Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə11/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

dodaqlarını onun dodaqlarına sarı tumurcuqladı... Bu,
Eynarın  könlünü  almaq  üçün  idi.  Sonra  ayrılıb
çantasından bir parça kağız və qələm çıxararaq, öz
telefon nömrəsini yazdı. Kağızı Eynara uzadıb dedi: 
-Nə  vaxt  istəsəniz  bu  nömrəyə  zəng  edərsiniz!..
Gecəniz xeyrə qalsın!-qadın Eynardan hər hansı bir
münasibət  gözləmədən  yaxınlıqdakı  taksiyə  tərəf
getdi. Eynar hərəkətə gəlib onun arxasınca qaçdı və
nəsə  demək  istəyənəcən,  taksi  tərpəndi.  O,  kağızı
əlində tutaraq, donuq-donuq taksinin arxasınca baxıb,
köks ötürdü və yenidən: “Odur, mənim Milenamdır!
O, tanıdı məni, amma tanımaq istəmədi. Bu qədər isti
münasibətdən, dadlı öpüşlərdən sonra o, bilərəkdən
belə etdi ki, mən ərş evinəcən yanıb-yaxılım..! Odur,
mənim  Milenamdır..!  Offf!..”  Bəxtinin  heç
gətirməməsi üzündən çox üzüldü. Sonda öz-özünə,
“bəxtim olsaydı, vaxtsız yetim qalmazdım ki!..” deyib,
yorğun, ağır addımlarla növbəti taksiyə yan aldı və
sürücüdən,  onu  gecələdiyi  otelə  aparacaq  elektrik
qatarına çatdırmasını istədi...
Gecəni  səhərəcən,  demək  olar,  yatmadı.  Arada
cəmi bir neçə saniyəlik gözləri yuxuya qapananda da
gördükləri onu çox məyus etdi. Yuxuda baş verənlər
elə kosmik sürətlə baş verdi ki, yerindən dik atılıb
gözlərini  açanda  aramsız  çırpınan  ürəyini  sakitləş -
dirməyə, “qorxma, bu, adi bir yuxu imiş” deməklə
təskinlik tapmağa çalışdı.
Doğrudan qəribədir: yuxuda baş verənlər, həyatda
baş verəsi olsaydı, bununçün ən azı bir neçə saat vaxt
gərəkərdi. Amma bircə anlıq göz qapanması və həmən
Zəka Vilayətoğlu
44


anda  da  pəncərədən  eybəcər  bir  qadının,  div,  cin-
şeytan  oxşarı  qəfil  görsənməsi,  ardınca  da  iri,  hal
döşlərini açıb, sallaması, sonra o döşlərin uzun, qara
gilələri ucundan çıxan uzun tüklərin uzun-uzun uza-
naraq,  möhkəm  bir  ip  kimi  Eynarın  boğazına
sarınması,  onu  hikkəylə  boğub-boğub  qaraltmağa
çalışması və həmin qadının həmin pəncərədən baxıb
şaqqanaq çəkərək gülməsi-hər halda həyatda bunlar
an məsələsi deyildi. 
Döş giləsindən uzanan o iyrənc tük yuxuda mütləq
boğacaqdı  onu,  əgər  əl-qolu  bağlı  olsaydı  və  ağlı
işləməsəydi. Elə bil kimsə istədi onu və o, ani olaraq,
ətrafına  baxdı  və  gözünə  sataşan  qayçını  götürüb
həmin  tükü  kəsdi.  Buna  bəndmiş  kimi,  bayaqdan
tarıma  çəkilmiş  tükdən  asılı  qalmış  qadın  bir  anda
pəncərədən aşıb getdi. Hətta onun tappıltıyla yerə necə
dəyməsini də eşitdi. Hətta gördü ki, qadın, qəribədir,
bu zərbədən heç bir zədə, xəsarət almadan və heç nə
olmayıbmış kimi yerindən qalxıb qaçmağa başladı.
Arxasında  isə  qapqara  səsini  buraxıb  getdi:  “Elə
bilirsən, uzaqlarda xoşbəxt olacaqsaaan?!..”
Yatağında oturub, birtəhər özünü ələ aldı. Ona elə
gəldi  ki,  az  öncə  boğazına  hörümçək  toru  kimi
sarınmış  həmin  iyrənc  tükdən  hələ  də  bir  çəngə
boğazına sarınmış halda qalıb. Qara-qorxu içində əlini
boğazına  atıb,  dartışdırmağa  başladı,  əlinə  bir  şey
dəymədiyini  duyunca,  əl  atıb  baş  ucundakı  gecə
fənərini yandırdı. Doğrudan-doğruya vahimələnmişdi.
Qalxıb da güzgüdə, qorxmuş sifətinə baxmağa ehtiyat
edirdi. Pəncərəyə baxdı. Bir anlıq, elə zənn etdi ki,
Milena
45


yuxuda gördüyü kimi, pəncərəylə üz-üzə yatıb. Baxdı,
pəncərəni görmədi. Yadına düşdü ki, pəncərə yanda-
sağ tərəfindədir. Vahimə içərisində pəncərəyə baxdı.
Yoox, özündə deyildi. Əməlli-başlı xoflanmışdı. Bəlkə
təklikdən idi, bəlkə qəriblik üzündən və ya bəlkə də,
həqiqətən, Bakıda onu atıb kəndə üz tutmuş qıllı, tüklü
arvadının  nəfsi  üzündən  baş  verirdi  bunlar!..  Axı,
dünyamı dağılardı, bu iyrənc yuxu əvəzinə Milenalı
bir  yuxu  qonaq  gələydi  onun  sirli,  müəmmalı
röyasına!..  Və  elə  Milenanı  düşününcə,  bütün
vahiməsi,  səksəkəsi  çəkilib  getdi. Yerindən  qalxıb,
çoxdan  soyumuş  çaydandan  stəkana  su  tökdü  və
birnəfəsə içdi. Sonra pəncərəyə yaxınlaşdı. Ehtiyatla
açıb, üçüncü mərtəbədən aşağıya baxdı. Sanki qadının
tappıltıyla yerə necə dəydiyinin təzədən şahidi olmaq
istəyirdi. 
Aşağıda hər yan nur içində idi. Səhərəcən otelin
bağ-bağçası, həyət-bacası bu cür işıqlı olurdu. Çinara
oxşayan,  amma  çinar  olmayan  və  adını  bilmədiyi
əzəmətli  bir  ağac  yerdən  boy  ataraq,  düz  onun
pəncərəsi önünə qədər qalxmış, ucalmışdı. Narın yağış
yağırdı  və  ağacın  yarpaqlarıyla,  sanki  nə  haqdsa
pıçıldaşırdılar. Bu pıçıltılardan, möhtəşəm gözəllik -
lərdən duyğulandı, təsirləndi və pəncərəni bağlamadan
geri dönüb otağın işığını yandırdı. Rəssam avadan -
lıqlarını çemodanından çıxarıb səliqə-səhmanla stolun
üstə yığdı. Hələ şərabın təsirindən tam ayılmamışdı və
gördükləri, yaşadıqları, duyduqları da bir yandan məst
edirdi onu. Beynində, gözlərində ulduz kimi sayrışan
gözəl rənglər içində Milena çox füsunkar görsənirdi.
Zəka Vilayətoğlu
46


Hə,  Milena...  Dünən  gördüyü  Milena...  Onun
Milenası... O idi, əlbəttə onunku, onun Milenası idi...
Başqa  yolla  Milenanın  könlünü  ala  bilməyəcəyini,
yalnız, işləyəcəyi, çəkəcəyi bir rəsmlə barışığa nail
olacağını düşünə-düşünə kətan üzərində yağlı boya ilə
düşündüklərini,  gördüklərini,  təsəvvür  etdiklərini
çəkməyə  başladı.  Heç  bir  çətinlik  yox  idi,  hər  şey
rəvan gedirdi. Ən əsası Milenanın əksi həmişəlik onun
göz  yaddaşına  həkk  olub  qalmışdı  və  indi,  Milena
qarşısında dayanıbmış kimi hiss edirdi özünü. İşinin
uğurla, müvəffəqiyyətlə sonuclanacağına tam əmin
idi. Bu işi tamamlamaq isə bir günə, iki günə mümkün
deyildi.  Azı  üç  günə  hazır  edəcəyinə  inanırdı.
Bununçün üç gün oteldən bayıra çıxmamalı, işləməli,
Milenayla belə tezliklə görüşmək həvəsini boğmalı,
hər  cür  istəklərinə-çəkməyə  başladığı  bu  rəsmdən
savayı,-biganə qalmalı idi. İçində, bunula yanaşı bir
şübhə də vardı: bəlkə sabah o, Milenanın heç yadına
da  düşməyəcək.  Milena  ayıldığında  restoranda  baş
verənləri, sonrakı tumurcuq öpüşləri-bir sözlə hər şeyi
unutmuş olacaq-ona öz telefon nömrəsini verdiyini
də... Ya bəlkə o da səhəri dirigözlü açacaq və onun
zəngini intizarla göləyəcəkdi. Ondan səs çıxmadığını
görüncə, bəlkə də o gecə onunla birgə getmədiyinə,
gecələmədiyinə peşiman olacaqdı... Hə, elə ona görə
də aradan üç gün keçsə yaxşıdır. Bu halda hər ikisi
yenidən həsrətlə biri-birinə sarılardılar... Hər halda
sadəlövhcəsinə belə düşünürdü.
İşi  üç  günə  tamamlamaq  mümkün  olmadı.
Zökəmlədi. Taqətsizlədi. Bədəninin zəiflədiyini hiss
Milena
47


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə