Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə28/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   24   25   26   27   28   29   30   31   ...   36

pasportları dəyişdirəcək Adamla razılaşdıqları kimi,
üç min manat təkcə bu iş üçün lazımdır. 
-Nə  qədəəər?-Şaqen  yaxşı  eşitmədi  və  bu  da
Stepanı  təzədən  ümidləndirdi.  Bu  dəfə  səhvini
düzəltdi:
-Üç min manat! - dedi.
-Üç  min?!..  Az  məbləğ  deyil!..  Eeeeh!  İndi  bu
məbləğ mənimçün də əlçatmazdır! - Şaqen yalandan
köks ötürdü. Əslində isə döşəmənin altında gizlətdiyi
çamadanda on beş min manat pulu vardı.
-Bəlkə bankdakı hesabından...
-Yox. Bu, mümkün deyil. Onsuz da o pulu bizə
verməzlər. Özün ağıllı oğlansan, bir düşün dəəə!..
-Düz deyirsən!.. Yaxşı, mən getdim. Gecdir, gedim
yatım.  Ürəyim  istədi,  dedim  bir  Şaqen  dayıya  baş
çəkim.
-Çox  sağ  ol,  Allah  səni  unutmasın!-Şaqen
gülümsədi  və  ardınca  boğazına  yığılmış  hisli-paslı
xıltı təmizləyib, böyründəki zibil qabına tüpürdü.
***
Stepan  gecəyarısı  həyətdə  gəzinməyə  başladı.
Həyət sakinləri ikinci yuxunu yatırdılar. O, əminlik
üçün  saymazyana  həyətin  ortasıyla  keçib,  küçəyə
çıxdı. Küçə qapısından oğrunca bütün evlərin qapısına
göz yetirdi. Kiminsə oyaq ola biləcəyindən ehtiyat
edirdi.  Sonra  siqaret  yandırdı;  tüstüylə  həyəcanını
boğmaq, süstləşdirmək istəyirdi. Son qüllabı vurub
təzədən  həyətə  daxil  oldu  və  ehtiyatlı  addımlarla
Şaqenin evinə yaxınlaşdı.
Şaqenin evinin girişində gecələr səhərəcən elektrik
lampası yanırdı. Bu işıq Stepana çox mane olurdu.
İşıqda  kiminsə  gözlərinə  görünəcəyindən  ehtiyat
edirdi.  Az  sonra  özündə  cəsarət  tapıb  buna  da  bir
Zəka Vilayətoğlu
114


əncam çəkdi. Vaxt itirmədən əl uzadıb lampanı burdu
və  söndürdü.  Qaranlıq  bir  küncə  çəkilib,  ətrafdan,
içəridən hənir gəlib-gəlmədiyini bilmək istədi. Sakitlik
idi.  Ehmalca  Şaqenin  evinin  açıq  qalmış,  dəmir
barmaqlıqlı  pəncərəsinə  yaxınlaşdı.  Şaqenin  yatıb-
yatmadığını  bilmək  istəyirdi.  Dinşədi.  İçəridən
Şaqenin  zəif  xorultu  səsi  gəlirdi.  Bu,  Stepanı
ürəkləndirdi. Təzədən qapıya yaxınlaşdı. Oğurladığı
açarı cibindən çıxarıb qapıya saldı, ehmalca sağa bur-
maq  istədi.  Açar  sağa  burulmadı.  Açarı  səhv
götürdüyünü  zənn  edib  düşgünləşdi.  Təkrar
yoxlamağa qərar verdi. Bu dəfə, xoşbəxtlikdən açar
sağa çox rahat buruldu və qapı açıldı. Qapını azacıq
aralayıb içəri girdi, eyni ehmallıqla da arxasınca örtdü.
Nəfəsini içinə çəkib, gözləri qaranlığa alışanacan qapı
arxasında dayandı. 
Şaqen daha xoruldamır, sakit-sakit yatırdı. Arada
astadan zarımağa başladı. Görünür qocalıqdan canında
baş qaldırmış giziltilər, ağrılar onu yuxuda da rahatsız
edirdi.
Stepan həyəcanlıydı. Sinəsi dağılmağa gəlirdi. İrəli
atılıb  Şaqeni  öldürməyə  hələ  ki,  cürət  etmirdi.  Bir
azdan Şaqen yenə xoruldamağa başlayanda o, özünə
gəldi. Artıq gözləri də qaranlığa alışmışdı. Küncdəki
çarpayının üstə gözünə dəyən yastığı bir anda qapdı
və  Şaqenin  çarpayısına  yaxınlaşdı. Vaxt  itirmədən,
ağcaqanad öldürürmüş kimi yastığı Şaqenin ağzına
basdı. Ani  olaraq,  yastıq  altında  boğuq  və  zəif  səs
eşidildi.  Cəmisi  yarım  dəqiqə  sonra  o  səs  tamam
kəsildi.  Buna  baxmayaraq,  Stepan  yastığı  Şaqenin
ağzında  iki-üç  dəqiqə  saxladı.  Onun  öldüyünə  tam
əmin  olduqdan  sonra  pəncərəni  içəridən  bağladı,
pərdələri  qapatdı.  Bayırdan  içərini  kimsənin  görə
bilməyəcəyindən  arxayınlayıb  otaqların  işığını
Milena
115


yandırdı. Axtarışa başladı. Otağın altını üstünə çevirdi.
Ümidlə,  həyəcanla  axtardıqlarını  tapa  bilməyəndə
əsəbləşdi, Şaqeni nahaqdan öldürdüyü üçün öz-özünü
danladı,  it  peşimanı  oldu.  Amma  ümidini  üzmədi,
döşəmədəki xalını sürüyüb qəzəblə bir küncə atdı. Bu
an  döşəmədəki  kiçik  qapı  dəydi  gözünə.  Qapının
ağzında xırda kilid vardı. Çox eşələdikdən, dartdıqdan
sonra kilidi qopara bildi. Taxta qapını açdı. Qarşısında
bir  metr  dərinliyində,  quyu  oxşarı  bir  yarıq  açıldı.
Orda gözünə dəyən qara bir çamadan oldu. Xəzinə
tapmış adam sevinci ilə bir an duruxub qaldı. Tez də
daxili səfərbərliklə güc verib çamadanı ordan çıxardı.
Ancaq çamadan, onun düşündüyü kimi ağır deyildi. 
Stepan  çamadanı  açmazdan  öncə  xatırladı  ki,
qapını  kilidləməyib.  Qaçaraq,  qapını  kilidləyəndən
sonra qayıdıb çamadanı götürdü və arxa otağa çəkilib
həyəcanla,  sevinclə  açdı.  Qalaqlanmış  şax  rus
yüzlüklərini,  əlliliklərini  görüncə  az  qaldı  ki,  ağlı
başından uçsun. Bir az da eşələyib içərisi qızılla dolu
sandıqçanı da tapdı. Bu dəfə lap çox sevindi. Özünü
ələ almağa çalışdı. Ağlının başından uçmaması üçün,
sanki Şaqenin otağının pəncərələri kimi beyninin hər
künc-bucağını  qapatmağa,  “pərdələrini”  çəkməyə
cəhd  etdi.  Çamadanın  ağzını  bərk-bərk  bağlayıb,
otağın  işıqlarını  söndürdü.  Ehtiyatla  pəncərəyə
yaxınlaşıb, pərdə arxasından alaqaranlıq həyətə göz
gəzdirdi, qulaq verdi. Bir səs-səmir eşidilməyincə ça-
madanla  birgə  otaqdan  çıxdı.  Çıxarkən  qapını  da
kilidləməyi unutmadı. Sonra gecəykən ata-anasını da
götürüb qaçdı, küçəyə çıxaraq, taksi saxlatdı. Taksiyə
əyləşincə,  “Sabunçu” qəsəbəsinə sür!”-dedi. Qoca Va-
hanla arvadı, təşviş, qorxu içində ehtiyatla ondan nə
baş  verdiyini  soruşsalar  da  o,  şəhadət  barmağını
dodaqlarına dayayıb, onlara susmaq işarəsi verdi...
Zəka Vilayətoğlu
116


***
Səhər  Şaqen  gözə  dəymədi.  O  biri  gün  də.  Düz
üçüncü  günün  axşamı  onun  öldürüldüyü  xəbəri
yayıldı. Bakının qızmar yayının istisi olmasaydı, bəlkə
də  Şaqenin  öldüyündən  on  gün  sonra  xəbər
tutacaqdılar.  Ancaq  meyitin  kəskin  qoxusu  həmin
günün axşamı həyəti başına götürdü. İlk anda heç kəs
Şaqenin öldüyündən şübhələnmədi. Hamı elə bildi,
hardasa  yaxın  künc-bucaqda  it-pişik,  siçan-siçovul
ölüb. Çox axtardılar, bir şey tapa bilmədilər. Arada
Şaqenin ölə biləcəyini ehtimal edənlər də oldu və bu
ehtimalla da onun yaşadığı evin qapısını taqqıldatdılar,
amma  qapı  bağlı  olduğundan  çox  da  dərinə
getmədilər.  Üçüncü  gün  isə  həyəti  ağuşuna  almış
meyit qoxusu çox dözülməz oldu. Sonra kimsə dedi:
“Güman  ki,  Şaqen  ölüb?..  Üç  gündür,  o,  gözə
dəymir!”  Bu,  hamının  ağlına  batdı.  Yaxınlaşıb
pəncərədən  içəri  baxdılar,  bir  şey  görə  bilmədilər.
Şaqeni  səslədilər,  cavab  gəlmədi.  Erməni  Vahanı,
Stepanı  aradılar,  onlar  da  gözə  dəymirdilər.  Sonra
məlum oldu ki, Vahangil üç gün əvvəl həmişəlik ha-
rasa çıxıb gediblər.
Meyit qoxusu, açıq-aşkar Şaqenin evindən gəlirdi.
Son anda həyət sakinləri polisə xəbər verdilər və polis
gəlib qapını sındırdıqdan sonra, həqiqətən Şaqenin
öldürüldüyü məlum oldu. Onun meyitini ölü maşınına
qoyub morqa apardılar. Hadisənin gerisindən həyət
sakinlərinin heç bir xəbəri olmadı. Polis bir müddət
cinayətkarı axtardısa da, onu tezliklə tapa bilmədi.
Sonrakı  qanlı-qadalı  hadisələr  isə  bu  hadisəni
tamamilə unutdurdu.
Milena
117


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə