Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə18/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   14   15   16   17   18   19   20   21   ...   36

bilərəkdən əzir, hökumətdən sığorta haqqı alır, ucuz
qiymətə maşınımı düzəltdirir, tezcə də normal qiymətə
başqasına satırdım. Sığortadan aldıqlarımı da keflə
xərcləyirdim. Əgər mən bu hoqqaları Azərbaycanda
çıxarsaydım,  kim  idi  ey,  belə  asanlıqla  mənə
sığortahaqqı ödəyən...
-Niyə də ödəsinlər ki?.. – Fikrimi dedim. - Əgər
maşınınıza özünüz bilərəkdən zərər vurubsunuzsa... 
-Əşi, burda belə şey nə gəzir, avtomobilin əzilib,
vəssalam.  Kişilər  çox  dərinə  getmədən  xərcini
ödəyirlər.  Amma  deyəsən,  son  vaxtlar  bunlar  da
anlamağa başlayıblar ki, biz biclik edirik. Ona görə də
sığorta haqqını ödəmədən əvvəl yüz ölçüb, bir biçirlər.
Nə isə... - Çaydan, kofedən bir şey içmək istəyirsiniz?
- sürücü soruşdu.
-Pis  olmaz...  –  Dərhal  razılaşdım.  -  Yaxınlıqda
çayxana vaaar?
-Var, niyə yoxdu! – Təklifindən razı halda dilləndi.
- Bir azdan çatacağıq, lap az qalıb. Qarşıda bir kafe
var. Sahibi də bizimkilərdəndi. Amma özü orda görün-
mür. Kafeni bir yevrey işlədir...
-Lap yaxşı. Orda bir qədər dincəlmək xoş olar...
Buralara, deyəsən, qar çox yağıb! - Yol kənarlarındakı
qalın qar örtüyünə baxa-baxa soruşdum.
-Elədi.  – Sürücü  dilləndi. -  Dünən bütün günü
yağıb.  Odu,  baxın,  yenə  də  yağır.  Özü  də  quşbaşı
qardı, haaa.
-Gözəldi... – dedim. – Məncə, yollarda bir problem
yaratmasa, adam qarın belə yağmasına tamaşa edə-
edə, nə qədər uzun yol getsə də yorulmaz
-Hə də, hər şey adamın əhvalından asılıdı... Çatdıq,
- elə bu məqamda işarə elədi. - Budu, dediyim kafe.
Çay da verirlər, kofe də, kabab da, nə bilim, araq-çaxır
Milena
73


da... Vuransınız? - Sürücü çırtmayla boğazına vurub
soruşdu.
-Ara-sıra, - başımı buladım, - həvəskarı deyiləm.
-Burda hər cür içki verirlər. İstəsəniz... – O göz
vurdu.
-Yox,  -  etiraz  elədim.  -  Gecdi,  özümüz  də  yol
üstəyik.  Ən  əsası,  qonaq  gedirik,  deməzlərmi  ki,
qonaq sərxoşdu.
-Məsləhət sizinkidi, - Sürücü sözü çevirmədi.
-Gözəldi, çox gözəldi!.. – Təəssüratımı bildirdim -
Özü də bu kafe belə bir yerdə lap göz oxşayır. Gözəl
dizaynı var, - yaraşıqlı kafeyə baxa-baxa dedim.
-Eeeh, hələ bu nədi ki! - O əlini yelləndi.
Sürücü    maşını  yolun  sağ  tərəfində,  damı  qalın
qarla  örtülmüş  kafenin  qarşısına  sürdü.  Ətrafda  bu
kafedən  başqa    bir  tikili  gözə  dəymirdi.  Kafenin,
həqiqətən qəribə, romantik  görünüşü vardı. Bəlkə də
yan-yörəsində  digər  tikili  olsaydı,    belə  gözəl,
cazibədar görünməzdi. 
Yolun alt və üst yanıyla uzanıb gedən qarlı meşələr,
mükəmməl dizaynı ilə göz oxşayan bu kafe kənardan
çox  füsunkar  görünürdü.  Maşından  düşüb  içəri
girməzdən  qabaq  dayanıb  bu  gözəlliyə  bir  daha
heyranlıqla tamaşa etdim. Narın-narın yağan quşbaşı
qar  da  bu  gözəlliyə  yeni  rəng  qatır,  naxış  vururdu.
Baxdıqca könlüm riqqətə gəlirdi. Elə bil, yolun alt-üst
yanıyla  uzanıb  gedən  qarlı  meşələr  əhatəsində
bəmbəyaz  saflıq, gözəllik yuxusu görürdüm. Bu şirin
“yuxudan” məni  taksi sürücüsünün səsi ayıltdı:
-Gəlin, gəlin, bir stəkan çay içib qızışaq! Burdan
o yana, onsuz da elə bir yolumuz qalmayıb. 
Ayaqlarımızın qarını çırpıb, içəri keçdik. İçəri isti
idi.  Cəmi  bir  neçə  masadan  ibarət  kafedə  bizdən
Zəka Vilayətoğlu
74


savayı girişdən solda iki nəfər əyləşmişdi; gecyarıdan
xeyli keçməsinə baxayaraq, iştahayla yeyib-içirdilər.
İlk baxışdan onları dərisinin rəngindən bizimkilərə
oxşatdım. Onlara diqqətlə baxdığımı görən sürücü as-
tadan dilləndi:
-Ermənilərdi!  Bizim  şəhərdə  yaşayırlar!  Tez-tez
rastlaşırıq buralarda!.. Doğrusu, düşmənimiz olsalar
da, bilirsiniz, burda belə bir şey yoxdu. Yəni burda
yaşayan  azərbaycanlılarla  ermənilər  biri-biriylə
düşmənçilik etmirlər. Çünki bura onlar üçün də, bizim
üçün  də  ikinci  vətəndi.  Ha  assaq,  ha  kəssək  də,
insafən,  Rusiya  həmişə  bizə  öz  isti  qoynunda
sığınacaq verib, hamımıza analıq qayğısı göstərib. Hə.
Buna görə də burda düçmənçilik etsək, qan salsaq,
onda  rus  hökuməti,  onların  da,  bizim  də
qanadlarımızdan tutub, elə vızılladar ki, Allah bilir,
gedib hansı dərənin dibinə düşərik!.. Ey, ordan bizə
iki fincan qəhvə ver! -Sürücü piştaxtanın arxasındakı
sarışın, uzun boylu, fındıqburun və yuxusuzluqdan
gözləri şişib qızarmış qadına səsləndi, sonra üzünü
mənə  tutub  soruşdu:  -  Bəlkə,  siz  çay  içmək
istəyirsiniz?.. Məncə, qəhvə yaxşı olar; həm yuxumuz
dağılar, həm də yorğunluğumuz çıxar!
-Məsləhətdi!.. Qəhvə daha yaxşıdı, - dedim, sonra
əllərimizi yuyub küncdəki masaların birinin arxasında
əyləşdik.
-Bəlkə  aclığınız  da  var?  –  Sürücü  bir  də
maraqlandı.
-Olsa  da,  dedim,  -  gecənin  bu  vaxtı  yemək
yemirəm.
-Məsləhət  sizinkidi...    –  O  razılaşdı.  -  Əslində,
mənim də elə aclığım yoxdu.
-Siz  mənə  fikir  verməyin,  -  təkidlə  dilləndim,  -
Milena
75


acsınızsa, bir şey sifariş verin!
-Yox,  əşşi,  mən  də  bu  vaxtlar  yemək  yeməyi
xoşlamıram. Yaxşı,  bu  qarda-boranda  bizim  şəhərə
gəlməkdə xeyirdirmi? - Sürücü, məni indicə görürmüş
kimi soruşdu.
-Ayın on beşi Şahların oğlunun doğum günüdü, -
dedim, -  Sizi dəvət etməyib?!
-Yox,  -  o  başını  buladı,  -  xəbərim  yoxdu.  Toy
eləsəydi, yəqin dəvət edərdi! Doğum günündə, adətən,
ancaq öz yaxınları olur adamın!.. Digər tərəfdən də,
bayaq sizə dedim axı, mən bütün günü yollarda olu-
ram, yəqin ona görə də məni dəvət etməyib. Amma
vaxta var hələ, bəlkə də dəvət edəcək!.. Qohumsunuz
Şahlarla?
-Yox. Sadəcə dostuq, - yalandan dedim. 
Əslində isə Şahları heç tanımırdım. O, məni sənətçi
kimi oğlunun ad gününə dəvət etmişdi. Söylədiyinə
görə,  on  il  əvvəl  Bakıda  onun  yeganə  övladının  -
oğlunun kiçik toyunu aparmışam. Açığı, xatırlamır -
dım. 
-Siz mənə çox tanış gəlirsiniz. Doğrusu, bayaq bir
o  qədər  də  fikir  verməmişdim,  amma  indi  işıqda
sifətinizi görən kimi, mənə elə gəldi ki, sizi çoxdan
tanıyıram, - sürücü maraqla məni süzüb dilləndi.
-Ola bilər. Yer üzündəki insanların hamısının oxşarı
var.  Görünür,  nə  vaxtsa  mənim  oxşarımla  rastlaş -
mısınız! - Bilərəkdən dedim.
-Bəlkə də... – O çiyinlərini çəkdi. - Amma, vallah,
mənə çox tanış gəlirsiniz, bu, oxşarlıq-filan məsələsi
deyil.
-Mümkündü...  – Gülümsədim. - Şəxsən mənim
şəxsiyyət vəsiqəmdə qırx yeddi oxşarım olduğu qeyd
edilib. Siz də yəqin ki, onlardan biriylə rastlaşmısınız.
Zəka Vilayətoğlu
76


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə