Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə5/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   2   3   4   5   6   7   8   9   ...   36

vaqon, normal bir kişi kimi onu çox vahimələndirirdi.
Get-gedə  içində  qəribə  duyğular  baş  qaldırırdı.
Diqqətlə  içinə  baxanda  bu  duyğuların  şeytana
bənzədiyini gördü. Bu şeytani duyğular onu qadına
doğru meylləndirir, su kimi axıdırdı. Qadın   bir himə
bənd  idi  ki,  büs-bütün  soyunub,  bu  yad  kişinin
ağuşuna  atılsın.  Amma  o,  ehtiyat  edirdi.  Günü-
güzəranı  Bakı-Moskva  aralığında  keçən  bu  qadın
Allah  bilir,  nə  yuvanın  quşu  idi  və  üzünə  kimlərin
nəfəsi dəyməmişdi. Çox da   gözəl, mehriban idi, nə
bilmək olardı,  bəlkə  hansısa  bir yoluxucu xəstəliyin
daşıyıcısıydı?.. Bu düşüncələrlə yanaşı, sirli bir qüvvə
onu  qadına  doğru  itələyirdi...Köməyinə  yenə  tatar
qızıyla, biri-birinə məhəbbətlə qovuşan çaylar-Okayla
Volqa gəldi. Bir anda o qədər sürətlə qıjıldayıb axdılar
ki,  bir  müddət  gözləri  qarşısında,  beynində,
düşüncəsində nə vardısa, hamısını yuyub apardılar.
Həmin şeytani duyğuları da... Ayağa qalxdı, bu dəm
sanki  özünü  də  sular  süpürləyib  bayıra  çıxardı  və
yalnız bundan sonra   rahatlandı. Pəncərəyə söykənib
yenidən  tatar  sevgilisini,  doğma  qızını  düşünməyə
başladı: “Ağzımın dadı-ləzzəti Milenayla getdi!.. Kaş
məni  gözləmiş  ola!..  O,  çox  sevimli  idi!  Dünyada
bənzəri  yoxdur  onun!  Adam  sevdiyindən  uzaq
düşüncə bunu daha yaxşı duyur!.. Heyif, aldatdım,
bilmədim qədrini bu xoşbəxtliyin!”
Moskvada bir neçə gün qalmaq, şəhəri doyunca
gəzmək  istəyirdi.  Bir  neçə  il  Nijni-Novqorodda
yaşamasına baxmayaraq, Moskvada çox az olmuşdu.
Şəhərlə düz-əməlli   tanış ola bilməmişdi. İndi çox
istəyirdi, bu nəhəng şəhərin genişliyində bir neçə gün
Zəka Vilayətoğlu
20


sinəsi dolu nəfəs alıb, rahatlansın, həyatının gəlişini-
gedişini əməlli-başlı düşünsün, hara, nə səbəbə get-
diyini,  indən  sonra  neyləmək  lazım  olduğunu
lazımınca ölçüb-biçsin. Ola da bilər, tatar qızıyla ilgili
sevdasından əl çəksin. Çünki rus təbiətli tatar qızının
ismətli, vəfalı bir türk qızı kimi oturub da illərlə onun
yolunu gözləyəcəyinə inanmırdı. Bu səbəbdən də, ola
bilsin, həmişəlik Moskvada qalacaq, işləyəcəkdi.
Qatar hansısa stansiyada  bir neçə dəqiqə dayandı.
Vaqona səssizlik çökdü. 
Hər ikisi yatağına uzanmışdı. Qəribədir, bayaqdan
yatağa  uzanmalarına  baxmayaraq,  heç  biri
yuxulamamışdı. Onun təsəvvüründə, xəyalında çaylar
axırdı. Özünü qatarda deyil, bu çayların sularında üzən
bir  qayıqdaymış  kimi  hiss  edirdi.  Qadın  isə  onun
haqqında  düşünürdü.  Bir  kişi  kimi  ürəyinə  çox
yatmışdı. Uzaq yol yoldaşı kimi də maraqlı adam idi.
Üstəlik rəssam olması lap maraq doğururdu. Yeganə
narahatlığı və narazılığı bu dərviş rəssamın ona olan
etinasızlığından  idi.  Az  keçmiş  qadın,  yatağından
dikəlib qaranlıq vaqonda səsləndi:
-Deyəsən, siz də yata bilmirsiniz?
-Hə. Niyəsə yuxum qaçıb.
-Mənim də... Siz Moskvada çox qalacaqsınız?
-Bir neçə gün.
-Sonra hara gedəcəksiniz?
-Bilmirəm.  Bütöv  Rusiyanı  gəzmək  arzusun-
dayam!-yalandan dedi.
-Bəxtəvər adamsınız!.. Bəs ailə, arvad-uşağınız?
-Subayam,-dedi.
-İndiyə subay qalmaq olar?
Milena
21


-Ürəyimcə olanı tapa bilməmişəm.
-Neçə yaşınız var?
-Neçə yaşda olduğumun fərqində deyiləm.
-Hımm... Demək, yaşınızı gizlədirsiniz!.. Olsun.
Amma,  məncə  evlənməsəniz  yaxşıdır. Azadlıq  hər
şeydən qiymətlidir. Azad insan hara istəsə gedə bilər,
necə istəsə yaşaya bilər... Əslində mən özüm də azad
insanam. Amma  heyif  ki,  rəssam  deyiləm.  Məncə,
rəssam üçün dünya daha maraqlıdır. Dünyanı siz daha
gözəl görmək bacarığına maliksiniz... Mənim rəsmimi
çəkə bilərsiniz?
-İndi?!
-Mümkün deyil?.. Onsuz da Moskvaya hələ çox
var. Bu uzun vaxtı heç birimiz darıxmarıq!Deyirəm,
bəlkə...
-Mümkündür!-yatağından dikəldi.
-İşığı  yandırın,  zəhmət  olmasa!-qadın  yataqdan
qalxıb  donunu  geyinmək  istədi.  Amma  bilərəkdən
ləngidi. Qəsdlə açıb bir tərəfə atdığı döşlüyünü, guya
indi döşlərinə taxmaq istəyirmiş kimi göstərdi özünü.
İşıq yandığı zaman yalandan “vaay, biabır oldum!”
deyib, səsləndi. Eynar həyəcanla ona baxdı və qadının
açıq,  ağappaq  döşlərini  görəndə  qızardı.  Amma
tezliklə də gözlərini çəkə bilmədi. Bu qadının döşləri
çox gözəl idi, gilələrində bircə dənə də olsun tük yox
idi. Ürəyindən keçirdi: “Qadın belə olar!..”
-Siz  Allah,  bağışlayın!..  Lap  biabır  oldum!..
Söndürün  işığı,  zəhmət  olmasa!-qadın  dedi  və
döşlərini  donuyla  gizləməyə  çalışdı.  İşıq  sönüncə
əyin-başını tarazladı və dedi:
-İndi yandırın!.. Mən hazır!
Zəka Vilayətoğlu
22


O da üst-başını qaydaya salıb qalxdı və qələm,
kağız çıxarıb içərinin zəif işığında çox həvəslə qadının
rəsmini çəkməyə girişdi.
-İşıq   zəifdir, - qadın dedi.
-Belə yaxşıdır. Rəsminiz   zəif işıqda daha   mənalı
alınar...
Xeyli  sonra  qadının  rəsmi  olan  kağızı  sahibinə
uzatdı:
-Buyurun, bu da siz!
-Oooo, necə də gözəldir!.. Aaa, siz, doğrudan da
rəssamsınız-özü  də  əlasından!..  Qadın  ətrindən
xoşunuz gəlir?
-Qadınlar  özləri  dünyanın  ən  gözəl,  ən  ətirli
çiçəkləridirlər!
-Yoox,  onu  demədim.  Məndə  çox  gözəl  qadın
ətirləri var. İstəsəniz, sizə yaxın olan xanımlar üçün
ala bilərsiniz!.. Yox e, sizə ətir satmaq fikrim yoxdur,
sadəcə bağışlaya bilərəm. Axı siz zəhmət çəkib mənim
rəsmimi çəkmisiniz!
-Yox, bunu təmənnasız etdim. Qadın ətirlərini isə
heç xoşlamıram. Məndən ötrü qadının ətri ən gözəl
ətirdir. Süniliyin əleyhinəyəm... Siz ətriyyatçısınız?
-Bəli. Səyyari ətriyyatçı. Çantamda hər cür ətir var-
ucuz, baha, acı, şirin,.. çörəyim ətirdən çıxır,-qadın,
alverçi xislətindən irəli gələn bir hərəkətlə çantasından
bir neçə müxtəlif adda ətir çıxarıb stolun üstə düzdü.
-Bəlkə yataq?!
-Yuxum gəlmir... Mən qatarla gedərkən heç vaxt
yata bilmirəm. Əslində yatmaq da istəmirəm. Relslərin
taqqıltılarını  dinləməkdən  xoşum  gəlir...  Bir  də,
açığını deyim?..
Milena
23


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə