Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə6/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   2   3   4   5   6   7   8   9   ...   36

-Deyin!
-Burun  çəpərində  əyrilik  olduğundan,  yatarkən
bərk xoruldayanam, ona görə də yad adam yanında
yatmaqdan utanıram!
-Mən  deməzdim.  Burnunuz  da  çox  yaraşıqlıdır.
Əyrilik-filan dəymir gözə.
-Çox sağ olun! Siz hədsiz mehriban adamsınız!..
-Yatın, çəkinməyin, utanmayın! Təbii haldır!.. Mən
özüm  də  sizdən  geri  qalan  deyiləm.  Burda  xorul-
dasam, xorultum ən sonuncu vaqonda eşidilər,-güldü.
Qadın da şaqqanaq çəkdi.
-Zarafatcıl adamsınız, aaa!
-Uzaq yolunku zarafat, deyib-gülməkdir!..
-Deyirsiz, yataq hə?
-Necə istəyirsiniz?!-
-Bəlkə,..-qadın  nəsə  demək  istədisə  də  o,  aman
vermədi.
-Siz  yatın,  mən  bir  azdan  qayıdacam!-qadına
rahatlıq vermək üçün bayıra çıxdı.
-Hara gedirsiz?.. Bəlkə... Məni tək buraxmayın...
Siz  çox  yapışıqlı  adamsınız.  Adam  sizinlə  heç
darıxmaz!..
-Sağ olun, siz mənim ən gözəl əsərim olacaqsınız!-
dedi  və  bayaqkı  mənzərə  gözləri  önündə  təkrar
canlandı. Sanki, artıq nə vaxtsa çəkəcəyi rəsm hazır
idi... Qatar, super vaqon, içərinin zəif işığında döşləri
açıq, yarıçılpaq qadın rəsmi...
-Nəəə,  əriniz  olacam?..  Siz  nə  danışırsız?-qadın
yerindən dik atıldı, ucadan gülüb, təəccüblə Eynara
baxdı. 
-Siz  nə  danışırsınız?..  Ər  nədir,  mən  əsərdən
Zəka Vilayətoğlu
24


danışıram. Siz   maraqlı insansınız. Nə vaxtsa mənim
ən gözəl rəsm əsərim olacağınıza inanıram!
-Doğrudaaan?..  Yəni,  siz  mənim  haqqımda  nə
vaxtsa düşünəcək, məni xatırlayacaqsınız?!..
-Əlbəttə...  Ətirlərinizlə  birgə  çəkəcəm  sizi.  Sizi
yenidən gözəl çəkmək üçün zamana ehtiyac var. Bir
müddət  sonra,  yaddaşıma  həkk  olunmuş  surətinizə
təzədən baxmalıyam..
-Kaş adamın sizin kimi bir rəssam əri, ya da eləcə
sevgilisi  olaydı-gecə-gündüz  ən  gözəl  pozalarda
şəklini  çəkdirəydi!..  Mənim  ərim  külbaş,  bir  kişi
olmadı. Rus bomjlarından fərqi yox idi. Orda-burda
içir, yallanır, küçələrdə sərilib yatır, ağzını, dodaqlarını
it-pişik yalayırdı. Axırda da, bir gün öz əyyaş, səfil
dostları, bilinməyən bir səbəb üzündən onu ağacdan
asdılar... İndi qalmışam tək. Mənim də cavan canım
Bakı-Moskva aralığında çürüyür,-qadın kövrəldi.
-Sıxmayın ürəyinizi!.. Unudun hər şeyi!.. Mənim
də  həyatımda  çox  acılar  olub!  Amma  incələmək,
xırdalamaq, məncə mənasızdır. İndən sonrakı həyatı
mənalı  yaşamağa  çalışmaq  lazımdır!..  Siz
yatın,dincəlin, mən bir azdan qayıdacam!-qadından
ayrılıb vaqon restorana yollandı. İçmək istəyirdi...
Restorana  daxil  olub  bir  tərəfdə  əyləşdi. Yuxarı
başda bir neçə rus əsgəri əyləşib yeyir-içirdi. Başqa
bir əsgər isə onlar üçün gitara çalır, gözəl nəğmələr
oxuyur, onları əyləndirirdi.
Şişmanqarınlı bir kişi ona tərəf gəldi. Restoranın
müdiri idi. Yaxınlaşıb salamlaşdı. Nə yeyib-içəcəyini
bilmək istədi. Diqqətlə irigövdəli,   çal bığlı, gülərüz
müdirə baxdı. Restorandakı kondisioner sərinliyinin
Milena
25


ona  dəxli  yox  idi,  deyəsən;  möhkəm  tərləmişdi.
Alnının qırışları arasında tumurcuqlanan tər damlası,
dağ döşündəki dolayı cığırlarla üzüaşağı enən yorğun
yolçuya bənzəyirdi.
-Bir şüşə araq, iki şiş kabab,- astadan dedi.
-Aynur, ordan bir araq, iki şiş kabab, qonağımız
üçün!-restoran  müdiri  köməkçi  qadına  ucadan
səsləndi. Təzədən üzünü Eynara tutub zarafatla dedi:
-Çox içmişəm, yoxsa sizə yoldaşlıq edərdim!
Eynar, sadəcə gülümsədi və müdirin onu nə vaxt
sərbəst buraxacağını gözlədi...
Qadının yanına iki saatdan sonra qayıtdı. Sərxoş
idi. Birdən-birə ürəyində qadına qarşı dəli bir ehtiras
baş qaldırmışdı. Yol uzunu qadının ona atdığı eyham-
lardan  çox  şey  anlasa  da,  yalnız  içəndən  sonra
cəsarətləndiyini  hiss  edib,  qızmış  nər  kimi  özünü
vaqona saldı. Qadının yatdığını güman etsə də, onu
vaqonda  görməyəndə  çaşıb  qaldı.  Ora-bura  çox
boylandı.  Qadın  yox  idi. Yatağının  altda  gizlətdiyi
kiçik çamadanının yerində olduğunu görüb rahatlandı.
Açıb baxdı; noutbook, fotoaparat və rəssam fırçası-
hər  şey  yerində  idi.  Gözləri  stol  üstündəki  qutuya-
qadın ətrinə və bir parça kağıza sataşdı. Kağızda nəsə
yazılmışdı.  Götürüb  oxudu.  Kiril  əlifbası  ilə
yazılmışdı: “Şans hər adama bir dəfə verilir... Şəklə
görə çox sağ olun!.. Bu ətri də istədiyiniz bir xanıma
məndən hədiyyə olaraq, verərsiniz! Sizi heç vaxt unut -
mayacam!..”  Kağız  əlində  ağrıyla  düşündü:  “Həə.
Görünür, mənim taleyimə də bu cür yazılıb; bir parça
kağızda nələrsə yazırlar və sonra tərk edirlər!..”
Qatar çox keçmədən Moskva dəmiryol vağzalında
Zəka Vilayətoğlu
26


dayanıb  sonuncu  dəfə  bərk  fısıldadı.  Çemodanını
götürüb qatardan düşdü. Narın yağış yağırdı. Üzünə
dəyən yağış damcılarından həzz alaraq, şəhərə çıxış
qapısına doğru irəlilədi. Yan-yörəsində qır-saqqız olub
yaxasından yapışan taksi sürücülərindən yaxa qurtar-
maq  üçün  addımlarını  yeyinlətdi.  Düşündü  ki,
dünyanın hər yerində, deyəsən taksi sürücüləri bu cür
həyasız  olurlar.  Qəbul  edə  bilmirdi  bu  həyasızlığı.
“Səndən  bir  şey  haqda  soruşmasalar,  dinmə,  toy
toğlusu kimi özünü ortalığa atma” prinsipilə yaşamışdı
hər zaman.
Vağzaldan  çıxdı.  Əzəmətli,  nəhəng  şəhərin
möhtəşəm binalarını seyr etdi. Yağışlı təmiz havanı
doyunca  ciyərlərinə  çəkdi.  Burda-açıq  havada  çox
dayansa,  tamam  islanacağını  anlayıb,  yaxınlıqda
dayanan  taksilərdən  birinə  yaxınlaşdı.  Cavan  bir
sürücü maşında əyləşib müştəri gözləyirdi. Qəribədir;
əksər  taksi  sürücülərindən  fərqli  olaraq,  o,
həyasızcasına  irəli  atılıb,  boş-boş  çənə  yormur,
müştərinin zəhləsini tökmürdü.
-Salam!..  Siz  məni,  bir  gecəsi  əlli  dollara  olan
otellərdən  birinə  apara  bilərsiniz?-sadəlövhcəsinə
soruşdu.
-Əlli  dollara  otel?!..  İnanmıram,  bu  qiymətə
mərkəzdə  otel  olsun!..  Siz  belə  bir  oteli  ancaq
Moskvaətrafı rayonlarda tapa bilərsiniz!.. Aaa, yadıma
düşdü!..  Əyləşin,  birini  tanıyıram,  indi  apararam!-
sürücü dedi.
Sürücünün simasında bir şirinlik, mülayimlik vardı.
Həyatın    hələ  onu  korlamadığı  hiss  olunurdu.
Davranışından   mədəni adam təsiri bağışlayırdı. Yaşı
Milena
27


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə