də mənim üçün maraqlı idi. 
Burdaca xatırladım ki, Zəka Vilyaətoğlu həm də
müğənnidir. Təbii,    bu  ona  yazıları  üzərində  bütün
Milena
153


gücü, imkanı daxilində işləməyə imkan vermir. Vaxt
aparır,  uzun  müddətə  yazıdan  ayrılandan  sonra
yenidən yazmaq vərdişini, alışqanlığını bərpa eləmək
asan olmur, diqqətini müxtəlif sahələrdə cəmləməli
olursan. Amma bunun yaxşı tərəfləri də var,  ölkəni və
digər ölkələri gəzib dolaşır, saysız-hesabsız adamlarla
rastlaşır, müxtəlif vəziyyətlərə düşür və bunların heç
biri də yazıçı   yaddaşında izsiz ötüşmür. Arxalarınca
sonradan  canlandırılacaq,  şifrələri  çözüləcək  izlər
buraxırlar.
Zəka Vilayətoğlunun ədəbiyyatdakı uğurları məncə
onun gözünü açıb əhatəsində kitabları görməsidir. O
dövrün əyalət uşaqları kimi o da oxumağa aludə olub,
ilk oxuduqları  təsirsiz ötüşməyib, yaddaşında dərin
izlər buraxıb. Əyalət həyatının qaynarlığı, rastlaşdığı,
gördüyü  bənzərsiz  əyalət  adamları,  saf,  bənzərsiz,
sadəlövh  və duyğusal kənd həyatı,   oxuduqları, sonra
gəzdikləri gördükləri,   təxəyyülündə əks olunub başqa
mənzərələrdə, lövhələrdə üzə çıxıb. Onun işi də bu
lövhələri,  mənzərələri  çəkmək  olub.  Necə  çəkib,
yaxşımı,  pismi,  düşünürəm  bunu  oxucular  desələr
yaxşıdı, mənə qalarsa,  bənzərsiz çəkib. Bir kimsəni
təkrarlamayıb. Qələmlər, fırçalar, kağızlar, kətanlar
eynidir, insanlar və istedadlar müxtəlifdir, amma bu
müxtəlif  insanlar  və  istedadlar  bəzən  insanı
heyrətləndirəcək qədər bir-birlərini təkrarlayır, eyni
əsərlər qoyurlar ortalığa. Bu mənada Zəka Vilayətoğlu
istisnadır.  Yazıçı  üçün  də  bu  əsas  şərtdir.  Kimisə
təkrarlamamaq, özünü yazmaq, öz sözünü yazmaq. 
O, özünü yazır, öz sözünü yazır. 
Nə  onun  yazıçılığını,  nə  də  müğənniliyini  önə
çəkmək istəyirəm, nə də hansınasa  daha çox önəm
vermək niyətindəyəm, heç Zəka da qənaətimcə bunları
Zəka Vilayətoğlu
154


ayırmaq, hansınısa seçmək və dəyərləndirmək niyə -
tindən uzaqdır.
Sadəcə sənəti ona gəzmək şansı verib. 
Az  qala  dünyanını  yarısını  əhatə  eləyən  keçmiş
imperiyanı gəzir, dolaşır, toylarlda, şənliklərdə iştirak
eləyir. Sonda bütün dünyanı dolaşıb öz tütün kisəsini
axtaran, amma heç yerdə tapa bilməyən  və nəhayət
yorulandan  sonra  geri  qayıdıb  tütün  kisəsini  öz
komasının kandarında tapan matros kimi geri qayıdır.
Öz vətəninə, öz evinə. Mahnılarla yoldaşlıq elədiyi,
səfərə çıxdığı, birlikdə olduğu günlərin yerini yazılarla
yoldaşlıq elədiyi günlər tutur.  
Zəka  Vilayətoğlu  tutqun  və  qaşqabaqlı,  səması
qurğuşun rəngində olan, üfüqlərində həmişə qətran
qoxuyan şam, küknar meşələri ilğımlanan Rusiyanı
gəzib  dolaşır,  mahnıları  soyuq,  seyrək  otlu,  sarı
torpaqlı rus çöllərinə səpələnir. Onu hər yerdə dinləyir,
eşidir, ona qulaq asırlar.
Yazılarıyla  da  günlərin  birində  elə  o  cür  səfərə
çıxacaq. Mahnıları ilə qazandığı uğuru yazıları idə də
qazanacaq. Mən buna əminəm. Yazıları ilə tanışlığım
mənə belə deməyə əsas verir.
Yuxarıda xatırlatdım, Zəkanın yazılarını «Ulduz»
da çap olunandan üzübəri oxumuşam, sonra kitablarını
da oxudum, yeni yazıları ilə də tanış oldum, bu kimi
yeni,  səmimi  yazıları  və  müəllifləri  kəşf  eləyəndə
sözün  əsl  mənasında  o  yazıların  özü  kimi  işığa
bürünən  dostum  Nərimanla  bu  yazıları  bir  xeyli
müzakirə də elədik.
Bu kitaba toplanan povest və hekayələr Zəkanın
yaradıcılığında  uğur  hesab  eləmək  olar,  bu  yazılar
artıq  bütün  axtarışları,  tərəddüdləri  geridə  qoymuş
hadisələri inamla və arxayın idarə eləyə bilən yazıçı
Milena
155


qələminin məhsuludur. 
“Milena”  povestinin  qəhrəmanı  rəssamdır.
Körpəliyindən istedadlı uşaq olduğu hiss olunur, ağac
parçalarından   adam, müxtəlif mətbəx əşyaları, gəmi
düzəldir,  kağız  üzərində  cürbəcür  şəkillər,  rəsmlər
çəkir. Əsgəriliyini Rusiyada çəkir və Milena adlı tatar
qızı ilə evlənib orda da qalır. Lakin günlərin birində
kənddən  məktub  alır,  məktubda  babasının  artıq
öldüyünü və nənəsinin də ölüm ayağında olduğunu
yazırlar. Bu məktubla da onun bütün həyatı dəyişir.
Geri  qayıdır,  vətəndə  evlənir,  amma  bu  evlilik
uğursuz olur, yenidən Rusiyaya üz tutur. Milenanın
xatirəsi ona rahatlıq vermir, beləcə bir rəssamın, ilk
sevgisini unuda bilməyən insanın qürbət yolçuluğu,
qürbət hayatı başlayır…
Digər  povestlər  də,  bu  kitaba  toplanmış  heka -
yələrinin də  həm maraqlı süjet baxımından, həm də
səmimi, təbii yazı üslubuna görə oxucular üçün maraq
doğuracağına şübhə eləmirəm.  
Zəka yazılarında daima narahatdır, özünü axtarır,
özünün  reallıqda  müğənni  kimi  getdiyi  yolları,
təxəyyülündə müğənni kimi, rəsam kimi, yazıçı kimi
gedir, reallıqda yaşadığı həyatı iş adamı kimi, qürbət
həyatı  yaşayan  həmyerliləri  kimi  yaşayır.  Sonra
yaşadıqlarını,  duyduqlarını,  hiss  elədiklərini,
gördüklərini,  bildiklərini  təxəyyülün  süzgəcindən
keçirib  kağızlara  köçürür.  Əsl  yaradıcılıq  əzabı
başlayır.
Bəzən  mənə  elə  gəlir  Zəka  ən  gözəl  yazılarını
müğənniliyə son qoyandan sonra yazacaq. Bəs qədər
vaxtı  olacaq.  Diqqəti  başqa  yerlərdə  qalmayacaq.
İstedadını  bütünlüklə  yazı  üzərində  cəmləşdirə
biləcək.
Zəka Vilayətoğlu
156


Bəzənsə  düşünürəm,  müğənniliyə  son  qoyarsa,
yazıçılığa da son qoyacaq.
Bir mahnı oxumadığı günlər bir cümlə də yazma -
yacaq. 
İnsan həyatı qəribədir. Yazıçı həyatı isə başdan-
başa qəribəliklərlə doludur. Yazmaq üçün ona stimul
verən  oxumağı,  müğənniliyidir,  oxumağı  üçün,  bir
müğənni  kimi    ölkəni  və  ölkənin  sərhədlərindən
kənarda kənd-kənd, şəhər-şəhər dolaşmağa məcbur
eləyən də yazıçılığıdır.
Bunların  biri  olmadan  onu  təsəvvür  eləmək
çətindir. Yenicə tərcümə elədiyim  «Mən öldürürəm»
romanının müəllifi, italyan yazıçısı Giergio Faletti də
məşhur müğənni olub və elə ilk yazdığı bu romanıyla
da dünya şöhrəti qazanıb. Əslində onun belə gözəl
roman yazmasının səbəbi musiqini duya bilməsi kimi,
yazını da duya bilməsi olub.
Zəka da musiqini duya bildiyi kimi,  yazını da duya
bilir. 
Zəkanın  da  bir  yazıçı  kimi  şöhrətinin  ölkə  sər -
hədlərinin hüdudlarını aşacağına əminəm.
Aslan Quliyev,
yazıçı.
Milena
157


Kitabın içindəkilər
Povestlər
Milena ............................................................... 5
Bağışlayın, cənab... ......................................... 69
Həkayələr
Külqabı ......................................................... 107
Skripkaçı ....................................................... 128
Armanın ölümü ............................................. 144
İşıqlı yazılar .................................................. 153
158


Nəşriyyatın direktoru: 
Əlirza SAYILOV
“Milena”
Бакы, “Араз” няшриййаты – 2013 
Kompüter tərtibatçısı:
Murad Hacıbabayev


Йыьылмаьа верилмишдир: 13.07.2013          
Чапа имзаланмышдыр:  30.08.2013
Каьыз форматы: 60х84 1/16
Шярти чап вяряги: 11
Учот няшр вяряги: 10
Сифариш: 37
Сайы: 500
Qiyməti 5 AZN
“Араз” няшриййатынын мятбяясиндя 
чап олунмушдур
Бакы, Мятбуат
проспекти
Тел: 432-34-82
НЯшриййАòЫ
АрАз”

Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə