Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə9/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   5   6   7   8   9   10   11   12   ...   36

dodaqları özündən ixtiyarsız aralandı və ordan eybəcər
sözlər çıxdı: “Yenə alağ isməx istəğiyəm!”
Eşitdiklərindən  və  gördüyü  acı  insan  mənzərə -
sindən çox məyus oldu!..
Oleçka pəltək idi. Ağzında da bir dənə dişi yox idi.
Çox dəhşətli bir görüntü!.. Birdən-birə bu cavan, gözəl
Oleçka gözlərində küpəgirən qarıya çevrildi. Sonra
bayaqkı  kirayənişin  qarı  cildinə  girib  son  dərəcə
eybəcərləşdi. Otağı, sanki kəsif bir qoxu cənginə aldı.
Üfunətdən  bağrı  çatlamağa  gəldi.  Başı  gicəlləndi,
gözləri alacalandı...Oleçkanın, bayaqkı gözəlçələrdən
niyə bu qədər ucuz olmasının səbəbini indi anladı.
Otel xidmətçisinə zəng etdi, taksi çağırmasını sifariş
verdi. Az  keçmiş  xidmətçi  qadın,  taksinin  bayırda
gözlədiyini  bildirdi.  Bayağı  bir  mehribanlıqla
Oleçkaya dedi:
-Oleçka, Günəşim, mən özümü pis hiss edirəm, bu
gecə  görüşümüz  alınmayacaq!  Taksi  bayırda  səni
gözləyir. Get, sabah zəngləşib yenidən görüşərik!
- Mən alağ isməx istəğiyəm!-Oleçka bağırdı.
Çarəsiz  qalıb  otel  xidmətçisindən  acizanə  xahiş
etdi:
-Onu  ötürün  getsin,  xahiş  edirəm!..  Bir  dənə  də
araq verərsiniz, aparıb içsin!..
Oleçkanı zor-xoş yola salandan sonra daha bir araq
sifariş etdi və otaqda tək-tənha oturub aramla içməyə
başladı. Beyni, əsəbləri çox sakitləşmişdi. Xəyalında
iki nəhəng və gözəl çay şırıl-şırıl axır, qucaqlarına alıb
onu yırğalayır, sanki yatırmaq istəyirdilər. Çaylardan
Zəka Vilayətoğlu
36


əsən sərin meh isə otağa dolub, bir az əvvəl Oleçkanın
içərini  üfunətə  qərq  etmiş  qoxusunu  üfürüb  bayıra
çıxarır, təmizlik yaradırdı...
Otel  ürəyincə  idi.  Otelin  bağ-bağçasında  da
ürəkaçan təmizlik, səliqə-səhman var idi. Otelə aid
restoran və barda da hər şey onun könlüncə idi. Arada
istədi  ki,  qaldığı  otağı  biradamlıq  otaqla  dəyişsin,
istəyini  administratora  bildirməyə  utandı.  Digər
tərəfdən də Moskvada daha bir neçə gün də qalmaq
həvəsinə  düşmüşdü.  Burda  olduğu  iki  gün  ərzində
şəhərin gəzməli-görməli yerlərini çox dolaşmışdı. Bu
gəzmək həvəsi onun rəssamlığından doğan həvəs idi.
Bir yandan da, elə bil, xoşbəxtliyini, rahatlığını bu
şəhərdə tapa biləcəyinə ümidli idi. Bu səbəbdən də
burda daha bir neçə gün qalmağa qərar verdi. Oteldə
üç gün qaldıqdan sonra otağını dəyişərək, biradamlıq
otağa köçdü. Burda da təmizlik, rahatlıq vardı, üstəgəl
qiymət yarıbayarı ucuz idi. Bundan sonra qalacağı on
gün  üçün  o,  beş  yüz  yox,  iki  yüz  əlli  dollar
ödəyəcəkdi.
Üç gün sonra Moskvada başına qəribə bir hadisə
gəldi; şəhərin yaraşıqlı küçələrini piyada gəzib çox
yorulmuş, bərk acmışdı. Axşamçağı gözlərinə sataşan
bir restorana girib nahar etmək istədi. İçəri girəndə
canında qəribə bir rahatlıq duydu. Gördükləri ona çox
doğma təsir bağışladı. Burda hər şey sadə və gözəl idi.
Şəhərin  mərkəzindəki  bu  restoran  yüz  cür  bər-
bəzəkdən, dəbdəbədən uzaq idi. Burda füsunkar bir
kənd mənzərəsi öz əksini tapmışdı. Bir yanda taxta
hasar, hasarın üstündə xoruz maketi, başqa bir tərəfdə
Milena
37


toyuq  fallığı  və  içində  üç  ədəd  yumurta...  Tutqun
könlü  əməlli-başlı  açılmışdı.  Bu  mənzərəni  seyr
etdikcə üzü gülürdü.
Keçib  boş  stollardan  birinin  ətrafında  əyləşdi.
İçəridə  rus  qadın  müğənnilərindən  olan  Lyubov
Uspenskayanın  mahnıları  səslənir,  xoş  ahəng
yaradırdı.
Stulda əyləşən kimi ofisiant qadın ona yaxınlaşıb
nə  yemək  istədiyilə  maraqlandı.  Könlündən  kabab
yemək  keçirdi.  Amma  burda  quzu  kababının  ola
bilməyəcəyini düşünüb, donuzun bel ətindən kabab
sifariş  etdi.  Hərbi  xidmətdə  olarkən  də,  Nijni-
Novqorodda yaşadığı illərdə də donuz ətindən kabab
çox yemiş, bu dada öyrəşmişdi.
-Donuz əti qalmayıb, - ofisiant təəssüflə bildirdi.
-Başqa nə var?
-Telyonok.
“Telyonok” təzəcə doğulmuş körpə buzovdur və o,
yaxşı bilirdi ki, bu buzovlar anasının qarnından çıxıb
suyu quruyan kimi gürcülər, ruslar onu kəsir, qovurur,
müştərilərinə baha qiymətə satırlar. Bir anlıq körpə
buzov gözlərinin qarşısında canlanınca ürəyi ağrıdı və
ofisiantın bu təklifindən vaz keçdi. Sonda balıq və
qırmızı şərab sifariş etdi. Stola yemək, içki gələnəcən
gözlərini dolandırıb restoranı bəzəyən dekorasiyalara
tamaşa etdi. Gördükləri canına xoş bir rahatlıq gətirdi.
Hər  şey  yüksək  zövqlə  düşünülmüş,  qurulmuşdu.
Əllərini çənəsinə dayayıb, gözlərini süzdürdü, ehti -
yatla dolandırıb, yaxınlıqda əyləşərək, şərab içən iki
gənc qadına yönəltdi. Qadınlardan biri dolğun bədənli,
Zəka Vilayətoğlu
38


digəri isə ona nisbətdə xeyli arıq və gözəl idi. Bəlkə
də xoş bir qismət üzündən o, həmin arıq qadınla üz-
üzə əyləşmiş kimiydi. Tez-tez onların baxışları kəsişir,
qadın mehriban-mehriban, bir az da utancaq halı ilə
ona gülümsəyirdi. Bir anlıq bu qadını harda, nə zaman
gördüyünü  xatırlamaq  istədi.  Tezliklə  xatırlaya
bilmədi. Yaddaşını çox eşələdi, bir şey çıxmadı. Allah-
Allah, bu qadının üzü, baxışları, təbəssümü ona necə
tanış, necə doğma idi!.. Çaşıb qalmışdı. O, bu qadını
nə  vaxtsa  görmüş,  onunla  çox  yaxın  münasibətdə
olmuşdur, bu, başqa cür ola da bilməzdi-amma harda,
nə  zaman?..  Bir  azdan  özünü  yaddaşsızlıqda,
unutqanlıqda  suçlamağa,  qınamağa  başladı  və
qocalığın  astanasındaymış  kimi  kədərləndi,  köks
ötürdü.  Gözlərini  qadının  üzündən,  gözlərindən
yayındırıb, stulunu yanakı çevirdi və özünü yenidən
dekorasiyaları seyr edirmiş kimi göstərməyə çalışdı.
Amma  dekorativ  hasarın  arxasından,  sanki  həmin
qadın, sadə, gözəl bir kənd qızı kimi oğrun-oğrun ona
sarı boylanmağa başladı. 
Ofisiant qadın yemək, şərab gətirincə, o, yeməyə
olan  bir  az  öncəki  həvəsinin  qalmadığını  hiss  etdi.
Amma bir qədər şərab içmək yerinə düşər və onun
hazırkı xoş ovqatını bir az da yaxşılaşdırardı. Bədəni
həyəcandan  titrəyir,  ürəyi  çırpınırdı.  Təzəcə  eşqə
düşən  bir  gəncin  halına  bənzəyirdi  halı.  Ofisiant
qadının  fujerə  süzdüyü  al  rəngli  kəmturş  moldav
şərabından  içib  yeməyə  girişdi.  Özünü  saxlaya
bilməyib yenidən qadına sarı baxınca, yenə də qadının
ona zillənmiş xumar baxışlarını gördü. Qadın, bu dəfə
Milena
39


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə