Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə26/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

HE
KA


R



KÜLQABI
Vahanın oğlu Stepan, qonşuları qoca Şaqeni boğub
öldürməzdən öncə hər şeyi ölçüb biçmişdi. Şaqenin
evindən oğurlyacağı pulla özünə və ata-anasına yeni
pasport alacağına ümidliydi. Yeni pasportlarda onların
adları,  milliyyətləri  dəyişdiriləcək  və  hər  yerdə
Azərbaycan vətəndaşı olan türklər kimi tanınacaqdılar.
Bu  saxtakarlığa  qol  qoyacaq  adamı  da  əvvəlcədən
tapıb,  onunla  razılığa  gəlmişdi.  Həmin  Adam
pasportları dəyişdirəcəyinə yüz faiz söz vermişdi. Təki
istənilən məbləğ vaxtında çatdırıla idi. Bundan sonra
hər şey Stepanın istədiyi kimi olacaqdı. Tezliklə bu
məhəllədən köçüb, onları kimsənin tanımadığı başqa
bir yerdə məskunlaşacaq, sərbəst gəzib, dolaşacaq,
istədikləri kimi yaşayacaqdılar. Gerisiylə onun işi yox
idi; istəyir ermənilərlə türklər bir-birini qırıb çatsınlar,
ya barışığa gəlsinlər...
Başqa vaxt olsaydı, Stepan Şaqeni öldürməyə cürət
etməz, belə bir fikrə də düşməzdi. Amma hadisələrin
gedişi onu buna vadar edir, iş ləngidikcə, səbri tamam
tükənirdi. İndi əsl məqamı idi. Bir neçə gün sonra gec
ola  bilərdi.  Bu  qarışıqlıq,  iki  millət  arasında
ermənilərin saldığı nifaq, dava-qırğın hələki başları
qatmışdı. Elə bu da Şaqenin ölümünün, necə və kim
tərəfindən  törədilməsi  məsələsini  tamamilə  başqa
məcraya  yönəldəcəkdi.  Bütün  günahlar  qalacaqdı
türklərin  boynunda.  Hamı  milli  iğtişaş  zəminində
Şaqeni  onlardan  kiminsə,  qisas  naminə  qətlə  ye-
tirdiyini zənn edəcəkdi.
Gur, dalğalı ağ saçlı, qızartdaq çöhrəli qoca Şaqen,
bu məhəllədə, tükənməkdə olan son ümidiylə yaşayan
iki-üç ermənidən biri idi. On beş ildən çox idi, iki
Milena
107


otaqlı,  bir  mərtəbəli  evində  tək  yaşayırdı.  Digər
ermənilər isə onunla həyət qonşusu olan qoca Vahan,
arvadı və onların iyirmi beş yaşlı oğulları Stepan idi.
Əvvəl on ailənin hamısı erməni idi. Bu ailələrdən bir
neçəsi  Krasnodara,  Gürcüstana,  bir  neçəsi  də
Ermənistana  qaçmışdı.  Sonda  yalnız  bu  iki  ailə
qalmışdı.  Onlar  da  çoxdan  baş  götürüb  Bakıdan
Ermənistana  və  ya  Rusiyaya  qaçardılar-amansız
qocalıq və kasıblıq olmasaydı. Həm də bütün zaman-
larda olduğu kimi yenə də türkün ürəyiyumşaqlığına,
mərhəmətinə bel bağlayırdılar.
Oğlu Stepanın, qoca Şaqeni öldürmək istəyindən
Vahanın, qətiyyən xəbəri yox idi. Olsaydı, bəlkə də
buna imkan verməzdi. Ən azı ona görə ki, Şaqen on-
lara həyan idi. 
Şaqenin heç kimi yox idi. Amma yetərincə pulu,
qızılı  vardı.  Uzun  illər  Bakıda  zərgər  işləmişdi.
Cavanlığında  hər  nə  qədər  yeyib-içən,  kef  çəkən
olmuşdusa  da,  qocalığı  da  unutmamışdı.  İllərlə
yığmışdı və balaca sandıqçada üç kiloya yaxın qızılı,
bankda pulu vardı. Aldığı təqaüdlə də dünənəcən nor-
mal  dolanırdı.  Son  günlər  qorxusundan  təqaüdünü
almağa  gedə  bilmirdi.  Dörd  aylıq  təqaüdü  yığılıb
fondda  qalmışdı  və  çox  güman,  ünvanına
çatmadığından, yenidən dövlət fonduna qaytarılmışdı.
Övladı yox idi Şaqenin. Evlənməsinə baxmayaraq,
bu  arzusu  həyata  keçməmişdi.  Arvadı  da  bu
yaxınlarda-erməni-türk  davası  başlar-başlamaz,
altımış bir yaşında, qəfil ürəktutmasından ölmüşdü.
Həyətdəki  boş  erməni  evlərini  Ermənistandan
qovulmuş türklər tutmuşdu. İnsafən, onlar bu qoca
ermənilərə  mərhəmət  hissiylə  yanaşır,  dəyib-
dolaşmırıdlar. Hətta Şaqenə hörmətlə “Şahin dayı”,
Vahana  da  “Vahan  dayı”  deyə  müraciət  edirdilər.
Zəka Vilayətoğlu
108


Hərdən Şaqenə çay da süzür, yemək də verirdilər. Va-
hana nisbətən Şaqenin üzündə bir işıq vardı. Bəlkə də
bu işıq, min cür erməni fitnələrinə, məhrumiyyətlərinə
düçar  olmuş  bu  insanların  ürəklərində  coşub-
kükrəmək  istəyən  kini,  nifrəti  əridib,  yox  edirdi.
Ancaq Vahanla arvadının, oğulları Stepanın üzündə,
gözlərində, sanki bir şeytan dolaşır, onların əsl erməni
olduğundan xəbər verirdi. İstər-istəməz yazıqlaşmış,
hər an qorxu, dəhşət ifadə edən gözlərində, ümumi
davranışlarında  riyakarlığın,  təhlükənin  gizləndiyi
duyulurdu.
Qoca Şaqen yay gecəsi evinin girişində stul qoyub
oturmuşdu. Girişdən solda isə dəmir vedrəni ağzı üstə
qoyub, üstünə süfrə salmışdı, onun da üstündə armudu
stəkanda pürrəngi çay buğlanırdı. Bir tərəfdə isə elekt -
rik samovarı gözə dəyirdi. Könlü çay istəyəndə qoca
Şaqen əlləri əsə-əsə samovarı suyla doldurur, elə bur-
daca qaynamağa qoyurdu. Sonra da qapı ağzında otu-
rub, çay içə-içə, siqaret çəkə-çəkə, tükənməkdə olan
ömrünün son günlərini yaşayırdı. 
-Şaqen,  əlləri  əsə-əsə  cibindən  “Prima”  siqareti
çıxarıb müştüyə keçirdi. Yandırmazdan öncə astaca
öskürüb, boğazının xıltını təmizlədi. Sonra müştüyü
dodaqları arasına qoyub kibritlə siqareti yandırmaq
istədi.  Əlləri  çox  əsdiyindən  bir  neçə  kibrit  çöpü
boşuna yanıb söndü. Növbəti kibriti yandırmağa cəhd
eləyəndə qarşısında Stepanı gördü. Stepan cibindən
alışqan  çıxarıb  Şaqenin  siqretini  odladı.  Şaqen
sinədolusu bir qullab vurub Stepana dedi:
-Keç, içəridən özünçün stul gətir.
Buna  bəndmiş  kimi  Stepan  içəri  təpildi.  Stul
götürməzdən öncə otağın hər tərəfinə göz gəzdirdi.
Şaqenin pullarının, qızıllarının harda ola biləcəyini
yəqinləşdirməyə  çalışdı.  Bayırda  Şaqen  xıltha-xılt
Milena
109


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə