Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə19/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

-Qırx  yeddi  oxşarınız  dünyadadı,  ya  Azərbay -
canda? – Onu maraq bürüdü.
-Təbii ki, - dedim, - Azərbaycanda.
-Hımm. – Sürücü deyəsən, çətinə düşmüşdü. - Mən
indiyəcən belə bir şeyin olduğu haqda nə bilirəm, nə
də ki, eşitmişəm!.. Mənim pasportuma baxsanız, neçə
nəfər oxşarım olduğunu deyə bilrsiniz?
-Siz yəqin ki, Rusiya vətəndaşısınız? – Soruşdum.
-Bəli. Lap çoxdan... Buyurun, bu da mənim pas-
portum,  -  sürücü  cibindən  əzik-üzük  pasportunu
çıxarıb mənə uzatdı. 
Pasportu alıb baxdım, sonra dedim:
-Sizin cəmisi bir nəfər oxşarınız var.
-Bir nəfər?! – Sürücü təəccübləndi.
-Bəli. – Ciddi tərzdə təsdiqlədim.
-Pah atonnan sənin! – O əməlli-başlı təəccübləndi.
-Gör nə təhər adamam ki, bu boyda Rusiyada mənə
oxşamaq  istəyən  cəmisi  bircə  nəfərdi!..  Sizcə,  bu,
pisdi, ya yaxşıdı?
-Doğrusu, bu haqda bir şey deyə bilmərəm. Amma,
görünür, siz qeyri-adi adamsınız? - Zarafatla dillənib
bu barədə söhbətimizə son qoymaq istədim. 
Sürücü bunu duyubmuş kimi sualını dəyişdi:
-Sənətiniz nədi?
-Yazı-pozuyla məşğulam, - müğənniliyimlə bağlı
ona heç nə demədim. 
Heç  şübhəsiz,  məni  televiziyada  görmüşdü.
Sadəcə, televiziya ekranlarında az-az göründüyümdən,
görünür, kimliyimi doğru-dürüst xatırlaya bilmirdi.
Ümumiyyətlə, bu cür oxşar sorğularla rastlaşmağım
birinci dəfə deyildi. Hər dəfə də “Müğənniyəm, yəqin
televizorda  görmüsünüz”  kimi  sözləri  söyləməyi
özümə ar bildiyimdən dinməmişdim. İndi də aramızda
Milena
77


qısa mükalimə başlandı:
-Şeir yazırsınız?
-Yox.
-Roman?
-Təxminən belə bir şeydi.
-Kitabınız-zadınız vaar?
-Var.
-Özünüzlə  götürmüsünüz?..  Varınızdısa,  birini
mənə bağışlayın!
-Xeyr, yoxumdu.
-Necədi, yazıçılıqla çörək qazana bilirsiniz?
-Yazıçılıq indi çörək qazanmaq üçün deyil.
-Bəs çörəyi hardan, nədən qazanırsınız?
-Allah məsləhət bildiyi yerdən.
-Maraqlıdı. Amma, Allah haqqı, elə bil, sizi lap
çoxdan tanıyıram, - sürücü bayaqkı söhbətə təzədən
qayıtdı. 
Mən, sadəcə gülümsəməklə kifayətləndim.
Adama bir fincan qəhvə içəndən sonra ayağa dur-
duq. Sürücü kofenin hesabını ödəmək istəyəndə ondan
qabağa  düşdüm,  kiçik  hesabımızı  ödəyib  kafedən
çıxdıq...
Maşın  hərdən  buzlu,  sürüşkən  yollarda  azacıq
sürüşsə  də  sürücü  özünü  itirmir,  maşını  çox  peşə -
karcasına idarə edirdi. 
Bayaq maqnitofona yerləşdirdiyi diskdəki mahnılar
sıra  ilə  səslənirdi.  Çox  keçmədən  növbəti  mahnı
səslənəndə diksindim - bu, mənim ifam, mənim səsim
idi. Dinməzcə, həyəcanla qulaq asmağa başladım. Bu
ucqar və yad diyarda öz səsimlə görüşüm mənimçün
gözlənilməz olduğu qədər də sevindirici idi. Bir sözlə
xoşbəxt idim.
-Necədi, xoşunuza gəlir? – Sürücü soruşdu.
Zəka Vilayətoğlu
78


-Yaxşıdı,  dedim.  -  Uzaq  yol  gedəndə  bu  cür
mahnılar, xüsusilə ləzzət verir adama.
-Ölürəm  də  bu  mahnı  üçün...  –  O  əlini  sükana
çırpdı. - Gündə əlli dəfə qulaq asıram, yenə doymu-
ram. Kimdirsə, kopayoğlunun gədəsi yaman oxuyur!
-Onu söyməmək də olar, - qulaqlarım eşidə-eşidə
söyüldüyümdən özümü saxlaya bilmədim.
-Sizə elə gəlməsin, - sürücü dilləndi, - bu, əslində,
söyüş deyil...
-Başa düşürəm, - dedim, - zarafat edirəm.
-Mən ölüm, ləzzətdi, hə? - sürücü mənim ifama
işarə ilə dilləndi.
-Hə, - dedim.
-Muğamat yeri də adamın lap ciyərini çıxarır. Hələ
bu titrəyişə fikir verin! Səs deyil ey, elə bil dumduru
çeşmədi, qaynayır. Hərdən də, Allah haqqı, bu səsi
dinlədikcə özümü bir bağ-bağçada hiss edir, elə bil,
cəh-cəh vuran bülbülün nəğməsini dinləyirəm.
Gözəl, füsunkar gecə idi. Uzaq, yad bir diyarda
gecə vaxtı, uzaq, qarlı yollarda irəliləyəndə qəfildən
öz səsini, öz nəğməsini eşitməsi, tanımadığı bir adam
tərəfindən uzun-uzadı təriflənməsi (bir var, bu tərifi
səni istəyənlərin, səni sevənlərin, tanıyanların dilindən
eşidəsən,  bir  də  var  bunun  əksi  ola)  sənətçi  üçün,
bilirsiniz nə qədər xoş idi?..
Öz  ifamı  dinləyə-dinləyə  bu  yaxınlarda  Həcc
ziyarətinə getmiş bir dostumun Məkkədən mənə etdiyi
telefon  zəngini  xatırladım.  Telefonda  dostumun
həyəcanlı,  sevinc  dolu  səsi  deyirdi:  “Qardaş,  inan-
mazsan, Məkkədə səni oxudurlar.” Görünür, ziyarətə
gedən  adamlardan  kiminsə  telefonunda  mənim
oxuduğum həmin nəğmə varmış, ola da bilsin,  onu
zəngimsell  kimi  istifadə  edirmiş.  Hər  halda,  bu
Milena
79


mənimçün  çox  fərəhli  idi.  Nə  isə...  Axır  ki,  indi
maşında dinlədiyim bu nəğmə mənim yüzlərlə, bəlkə
daha çox ifa etdiyim mahnılar arasında məni ən çox
qane edən, tərpədən və razı salan ifa idi.
Mahnı  bitəndə  sürücü  təkrar  oxutmağa  başladı.
Beləcə  usanmadan,  qədim  meşəçilər  şəhərinəcən  o
mahnını oxutdu...
***
Meşəçilər  şəhərində  müasir  tikililərdən,  demək
olar, əsər-əlamət yox idi. Şəhərin ətrafı sıx və böyük
meşə massivi ilə örtülmüşdü. İrəlilədikcə hər yanda
soyuq,  miskin,  darıxdırıcı  mənzərəylə  üzləşirdim.
Sanki,  burda  həyat  çoxdan  sönmüşdü.  Şəhərin
cansıxıcı  görünüşü  vardı.  Bura  gələn  həmyer -
lilərimizin böyük əksəriyyəti meşəçiliklə məşğul olur,
ağac  qırır,  tikinti  üçün  taxta-şalban  hazırlayırdılar.
Oğlunun ad gününə dəvət aldığım Şahlar da həmin
meşəçilərdən idi.
Sürücü,  kərpicdən  tikilmiş  köhnə  beşmərtəbəli
binanın qarşısında maşını saxlayıb dedi:
-Çatmışıq, düşün!
Binaya daxil olub birinci mərtəbədəki mənzillərdən
soldakının  qapısına  yaxınlaşdıq.  Sürücü  qapının
zəngini çaldı. Qapıda Şahlar adlı adamı görəcəyimi
zənn  etsəm  də,  qapını  gənc,  bədən  quruluşundan
sağlam, qüvvətli idmançını xatırladan bir oğlan açdı.
-Qonağınızı  gətirmişəm,  -  sürücü  dedi,  mənim
çamadanımı qapıdan içəri keçirib bir küncə qoydu.
-Xoş  gəlmisiniz!..  Keçin  içəri.  Atam  bir  azdan
gələcək,  -  oğlan  gülərüzlə,  bir  az  da  utancaqlıqla
dilləndi.
Bu  an  qapıda  bir  qadın  da  göründü  və  məni  öz
doğması kimi qarşılayıb, içəri dəvət etdi. Az sonra
Zəka Vilayətoğlu
80


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə