Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə74/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   70   71   72   73   74   75   76   77   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
HƏRBİ HUMANİTAR ELMLƏR

MILITARY HUMANITIES
 
63
11.
Əgər düşmənin drujinası vardırsa onu parçala (yəni nifaq sal). 
12.
Düşmən hazırlıqsız olduğu zamanda hücum et. 
13.
Düşmənin gözləmədiyi zamanda hücum et [4, s.67-72]. 
Çinlilərin savaş rəqibləri qədim türklər idi ki, onlar da hərbi hiylə üsullarına görə çinliləri çox 
arxada qoymuşdular. Asiya hunları öz hərbi hiylə bacarıqları ilə savaşda daha çoxsaylı Çin 
döyüşçülərini məğlub etməyi bacarırdılar. Köçəri xalqların tədqiqatçısı, fransız alimi Rene Qrosset 
yazırdı ki, hunların istifadə etdikləri əsas taktika Çin birliklərini Qobi çöllərinin dərinliklərinə 
çəkmək, burada toqquşmaya girmədən oxlarla düşməni biçmək və nəhayət, susuzluq və 
düşkünlükdən təmamilə zəifləmiş düşməni son və kəskin zərbə ilə məhv etmək idi [5, s.40]. Rene 
Qrossetin qeyd etdiyinə görə Qədim Roma tarixçisi və hərbçisi Ammian Marsellin (IV əsr) də yazırdı 
ki, “hunlar müqavimətə rast gəldikdə dərhal dağılır, amma qısa zaman sonra yenə sürətlə hücuma 
keçərək rastlarına çıxan hər şeyi vurub məhv edirlər” [5, s.89]. Qeyd etmək lazımdır ki, türklər “qurd 
döyüşü” adlanan taktiki hiylədən tarix boyu fəal istifadə etmişlər. Bu zaman, qəfil, ardıcıl basqınlarla 
düşməni zəiflətdikdən sonra son zərbə ilə onu məhv etmişlər. Türk döyüş sənətini tədqiq edən Sait 
Yılmaz yazır ki, türk boylarını birləşdirməyə çalışan Asiya Hun İmperatorluğunun qurucusu və ilk 
hökmdarı Teomanın ( b.e.ə. 220 -b.e.ə. 209) daxili hərc-mərcliyə uğrayan Çinə qarşı istifadə etdiyi 
taktika kiçik qüvvələrlə əraziyə sızıb axınların yaradılmasını nəzərdə tuturdu. Onun oğlu Mete (Oğuz) 
xan (b.e.ə 209-174) tərəfindən istifadə olunan “Turan taktikası” (süni şəkildə geri çəkilərək düşməni 
təqibə təhrik edib əlverişli şəraitdə basqınla darmadağın etmək) uzun illər hərbi hiylənin mühüm 
elementi olmuşdur. Məhz bu taktika ilə Mete Tantunq-Fu savaşı zamanı 30 minlik ordu ilə çinlilərin 
320 minlik ordusunu darmadağın etmişdir. Bu dövrdən başlayaraq qeyd edilən taktika türk hərb 
sənətinin ayrılmaz atributuna çevrildi. Böyük Səlcuq dövlətinin qurucusu və ilk sultanı Tuğrul bəy 
(987-1063) döyüş zamanı düşməni geri çəkilməsi ilə aldadaraq onu təqib etməyə təhrik edir, sonra 
seçilmiş ərazidə pusquya salaraq, yan və arxa tərəflərdən hücum etməklə məhv edirdi. Bu taktika 
Səlcuq imperatoru Arp Aslan (1033-1072) tərəfindən 1071-ci il avqustun 26-da Malazgirtdə tətbiq 
olunaraq Bizans ordusu pusquya salınmış və məhv edilmişdi. Osmanlı dönəmində səlibçilərə qarşı 
aparılan Niğbolu (1396), I Kosova (1439), II Kosova (1448) döyüşlərində düşmən bu strateji 
geriçəkilmə və əks-hücum taktikası ilə məhv edilmişdir [6]. 1510-cu ildə Şah İsmayıl Xətai də 
Şeybani xanı guya geri çəkilməsi ilə aldadaraq təqib edənlərin arxasındakı körpünü dağıtmış və 
düşmənlərini məhv etmişdir [7, s.210]. Əmir Teymurun (1336-1405) hücumlarını özündə əks etdirən 
tarixi sənədlərdə belə hərbi hiylə nümunələri də öz əksini tapmışdır. Lakin, bu görkəmli sərkərdə özü 
də dəfələrlə hərbi hiylə, xəyanətkarlıqla qarşılaşmışdır. Əmir Teymur tərcümeyi-halında yazırdı ki, 
ona sədaqət andı içəcəyi ilə onu aldatmaq istəyən Əmir Hüseyn vadidə pusqu qurmuş və bunu başa 
düşən Teymur öncədən döyüşçülərini orada yerləşdirmiş, bu da onun həyatını xilas etmişdir [8, 
s.194]. 
Orta əsrlərdə dini müharibələrin böyük vüsət aldığı zamanlarda döyüşlərdə hərbi hiylənin bir 
çox üsullarından özünəməxsus şəkildə istifadə olunmuşdur. Bu zaman, müsəlmanlara qarşı döyüşən 
səlibçilərin çox zaman erməni xəyanətkarlarından yararlanması haqqında tarixi faktlar mövcuddur. 
Antioxiyanın mühasirəsi zamanı erməni hərbçinin xəyanətindən istifadə edərək gizli yolla şəhərin 
mərkəzinə daxil olan səlibçilərin hiyləsi buna misaldır. Əslində Antioxiya hərbi cəhətdən 
möhkəmləndirilmiş, alınmaz qalaya çevrilmişdi. Tarixi məlumatlara görə onun qala divarları o qədər 
möhkəm olmuşdur ki, dörd at qoşulmuş araba onların üzərində asanlıqla hərəkət edə bilirmiş [9, s.82]. 
Lakin səlibçilər hiylə ilə bu şəhəri ələ keçirə bilmişdilər. İbn del Kalasini (1192-1262) “Dəməşq 
tarixi”ndə yazırdı ki, franklar Antioxiya şəhərini silahdaşıyanlardan biri, Nayruz adlı erməninin 
xəyanəti ucbatından ələ keçirmişdilər [10, s.105]. Nəzərə alsaq ki, səlibçilərlə döyüşdən əvvəl 
Antioxiyanın valisi çox ehtiyatlı hərəkət edərək bütün kişi cinsindən olan xristian əhalisini şəhərdən 
çıxarmışdı [10, s.107]. Tarixi sənədlərə əsasən, şəhər bürcünün qorunmasının erməni olan hərbçiyə 
tapşırılması suallar doğura bilər. Amma səlibçi Boyemundun Roma Papasına məktubundan belə 
nəticəyə gəlmək olar ki, bu müsəlmançılığı qəbul etmiş, türklərlə qaynayıb qarışmış bir erməni 
olmuşdur [10, s.101]. Səlibçilər şəhəri mühasirəyə alanda onun erməni xisləti özünü göstərmiş, o, 
bürcdən şəhərin mərkəzinə gedən gizli yolla səlibçiləri şəhərə buraxmış və nəticədə Antioxiya 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə