Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə8/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

səslər Eynarın bütün yorğunluğunu çıxarır, hər cür
nigarançılığına son qoyurdu.
-Şəhərdən ora neçə kilometrdir?
-İyirmi  beş...  Elektrik  qatarları  fasiləsiz  işləyir.
Ordan mərkəzə on beş dəqiqəyə çatmaq olur, narahat
olmayın! Gözəl oteldir Boulinq. İnanın, mərkəzdəki
otellərdən geri qalmır. Qiymətləri də münasibdir. Ən
əsası səs-küydən uzaq, rahat bir yerdədir.
-Əminsiniz ki, orda boş yer olar?
-Əlbəttə!
Tıxacdan  çıxan  taksi  geniş  yola  çıxanda  sürətlə
Moskvaətrafı rayona doğru irəliləməyə başladı. Bu an
yağış da ara verdi. Bir azdan sürücü maşının sürətini
azaldıb dedi:
-Ora baxın!
Yolun  sağ  tərəfinə  baxdı.  Orda  iyirmi-otuz
yarıçılpaq gənc qadın baş-başa verib dayanmışdı.
-Bu nədir belə?-təəccüblə soruşdu.
-Meyliniz çəkirsə, düşək baxaq!.. Ürəyinizə yatanı
seçib götürərsiz!.. - sürücü bic-bic gülümsədi.
-Həə. Anladım, “gecəquşları!..”
-Elədir, gecəquşlarıdır!
-Baxmaq  maraqlı  olardı!-dedi.  Sürücü  buna
bəndmiş kimi maşını “Gecəquşlarına” tərəf sürdü.
Maşının onlara səmtləndiyini görüncə, yarıçılpaq
qadınlar  göyərçin  dəstəsi  kimi  perikib,  bir  anda
yaxınlıqda dayanmış avtobusa doluşdular. Onları milis
əməkdaşları hesab edib qorxuya düşmüşdülər.
Avtobusa  yaxınlaşıb  taksidən  düşdülər.  Onların,
heç də təhlükəli adamlara oxşamadığını görüncə av-
tobusdan  orta  yaşlı  bir  qadın  düşdü.  Bu,  “Gecə -
Zəka Vilayətoğlu
32


quşlarının” başçısı idi.
-Neçəyədir, qızlar?-sürücü soruşdu.
-Hər qiymətə var!-qadın bildirdi.
-Baxmaq olar?
Qadın fit çaldı. Bir anda “Gecəquşları” avtobusdan
tökülüb maşının parlaq işığında sıraya düzüldülər.
-Seçin!-qadın dedi.
-O 
neçəyədir?-sürücü 
barmağını 
ucaboy,
nərmənazik və çox gözəl olan birisinə tuşladı.
-Səkkiz yüz dollar!-qadın bildirdi.
-Bəs onun yanındakı?
-Üç yüz dollar.
-Bəs bu balaca?
-Min  beş  yüz  dollar.  Qız  uşağıdır.  Bu  gün
gətirmişəm,-qadın fəxrlə dilləndi.
-Hımm... Özünüz seçin!-sürücü Eynara dedi.
Qəribə bir aləmə düşdüyündən şaşırmışdı. Bilmirdi
gülsün, ya ağlasın, sanki ovsunlanmış, tilsimlənmişdi.
Gördüklərinin  gözəl  tərəfini  görür,  gözəl  tərəfini
düşünürdü. Son dərəcə gözəl bir peyzaşla üzləşdiyini
güman edirdi. Sanki fırça əlində işləyir, arabir işlədiyi
gözəl      tablodan  qismən  aralanır,  kənardan  bütün
xırdalıqları,  cizgiləri  gözdən  keçirir,  çatışmayan
nələrisə  əlavə  etməyə  çalışırdı.  Sürücünün  səsi  bir
anlıq bu gözəl tablodan ayırdı onu və bütün hisslər
dəyişdi. İndi başqa təsəvvürlər yarandı. Elə zənn etdi,
kasıb bir kəndli olan qoca babasıyla bazara at, qoyun
almağa gəlib. Babası bir-bir heyvanlara göz gəzdirir,
sağrılarını  əlləşdirir,  yaxşı-pis  olduğunu  bilməyə
çalışır.
Maşının  işığında  üzləri,  gözləri  aydın  görünən
Milena
33


“Gecəquşları” intizarla, maraqla onlara baxır, hansını
bəyənib, seçəcəklərini həyəcanla gözləyirdilər.
Qatardakı qadının eyhamlarına biganə yanaşdığı
üçün özünü xeyli qınamışdı. Bu dəfəki fürsəti əldən
vermək istəmirdi. Gözləri qamaşmışdı. Bu qamaşan
gözlər bu dəm heç nəyi görmürdü. Sanki düşüncələri
də keyimiş, donmuşdu. İçində qəfildən elə bir ehtiras
oyanmışdı ki, daha tablaya bilmirdi.
-Bu qızdan xoşum gəlir!-barmağını sarışın, gözəl,
cəlbedici birisinə tuşladı.
-Oleçka, gəl bura!-başçı qadın səsləndi.
Oleçka çeyran kimi onlara tərəf atıldı.
-Yüz dollar verəcəksiniz!-qadın sürücüyə dedi.
Baha  qiymətə  olanlardan  heç  də  geri  qalmayan
Oleçkanın  bu  qədər  ucuz  qiymətə  olmasına
təəccübləndisə  də,  bir  söz  demədi  və  çıxarıb  yüz
dolları qadına verdi...
...Otel ürəyincə idi. Kifayət qədər boş yerləri də
vardı.  Qiymətlər  də  münasib.  İki  nəfərlik  otağın
qiyməti, cəmisi əlli dollar. 
Sürücü  hər  şeyi  dəqiqliklə  öyrənib  qayıtdıqdan
sonra Eynar soruşdu:
-Burda qadınla gecələməyə icazə var?
-Əlbəttə  var.  İki  nəfər  qalacaqsınız.  İstəsəniz
Oleçkanı üç gün burda saxlaya da bilərsiniz.
-Deməli, üç günə yüz əlli dollar ödəməliyəm, hə?
-Bəli...  Tək  adam  üçün  də  otaqlar  var-bir  günü
iyirmi beş dollar.
-Yox. İki nəfərlik daha yaxşıdır.
-Məsləhət sizinkidir, - Mişa dedi.
Qeydiyyat şöbəsində, oteldə gecələyəcəyi üç gün
Zəka Vilayətoğlu
34


üçün  tələb  olunan  yüz  əlli  dolları  ödədikdən  sonra
qadın və Mişa ilə birgə iyirmi səkkiz nömrəli otağa
yollandı.
Əşyalarını otağa yerləşdirdikdən sonra sürücünün
də zəhmət haqqını ödəmək üçün ondan soruşdu:
-Nə qədər verməliyəm?
-İki min beş yüz  rubl .
-İki min beş yüz?-heyrətləndi.
-Bəli... Çoxduur?
-Xeyr. Normaldır. Alın!.. Təşəkkür edirəm!
-Dəyməz!.. Bu, mənim telefon nömrəmdir. Lazım
olsam zəng edərsiniz,-sürücü vizit kartını ona uzadıb
sağollaşaraq, otaqdan çıxdı...
Gözləyirdi  ki,  saatlarla  gecə  gəzintisinə,  otel
axtarışına sərf etdiyi vaxt və uzun yollar üçün sürücü
ondan, iki min beş yüz rubl deyil (təxminən, yüz dol-
lar), ən azı üç yüz dollar tələb edəcək, amma hər şey
əksinə oldu....
Oteldə  tam  rahatlandıqdan  sonra  yemək-içmək
sifariş etdi. Bir azdan xidmətçi qadın  yarım litr araq,
mineral su, qara zeytun, kolbasa və bir neçə dilim qara
çörək,  bir  ədəd  də  limon  gətirdi.  Bərk  acmışdı.
İştahayla yeməyə girişdi. Oleçka isə yemək əvəzinə
əlinin işarəsiylə araq içmək istədiyini bildirdi. Oleçka
üçün araq süzdü. Qadın arağı birnəfəsə başına çəkdi
və  üstündən  bir  neçə  zeytun  yeməklə  kifayətləndi.
Sonacan da elə bu cür içdi və çox tez sərxoş oldu.
Bayaqdan Eynarın bütün sorğularına, dodaqlarını biri-
birinə  kip  sıxıb  gülümsəyərək,  sadəcə  “hı”  deyə
münasibət  bildirən  qadının  dili  araqdan  sonra
açılmağa  başladı.  Araq  şüşəsi  tamam  boşalanda
Milena
35


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə