Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə30/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

əldən  düşmüş  ata-anasına  toxunmazlar,  toxunsalar
belə, onsuz da ömürlərini yaşamış bu qocalar çoxdan
ölmüş kimiydilər. 
Stepan  ciblərini  eşələdi.  Cibində  son  qəpik-
quruşları qalmışdı. Hərdən uduzduğu pulları təzədən
geri  qaytarmaq  eşqiylə  alışıb-yansa  da,  bu  qəpik-
quruşla qumar oynamağın mümkünsüzlüyünü anlayıb
düşkünləşirdi. Bu miskin, darıxdırıcı halında Lyubanın
ona  nə  qədər  gərək  və  dayaq  olduğunu  anlayıb,
sevinir, Allaha dua edirdi.
Bir neçə gün fikirləşib, pulsuzluqdan yaxa qurtar-
maq üçün yollar aradıqdan sonra oğurluq, cibgirlik
etməyə qərar verdi. Həmin gün xəlvət bir küçədə son
dəbdə  geyinib-bəzənmiş  bir  qadının  çantasını
çiynindən dartıb qopardı, güllə kimi qaçdı və gözdən
itdi.  Daldalanıb,  izi  itirdikdən  sonra  çantanı  açdı.
İçərisindən  qadına  məxsus  əşyalar  çıxdı.  Onları
qəzəblə bir tərəfə tullayıb yenə də çantanı eşələdi. Bu
dəfə axtardığını tapdı. Bu, qiymətli, yaraşıqlı bir port-
manat idi. Həyəcanla, ümidlə açıb, içinə baxdı. Port-
manatda iki yüz dollar və səkkiz min də rus pulu vardı.
Bir az da eşələdikdən sonra qiyməti, təxminən üç yüz
dollar olan qızıl qadın boyunbağısı tapdı. Onları da
ciblərində gizlədib, heç nə olmayıbmş kimi yoluna
düzəldi. Həmin gün axşam yenidən kazinoya yollandı.
Kazinoda, elə bil onun gəlişini çoxdan gözləyirdilər.
Çox  çəkmədən  oyun  başlandı.  Oyunun  ilk  mərhə -
ləsində Stepanın bəxti gətirdi. Az məbləğlə oyuna girsə
də  o,  xeyli  pul  uddu.  Get-gedə  həvəsləndi.  Oyun
əməlli-başlı qızışmışdı. Məbləğ get-gedə artırdı. Əlinə
pul gəldikcə Stepan bir az da qızışır, məbləği daha da
artırırdı. 
Aradan  üç  saata  yaxın  vaxt  ötmüşdü.  Hərdən
udduğu pulların bir qismini təzədən uduzmasına bax-
Zəka Vilayətoğlu
122


mayaraq, əlində beş min dollar dəyərində pul vardı.
Son anda bərk yorulduğunu və qazandığı pulları bir
an  içərisində  yenidən  uduza  biləcəyini,  erməni
genindən  gələn  bicliklə  hiss  etdiyindən  oyunu
dayandırdı.  Kazinodan  çıxıb  Lyubanın  görüşünə
tələsdi. Onu da özüylə götürüb şəhərin mərkəzindəki
disko-bara yollandı...
Gecə evə sərxoş qayıtdılar. Lyubanın atası Dima, öz
otağında büzüşüb yatmışdı. Səs-küyə oyandı. Biləndə
ki, “kürəkəni” hər cür yemək-içmək alıb gətirib, çiçəyi
çırtladı. Stepanın təklifindən sonra yatağından qalxıb
süfrəyə  yaxınlaşdı.  Amma  Stepan  ondan  iyrən -
diyindən,  imkan  vermədi,  Dima  onlarla  bir  stol
ətrafında  əyləşsin.  Çay  stəkanını  araqla  ağzınacan
doldurdu və bir neçə dilim kolbasa ilə birgə ona uzatdı.
Dima bunları göydə qapdı və yeməkdən əvvəl arağın
yarısını birnəfəsə acgözlüklə başına çəkdi. Sonra əlini
uzadıb  süfrədən  duzlu  xiyar  götürmək  istəyəndə
Stepan çəmkirdi: “Dayan!.. Mən verərəm!”- dedi və
Dimanın əlini süfrəyə toxundurmasına imkan vermədi. 
Lyuba  özündə  deyildi.  Çox  içmişdi.  Stepanın
təkidiylə onun süzdüyü araqdan bir udum içib divana
çökdü və an içərisində lampa kimi söndü. O qədər
sərxoş idi ki, ətini kəssən xəbəri olmazdı. Saçları biri-
birinə  qarışmışdı.  Ağappaq  sinəsi,  yumru,  bərk
döşlərindən  biri  düymələri  açılmış  köynəyinin
yaxasından  pırtlayıb  çıxmışdı  və  sanki  budaqdan
yetkin, dadlı, sulu, ətli bir meyvə sallanırdı. Dizdən
yuxarıyacan açıq geydiyi yubkası isə onun aralanmış
ayaqları arasından işıq üzünə çıxmaq istəyən şeyini
örtmək, gizləmək üçün yetərincə uzun deyildi. Əslində
Stepan  da,  Lyubanın  atası  Dima  da  Lyubanın  işıq
saçan, iştah açan görkəminin fərqində deyildilər. Dima
Milena
123


acgözlüklə  araq  içir,  kolbasa  yeyirdi,  Stepan  da
ayağını  biri-birinin  üstə  aşırıb  siqaret  çəkirdi.
Siqaretinə  son  qüllabı  vurub,  hərdən  maraqla  ona
baxan Dimadan soruşdu: “Çəkirsəəən?”
Dima,  müticəsinə  boyun  əydi,  yazıq-yazıq
gülümsədi və “pis olmaz” dedi. Stepan onu yanına
çağırdı. Dima yaxınlaşan kimi kişinin çiynindən aşağı
basdı:
-Başını  aşağı  əy!-dedi.  Dima,  onun  neyləmək
istədiyinin fərqinə varmadan müticəsinə  başını aşağı
əyən kimi əlindəki siqareti odlu-közlü, qəddarcasına,
manyaqkcasına, faşistcəsinə Dimanın keçəl başının
düz  ortasına  basıb  söndürdü.  Dima  vaysındı,
ofuldandı. Bir anda yanıq ət qoxusu, kabab qoxusu
otağa yayıldı. İtaətə, mütiliyə alışmış Dima, az sonra
heç  nə  olmayıbmış  kimi  cınqırını  da  çıxarmadı  və
Stepandan  aldığı  siqareti  damağına  qoyub  odladı,
sanki bununla da bütün göynərtilərini unutmuş oldu...
Stepan hər şeyi bilərəkdən edirdi. Sərxoş olmasına
baxmayaraq,  nə  etdiyini  yaxşı  bilirdi.  Bütün
vasitələrdən istifadə edib, ruslarda türklərə qarşı nifrət
oyatmağı qarşısına məqsəd qoymuşdu. Şəxsi pasportu,
Azərbaycandan  olması  buna  əsas  verirdi.  O,  yaxşı
bilirdi, burda-Rusiyada hər nə qələt etsə, ruslara hər
nə qədər pislik etsə, hamısı Azərbaycan və türk adına
yazılacaq.    Bununla  da,  ruslarda,  Dimanın  özündə
türk millətinə əbədi sönməyən bir nifrət oyadacağına
əmin idi. Bu istəklə də o, sonrakı günlərdə də bədbəxt
Dimanın yağlı, sığallı ortası keçəl başını, bilərəkdən
külqabıya  döndərmişdi.  Deyəsən,  Dima  da  buna
alışmışdı  və  elə  belə  də  olmalıymış  kimi  Stepanın
hərəkətlərinə etiraz etmirdi. Qızı, başının ortasına nə
olduğunu  soruşanda  da  “bir  şey  deyil,  tikintidə
yaralanıb” deməklə onu yola verir, əslində Stepandan
Zəka Vilayətoğlu
124


it kimi qorxurdu. 
Stepan son zamanlar bir quldur dəstəsinə qoşul -
muşdu.  Mağazaları,  kafe-barları  talayır,  adamların
yolunu kəsir, gecələr qətllər, qırğınlar törədir, sərvət
toplayırdılar. Bu səbəbdən də bəzən bir neçə gün yoxa
çıxır, Lyubadan ayrı düşürdü. Bu günlərdə Lyuba da
öz gəzintisindən, keyfindən qalmırdı... Amma Dima
Stepansız darıxırdı. Darıxmaq deyəndə ki, Stepanın
alıb gətirdiyi içkilərdən, siqaretdən ötrü arzulayırdı
Stepanı.
İki gün sonra Stepan evə yenə sərxoş gəldi. Dima
üçün araq, pivə, qurudulmuş balıq və kolbasa almağı
da unutmamışdı.
Lyuba evdə yox idi. Allah bilir, yenə harda, kiminlə
əylənir,  yeyib-içib,  yatırdı.  Stepan  üçün  bu,  elə  də
maraqlı  deyildi.  Başlıcası,  yatmağa,  daldalanmağa
yeri vardı. Ona görə də Lyubanı bu barədə sorğu-suala
tutub, incitmək, özündən uzaqlaşdırmaq istəmirdi.
Stepan yenə də Dimaya arağı çay stəkanında süzdü.
İnadla  təkid  etdi  ki,  arağı  birnəfəsə  içsin.  O  qədər
qızışdırıb,  həvəsləndirdi,  Dima  şirə  döndü  və
tərəddüd, etiraz etmədən arağı birnəfəsə başına çəkdi.
Sonra bir neçə saniyə nəfəs ala bilmədi, səsi çıxmadı.
Handan-hana özünə gəldi və Stepanın, gülə-gülə ona
uzatdığı xiyar turşusunu göydə qapdı.
Dima keflənmişdi. Ara-sıra nəsə demək, danışmaq
istəsə  də  sözlər  ağzından  tökülüb-itir,  yolu  itirmiş
kefli,  sərxoş  sürücünün  maşını  kimi  uçuruma
yuvarlanıb “qəzaya” uğrayırdı.
Stepan da kefli olmasına baxmayaraq, özünə araq
süzür, Dimaya yoldaşlıq edirdi. O, bir azdan həmişəki
tək stuldan qalxıb, külqabını, siqareti götürərək, kres-
loda əyləşdi. Yenə də ayağını ayağının üstə aşırdıb
Milena
125


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə