Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə2/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   2   3   4   5   6   7   8   9   ...   36

-Buyurun, buyurun!-həyəcanla dedi.
Qız rəsmə diqqətlə tamaşa etdi, heyrətlə içini çəkdi:
-Ah! Necə də gözəl çəkmisiniz!.. Mən sizi bir neçə
gündür izləyir, hər gün burda görürdüm. Maraqdan
boğulurdum, amma yaxınlaşmağa ehtiyat edirdim. Bu
günsə özümü heç cür saxlaya bilmədim. 
-Bəyəndinizsə, onu sizə bağışlaya bilərəm!-dedi.
-Rəssamlıq sənətini çox sevirəm. Heyif ki, özüm
heç  nə  çəkə  bilmirəm,-qız,  Eynarın  uşağa  diqqətlə
baxdığını görüb dedi:
-Qonşumuzun  uşağıdır.  Çox  istəyirəm  onu,  çox
şirin uşaqdır. Hər gün birlikdə buralarda gəzişirik.
-Hə, ağıllı uşağa oxşayır.
-Mənim də rəsmimi çəkə bilərsiniz?
-Okanın  fonunda,  bilirsiniz,  necə  möhtəşəm  bir
əsər yarana bilər?
-İndi çəkə bilərsiniz?-qız sadəlövhlüklə soruşdu.
-İndiii?..  Bəlkə  sabahdan  başlayaq!-Eynar  qızla
keçən bu şirin anların ömrünü uzatmağa, ona bir az da
yaxından bələd olmağa çalışdı.
-Sabah?!.. Olsun, bir az da özümə bəzək-düzək vu-
raram.
-Gərək deyil. Bu sadə geyimdə daha qəşəng alınar
rəsminiz.
-Deyəsən, başqa şəhərdən gəlmisiniz?
-Hə...
-Siz də tatarsınız?
-Xeyr.
-Çoxdan bizim şəhərdə yaşayırsınız?
-Xeyli vaxtdır.
-Səyahətə gəlmisiniz yəqin!
Zəka Vilayətoğlu
8


-Yox. Bu yerlər mənim çox xoşuma gəlir. Ömürlük
burda  yaşamaq  fikrim  var...  Okayla  Volqanın
qovuşmasını  seyr  etməkdən  doymuram.  Bu
gözəllikləri  incəliklərinə  qədər  kətana  köçürə
bilsəydim...
-Evlisiniz?
-Yox... 
-Hımm.
-Adınızı bilmək olaaar?-Eynar soruşdu.
-Milena... Adım  tatar  adı  olmasa  da,  özüm  tatar
qızıyam... Bağışlayın, vaxtınızı aldım... Biz yaxınlıqda
yaşayırıq.  Hava  mülayim  olanda  çay  qırağına
gəzməyə  gəlirəm.  Sulara  tamaşa  etmək  mənə  də
böyük  zövq  verir,  -  qız  onun  nə  deyəcəyini
gözləmədən, uşağın əlindən tutub arxasınca dartdı:
“Gedək,  Mişa”-dedi  və  birdən  arxaya  dönüb
mehribanlıqla Eynara baxdı və soruşdu:
-Sizin adınız nədir?
-Eynar.
-Eynar?.. Maraqlıdır!.. Rəssam Eynar. Çox şadam.
-Mən də.
-Sağlıqla qalın!-qız getmək istərkən, Eynar arxadan
səsləndi:
-Milena!
-Buyurun!
-Milena... Adınız çox gözəl səslənir!.. 
-Hə, mənə də elə gəlir. Deyəsən, doğrudan da gözəl
addır!.. 
Qız daha bir söz demədi, arxasına baxmadan çıxıb
getdi. O isə öz-özünə səsləndi: “Gözəldir! Özü də, adı
da  gözəldir!  Rəsmi  də  gözəl  alınacaq!..  Görəsən,
Milena
9


sabah, həqiqətən gələcəkmi, ya bir söz idi dedi?”
Milena ağlını alıb aparmışdı. Yenidən nəsə çəkmək
həvəsi qalmamışdı. Burdan çıxıb restorana yollanmaq,
şərab  içmək  keçdi  könlündən  və  bütün  varlığına
hakim kəsilmiş mübhəm və qaynar hisslər içində şosse
yoluna doğru irəlilədi...
Milena  mordva  tatarlarından  idi.  Gözəl  olduğu
qədər də mədəni və ağıllı qız idi. Onun bu cəhətləri
Eynarı ilk görüşdən cəlb etmişdi. Gördüyü gündən də
onunla  evlənmək  arzusu  ona  rahatlıq  verməmişdi.
Milenanın  arzusuna  rəğmən  onun  Okanın  fonunda
çəkdiyi  gözəl  rəsmi  onları  biri-birinə  daha  da
yaxınlaşdırmışdı və lap sonda bu, onların mübarək
evliliyi ilə sonuclandı. Amma bu evlilik qeyri-qanuni
idi.  Onlar  üçün  ən  böyük  və  pozulmaz  qanun  biri-
birinə olan böyük məhəbbətləri idi...
Onların qeyri-qanuni nigahlarından bir qız uşağı
gəldi dünyaya. Adını, Milenanın istəyilə Kristina qoy-
dular. Bununla da biri-birinə bağlılıqları və sevgiləri
daha da gücləndi. Bu böyük sevgi, fərəhli günlər və
daha nələr, nələr Eynarın başını elə qatdı ki, geriyə-
nənəsinin yanına, ata yurduna qayıtmağı birdəfəlik
unutdu.
Bir  gün  vətəndən  məktub  aldı.  Məktubu  yaxın
qonşuları  yazmışdı.  Məktubda  babasının  çoxdan
öldüyünü,  nənəsinin  də  ölüm  ayağında  olduğunu,
onun bir vaxtlar çəkdiyi şəkli (nənəsiylə babasının
şəkli) sinəsinə basaraq, ağladığını və onu arzuladığını,
son nəfəsdə onu görmək istədiyini yazırdı qonşuları.
Bu  yazılanlar  onu  çox  sarsıtdı.  Elə  bil  indicə  bu
dünyada   sevimli babası və nənəsinin olduğu yadına
Zəka Vilayətoğlu
10


düşdü. Gör neçə illərdir ki, onları atıb gedib. Bu dəfə
çox gözləmədi. Bir neçə gün sonra tatar qızını, tezliklə
geriyə  dönəcəyinə  inandırıb  kəndə  qayıtdı.  Amma
kəndə  qayıtdığı  gün  nənəsini  dəfn  eləmişdilər.
Doğmalarının qəbrini ziyarət etməklə təskinlik tapdı.
Bundan  sonra  hansı  sehirli  bir  qüvvəsə  (bəlkə  ata-
anasının, nənə-babasının ruhları) onu geriyə dönmək,
yenidən  qürbətə  üz  tutub,  ömürlük  orda  yaşamaq
fikrindən  daşındırdı.  Tatar  qızını  inandırıb,  ona,
tezliklə qayıdacağı vədini versə də, doğma yurd bir
daha onu uzaqlara buraxmadı. Yaxın qohum-əqrəbası
onun tezliklə evlənməsini istəyir, ata ocağını sönməyə
qoymamasını  deyir,  təzədən  Nijni-Novqoroda
qayıtmaq fikrindən daşındırmağa çalışırdılar. “Soğan-
çörək ye, amma vətənində ol” deyib Rusiyaya gedən
acı  taleli  bir  çox  həmvətənlərindən  yüz  cür    misal
çəkirdilər.  O  qədər  dedilər,  danışdılar,  axır  onda
evlənmək həvəsi oyatdılar. Bu isə elə də  asan məsələ
deyildi.  Yaşı otuzu çoxdan keçmişdi. Kəndin cavan,
qəşəng qızlarının hamısı ərə getmişdi. Evdə qarıyıb
qalanlar da vardı, ancaq heç biri onun könlüncə de -
yildi. Düzdü, xoşuna gələn bir qız   vardı, onu da ona
vermədilər.  Üzünə  deməsələr  də  daldada  çox  söz
dedilər: “Rusiyanın azğın çöllərində, Nataşalarla gün
keçirmiş birisinə veriləsi qızımız yoxdur”. Son anda
qohum-qonşunun  təkidi  ilə  uzaq  qohumlarından
birinin  qızıyla  evləndi.  Evləndiyi  qızın  kimliyinin,
necəliyinin, sanki fərqi yox idi onunçün. Elə bil nitqini
də, gözlərini də   bağlamışdılar. 
Evləndiyi  qız  ondan  üç  yaş  böyük  idi.  Bunu
evləndikdən sonra bildi. Üstəgəl, evdə qarıyıb qalmış
Milena
11


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə