Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə4/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   2   3   4   5   6   7   8   9   ...   36

hissiyyatsız, küt, ruhsuz bir adam idi. Evliliklərinin ilk
günündə hiss etmişdi bunu. Duymuşdu ki, adi, sadə
kənd qızlarından olan arvadı, əksər kənd qızlarından
fərqli olaraq, kənddə yaşamağa, kənd kişilərinə aid
olan  ağır  işlərlə  məşğul  olmağa,  çoxlu  mal-qara,
qoyun-quzu bəsləməyə, ot  çalmağa, taya vurmağa
daha çox meyillidir. Şəhərdə lap kasıb yaşadıqları za-
manlarda da tez-tez deyirdi ki, gedib kənddə mal-qara
saxlasaq,  burdakından  daha  yaxşı  yaşayarıq.  Bu
səbəbdən də arvadına, arvad kimi yox, sadəcə bir yük
atı kimi baxırdı. Kənddə ağsaqqallar həmişə deyərdi
ki, filan at yük atıdır, filan at minik. Deməli, onun
bəxtinə, doğrudan da, arvad yox, ağır yerişli və ən ağır
yükləri götürə biləcək   yük atı düşmüşdü. Bu, onu çox
düşündürür,   ağrıdırdı...
Gözləmədiyi halda  bir gün arvadı    qəfildən çıxıb
getdi.   Emalatxanadan qayıdanda evdə, stolun üstündə
bir kağız parçası gördü. Açıb yazılanları oxudu: “Mən
getdim!.. Məni axtarmağını məsləhət bilmirəm. Ax-
tarsan  da  faydası  olmayacaq!  Heç  axtaracağına  da
inanmıram!..  Bu  səkkiz  ildə  səndən  gördüyümü
gördüm, çəkdiklərimi çəkdim!.. Sənin arvadın mən
yox, şəkil-məkil oldu!..”
Əvvəl arvadının başqa bir kişiyə qoşulub getdiyini
fikirləşdi.  Azmı  olmuşdu  belə  şeylər?  Onun
doğulduğu kənddə     Leylək Qəşəmin arvadı Sineyvər
(Sənubər) öz halal ərini yataqda qoyub, arvadı ölmüş,
elə  həmin  kənddən  olan  Tox  Əfrayimə  gecəykən
qoşulub getməmişdimi?.. Çox düşündü. Sonda özünü
inndırdı ki, onun arvadı belə əksikliyə yol verməz-ən
azı qohumluqları vardı, ikincisi də, çətin   kimsə ona
Zəka Vilayətoğlu
16


meyl  edəydi.  Onun  özünü  çox  da,  yetimliyindən
istifadə  edib  tora  salmışdılar.  Bir  düşündü,  bəlkə
arvadı pis yola düşüb! Nə desən olardı!.. Ola bilsin,
ərindən qisas almaq, onu alçaltmaq üçün və ya bəlkə
də daha yaxşı yaşamaq naminə axmaq yola gedib!..
İnanmadı  buna.  Nə  qədər  küt,  duyğusuz  da  olsa,
arvadı belə işlərə qətiyyən meyl etməzdi. Təbiətən də,
cismən də qadından çox kişiyə bənzəyən arvadı bu
qədər çirkinliyə, ucuzluğa getməzdi. Getsəydi belə,
indən sonra onunçün heç bir əhəmiyyəti yox idi...
Kağızda arvadının adı yazılmasa da, artıq hər şey
bəlli idi. Arvadı hara getdiyini də yazmamışdı. Hər nə
olmuşsa, olmuşdu və ən əsası günah ondan ötmüşdü.
Bir  tərəfdən  arvadının  bədbəxtliyinə  sarsılır,  ürək
ağrısı keçirir, o biri tərəfdən onun ayrılığına sevinirdi.
Bu altı ili onunla necə yaşadığını düşündükcə dəhşətə
gəlirdi.  Ona  cadu-piti  etdiklərinə  sadəlövhlüklə
inanırdı.  Arvadının  bu  qəfil  gedişi  səbəbindən  el-
aləmdə  biabır  olacağını  düşünsə  də,  tez  toxtaqlıq
tapdı. Uzağı bir neçə günə bu biabırçılıqlar əlindən baş
götürüb buralardan elə qaçacaqdı ki, bir də çətin kimsə
onu  görə,  nədəsə  suçlayaydı.  Buna  baxmayaraq,
vicdanını  unutmadı;    arvadını  üç  gün  gözlədi.  Hər
şeyin bir oyun, bir zarafat olduğunu güman edir, onun
geri  qayıdacağını  düşünürdü.  Yanılmışdı.     Arvadı
qayıtmadı,  həmişəlik  çıxıb  getmişdi.  Birbaşa
kəndlərinə gedən avtobusa minərək, ata ocağına üz
tutmuşdu.  Bundan  sonra  o  da  çox  gözləmədi.
Çiyinlərindən, həyatından götürülmüş bu ağır yükün
altından  çıxınca,  nəfəsini  dərib    rahatlandı  və  bu
ayrılığın dördüncü günü Bakı-Moskva qatarına bilet
Milena
17


alıb Rusiyaya yola düşdü.
...Qatar gah sürətlə, gah aramla, gah da  yorğun-
yorğun irəliləyirdi. Dünyada qatarı ən gözəl, ən rahat
və ən maralı minik vasitəsi hesab etdiyindən, qatarın
hansı sürətlə getməsinin ondan ötrü fərqi yox idi. Əsas
o  idi  ki,  qatar  gedir,  Rusiyanın  paytaxtına  doğru
irəliləyirdi. Pəncərədən görünən meşələr, çaylar, silsilə
dağlar göz oxşayırdı.
İsti iyun günləri idi. Nə yaxşı qatarda kondisioner
işləyirdi, yoxsa istidən lap ürəyi dayanar, bu da ol-
masa, rəssamların əksəriyyətində olduğu kimi   uzun,
qara saçları istidə ona əzab verərdi. 
Super  vaqonda  gedirdi.  Yol  yoldaşı  cavan,
yaraşıqlı, əndamlı gülərüz bir qadın idi. Hətta ona elə
gəlirdi, bu qadınla çoxdan tanışdır. Pəncərədən çölə
baxa-baxa  qadın  haqqında  düşünürdü:  “Gözəl
qadındır. Fırçaya yaxşı yatar!..”
O, bu düşüncələrdə ikən qadın  heç dəxli olmadan
dedi:
-Mənimki yaşamaq deyil, cəhənnəm əzabıdır!.. 
-Niyə, Allah eləməsin!
-  Cəmisi  otuz  iki  yaşım  var.  Neçə  ildir  qan
qatılığından əziyyət çəkirəm. Ayaqlarım tez-tez tutu-
lur, yeriyə bilmirəm. Hələ indi yaxşıdır, çox şükür.
Dörd il əvvəl heç yeriyə bilmirdim. Təzəlikcə özümə
gəlmişəm... Damarlarımı əməliyyat edib açıblar. İldə
bir dəfə gəlirəm Bakıya, müalicə olunur, qayıdıram
Moskvaya. Moskvaya deyəndə ki, günüm-güzəranım
elə bu yollarda çörək pulu qazanmaqla keçir...
-Rusiyada həkim yoxduuur?
-Var, amma oranın vətəndaşı olmadığımdan sənəd-
Zəka Vilayətoğlu
18


sünəd məsələlərində çətinlik yaranır. Ərim dəyyusun
üzündən çöllərdəyəm... Deyiləsi, çəkiləsi dərd deyil,
qardaş!
-Siz deyin, danışın, mən çəkərəm!-dedi.
-Nəyi çəkərsiz?
-Dərdinizi.
-Qəribə adamsınız!
-Niyə ki?
-Siz də Rusiyada yaşayırsınız?
-Doğrusu, heç özüm də bilmirəm harda yaşadığımı.
Çuxası  cırıq  bir  dərviş  kimi  düşmüşəm  çöllərin
düzünə. Hələ axtarıram, gəzirəm. Özüm də bilmirəm
nə axtardığımı, nəyi gəzdiyimi!.. Lap əslinə qalanda
mənim  kimilərin  vətəni  bütün  yer  üzüdür...  Azad
adamam, hara istəsəm gedir, harda istəsəm gecələyir,
harda istəsəm yaşayıram!- söylədi.
Qadın  maraq  və  təəccüblə  onun  uzun  saçlarına
baxıb dedi:
-Oxşayırsınız!
-Kimə?
-Dərvişə... Bağışlayın,.. istidə bu uzun saçlar sizi
darıxdırmır?-qadın  başqa  bir  şey  deyəcəyi  halda
fikrini dəyişdi. 
- Öyrəşmişəm. Yaradıcı adamların imicidir bu.
-Nə yaradırsız?
-Rəssamam.
-Ah!  Nə  gözəl!..  Amma,  inciməyin,  yaradıcı
adamların hamısı, deyəsən, bir az o söz...
-Elədir.  Yerlə-göylə  əlləşən  ruh  adamı  yer
adamlarına həmişə dəli təsiri bağışlayıblar!
Qadın  çox  açıq  idi.  Bu  açıqlıq,  uzaq  yol,  super
Milena
19


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə