-Qırx yeddi oxşarınız dünyadadı, ya Azərbay -
canda? – Onu maraq bürüdü.
-Təbii ki, - dedim, - Azərbaycanda.
-Hımm. – Sürücü deyəsən, çətinə düşmüşdü. - Mən
indiyəcən belə bir şeyin olduğu haqda nə bilirəm, nə
də ki, eşitmişəm!.. Mənim pasportuma baxsanız, neçə
nəfər oxşarım olduğunu deyə bilrsiniz?
-Siz yəqin ki, Rusiya vətəndaşısınız? – Soruşdum.
-Bəli. Lap çoxdan... Buyurun, bu da mənim pas-
portum, - sürücü cibindən əzik-üzük pasportunu
çıxarıb mənə uzatdı.
Pasportu alıb baxdım, sonra dedim:
-Sizin cəmisi bir nəfər oxşarınız var.
-Bir nəfər?! – Sürücü təəccübləndi.
-Bəli. – Ciddi tərzdə təsdiqlədim.
-Pah atonnan sənin! – O əməlli-başlı təəccübləndi.
-Gör nə təhər adamam ki, bu boyda Rusiyada mənə
oxşamaq istəyən cəmisi bircə nəfərdi!.. Sizcə, bu,
pisdi, ya yaxşıdı?
-Doğrusu, bu haqda bir şey deyə bilmərəm. Amma,
görünür, siz qeyri-adi adamsınız? - Zarafatla dillənib
bu barədə söhbətimizə son qoymaq istədim.
Sürücü bunu duyubmuş kimi sualını dəyişdi:
-Sənətiniz nədi?
-Yazı-pozuyla məşğulam, - müğənniliyimlə bağlı
ona heç nə demədim.
Heç şübhəsiz, məni televiziyada görmüşdü.
Sadəcə, televiziya ekranlarında az-az göründüyümdən,
görünür, kimliyimi doğru-dürüst xatırlaya bilmirdi.
Ümumiyyətlə, bu cür oxşar sorğularla rastlaşmağım
birinci dəfə deyildi. Hər dəfə də “Müğənniyəm, yəqin
televizorda görmüsünüz” kimi sözləri söyləməyi
özümə ar bildiyimdən dinməmişdim. İndi də aramızda
Milena
77
qısa mükalimə başlandı:
-Şeir yazırsınız?
-Yox.
-Roman?
-Təxminən belə bir şeydi.
-Kitabınız-zadınız vaar?
-Var.
-Özünüzlə götürmüsünüz?.. Varınızdısa, birini
mənə bağışlayın!
-Xeyr, yoxumdu.
-Necədi, yazıçılıqla çörək qazana bilirsiniz?
-Yazıçılıq indi çörək qazanmaq üçün deyil.
-Bəs çörəyi hardan, nədən qazanırsınız?
-Allah məsləhət bildiyi yerdən.
-Maraqlıdı. Amma, Allah haqqı, elə bil, sizi lap
çoxdan tanıyıram, - sürücü bayaqkı söhbətə təzədən
qayıtdı.
Mən, sadəcə gülümsəməklə kifayətləndim.
Adama bir fincan qəhvə içəndən sonra ayağa dur-
duq. Sürücü kofenin hesabını ödəmək istəyəndə ondan
qabağa düşdüm, kiçik hesabımızı ödəyib kafedən
çıxdıq...
Maşın hərdən buzlu, sürüşkən yollarda azacıq
sürüşsə də sürücü özünü itirmir, maşını çox peşə -
karcasına idarə edirdi.
Bayaq maqnitofona yerləşdirdiyi diskdəki mahnılar
sıra ilə səslənirdi. Çox keçmədən növbəti mahnı
səslənəndə diksindim - bu, mənim ifam, mənim səsim
idi. Dinməzcə, həyəcanla qulaq asmağa başladım. Bu
ucqar və yad diyarda öz səsimlə görüşüm mənimçün
gözlənilməz olduğu qədər də sevindirici idi. Bir sözlə
xoşbəxt idim.
-Necədi, xoşunuza gəlir? – Sürücü soruşdu.
Zəka Vilayətoğlu
78
-Yaxşıdı, dedim. - Uzaq yol gedəndə bu cür
mahnılar, xüsusilə ləzzət verir adama.
-Ölürəm də bu mahnı üçün... – O əlini sükana
çırpdı. - Gündə əlli dəfə qulaq asıram, yenə doymu-
ram. Kimdirsə, kopayoğlunun gədəsi yaman oxuyur!
-Onu söyməmək də olar, - qulaqlarım eşidə-eşidə
söyüldüyümdən özümü saxlaya bilmədim.
-Sizə elə gəlməsin, - sürücü dilləndi, - bu, əslində,
söyüş deyil...
-Başa düşürəm, - dedim, - zarafat edirəm.
-Mən ölüm, ləzzətdi, hə? - sürücü mənim ifama
işarə ilə dilləndi.
-Hə, - dedim.
-Muğamat yeri də adamın lap ciyərini çıxarır. Hələ
bu titrəyişə fikir verin! Səs deyil ey, elə bil dumduru
çeşmədi, qaynayır. Hərdən də, Allah haqqı, bu səsi
dinlədikcə özümü bir bağ-bağçada hiss edir, elə bil,
cəh-cəh vuran bülbülün nəğməsini dinləyirəm.
Gözəl, füsunkar gecə idi. Uzaq, yad bir diyarda
gecə vaxtı, uzaq, qarlı yollarda irəliləyəndə qəfildən
öz səsini, öz nəğməsini eşitməsi, tanımadığı bir adam
tərəfindən uzun-uzadı təriflənməsi (bir var, bu tərifi
səni istəyənlərin, səni sevənlərin, tanıyanların dilindən
eşidəsən, bir də var bunun əksi ola) sənətçi üçün,
bilirsiniz nə qədər xoş idi?..
Öz ifamı dinləyə-dinləyə bu yaxınlarda Həcc
ziyarətinə getmiş bir dostumun Məkkədən mənə etdiyi
telefon zəngini xatırladım. Telefonda dostumun
həyəcanlı, sevinc dolu səsi deyirdi: “Qardaş, inan-
mazsan, Məkkədə səni oxudurlar.” Görünür, ziyarətə
gedən adamlardan kiminsə telefonunda mənim
oxuduğum həmin nəğmə varmış, ola da bilsin, onu
zəngimsell kimi istifadə edirmiş. Hər halda, bu
Milena
79
mənimçün çox fərəhli idi. Nə isə... Axır ki, indi
maşında dinlədiyim bu nəğmə mənim yüzlərlə, bəlkə
daha çox ifa etdiyim mahnılar arasında məni ən çox
qane edən, tərpədən və razı salan ifa idi.
Mahnı bitəndə sürücü təkrar oxutmağa başladı.
Beləcə usanmadan, qədim meşəçilər şəhərinəcən o
mahnını oxutdu...
***
Meşəçilər şəhərində müasir tikililərdən, demək
olar, əsər-əlamət yox idi. Şəhərin ətrafı sıx və böyük
meşə massivi ilə örtülmüşdü. İrəlilədikcə hər yanda
soyuq, miskin, darıxdırıcı mənzərəylə üzləşirdim.
Sanki, burda həyat çoxdan sönmüşdü. Şəhərin
cansıxıcı görünüşü vardı. Bura gələn həmyer -
lilərimizin böyük əksəriyyəti meşəçiliklə məşğul olur,
ağac qırır, tikinti üçün taxta-şalban hazırlayırdılar.
Oğlunun ad gününə dəvət aldığım Şahlar da həmin
meşəçilərdən idi.
Sürücü, kərpicdən tikilmiş köhnə beşmərtəbəli
binanın qarşısında maşını saxlayıb dedi:
-Çatmışıq, düşün!
Binaya daxil olub birinci mərtəbədəki mənzillərdən
soldakının qapısına yaxınlaşdıq. Sürücü qapının
zəngini çaldı. Qapıda Şahlar adlı adamı görəcəyimi
zənn etsəm də, qapını gənc, bədən quruluşundan
sağlam, qüvvətli idmançını xatırladan bir oğlan açdı.
-Qonağınızı gətirmişəm, - sürücü dedi, mənim
çamadanımı qapıdan içəri keçirib bir küncə qoydu.
-Xoş gəlmisiniz!.. Keçin içəri. Atam bir azdan
gələcək, - oğlan gülərüzlə, bir az da utancaqlıqla
dilləndi.
Bu an qapıda bir qadın da göründü və məni öz
doğması kimi qarşılayıb, içəri dəvət etdi. Az sonra
Zəka Vilayətoğlu
80
Dostları ilə paylaş: |