Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə25/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

düşkünü olduğu aşkar sezilirdi. Qarı bappalaca, acı
alma kimi bürüşmüş vücudu ilə məndə qəribə hisslər
oyadırdı. 
Diqqətlə baxdığımı hiss edən qarı yumuq gözlərini
mənə zilləyib baxdı və gülümsədi. Mən də cavabında
onun  üzünə  gülümsədim.  Hiss  olunurdu  ki,  qarı
ayıqdı. Gözlərinin altı da dünən, ya srağagün içib-
keflənəndə özü də bilmədən, hiss etmədən harasa bərk
dəyib əzilmiş, göyərmişdi. İndiki ayıqlığı da, görünür,
ya  hələ  içkinin  vaxtının  gəlib  yetişməməsi,  ya  da
içməyə bir şey olmaması üzündən idi.
Qarının  yanındakı  qoca  mujik  öz  aləmindəydi.
Sərxoş  olduğu  hərəkətlərindən,  ləngərindən  bəlli
olurdu. Elə ləngərlənə-ləngərlənə əlində tutduğu üzüm
salxımını  gözlərinə  yaxınlaşdırır,  solğun  gözlərini
qıya-qıya diqqətlə baxır (hiss olunurdu ki, gözləri çox
zəif  görür)  əzik,  bürüşük,  bəziləri  yarıyacan  xarab
olmuş  gilələri  bir-bir  qoparıb  ağzına  atır,  ləzzətlə
yeyirdi. Bu zaman gilələrdən bəzisi, sanki, qocanın
gözlərinin  zəif  görməsindən  istifadə  edir,  onun
barmaqları  arasından  sivişib  çıxır,  yerə  düşüb  bir
qədər  kənara  diyirlənirdi.  Qoca  yerə  düşən  həmin
gilələri  təzədən  götürüb  yemək  istəyəndə,  qarı  bir
mənə, bir də ona baxdı. Hiss etdim ki, qocanın yerinə
xəcalət  çəkdi,  tez  ona  təpinib  təkid  etdi  ki,  yerdən
götürdüyü üzüm giləsini zibil qutusuna atsın. Amma
artıq  gec  idi,  qoca  toza  bulaşmış  gilələrdən  birini
udmuşdu. Bundan daha da xəcalət çəkirmiş kimi, qarı
yenə mənə baxdı, acı təəssüflə başını bulayıb qocaya
ikrahla  güldü.  Bu  gülüşlə,  sanki,  mənə  dedi:
“Bağışlayın!.. Mən onun əvəzindən sizdən çox-çox
üzr istəyirəm!..” 
Olduqca  qəribə,  düşündürücü,  ürək  ağrıdan
Milena
101


mənzərəylə  üzləşmişdim.  Bu  miskin  görünüşlü
insanların acı həyatını, taleyini düşünə-düşünə çox
acıyırdım. Digər bir tərəfdən də onlar nəyə görəsə, elə
bil, məndən ötrü dünyanın ən maraqlı, həm də sevimli
insanları idilər.
Qoca üzümün son giləsini də qoparıb ağzına atdı,
sonra giləsi tamam arıtlanmış saplağı ortalığa tulladı.
Qarı onun bu hərəkətini görüb, bir daha mənə baxdı,
nə reaksiya verəcəyimi bilmək istədi; mənim dinib-
danışmadan  bu  acı  mənzərəyə  tamaşa  etdiyimi
görəndə hiddətlə qocaya dedi:
-Tfu, yaramaz inək, adam da zibili ortalığa atar?..
Dur, qalx, zibili götür, at zibil qutusuna!
Mujik, dinməz-söyləməz, yuxulu, mürgülü adam
kimi  ayağa  durdu,  yırğalana-yırğalana  əyilib  üzüm
saplağını yerdən götürdü, aparıb küncdəki zibil qu-
tusuna atdı. Həmin an qarının üzündə fərəh, məğrurluq
əlaməti sezdim. O öz əməlindən razı halda mənə baxıb
gülümsəyirdi. 
Düşünürdüm ki, yəqin o qoca qarının əridi, ya da
içki  yoldaşıdı.  Əri  olmasa  belə,  onlar  “əqidə”,
“məslək”  dostuydular.  Hər  halda,  onların  yanaşı
oturmaları, hər ikisinin sir-sifətindəki təzə çapıq və
yaralar belə deyirdi.
Qoca üzüm saplağını zibil qutusuna atandan sonra
ətrafına baxmadan, ayaqları biri-birinə dolaşa-dolaşa
təzədən  qarının  yanına  qayıdıb  öz  yerində  oturdu.
Cəmi bir neçə dəqiqə sonra isə başı sinəsinə sallanmış
vəziyyətdə yatıb, xoruldamağa başladı.
Tez-tez  mənə  aşkar-gizli  göz  qoyan  qarı  sözlü
adama oxşayırdı. Elə bil, nəsə deməyə can atır, nəsə
soruşmaq istəyir, ancaq çəkinirdi.
O  məndən  nə  istəyə  bilərdi;  məsələn;  məncə,
Zəka Vilayətoğlu
102


soruşardı ki, sizdə iyirmi qəpik, ya əlli qəpik və ya bir
manat pul olar?.. Mən bu barədə düşünəndə, nəhayət,
qarı dilə gəldi:
-Bağışlayın,  cənab,  sizdən  bir  şey  soruşmaq
olarmı? - Qarı cavan qız kimi utana-utana  nazlandı.
Onun nazlandığını duyanda məni gülmək tutdu; ol-
maya, qarı mənə elani-eşq etmək fikrinə düşmüşdü?!.
Beləcə, gülə-gülə dedim:
-Buyurun, eşidirəm.
-Bağışlayın cənab, üzr istəyirəm! Siz çox alicənab,
mədəni  və  yaraşıqlı  adamsınız…  -  Qarı  kübar
xanımlara xas ədayla dilləndi.
Görünür,  o  qocanı  “mədəniləşdirməyindəki
xidmətimin” üzrxahlığını etmək istəyirdi. Dinməzcə
gülümsünüb başımı tərpətdim. Sonra düşüncələrimin
səmti dəyişsə də aradabir başımı qaldırıb oğrunca bir
daha qarıya baxır,, onun cavanlığını təsəvvür edirdim
-    güman  ki,  bir  vaxtlar  gözəl,  ağıllı,  savadlı  bir
qadınmış.  Eləindi  də  onun  simasındakı  şirinliyin,
cazibənin, az da olsa, əlamətləri hiss olunur, bütün
bunlar qadın kimi gözəl keçmişindən xəbər verirdi. O,
məndən  hələ  də  nə  isə  soruşmaq  istəyirdi.  Amma
niyəsə cürət etmirdi...
Düşüncələrim  uzun  çəkmədi.  Ləngər  vura-vura
mənə  yaxınlaşan  başqa  bir  sərxoş  əhvalımı  xeyli
yaxşılaşdırdı. O bir baş üstümə gəlib dilləndi:
-Zdravstvuyte!..  Vı  azerbaydjanes?..  Oçen
prekrasno, oçen rad!.. Çok yakşi, çok yakşi! 
Sərxoş, sözünün gerisini türkcə söylədi, elə azəri
türkcəsində də Zeynəb Xanlarovanın repertuarından
mahnını oxumağa başladı:
-Dedim: ala (əla) nadi? Dedi: gozumdi (gözümdü).
Dedim:  lala  (lalə)  nadi?  Dedi:  uzumdi  (üzümdü)
Milena
103


Dedim: opmaliyam (öpməliyəm) Soyladi (söylədi):
yok, yok (yox, yox).
Onu diqqətlə və fərəhlə dinlədiyimi görən sərxoş
rus gülə-gülə dedi:
-Eto pesnya, vaşa pesnya! Eto azerbaydjanskaya
pesnya! Moy lyubimıy pesnya! Ya oçen, oçen lyublyu
azerbaydjanskiy narod, azerbaydjanskiy pesnya!
Bəlkə də bu onun “siyasəti” idi - yarım litr araq
qazanmaq üçün bizimkilərin ürəyini ələ alıb beş-on
manat  qoparmaq  üçün  bu  mahnını  oxumağı
öyrənmişdi. Hər halda, onun bu “siyasəti”  ürəyimcə
idi, ona beş-on rubl verməyə dəyərdi. 
-Molodoy çelovek, skajite pojaluysta, u vas yest
pyat rubley? - Sərxoş  gözlədiyim kimi soruşdu.
-Yest, yest, koneçno yest!-Gülə-gülə söylədim  
Əlimi  cibimə  atdım,  yüz  rublluq  çıxarıb  ona
uzatdım. Sərxoş  yüzlüyü görüb heyrətləndi, göydəcə
qapıb  qarşımda  ikiqat  əyildi,  əlimdən  öpmək
istəyəndə, qoymadım. O dönə-dönə minnətdarlığını
bildirib yarımçıq kefini araqla tamamlamağa tələsdi.
Gedə-dedə  də  oxumağından  da  qalmadı:  “Dedim:
“ala” nadi?...” 
... Nəhayət, qatara minik başlandığını elan elədilər.
Çantamı götürüb qatara tələsdim. Qarının səsi isə elə
hey  qulaqlarımda  səslənirdi:  “Bağışlayın,  cənab,
sizdən bir söz soruşmaq olarmı?..”
Zəka Vilayətoğlu
104


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə